RAMAZAN – TƏLİM-TƏRBİYƏ AYI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Mübarək Ramazan ayı bəndələrin Allah dərgahına qonaq çağırıldığı günlərdir. Bu bərəkətli ayın süfrəsinin bəzəyi mehriban Allahın nazil etdiyi “Qurani-Kərim”dir. Ziyafətin sahibi bu qonaqlıqda səadət və xoşbəxtlik, xeyir və bərəkət qaynağı olan həyat kitabını əziz qonağına töhfə edir. Odur ki, Ramazan ayı həqiqi həyat təlim-tərbiyəsinin təməli qoyulduğu aydır.
Oruc tutanlar bu ayın mənəviyyat və səfa-səmimiyyətlə dolu anları sayəsində iman ruhlarını möhkəmlədir, əməllərini cilalayırlar. Bu dəyərli anlarda onların hətta qeyri-iradi işləri belə ibadət sayılır. Onlar Allah-Taalanın nurlu kəlamlarını tilavət etdikcə mənəviyyat səmasında pərvaz edirlər.
Hədis və rəvayətlərdə mübarək Ramazan ayında Quran oxumaq daha çox tövsiyə edilir və buna dair hədsiz savablar nəzərdə tutulur. Məsələn, bu ayda oxunan bir ayəyə başqa aylarda oxunan bütöv Quranın savabı verilir.  Elə buna görə də ən fəzilətli vaxtlar Qurana ayrılan vaxtlardır.
Allahın həqiqi qonaqları mübarək Ramazan ayında Onun kitabı ilə daha çox ünsiyyət bağlayır, nurlu süfrəsində daha çox diz çökür və hər hansı sıxıntı və dərdlərinə məlhəm qoyurlar.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma