Quranda İslam peyğəmbərinin (s) möcüzələri
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Quranda İslam peyğəmbərinin (s) möcüzələri

Sual : Qurani-Kərimdə Məhəmməd peyğəmbərin (s) Qurandan başqa möcüzəsindən söz açılırmı?
Qısa cavab:
Ətraflı cavab:
Quran xaçpərəstlər üçün ilahi kitab hesab edilməsə də, dəqiq-tarixi bir sənəd sayılır. Bu baxımdan, biz sübut olaraq bəzi ayələri diqqətinizə çatdırırıq:
Quranın ayələri Peyğəmbərin (s) Qurandan başqa, digər möcüzələrinin olmasını da xəbər verir.
Şəqqul-qəmər (ayın yarılması, parçalanması)
 (1) «اِقْتَرَبَتِ السّاعَهُ وَ انْشَقَّ الْقَمَرُ * وَ اِنْ یَرَوا آیَهً یُعْرِضُوا وَ یَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ».
"Qiyamət çox yaxınlaşdı və ay parçalandı.  Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər."
İslam təfsirçilərindən Zəməxşəri "Kəşşaf", Təbərsi "Məcməul-bəyan", Fəxri Razi "Məfatihul-ğeyb" kitabında və İbn Məsud öz təfsirində belə yazırlar: "Qüreyş müşrikləri Peyğəmbərin (s) yanına gəldilər və ona dedilər ki, peyğəmbərliyini sübuta yetirməsi üçün ayı ikiyə bölməklə möcüzə göstərsin.
Peyğəmbər (s) buyurdu ki, əgər belə etsəm, iman gətirəcəksinizmi?
Onlar hamılıqla "Bəli!" – deyə, cavab verdilər. Bu zaman Peyğəmbər (s) Allaha dua etdi ki, onların istəyini həyata keçirsin. Sonra barmağı ilə aya tərəf işarə elədi və ay ikiyə bölündü. Həzrət buyurdu ki, şahid olun!"
Belə sual yarana bilər ki, qiyamətin yaxınlaşması ilə ayın ikiyə bölünməsi arasında hansı rabitə və mütənasiblik vardır ki, onlar bir-birinin kənarında gəlmişdir?
Bu sualın cavabı aydındır, belə ki, ayın ikiyə bölünməsi və sonuncu peyğəmbərin (s) zühur etməsi qiyamətin əlamət və nişanələrindəndir. Bu baxımdan, həmin iki cümlə bir-birinin yanında işlədilmişdir və Quranın nəzərində qiyamətin əlaməti gerçəkləkmişdir. Quranda buyurulur:
هَلْ یَنْظُرُونَ اِلاّ السّاعَهَ اَنْ تَاْتِیَهُمْ بَغْتَهً وَ هُمْ لا یَشْعُرُونَ.(2)
1. "Onlar qiyamətin qəflətən qopmasının intizarındadırlar? Halbuki, onun əlamələti gerçəkləşmişdir."
وَ اِنْ یَرَوا آیَهً یُعْرِضُوا وَ یَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ
2. "Əgər bir möcüzə görsələr, ondan üz çevirir və deyirlər ki, bu, həmişəki sehr və cadudur."
"Ayə" sözündəki məqsəd Quran ayəsi deyil, "nişanə"dir. Buna dəlil Quranda bu sözün işlədilməsidir:
یَرَوا (yərəv), yəni "görsələr". Əgər belə olmasaydı və məqsəd Quran ayəsi olsaydı, o zaman həmin sözün yerinə daha yaxşı olardı ki, نزول (nuzul) və bunun oxşarı kimi ifadələr istifadə edilsin.
Bu görülən möcüzə "ayın yarılması"dır və əvvəlki ayədə ona işarə edilmişdir.
Əgər ifadələrə diqqət yetirilsə, məlum olar ki, ayın müəyyən zaman ərzində ikiyə bölünməsi qiyamətin astanasında baş verən deyil, bu dünyaya aid olan məsələlərdəndir. Belə ki, o zaman kimsə deyə bilməz ki, bu bizim ata-babalarımızın da görmüş olduğu həmin daimi sehrdir.

