Meymun ibn Mehranın ilk müsəlman barəsindəki sözü
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Meymun ibn Mehranın ilk müsəlman barəsindəki sözü

Sual :
Qısa cavab:
Ətraflı cavab:

Sual: Əbubəkrin ilk müsəlman olması barəsində Meymun ibn Mehranın nəql etdiyi rəvayət mötəbərdirmi?

Cavab: İbn Həcər Heysəmi, Furat ibn Saibdən nəql edir ki, Meymun ibn Mehrandan soruşdum: “Əbubəkr ilk dəfə müsəlman olmuşdur, yoxsa Əli?” Dedi: “Allaha and olsun! Əbubəkr rahib Büheyranın zamanında islamı qəbul etdi, o zaman ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yolu oradan düşmüşdü...” (1)

Cavabında deyirik:

Əvvəla: Bu rəvayət Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunmamışdır.

İkincisi: Sənədi zəif olan bir rəvayət Əli (əleyhis-salam)-ın hamıdan öndə islamı qəbul etməsinə dəlalət edən bu qədər rəvayətlərin müqabilində necə tab gətirə bilər?!

Üçüncüsü: Hədis Meymun ibn Mehranla sona çatır ki, o Əli (əleyhis-salam) düşmənlərindən hesab olunurdu. İbn Həcər deyir: “Meymun ibn Mehran Əliyə etiraz edirdi.” (2)

Dördüncüsü: Hədisi Meymun ibn Mehrandan nəql edən Furat ibn Saib rical alimlərinin nəzərində zəif hesab olunur: Buxari və İbn Muin onu “munkirul-hədis”, Dar Qutni və Nisai onu “mətruk”, Əbu Hatəm onu “zəiful-hədis” və ... hesab etmişlər. (3)

Beşincisi: Nə üçün Əbubəkr “Səqifə” günündə, yaxud başqa vaxtlarda bu mətləbi aşkar bəyan etmədi?

Altıncısı: Həzrət Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih) minbərində, Bəsrə və Kufə məscidlərinin minbərlərində iddia edərək “mən islamı qəbul edən ilk şəxsəm!” deyən zaman heç kim onu təkzib etmədi. Halbuki, onun məclisində bir çox yolunu azmış şəxslər iştirak edirdi.

Əbu Cəfər İskafi Mötəzili yazır: Cahizin “Əbubəkr islamı qəbul edən ilk şəxs olduğuna görə onun imaməti səhihdir” - deyə istinadına gəldikdə isə, əgər bu məsələ düzgün olsaydı, onda Əbubəkrin özü “Səqifə” günündə ona istinad etməli idi. Halbuki, biz onun belə bir iş görməsini eşitməmişik... Əgər bu sübut düz olsaydı, onda camaatdan hər hansı biri Əbubəkrin xilafəti dövründə, yaxud sonrakı əsrlərdə onun imamətini sübut etmək üçün Əbubəkrin ilk islam gətirdiyinə əsaslanardı. Halbuki, hətta bir şəxsin belə, bu kimi iddia etməsini görməmişik. Bundan əlavə, İslam mühəddislərinin cumhuru (əksəriyyəti) Əbubəkrin Əli ibn Əbutalib, Cəfər ibn Əbutalib, Zeyd ibn Harisə, Əbuzər Qifari, Əmr ibn Ənbəsə Səlmi, Xalid ibn Səid ibn As, Xəbbab ibn Ərətdən sonra müsəlman olduğunu demişlər. Əgər biz səhih, sənədləri güclü və etimad olunan rəvayətlərə dərindən diqqət yetirsək, başa düşərik ki, onların hamısı Əli (əleyhis-salam)-ın islamı hamıdan əvvəl qəbul etdiyinə dəlalət edir. (4) (5)

“Əs-səvaiqul-muhriqə”, səh. 45.
2. “Təhzibut-təhzib”, 10-cu cild, səh. 391.
3. “Mizanul-e`tidal”, 3-cü cild, səh. 341; “Lisanul-mizan”, 4-cü cild, səh. 430 və 431.
4. “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 13-cü cild, səh. 224, xütbə 238.
5. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 451.



Peinevesht:

    
Nəşr tarixi: « 1396/01/09 »

Əlaqəli materiallar

İlk müsəlman barəsində İbn Əbdul-Birrin sözləri

Meymun ibn Mehranın ilk müsəlman barəsindəki sözü

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 666