cənnət 16 Material

HƏZRƏT ADƏMİN (əleyhis-salam) CƏNNƏTİ

Həzrət Adəmin (əleyhis-salam) cənnəti hansı cənnət idi?

Quran ayələrinin zahiri mənası göstərir ki, həzrət Adəmin (ə) olduğu cənnət Yerin yaşıl təbiətli bir bölgəsinin nemət dolu və füsunkar bağlarından biri idi. Ona görə ki, Qiyamətin vədə verilmiş cənnəti əbədi nemətdir. Quran ayələrinin çoxunda onun əbədi olduğundan söz açılır və ondan çıxmaq qeyri-mümkündür.
Həmçinin günaha qurşanmış və imansız İblis əbədi cənnətdə ola bilməzdi. Bu ehtimal da verilir ki, sözügedən cənnət səmadakı planetlərin birində yerləşir və əbədi cənnət mənasında deyil.

HAZIRKI MÖVCUDLUĞU

Cənnət və Cəhənnəm hal-hazırda mövcuddurmu?

Quran ayələrinin zahiri mənası cənnət və cəhənnəmin hazırda olduğunu təsdiqləyir. Misal üçün “Ali-İmran” surəsinin 133-cü ayəsində və bir çox ayələrdə “Hazırlanmışdır” ifadəsi və yaxud həmin kökdən olan digər ifadələr bəzən cənnət, bəzən də cəhənnəm haqqında diqqət çəkir.
Sözügedən ayələrdən belə başa düşmək olar ki, cənnət və cəhənnəm hal-hazırda hazırlanmış və insanların pis və yaxşı əməlləri sayəsində daim genişlənməkdədir.

GÖZLƏRİN NURU

“Səcdə” surəsində “Qurrətu əyun” ifadəsində məqsəd nədir?

“Gözlərə işıq gətirən” ifadəsi axirət günü saleh insanlara veriləcək nemət və mükafatların son dərəcə nəhəng olmasından xəbər verir. Ələlxüsus, “nəfs” sözünün mənfi düzümdə ümumi isim formasında işlənməsi külli məna daşıyır və hamıya, hətta müqərrəb mələklərə və pərvərdigarın övliyalarına da şamil olur.
 

CƏNNƏT ŞƏRABI

Cənnət şərabı nə deməkdir?

Ayələrin birində bu şərab “Təhur şərab” adlandırılır.
Digər ayədə təkid olunur ki, bu şərab saf, qatışıqsız, ləzzətli, başağrı verməyən, sərxoşluq gətirməyən, ağlı pozmayan bir şərabdır.
Başqa bir ayədə buyurur: "Onlara (isidən və xoş əhval ruhiyyə gətirən) zəncəfil qatılmış camdan içirdərlər."


 

CİSMANİ LƏZZƏTLƏR

Qurani kərim dünyanın bəzək-düzəyini tənqid etdiyi halda nə üçün möminlərə onunla bağlı vəd verir?

Əgər Allah bu dünyanın bər-bəzəyini tənqid edirsə, bu, ona görədir ki, bu dünyanın məhdudiyyətləri belə bir həyata çatmağın müxtəlif zülm və haqsızlıqlarla və ondan bəhrələnməyin  isə qəflət və xəbərsizliklə yanaşı olmasına səbəb olur. Amma o dünyada imkanlar çox geniş olduğundan bu zinətləri əldə etmək insanlar üçün heç bir problem yaratmır, ayrı seçkiliyə, kiminsə haqqının tapdalanmasına səbəb olmur, kin və nifrət yaratmır və mənəviyyatla dolu olan mühitdə insanı Allahdan qafil etmir. Onu qorumağa və mühafizə xidmətinə ehtiyac duyulmur, rəqiblər paxıllıq törətmir, təkəbbür və lovğalığa bais və Allahdan və onun xəlqindən ayrı düşməyə səbəb olmur.

 

CƏNNƏTİ İRS APARMAQ

Quranda Cənnəti irs aparmaq dedikdə nə nəzərdə tutulur?

