Oğurlanmış malın qaytarılmasının cəzanın icrasında təsiri
İslam cinayət məcəlləsində və bəzi fiqhi mənbələrdə oğurluq halları üçün təyin olunan cəzanın həyata keçirilməsində mütləq (qeydsiz-şərtsiz) şəkildə bəyan olunan şərtlərdən biri də budur ki, oğru oğurluqdan sonra malı sahibinə qaytarmamış olsun. Sual budur ki, sözü gedən bu şərt istintaqın bütün mərhələlərində – hətta cinayət sübut olunandan və qərar çıxarılandan sonra da qüvvədədir, yoxsa hakimə şikayət olunmazdan öncəyə aiddir?
Cinayət sübuta yetəndən və qərar çıxarılandan sonra malı sahibinə qaytarmağın heç bir faydası yoxdur və cəzanın ləğv olunmasına səbəb olmur.
İnsan cəsədinin oğurlanması üçün cəza
İnsan cəsədi mal-əmlak sayılırmı? Şəriət baxımından qanuni məqsədlər üçün onun alveri caizdirmi? Cəsəd oğurluq halı üçün cinayət faktı ola bilərmi? Xüsusilə də onun ölüm tarixindən əsrlər keçdiyi bir halda cəsəd tarixi və arxeoloji baxımdan qiymətli sayılarsa?
Müsəlmanın cəsədinin alğı-satqısı caiz deyil və mal (əmlak) sayılmır. Amma qeyri-müsəlmanın bədəni anatomiya kimi şəri-qanuni məqsədlər üçün icazəli olan hallarda belə (alğı-satqısı) eyibsiz deyil. Hər iki halda oğurluq cəzasını icra etmək işkallıdır.
Malını uduzan şəxs tərəfindən cəza tələbi
Oğrunu cəzalandırmaq üçün bütün şərtlərdən başqa oğrunun əlinin kəsilməsinə dair zərərçəkənin tələbi də lazımdır, yoxsa başqa şərtlərin mövcud olduğu təqdirdə sadəcə qazıya şikayət etməklə, cəzanın icrası vacib olacaqdır?
Onun şikayəti kifayətdir, cəzanın icra olunmasına dair tələbə ehtiyac yoxdur.
Malı oğurlanan şəxsin şikayətindən öncə oğrudan malın alınması
Zərərçəkən tərəfindən qazıya şikayət təqdim olunmazdan öncə oğurlanmış əmlak hüquq-mühafizə orqanları tərəfindən alınıb sahibinə qaytarmaq üçün saxlanılmışdır. Belə ki, zərərçəkənin malın qaytarılması üçün müraciət etdiyi zaman mal ona təhvil veriləcəkdir. Lakin zərərçəkən bu mövzudan xəbərdar olsa da əmlakı təhvil alandan qabaq qazıya şikayət edir. Belə halda da oğrunun cəzalandırılması vacibdir?
Oğru üçün təyin olunmuş cəza tədbiri burada icra olunmur və mal öz sahibinə qayıtmış kimi sayılır.
Oğurluq cəzasının şərti
Oğurluq cəza tədbirinin tətbiq edilməsi üçün lazım olan şərt – oğurlanmış malın dəyərinin dörddə bir şəri dinar miqdarına çatmasıdır. Hal-hazırda dirhəm və dinar (mövzusu aktual) olmadığına görə, oğurluq cəza tədbirinin dəyər və məbləğ baxımından şərtinin gerçəkləşdiyini necə ayırd edək? Dövriyyədə olan pulu və ya sikkə vurulmamış qızılı meyar təyin etmək olarmı?
Bu barədə peşəkar ekspertlərdən sual olunmalıdır ki, sikkəli dinar mövcud olarsa, dəyəri nə qədərdir. Onun dörddə birinin dəyəri oğurluq cəzası üçün lazım olan miqdar olacaqdır. Əgər miqdara dair şəkk-şübhə yaranarsa, yəqinlik hasil olan miqdar hesablanmalıdır.
Dövlət orqanlarından oğurluq
Təxminən 3 il bundan öncə (cahillik ucbatından və yaramaz dostlara qoşulmağın nəticəsində) bələdiyyə idarəsindən bir neçə top məftil oğurlayıb satmışam. Onun dəyərini ödəmək istəsəm:1) Kimə və ya hansı təşkilata verməliyəm?2) Bu işdə mənim tərəf-müqabilim bələdiyyə idarəsidirsə, müəyyən bir şəxsi razı salmaq və ondan halallıq istəmək lazımdırmı?3) O zaman hər kiloqram məftilin qiyməti misal üçün, 40 tümən idisə, indi 120 tüməndir. Mən hansı məbləği ödəməliyəm?4) Biz üç nəfər idik, amma pulun hamısı iki nəfər arasında bölüşdürüldü. İndi mən məftillərin hamısının pulunu ödəməliyəm, yoxsa misal üçün, məftillərin çəkisini yarıya bölüb yarısının pulunu ödəməliyəm? 5) Məftillərin təxmini çəkisi dəqiq yadımda deyil. Bu halda qiyməti necə ödəməliyəm?
Siz onun qiymətini bələdiyyə idarəsinin bankdakı gəlir hesablarından birinə köçürə bilərsiniz. Malın hazırkı qiymətini ödəməyiniz lazımdır. Başqaları öz səhmlərini ödəməsələr, siz məbləğin hamısı qarşısında zaminsiniz. Bu işi yerinə yetirəndən sonra halallıq istəmək lazım deyil, Allah dərgahında tövbə etməlisiniz. Çəkisində şübhə etsəniz, ehtiyat etməlisiniz.

Casusluğun cəzası
Nə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?
Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.