Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttabın Məscidul-Əqsanın fəziləti barəsindəki agahlığı nə qədər idi?
Cavab: Səid ibn Müsəyyib deyir ki, bir nəfər Beytul-Müqəddəsə getmək üçün Ömər ibn Xəttabdan icazə aldı. Ömər ona dedi: “Get hazırlaş, hazır olanda mənə xəbər ver.”
O gələndə Ömər ona dedi: “Ora səfər etmək əvəzinə Məkkəyə get və ümrə həccini yerinə yetir!”
Həmçinin deyir: Ömər zəkat dəvələrinin hesab-kitabı ilə məşğul olan zaman iki nəfər onun yanına gəldi. Ömər onlardan soruşdu: “Haradan gəlirsiniz?!” Dedilər: “Beytul-Müqəddəsdən!” Ömər şallağını (yaxud) çomağını qaldırdı və dedi: “Məgər Allah Evinin həcci kimi başqa bir həcc də vardır?!” Onlar qorxudan dedilər: “Biz sadəcə oradan keçirdik.” (1)
Qeyd olunmalıdır ki, Beytul-müqəddəs müsəlmanların ziyarət etmək və namaz qılmaq məqsədi ilə səfər etdikləri üç məsciddən biridir. Bu barədə nəql olunan rəvayətlərdən bəzilərini qeyd edirik:
1. Əbu Hüreyrə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən belə nəql edir:
لاَتَشُدَّ الرّحَالَ إِلاَّ إِلَى ثَلاَثَةِ مَسَاجِدَ: اَلْمَسْجِدِ الْحَرَامِ، وَمَسْجِدِی هَذَا، وَالْمَسْجِدِ اْلأَقْصَى
“Səfər yükünü yalnız üç məscidə doğru bağlayın: Məscidul-Həram, mənim məscidim və Məscidul-Əqsa.”
2. Abdullah ibn Ömər ibn As mərfu sənədlərlə Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən belə nəql edir: “Süleyman ibn Davud (əleyhis-salam) Beytul-müqəddəsin bünövrəsini qoyanda Allahdan üç xislət istədi: 1. Allahdan istədi ki, ona qəzavət elmini öyrətsin. Allah da bu elmi ona verdi. 2. Allahdan ona elə bir mülk və səltənət verməsini istədi ki, ondan sonra kiməsə layiq görülməsin, Allah da ona verdi. 3. Allahdan istədi ki, məscidin tikintisi başa çatandan sonra məscidə yaxınlaşanların və orada namaz qılanların hamısını Allah anadan doğulduqları kimi günahdan paklamış olsun.” (3)
Bu, Beytul-müqəddəsin fəziləti və onda namaz qılmağın savabı barəsində qeyd olunan rəvayətlərdən bir qismidir. Mütəal Allah Özünün seçilmiş bəndəsi həzrət Məhəmmədi gecə ikən Məscidul-Həramdan Məscidul-Əqsaya apardı...” (4)
Səhabələr də namaz qılmaq üçün ora gedirdilər. Bu məsələ “Məcməuz-zəvaid” kitabında qeyd olunmuşdur. (5)
Hafiz ibn Əsakır bu barədə xüsusi bir kitab yazaraq onu “Əl-mustəqsa fi fəzailil-məscidil-əqsa” adlandırmışdır.
Bu hədisləri nəzərə almasaq belə, qadağan olunmayan hər bir məscidə getmək mübahdır (haram deyildir). Belə isə bu kimi hallarda şallaqla, yaxud çomaqla qorxutmağı necə izah etmək olar?! (6)
1- Bunu Əzrəqi “Əxbaru Məkkə” kitabında (2-ci cild, səh. 63) nəql etmişdir. və “Kənzul-ummal”da, 7-ci cild, səh. 157 (14-cü cild, səh. 146), hədis: 38194-də də gəlmişdir.
2-“Musnəd”, Əhməd ibn Hənbəl, 2-ci cild, səh. 238, 278 (2-ci cild, səh. 473), hədis: 7208 və səh. 542, hədis: 7678; “Səhihi Buxari”, 1-ci cild, səh. 398, hədis: 1132;“Səhihi Müslim”, 3-cü cild, səh. 183, hədis: 511 və 513, “Həcc” kitabı.
3-“Sunəni İbn Macə”, 1-ci cild, səh. 430 (1-ci cild, səh. 452), hədis: 1408; “Əs-sunənul-kubra”, 2-ci cild, səh. 34 (1-ci cild, səh. 256), hədis: 772.
4-“İsra” surəsi, ayə: 1
5-“Məcməuz-zəvaid”, 4-cü cild, səh. 4
6-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 563.
Şərh qeydə alınmayıb