Allah-taala “Məryəm” surəsində buyurur:
"Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsə irs verəcəyimiz həmin Cənnətdir."
 Diqqət etmək lazımdır ki, “İrs” sözü lüğət kitablarında “mülkiyyətə keçirmək” mənasında işlənmişdir və təkcə dünyadan getmiş insanın malının qohumlarına keçməsinə məxsus edilmir.


 

“ĞAŞİƏ ” SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ

Allah-taala “Ğaşiyə” surəsində Cənnət nemətlərini necə bəyan edir?

Allah-taala sözügedən ayələrdə ən azı yeddi nemətin adını çəkir: O gün (bəzi) üzlər (sevinc içində) şad və təravətli olar. Ali və uca məqamlı Cənnətdə olarlar. Orada əsla boş və bihudə bir söz eşitməzsən və eşitməzlər. Orada bulaqlar daim axır. O Cənnət bağlarında uca taxtlar var. Bulaqların kənarında gözəl piyalələr qoyulmuşdur. (Orada taxtlar üzərində) bir-birinin yanına düzülmüş yastıqlar var. Orada dəbdəbəli və çox gözəl xalçalar döşənmişdir.

“TUR” SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ

Allah-taala “Tur” surəsində cənnət nemətlərini necə təsvir edir?

Bu ayələrdə həqiqətdə Cənnət əhlinin on dörd növ neməti sadalanmışdır:
1. Cənnət bağları (Cənnat). 2. Müxtəlif nemətlər (nəim). 3. Sevinc və şadlıq. 4. Cəhənnəm əzabından təhlükəsizlik. 5. Yemək. 6. Cənnətin içkilərindən zövqlə içmək. 7. Bir-birinin kənarında sıralanmış taxtlara söykənmək. 8. Hurilərdən olan həyat yoldaşları. 9. İmanlı övladların onlara qovuşması. 10. Müxtəlif çeşidli ləzzətli meyvələr. 11. İstədikləri qədər müxtəlif ətlər. 12. Pakizə şərabla dolu piyalələr. 13. Mirvari surətli xidmətçilər. 14. Nəhayət, bir yerə toplaşıb məclis təşkil etmək, keçmişləri xatırlamaq və hazırkı vəziyyətdən zövq almaq.
Bu nemətlərin bir qismi maddi, böyük bir qismi isə mənəvi nemətlərdir, lakin Cənnətin maddi və mənəvi nemətləri bunlardan ibarət deyil. Sadalananlar onun yalnız bir guşəsidir.

CƏNNƏTİN QAPILARI

Cənnətin qapıları dedikdə məqsəd nədir? Onların çox olmasının səbəbi nədir?

Ümumiyyətlə, Cənnətin qapıları dünyada olduğu kimi bağların, sarayların, evlərin girişində qoyulan qapılar kimi deyil. Bu qapılar Cənnətə girməyə səbəb olan əməl və işlərə bir işarədir. Bu səbəbdən bir sıra hədislərdə deyilir ki, Cənnətin qapılarının müxtəlif adları var. O cümlədən qapılardan biri “Babul-mucahidin” (Mücahidlər qapısı) adlanır. Mücahidlər cihad etdikləri silahla Cənnətin həmin qapısından içəri keçərlər. Mələklər onlara xoşgəldin deyib salamlayarlar.

 

DARUL-SƏLAM

Nə üçün Cənnətə "Darus-səlam" deyilir?

Quran ayələrinə görə cənnət əhli biri-birlərinə salam verərək alqışlayarlar: "Onların oradakı xeyir-duaları “salam”dır." Oradakı salamların daha üstünü isə Pərvərdigarın salamıdır. Ayədə deyilir:
"Orada əsla bihudə və günah sözlər eşitməyəcəklər. Salam, salamdan başqa!"

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام علىٌّ(عليه السلام)

بالإيثار يْسْتَرَقُّ الأحرارُ

با ايثار، آزادگان به بندگى کشيده مى شوند

ميزان الحکمه، جلد 1، ص 24