مدت زمان پاسخگویی به هر سوال بین 24 تا 72 ساعت است.

لطفا قبل از 72 ساعت از پیگیری سوال و یا ارسال سوال مجدد خودداری فرمائید.

از طریق بخش پیگیری سوال، سوال خود را پیگیری نمایید.

captcha
انصراف

زمان پاسخگویی به سوالات بین 24 تا 72 ساعت می باشد.

انصراف
چینش بر اساس:حروف الفباجدیدهاپربازدیدها

Xarici banklarla nağd və nisyə alğı-satqı müqavilələri

Bəzən İran bankları onlardan xaricdən tələb olunan borcları vaxtında ödəyə bilmədikləri üçün müxtəlif çıxış yollarına əl atırlar. O cümlədən: banklardan biri bəzi xarici banklarla belə bir müqavilə bağlamışdır ki, o müqaviləyə əsasən, xarici bank İran bankının tərəfindən müamilə pulunu həmin ölkədə vəd verilmiş vaxtda satıcıya ödəyir və bir ildən sonra onun pulunu 9% əlavə ilə İran bankından və 6 %-də satıcıdan vaxtında ödəniş üçün sığorta qiyməti olaraq alır. Yəni satıcıdan mal alınandan sonra xarici bank ilə İran bankı arasında bağlanan müqavilədən təxminən üç ay sonra xarici bank satıcının pulunu ona verir, lakin ödədiyi pulu bir il sonra İran bankından 9% gəlirlə təhvil alır. Bu iş üsuluna görə İran bankı alıcı tərəfindən müamilənin müqaviləsi bağlanan gün 100% müamilə məbləğini və bundan əlavə xarici bankla razılıq əldə olunmuş 9% gəliri alıcıdan alır, satıcı da pulunu vaxtında almağı öz təbii haqqı bilir və 6 % zəhmət haqqını vaxtında ödənişə görə “sığorta məbləği” ünvanında xarici banka ödəyir, həqiqətdə malın qiymətinə əlavə edir və onu istehlakçılardan alır. Satıcının alıcıdan əlavə bir şey almadığını nəzərə alsaq, alıcı üçün yuxarıda deyilən şəkildə müamilə səhihdirmi?

Əgər siz bu işin mahiyyətindən xəbərdarsınızsa və buna razılıq verirsinizsə, sizin üçün eybi yoxdur. Yəni siz öz pulunuzu banka “gəlirsiz borc” kimi verirsiniz və bank malı sizin üçün nisyə şəklində və nağd qiymətindən baha qiymətə alır. Bu şərtlə ki, siz müvafiq sığorta qiymətini də ödəyəsiniz. Bu surətdə yuxarıda deyilən müamilələr şəriət baxımından sizin üçün səhih olacaqdır. Lakin bu iş banka o halda caizdir ki, İslam cəmiyyətinin məsləhəti xarici tərəflə bu şəkildə müamilə etməyi tələb etsin. Bundan qeyri halda caiz deyil.‌

دسته‌ها: Valyuta müamilələri
دسته‌ها: Bank mənfəəti

Yatırım pullarının artımı

Hazırda Allaha şükürlər olsun ki, İslam Respublikasının hakimiyyəti dövründə yaşayırıq. Şəhidlərin qanı, insanların fəaliyyətləri, Həzrət İmam Xomeyninin (r.ə) görüşləri və rəhbərliyinin xeyir-bərəkəti sayəsində tağut rejimi devrilmişdir. Belə bir zamanda banklara pul qoymağın hökmü nədir? Bankların hesablardakı pullar üçün nəzərdə tutduqları faizi almaq olarmı? Habelə, banklardan borc alıb əlavə faiz verməyin hökmü necədir?

Bankın könüllü surətdə pul qoyanların hesablarına keçirdiyi faiz və əlavə məbləğin heç bir maneəsi yoxdur. Lakin bu, müqavilə şəklinə salınmamalıdır. Amma şəriət əqdləri baxımından bankın nizamnaməsinə müvafiq şəkildə əməl olunarsa, sabit əmanətlərin faizinin və bankdan alınan (və artıqlaması ilə ödənən) borcların maneəsi yoxdur. Şübhəli hallarda isə, onun səhih olduğunu əsas götürmək olar. Lakin şəri əqdlərin nizamnaməsinə əməl olunmadığına yəqininiz olsa, caiz deyil.‌

دسته‌ها: Bank mənfəəti

Avtomobil qəzasında ölüm

Qəza hadisəsində dünyasını dəyişmiş şəxs təqsirli bilinərsə, sürücü yenə də “səhvən adam öldürmə” cəzasına məhkum olunacaqmı? Yəni, ölənin diyəsi sürücünün aqiləsinə (qohumlarına) vacib olacaqmı?

Nəqliyyat hadisəsində qətl, xəta üzündən deyil. Əgər sürücü təqsirli bilinərsə, “ehtiyatsızlıq üzündən adam öldürmə” sayılır. Piyada təqsirli bilinən halda isə, misal üçün, özünü maşının altına atmışdırsa, heç bir diyəsi yoxdur. Əgər qətl hadisəsində onların ikisinin də rolu vardırsa, diyə sürücüdən onun xətasına mütənasib şəkildə alınmalıdır.‌

Podratçı tərəfindən verilən diyə

Fars körfəzi ətrafı ölkələrində fəaliyyət göstərən bəzi şirkətlərdə belə bir qanun mövcuddur ki, bu şirkətlərdə çalışan işçi və yaxud fəhlələr iş başında ikən qəza hadisəsi nəticəsində, məsələn, binadan yıxılaraq ölərsə, 30 milyon tümən məbləğində pul diyə olaraq vəfat etmiş şəxsin varislərinə ödənilir. Bu məbləğin hökmü nədir?

Əgər sözü gedən diyənin ödənilməsi, fəhlə işə götürülən zaman şərt kimi qeydə alınmışdırsa, eybi yoxdur. Bu şərt işçi ilə bağlanan müqavilədə qeyd oluna, habelə oranın fəhlələrinin ürfündə ümumi qanun kimi işə götürülmənin ümumi şərtlərindən biri olaraq qəbul oluna bilər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
آیین رحمت - معارف اسلامی و پاسخ به شبهات کلامی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی