“Aman” hədisinin dəlaləti

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“Aman” hədisinin dəlaləti

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: “Aman” hədisi Əhli-beytin fəzilətlərindən hansı birinə dəlalət edir?

Cavab: “Aman” hədisində qısa tədqiqat aparmaqla başa düşəcəyik ki, Peyğəmbəri-əkrəm(səlləllahu əleyhi və alih) öz Əhli-beytini vəhdət mehvəri adlandırmışdır. Çünki məsum olduqlarından onların aralarında heç bir ixtilaf düşmür, ümməti vahid bir mehvər əsasında hidayət edir, onları zəlalət və azğınçılıqdan xilas edirlər. “Səqəleyn” hədisində də Allahın kitabına və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in itrətinə sarılmağa təkid edildiyi kimi – həqiqətdə onlar Allahın qırılmaz ipləridir – onlar İslam ümmətinin zəlalət və azğınçılıqdan uzaq olması üçün bir vasitə kimi təqdim edilmişdir.

İbn Həcər Məkki bu hədisin şərhində yazır: “Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Əhli-beyti ixtilafdan əmin-amanda qalmaq üçün bir vasitə kimi təyin olunmuşlar. Bu ixtilafda məqsəd dində olan ixtilafdır. Buna görə də əgər bir qəbilə onlarla müxalifət edib dinlərini onlardan qeyrisindən əxz edərsə, din hökmlərinə dair aralarında ixtilaf düşəcək, Əhli-beytə qarşı müxalifətçilik etdiklərinə görə İblisin dəstəsinə keçəcəklər. Çünki haqq Əhli-beyt ilədir və onlara müxalif olmaq batil yoldur. “İblisin hizbinə və dəstəsinə keçərlər” ibarəsinin göstərdiyi kimi, məqsəd onlarla dünya işlərinə dair müxalifət deyildir. (1)

Səmhudi “Aman” hədisini nəql etdikdən sonra yazır:

یُحْتَمَلُ اَنَّ الْمُرَادَ بِاَهْلِ الْبَیْتِ الَّذِینَ هُمْ اَمَانٌ لِلْاُمَّهِ عُلَمَاوُهُمُ الَّذِینَ یُهْتَدَى بِهِمْ، کَمَا یُهْتَدَى بِنُجُومِ السَّمَاءِ وَهُمْ الَّذِینَ اِذَا خَلَتِ الْاَرْضُ مِنْهُمْ جَاءَ اَهْلَ الْاَرْضِ مِنَ الْآیَاتِ مَا کَانُوا یُوعَدُونَ وَذَهَبَ اَهْلُ الْاَرْضِ، وَذَلِکَ عِنْدَ مَوْتِ الْمَهْدِىِّ الَّذِی اَخْبَرَ بِهِ النَّبِىُّ (صَلَّى اللهُ عَلَیْهِ وسَلَّمَ)

“Ehtimal verilir ki, ümmətin əmin-amanlıq vasitəsi olan Əhli-beytdə məqsəd Əhli-beyt alimləri olsun. Ümmətin hidayət vasitəsi olan bu şəxslər eynilə asimanın ulduzlarına bənzədilir. Bunlar elə şəxslərdir ki, əgər bir gün yer üzündə olmasalar, insanlara vəd verilən əlamətlər qəlib çatacaq və bütün insanlar məhv olacaqlar. Bu da Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in, zühurunu vəd etdiyi Məhdinin ölümü zamanıdır.” (2) (3)

1. “Əs-səvaiqul-muhriqə”, səh. 15, bab 11
2. “Rəşfətu-sadi”, səh. 78.
3. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 419.

Peinevesht:

    
Nəşr tarixi: « 1396/09/01 »

Əlaqəli materiallar

“Aman” hədisinin dəlaləti

“Aman” hədisində Əhli-beyt dedikdə məqsəd

“Aman” hədisini nəql edən əhli-sünnət alimləri

“Aman” hədisinin səhabələrdən olan raviləri

Əhli-sünnət və “Aman” hədisi

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1050