Qısa cavab:
Ətraflı cavab:
İbn Teymiyyə yazır: “Fatimənin (s) Əbubəkrdən küsüb kənara çəkilməsi ona yaraşan iş deyildi. Buna görə hökumət rəhbərini qınamaq olmaz. Bu əmələ görə Fatiməni (s) mədh etməkdənsə, onu qınamaq daha doğru olar. (1)
Cavabında deyilir: Əvvəla, Həzrət Fatimə (salamullahi əleyha) Quran ayələrinə və mötəbər hədislərə görə məsum insandır. Onun qəzəbi ilə Allah və peyğəmbər qəzəblənir. Belə ki, peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:
یا فاطمة! إنّ الله یغضب لغضبک و یرضى لرضاک
“Ya Fatimə! Həqiqətən, Allah-taala sənin qəzəbinlə qəzəblənər və sənin razılığınla razı olar.”
Bu hədisi əhli-sünnə alimlərindən bir çoxu öz hədis kitablarında nəql etmişdir. Məsələn:
1. İbn Əbu Asim (2). 2. Hakim Nişapuri (3). 3. Əbülqasım Təbərani (4). 4. Dulabi (5). 5. İbn Əsakir. (6) 6. Muhibiddin Təbəri (7). 7. İbn Həcər Heysəmi. (8).
İkincisi, “Ya Fatimə! Allah-taala sənin qəzəbinlə qəzəblənir və sənin razılığınla razı olur” cümləsi əhli-sünnətin altı “səhih” kitabında olmasa da, Səhihi-Buxaridə ona bənzər ifadələr gözə dəyir.
Buxari öz sənədi ilə Müsəvvər ibn Məxrəmədən nəql edir ki, Allahın rəsulu (sallallahu əleyhi və alih) buyurdu:
فاطمة بضعة منّی فمن أغضبها فقد اغضبنی
Fatimə canımın bir parçasıdır. Onu incidən məni incitmişdir. (9)
Demək, peyğəmbər (sallallahu əleyhi və alih) qızı Fatimənin (salamullahi əleyha) incikliyi onun incikliyidir. Qurani-Kərimdə deyilir:
إِنَّ الَّذِینَ یُؤْذُونَ اللهَ وَ رَسُولَهُ لَعَنَهُمُ اللهُ فِی الدُّنْیا وَالآْخِرَةِ وَ أَعَدَّ لَهُمْ عَذاباً مُهِیناً
Allahı və Onun Rəsulunu incidənləri Allah dünyada və axirətdə Öz rəhmətindən uzaqlaşdırmış və onlar üçün xaredici bir əzab hazırlamışdır.(11)

Şərh qeydə alınmayıb