AXİRƏTİ İNKAR EDƏNLƏRİN DƏLİLLƏRİ

Axirəti inkar edənlərin dəlilləri Quranda necə bəyan olunur?

Quran ayələrində bəyan olunduğu kimi məadı (axirəti) rədd edənlər adətən üç məsələyə əsaslanırlar:

1) Qiyamət gününü həyata keçirmək qabiliyyətinə kim malikdir?
2) Qiyamət günü nə vaxt baş verəcək?

3) Qiyamət günü kim tərəfindən baş verəcək və bizi yeni həyata kim qaytaracaq?

“QÜDRƏT” QANUNU (BURHANI)

“Qüdrət” qanunu məada necə dəlalət edir?

Bu nəhəng kainat, bütün sabit və hərəkətdə olan ulduzlar, həmçinin bu yer, bütün təbiəti və canlı varlıqları, bərəkət və nemətləri ilə sanki, yaradanın qüdrətinə canlı şahiddir.
Bütün bunları yaratmağa qadir olan bir varlıq insanı ölümündən sonra həyata qaytarmaqdan aciz ola bilməz. Bu eynilə sözügedən “Qüdrət qanunu”dur.

FİTRƏT

Axirət və məada olan etiqadın fitri olmasına nə dəlil var?

Yoxluq mənasında olan ölümün çöhrəsi insan üçün heç bir zaman xoşagələn olmamışdır. İnsan bütün vücudu ilə ondan qaçıb və qaçmaqdadır. Ölülərin cəsədini mumiyalamaqla saxlamaq üçün göstərilən səylər, Misir ehramları kimi “əbədi” məqbərələr inşa etmək, dirilik suyu, cavanlıq iksiri və ömrü uzadan hər şeyin arxasınca qaçmaq, insanın yaşamağa atəşli məhəbbətinə əyani sübutdur.

QURANIN SÜBUTLARI

Quran məadın əqli cəhətdən mümkünlüyünü hansı yollarla sübut edir?

Bir çox ayələrdə məntiqi bəhs aparılır və misalla axirət dünyası başa salınır. Məsələn “Göydən xeyir-bərəkət dolu su endirdik. Onun vasitəsi ilə yamyaşıl bağlar və biçilməli dənlər bitirdik. Həmçinin, su vasitəsi ilə ölmüş torpağı diriltdik. Sizin də qəbirlərdən çıxmağınız belədir” ayəsi düşünən insanlara xitabdır. Qısa sözlə desək, Qurani-kərimin məad, onun sifətləri, müqəddimələri və nəticələri ilə əlaqədar yaratdığı təsvir və bu zəmində irəli sürdüyü aydın dəlillər o qədər canlı və qaneedicidir ki, oyaq vicdandan azacıq bəhrəsi olan hər bir insanı dərindən təsir altına sala bilər.  

 

ƏSHABİ-KƏHF

Əshabi-Kəhfin yuxusu məad və axirətə dəlil sayıla bilərmi?

Kəhf surəsində əshabi-kəhfin yuxudan oyanan anlarından söz açılır. Bu yuxu ölümə bənzər bir yuxu idi. Onların yuxudan oyanması da eynilə axirət oyanışı kimi oldu. Ona görə də, Qurani-kərim “Kəhf” surəsinin 19 və 20-ci ayələrində buyurur: “Biz onları belə ayağa qaldırdıq (oyatdıq). Əshabi-Kəhfin yuxu macərası isə, cismani məadın tərəfdarları üçün qətiyyətli bir dəlil idi. Ona görə də, Quran sonrakı ayədə buyurur: “Beləcə (onları yatırdığımız kimi yenidən ağır yuxudan oyatdıq və) camaatı onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olmasını bilsinlər və dünyanın sonunda Qiyamətin qopacağı haqdır.”

 

YARADILIŞIN MƏQSƏDİ

İlahi dünya görüşündə (ideologiasında) yaradılış məqsədi məadı necə sübut edə bilər?

İnsanın yarıdılışının hədəfi yəni təkamülün gerçəkləşməsi üçün dünyadan sonra digər bir dünya olmalı, insanın təkamülü orada davam etməli, bu əkinin məhsulu orada yığılmalı və hətta digər dünyada da bu hərəkət davam etməlidir ki, əsas hədəf təmin olunsun.

 

YAĞMURLU BULUDLAR

Yağmurlu buludların yaranması barəsində dərindən təfəkkür etməklə məadın mümkünlüyünü necə dərk etmək olar?

“Vaqiə” surəsinin 68-69-cu ayəsində bu suala cavab verilir: “Heç içdiyiniz su haqqında fikirləşmişsinizmi? Onu buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?” Başa düşmək olar ki, Günəş bir il ərzində fəaliyyətini saxlasa, küləklər hərəkətdən dayansa, atmosferin yuxarı təbəqələri buxarı özündə saxlasa və bitkilər su üzü görməzsə, insanlar susuzluqdan həlak olar, heyvanlar tələf olub gedər, bağlar və əkin sahələri quruyar. Bunun özü də, bir növ ölülərin dirildilməsidir. Ölü torpaqların dirildilməsi və onlara can verilməsi, həm Allahın əzəməti və yeganəliyinə, həm də Qiyamət gününün haqq olmasına əyani bir sübutdur.

 

RÜŞEYMİN YARANIŞI

Rüşeymin inkişaf və təkamül mərhələsi məada dair necə dəlil ola bilər?

Nütfə rüşeym dövründə çox mürəkkəb bir yolu ötüb-keçərək axırda uşaq formasında dünyaya gəlir. Bunların hamısı Allahın davamlı xaliqiyyətinin sayəsində baş verir. Bu xilqətdə insanın sadə təsviri yalnız bir anlıq zaman fasiləsində sona çatır ki, o da nütfənin bətnə töküldüyü andır!
Görəsən, bunun özü məad məsələsinə − uca və qadir Allahın ölüləri diriltməyə qadir olmasına əyani bir sübut deyildirmi?

İNSANIN YARANIŞI

İnsanın yaranışı mərhələləri məadın mümkünlüyünə necə dəlalət edir?

Allah Quranda insanların bu dünya həyatlarında həmişə rast gəldikləri və daim öz gözləri ilə gördükləri, amma əhəmiyyət vermədikləri axirət səhnələrini onlara izah etmək istəyir. Bu yolla onlara başa salmaq istəyir ki, ölümdən sonrakı həyat məsələsi qeyri-mümkün bir məsələ deyil, əksinə onlar daim ona bənzər hadisələri gündəlik həyatlarında da öz gözləri ilə müşahidə edirlər.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمامُ علىٌّ(عليه السلام)

غايةُ الآخِرةِ البَقاءُ

پايان آخرت، هستى و بقاست

ميزان الحکمه، جلد 1، ص 54