Qısa cavab:
Ətraflı cavab:
Sual:Əhli-sünnət alimləri “Aman hədisi” adı ilə məşhur hədisi hansı ifadələrlə nəql etmişlər?
Cavab: Əhli-beytin ismətinə, dini mərcəiyyətinə və imamətinə dəlalət edən hədislərdən biri də “Aman” adı ilə məşhur olan hədisdir. Bu hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz Əhli-beytini ümmətin ixtilafdan amanda qalmaq səbəbi kimi təqdim etmişdir. Bu mənaya ki, əgər İslam ümməti Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra Əhli-beyt mehvərində qərarlaşaraq onlara tabe olsalar, mütləq ixtilafdan amanda qalacaq və hidayətə nail olacaqlar. “Aman” hədisini əhli-sünnət alimlərindən bir qrupu öz kitablarında nəql etmişlər ki, onların bəzilərin aşağıda qeyd edirik:
1 - Hakim Nişapuri səhih sənədlərlə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir:
«اَلنًُّجُومُ اَمَانٌ لِأَهْلِ اْلاَرْضِ مِنَ الْغَرَقِ، وَ اَهْلُ بَیْتِى اَمَانٌ لِأُمَّتِى مِنَ الْاِخْتِلاَفِ، فَاِذَا خَالَفَتْهَا قَبِیلَةٌ مِنَ الْعَرَبِ اخْتَلَفُوا فَصَارُوا حِزْبَ اِبْلِیسَ
“Ulduzlar yer əhlinin qərq olmaqdan əmin-amanlıq vasitəsidirlər, mənim Əhli-beytim isə ümmətimin ixtilafdan amanda qalması üçün bir vasitəsidir. Ərəblərdən hər hansı bir dəstəsi onlarla müxalifət etsə, onların özlərinin arasında ixtilaf düşər və İblisin dəstəsinə keçərlər.” (1)
İbn Həcər və Süyuti də bu hədisi həmin məzmunla nəql etmişlər. (2)
2 - İbn Həcər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir:
وَاَهْلُ بَیْتِى اَماَنٌ لِأُمَّتِى مِنَ الْاِخْتِلاَفِ، فَاِذَا خَالَفَتْهَا قَبِیلَةٌ مِنَ الْعَرَبِ اخْتَلَفُوا فَصَارُوا حِزْبَ اِبْلِیسَ
“Mənim Əhli-beytim yer əhli üçün əmin-amanlıq vasitəsidir. Hər vaxt ərəb tayfalarından biri onlara qarşı müxalifət etsə, onların özlərinin arasında ixtilaf düşər və İblisin dəstəsinə keçərlər. ”
3 - Əbu Yəla Musili özünün “Müsnəd” kitabında “həsən” sənədlərlə nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur:
اَلنُّجُومُ اَمَانٌ لِأَهْلِ السَّمَاءِ وَ اَهْلُ بَیْتِى اَمَانٌ لِأُمَّتِى
“Ulduzlar səma əhlinin əmin-amanlıq vasitəsi, mənim Əhli-beytim isə ümmətinin əmin-amanlıq vasitəsidir.” (3)
Bu hədis mənaları bir-birinə yaxın olan digər məzmunlarla da nəql olunmuşdur. (4)
1. “Mustədrək”, Hakim, 3-cü cild, səh. 149
2. “Əs-səvaiqul-muhriqə”, səh. 15; “Ehyaul-meyyit”, hədis: 35.
3. “Kənzul-ummal”ın müntəxəbatı, 5-ci cild, səh. 92; “Əl-camius-səğir”, 2-ci cild, səh. 189; “Zəxairul-uqba”, səh. 17.
4. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 415.
Şərh qeydə alınmayıb