ÖN SÖZ
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)

Ümumi mə’nada ”imamət” və “rəhbərlik”, xüsusi mə’nada isə İslam peyğəmbərinin canişinlik məsələsi tarixdə yüksək əhəmiyyət daşıyan teoloji-təfsiri bəhslərdəndir və heç bir mövzu haqda bu qədər söz açılmamışdır.
Təəssüf ki, bə’zən bu mövzu çərçivədən çıxaraq qanlı müharibə meydanına çevrilmişdir. Bə’zi teoloqların dediyi kimi, vilayət və imamətlə bağlı qılınc çəkildiyi qədər İslamda qılınc çəkilməmişdir! Məhz bu səbəbdən də ən çox İslamın köklü əqidə üsullarından olan bu məsələ barədə yazılmış və mövzu bütün incəliklərilə maraqlananların ixtiyarına verilmişdir. Əlbəttə, burada məntiqsiz, ixtilaf törədən və yersiz təəssübkeşlikdən doğan fikirlərə də təsadüf olunur.
Bu mühüm və həssas məsələ ilə bağlı vəzifələrimiz aşağıdakılardan ibarətdir:
1. Məntiqsiz və təəssüb doğuran bəhslərdən uzaq olub, Allahın kitabına, qəti sünnə[1] və əqli sübutlara istinadən onları tərtib etmək;
2. İmamətin əsasları ilə mə’sum imamların ilahi mənsəbindən sayılan vilayət və rəhbərliyi uyğunlaşdırmaq;
3. Bu məsələni Qur’an baxımından araşdırıb, imamətlə bağlı ayələri dəqiq təfsir etmək.
Bə’zi tədqiqatçıların dediyi kimi, imamət haqda fikirlər yenicə yaranmamışdır və İslam aləmində peyğəmbərliyin davamı olan ümmətə rəhbərlik, İslamın taleyi ilə əlaqədar köklü bir məsələdir.[2]
Biz hər şeydən öncə varlıq aləminə, daha sonra bəşəriyyətə rəhbərlik məsələsini, sonra mə’sum imamların rəhbərliyini və nəhayət, naiblərin hökumət və rəhbərliyini araşdıracağıq. Bütün bunlardan öncə bir neçə məsələni nəzərdən keçirmək zəruridir.

 

[1] “Sünnə” lüğətdə üslub mə’nasındadır – istər yaxşı olsun, istərsə də pis. Dini termin kimi isə Peyğəmbəri-əkrəmin (s) əməl və sözlərindən ibarət olan və Qur’ani-kərimdə aşkar şəkildə qeyd olunmayan əmr, nəhy və göstərişlər mə’nasını daşıyır. Həmçinin, o həzrətin bir şeyi müşahidə edib təsdiqləməsinə də şamil olur. Yə’ni Peyğəmbər (s) hər hansı bir müsəlmanda gördüyü bir işi ona qadağan etməyibsə və sükutu ilə həmin əməli təsdiqləyibsə, sünnə ona da aid olur. İslamda şəriət mənbələrindən biri də sünnədir. (“Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 3-cü cild, səh. 9.) (Müt.)
[2] “İmamət və rəhbəri”, Şəhid Mütəhhəri, səh. 13.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma