Qısa cavab:
Ətraflı cavab:
Sual:“Əl-vəşiə” kitabının müəllifinin Ömər ibn Xəttabın fəzilətləri barəsindəki sözü qəbul olunurmu?
Cavab: “Əl-vəşiə” kitabının müəllifi yazır:
کان عمر أفقه الصحابة وأعلم الصحابة فی زمنه على الإطلاق ، وإنّما کان أعرف الفقهاءبمواقع السنن والقرآن الکریم ، وکان مدّة عمره فی جمیع اُموره یعمل بالکتابوالسنّة ، وکان یعرف مواقع السنن ویفهم معانی الکتاب
“Ömər öz dövründə səhabələr arasında fiqh (şəriət) elmində ən savadlı və hamıdan bilikli idi. Sünnətin və Qurani-kərimin mövqelərinə digər fəqihlərdən daha artıq tanış idi. Ömrü boyu bütün işlərində Kitab və sünnət əsasında əməl etdi. O, sünnətin məqamını bilir, Quranın mənasını dərk edirdi.”
Belə bir iddianı cavablandırmaq üçün tarixə bir qədər dərindən nəzər salmaq kifayətdir. Məhz bu zaman aydın olacaqdır ki, səhabələr arasında ən bilikli və ən savadlı şəxs kimdir. Ömər ibn Xəttabı necə səhabələrin ən savadlısı hesab etmək olar, halbuki o bir çox dini məsələlərin öyrənilməsində, çətin mühakimə məsələlərində səhabələrə, xüsusilə də Əliyə müraciət edirdi. Buna görə də dəfələrlə demişdi:
لولا على لهلک عمر“Əgər Əli olmasaydı, Ömər həlak olardı!” (1)
لولا علیّ لضلّ عمر“Əgər Əli olmasaydı, Ömər yolunu azardı!” (2)
أللّهمّ لا تُبقِنی لمعضلة لیس لها ابن أبی طالب“Pərvərdigara! Əli ibn Əbi Talıbın olmadığı yerdə mənim üçün bir çətinlik qarşiya çıxartma!” (3)
لا أبقانی الله بأرض لست فیها یا أبا الحسن“Ey Əbəl-Həsən! Allah sənin olmadığın yerdə məni (çətinliklər qarşında) tək qoymasın!” (4)
أللّهمّ لا تنزل بی شدیدة إلاّ وأبو حسن إلى جنبی“Pərvərdigara! Əli yanımda olmayan halda mənim üçün heç bir çətinlik yaratma!” (5)
کاد یهلک ابن الخطّاب لولا علیّ بن أبی طالب“Əgər Əli ibn Əbi Talıb olmasaydı, Ömər həlak olardı!” (6)
أعوذ بالله من معضلة لا علیّ به“Əlinin olmadığı yerdə hər bir müşküldən Allaha pənah aparıram!” (7)
عجزت النساء أن تلدن مثل علیِّ بن أبی طالب ، لولا على لهلک عمر“Qadınlar Əli ibn Əbi Talib kimi bir insanı dünyaya gətirməkdən acizdirlər! Əgər Əli olmasaydı, Ömər məhv olardı!” (8)
یا أبا الحسن ، أنت لکلِّ معضلة وشدّة تُدعى“Ey Əli! Sən hər bir çətinliyin və müşkülün həll olunması üçün çağırılmışsan!” (9)
هل طفحت حرّة بمثله وأبرعته“Görəsən, azad bir qadın onun kimi bir övlad dünyaya gətirib tərbiyə etmişdirmi?!” (10)
هَیْهَاتَ هُنَاکَ شَجْنَةٌ مِنْ بَنِی هَاشِمٍ ، وَشَجْنَةٌ مِنَ الرَّسُولِ ، وَأثْرَةٌ مِنْ عِلْمٍ یُؤتَى لَهَا وَلاَ یَأْتِی ، فِی بَیْتِهِ یُؤْتَى الْحِکَم“Heyhat! Bura (Əlinin evi) Bəni-Haşimdən olan bir şaxə, Peyğəmbərdən olan bir budaqdır, camaatın ehtiyac duyduqları və onun heç kimə ehtiyac duymadığı elmin əsərləri burdadır. Hikmət o evdən əldə olunur!” (11)
أبا حسن! لا أبقانی الله لشدّة لست لها ، ولا فی بلد لست فیه“Ey Əli! Allah sənin iştirak etmədiyin bir çətinlikdə məni tək qoymasın və sənin olmadığının bir şəhərdə məni saxlamasın!” (12)
یابن أبی طالب! فما زلتَ کاشف کلّ شبهة ، وموضح کلِّ حکم“Ey Əbu Talibin oğlu! Sən həmişə şübhələri aradan qaldıran, hər bir hökmün bəyan edənisən!” (13)
لولاک لافتضحنا“Əgər sən olmasaydın, biz rüsvay olardıq!” (14)
