İMAM HÜSEYİNİN (əleyhis-salam) İXLASI DOSTLARI

İmam Hüseynin (əleyhis-salam) silahdaşları Aşura qiyamının nə ilə qurtaracağını və şəhid olacaqlarını bilirdilərmi?

Tarixi faktlara görə İmam Hüseyn (ə) Zubalə məntəqəsinə yetişəndə süd qardaşı Abdullah ibn Yəqtirin şəhadət xəbərini ona verdilər. O bir yazını çıxarıb insanlar üçün oxudu:
“Bismillahir-rəhmanir-rəhim. Amma sonra. Müslim ibn Əqil, Hani ibn Ürvə və Abdullah ibn Yəqtirin şəhadət xəbəri bizə yetişdi. Şiələrimiz bizə kömək etməkdən əl çəkdilər. Sizdən hər kəs qayıtmaq istəsə qayıda bilər, öhdəsində bizdən heç bir beyət yoxdur.”
Bu sözlərin ardınca camaat İmamın ətrafından dağlışdılar. Onun yanında yalnız Mədinədən onunla gələn insanlar qaldılar.

 

MÜVƏFFƏQİYYƏT

Nə üçün bəzi şəxslər çox çalışdıqlarına baxmayaraq, məqsədlərinə çatmırlar?

Qurani-Kərimin ayələrində insane belə müraciət edilir ki, siz doğulan zaman hətta daim sizi qoruyan ata-ananızı heç tanımırdınız, lakin yavaş-yavaş inkişaf edib gücləndiniz, möhkəm bədən, dərin fikir, düşünən ağıl və geniş dərk sahibi oldunuz.
Bütün bunlarla belə, həmin güc və qüdrəti qoruyub saxlaya bilməzsiniz. Eynilə uca dağın döşündən onun qülləsinə çıxmış və o biri tərəfdən yenidən üzüaşağı enməyə başlamış insana bənzəyirsiniz ki, bir daha cismani və ruhi zəiflik və gücsüzlük dərəsinə yuvarlanır.

 

HƏZRƏT ZƏHRANIN (ə) HƏYATINDA İFFƏT

Həzrət Zəhranın (s) həyatında iffətin əlamətləri nə idi?

Rəvayətə görə peyğəmbər (s) bir gün o öz yoldaşlarına üzünü tutub soruşdu:

Qadınlar üçün hər şeydən yaxşı nədir?
Səhabələr nə cavab verəcəklərini bilmədilər.
Əli (ə) Fatimənin (ə) yanına gəlib bu məsələni ona xəbər verdi.
Xanım Fatimə (ə) dedi:
Nə üçün demədin ki: Hər şeydən yaxşı budur ki, onlar naməhrəm kişiləri görməsinlər və naməhrəm kişilər də onları görməsin.

HƏZRƏT ZƏHRANIN (ə) HƏYATINDA ZÖHDÜN TƏZAHURU

Həzrət Zəhranın (s) həyatındakı zöhd necə idi?

Ənəs ibn Malikdən belə nəql olunur:
Bir gün Bilal sübh namazı üçün Peyğəmbərin (sallallahu əleyhi və alih) xidmətinə gec gəldi. Allahın Rəsulu:
−Nə üçün gec gəldin? – deyə soruşdu.
Bilal:
−Fatimənin (əleyhis-salam) evinin yanından keçirdim. O, əli ilə un üyüdürdü, uşağı da ağlayırdı. Mən ona dedim: “İcazə versəniz, mən unu üyüdərəm, siz də uşağı sakitləşdirin, ya da icazə verin mən uşağı sakitləşdirim siz də unu üyüdün.” O dedi: “Mən uşağa sizdən daha mehribanam”. (Mən unu üyütməyə başladım, o da uşağını sakitləşdirdi.) Ona görə bura gec gəldim, − deyə cavab verdi.  

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الامام علي (ع)

الصيام احد الصحتين

روزه نيمي از تن درستي است

ميزان الحکمة 6 / 392