Qısa cavab:
Ətraflı cavab:
Sual:Əbu Turab künyəsi hansı hadisədə və kim tərəfindən Əliyə verilmişdir?
Cavab: Bu künyə hicrətin ikinci ilində, cəmadiyul-əvvəl yaxud cəmadius-sani ayında “Əşirə” qəzvəsində ona verilmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli (əleyhissalam)-ın və Əmmarın narın qumlar üzərində yatdığını gördü, onları oyatdı və Əliyə toxunub buyurdu:
قُمْ یَا أَبَا تُرَابٍ! أَلَا اُخْبِرُکَ بِأَشْقَى النَّاسِ؟ رَجُلَینِ: اُحَیْمِرُ ثَمُودَ عَاقِرُ النَّاقَةِ، وَالّّذِی یَضْرِبُکَ عَلَى هَذِهِ ـ یَعْنِی قَرْنَهُ ـ فَیَخْضِبُ هَذِهِ مِنْهَا ـ یَعْنِی لَحْیَتَهُ
“Ayağa qalx, ey Əbu Turab (torpağın atası)! Ən bədbəxt şəxsin kim olduğunu sənə xəbər verirmmi?! (Sonra buyurdu:) Onlar iki nəfərdir: Səmud naqəsini (dəvəsini) öldürən kəs və o kəsdir ki, başının bu yerinə zərbə vuracaq (bu zaman Əlinin başına işarə etdi) və bunu (onun saqqalını) başından gələn qanla qızardacaqdır.”
Bu hədisin sənədi səhihdir və Hakim Əbu Abdullah Nişapuri onu özünün “Müstədrək” kitabında qeyd etmiş, Heysəmi də onu səhih hesab etmişdir. Habelə aşağıdakı şəxslər bu hədisi nəql etmişlər: Hənbəlilərin imamı özünün “Müsnəd” kitabında, Hakim “Müstədrək” kitabında, Təbəri “Tarix”ində, İbn Hişam “Əs-sirətun-Nəbəviyyə”də, İbn Kəsir “Tarix” kitabında və s. (2)
Qeyd etmək lazımdır ki, Əli (əleyhis-salam)-ın Əbu Turab adlandırılmasının səbəbi ilə əlaqədar çoxlu nəqllər də demişlər. O cümlədən, Əbu İshaq (3) elm əhlinin bəzilərindən belə nəql edir: “Peyğəmbər Əliyə buna görə Əbu Turab adı vermişdi ki, Əli hər vaxt Fatiməyə irad tutub ondan incisəydi, onunla danışmaz və narahat olmasın deyə ona heç nə deməzdi. Yalnız bir qədər torpaq götürüb öz başına qoyardı.”
İbn İshaq nəql edir: “Hər vaxt Peyğəmbər onu toz-torpaqlı halda görsəydi, bilərdi ki, Fatimə ilə mübahisə etmişdir. Sonra buyurardı: “Sənə nə olmuşdur, ey Əbu Turab?!”
Amma demək lazımdır ki, bu kimi sözlər Əli (əleyhis-salam)-ın pak və müqəddəs adını ləkələmək, onun həzrət Fatimə ilə gözəl həyatını qaranlıq qələmə vermək üçün ona qarşı kin-küdurətli olan sinələrdən çıxmişdir. Halbuki, bu kimi sözlər Həzrət Siddiqi-Əkbər – Əli (əleyhis-salam) ilə Siddiqeyi-Kubra Fatimə (əleyhis-salam)-ın gözəl əxlaqlarına zərər yetirmir. Çünki, bu iki böyük şəxsiyyət Quranın aşkar buyurduğuna görə (4) ismət məqamından bəhrələndiklərinə görə hər növ kin-küdurətdən uzaq idilər. (5)
1-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 575.
2-“Musnəd”, Əhməd ibn Hənbəl, 4-cü cild, səh. 263 və 264 (5-ci cild, səh. 326, hədis: 17857; səh. 327, hədis: 17862; “Əl-Mustədrəku ələs-Səhiheyn”, Hakim Nişapuri, 3-cü cild, səh. 140 (3-cü cild, səh. 151), hədis: 4679; “Tarixul-uməmi vəl-muluk”, 2-ci cild, səh. 261 (2-ci cild, səh. 408), ikinci hicri ilinin hadisələri; “Əssirətun-Nəbəviyyə”, 2-ci cild, səh. 236 (2-ci cild, səh. 249); “Əl-bidayətu vən-nihayə”, 3-cü cild, səh. 247 (3-cü cild, səh. 303), ikinci hicri ilinin hadisələri;
3-İbn Hüşam onu “Əssirətun-Nəbəviyyə”, 2-ci cild, səh. 237 (2-ci cild, səh. 250) və Eyni “Əl-umdə” kitabında 7-ci cild, səh. 630 (22-ci cild, səh. 214və 263) qeyd etmişdir.
4-“Əhzab” surəsi, ayə: 33.
5-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 582.
Şərh qeydə alınmayıb