لا ابقانى اللّه بعدک یا على“Ya Əli! Allah səndən sonra məni sağ saxlamasın!” (15)
Həmçinin Ömər mühakimə, qəzavət və fətva verməklə əlaqədar çoxlu məsələlərdə sərgərdan qalmış və aşağıdakı sözləri etiraf etmişdir:
کُلُّ أَحَدٍ أَعْلَمُ مِنْ عُمَرَ “Hamı Ömərdən biliklidir!” (16)
کُلُّ النّاَسِ أَفْقَهُ مِنْکَ یَا عُمَرُ “Ey Ömər! Fiqh elmində hamı səndən biliklidir!” (17)
کُلُّ النَّاسِ أَفْقَهُ مِنْ عُمَرَ حَتَّى رَبّاَتِ الْحجَالِ “Bütün insanlar, hətta hiclədə (pərdə arxasında) oturan qadınlar da Ömərdən artıq dərrakəlidir!” (18)
کُلُّ النَّاسِ أَفْقَهُ مِنْ عُمَرَ حَتَّى الْمُخَدَّرَاتِ فِى الْبُیُوتِ “Bütün insanlar, hətta pərdə arxasında oturan qadınlar da Ömərdən fəqihdirlər!” (19)
کُلُّ النَّاسِ أَعْلَمُ مِنْکَ یَا عُمَرُ! “Ey Ömər! Bütün insanlar səndən biliklidir!” (20)
کُلُّ وَاحِدٍ أَفْقَهُ مِنْکَ حَتَّى الْعَجَائِزِ یَا عُمَرُ! “Ey Ömər! Hətta qoca qarılar belə, səndən biliklidir!” (21)
کُلُّ أَحَدٍ أَفْقَهُ مِنِّی “Bütün insanlar məndən (fiqhdə) biliklidirlər!” (22)
Bu məsələlərə diqqət yetirməklə “Əl-vəşiə” kitabının müəllifinin sözünün dəyəri məlum olur. (23)
1-“Ərriyazun-nuzrət”, 2-ci cild, səh. 194 (3-cü cild, səh. 143); “Mənaqib” Xarəzmi, səh. 48 (81), hədis: 65.
2-“Təmhid”, Baqqilani, səh. 199.
3-“Təzkirə” Sibt, səh. 87; “Mənaqib”, Xarəzmi, səh. 58; “Məqtəl”, Xarəzmi, 1-ci cild, səh. 45.
4-“İrşadus-sari”, 3-cü cild, səh. 195.
5-İbn Buxtəri onu ixrac etmişdir, necə ki: “Ər-riyaz”dadır, 2-ci cild, səh. 194.
6-“Kifayətut-talib”, :96 (səh. 218); “Əl-fusulul-muhimmə”, səh. 18.
7-Şəblənci, “Nurul-əbsar”, səh. 79.
8-“Mənaqib”, Xarəzmi, səh. 48 (81), hədis: 65.
9-“Əl-ərais”, Əbu İshaq Sələbi, səh. 232-239.
10-“Kənzul-ummal”, 3-cü cild, səh. 179 (5-ci cild, səh. 830), hədis: 4508.
11-“Kənzul-ummal”, 3-cü cild, səh. 179 (5-ci cild, səh. 830), hədis: 4508
12-“Kənzul-ummal”, 3-cü cild, səh. 179 (5-ci cild, səh. 830),.
13-“Kənzul-ummal”, 3-cü cild, səh. 179
14-“Səhihi Buxari”, 3-cü cild, səh. 81 “Həcc” kitabında; “Sunəni Əbu Davud”, 1-ci cild, səh. 317; “Sunənu İbn Macə”, 2-ci cild, səh. 269; “Sunəni Beyhəqi”, 5-ci cild, səh. 159.
15-“Ər-riyazun-nuzrət”, 2-ci cild, səh. 179; “Mənaqib”, Xarəzmi, səh. 60; “Təzkirə”, Sibt, səh. 88.
16-“Əl-kəşşaf” təfsiri, 1-ci cild, səh. 357, “Səhihi Buxari”nin şərhi, Qəstəlanih, 8-ci cild, səh. 57.
17-“Əqdul-fərid”, cild, 3 səh. 416; “Təfsir”, Qurtəbi, 5-ci cild, səh. 99; “Əl-futuhatul-islamiyyə”, 2-ci cild, səh. 477.
18-“Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh. 61 və 3-cü cild, səh. 96 (1-ci cild, səh. 82), xütbə 12; 3-cü cild, səh. 477.
19-“Ərbəin”, Razi, səh. 467.
20-“Təfsir”, Qurtəbi, 14-cü cild, səh. 227; “Əl-kəşşaf” təfsiri, 2-ci cild, səh. 445.
21-“Ər-riyazun-nuzrət”, 2-ci cild, səh. 57; “Əl-futuhatul-islamiyyə”, 2-ci cild, səh. 408.
22-“Ər-riyazun-nuzrət”, Təbəri, 2-ci cild, səh. 196; “Zəxairul-uqba”, səh. 81; “Əl-kifayə”, Hafiz Gənci, səh. 105.
23-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 577.
Şərh qeydə alınmayıb