Peyğəmbərin (s) meracı
İslam peyğəmbərinin meracı gecə vaxtı Məscidul-Həramdan Məscidul-Əqsaya aparılması ilə başlanan bir möcüzədən ibarətdir. Həm Peyğəmbər (s) həmin məsələni bəyan edir, həm də Quran bu barədə aşkarcasına söhbət açır:
سُبْحانَ الَّذِی اَسْرى بِعَبْدِهِ لَیْلاً مِنَ الْمَسْجِدِ الْحَرامِ اِلَى الْمَسْجِدِ الاَقْصَى الَّذِی بارَکْنا حَوْلَهُ لِنُرِیَهُ مِنْ آیاتِنا اِنَّهُ هُوَ السَّمِیعُ الْبَصِیرُ ».(3)
"Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tövhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidul-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidul-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə, (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)."
Peyğəmbərin (s) gecə vaxtı bu günün nəqliyyat vasitəsi ilə qeyri-mümkün olan şəkildə Məscidul-Həramdan Məscidul-Əqsaya qeyri-adi formada səfər etməsi insan qüdrətindən xaric bir məsələ idi və möcüzə hesab olunur. Quran həmin məsələni Peyğəmbərə (s) sübut və digər bir surədə (4) onu şiddətli şəkildə müdafiə edir. Eyni zamanda, vurğulayır ki, Məscidul-Əqsa o həzrətin səfərinin son nöqtəsi deyil, əksinə oradan yuxarı aləmə də merac etmişdir. Xatırladırıq ki, islami rəvayət və hədislərdə “merac” məsələsinə o qədər toxunulmuşdur ki, onu uydurma və qondarma bir məsələ hesab etmək olmaz.

Mübahələ
Nəcran xaçpərəstləri ilə Peyğəmbərin (s) mübahələ məsələsi Quranın “Ali-İmran” surəsinin 61-ci ayəsində işarə edilən mətləblərdəndir. Həmin ayədə Peyğəmbərin (s) haqlı olduğunu bildirməsi üçün Nəcran başçıları ilə mübahələyə hazır olması və mübahələyə gələcəkləri təqdirdə, yalançılara ilahi əzabın nazil olacağı vədəsini verməsi qeyd olunub.
Təkcə Peyğəmbər (s) Nəcran xaçpərəstləri ilə mübahələyə hazır deyildi, hətta Allah da ona mübahələ etməsini əmr etmişdi. Ayədə buyurulur:
فَمَنْ حاجَّکَ فِیهِ مِنْ بَعْدِ ما جاءَکَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَواْ نَدْعُ اَبْناءَنا وَ اَبْناءَکُمْ وَ نِساءَنا وَ نِساءَکُمْ وَ اَنْفُسَنا وَ اَنْفُسَکُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَهَ اللّهِ عَلَى الْکاذِبینَ ».(5)
"Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq)"
Nəcran xaçpərəstləri mübahələyə hazır idilər, amma Peyğəmbərin (s) xüsusiyyəti və o həzrətin mübahələ meydanında hazır olma tərzi onları mübahələ etmədən çəkindirdi və başa düşdülər ki, bu mübahələdə Allahın qəti əzabı onlara nazil olacaq.
Peyğəmbər (s) sağ olduğu zamanda nəinki, Nəcran xaçpərəstləri, hətta heç kəs mübahələ etməyə hazır olmadı. Doğrudur ki, xaçpərəstlərin mübahələdən daşınması ilə mübahələ məsələsi həyata keçmədi, amma bunun özü Peyğəmbərdən (s) möcüzə istədikdə onu gətirə bilməsi ilə bağlı şübhə edənlərə tutarlı bir cavab oldu ki, Peyğəmbər (s) yalnız qorxudan və bəşarət verəndir.
 «کَیْفَ یَهْدِی اللّهُ قَوْماً کَفَرُوا بَعْدَ اِیمانِهِمْ وَ شَهِدُوا اَنَّ الرَّسُولَ حَقٌّ وَ جاءَهُمُ الْبَیِّناتُ... ».(6)
"İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etməz."
Peyğəmbərin (s) aşkar dəlilləri (möcüzələri):
Bu ayə göstərir ki, Peyğəmbər (s) aşkar dəlillərə malik idi və onda məqsəd möcüzədir. Diqqət yetirilməli olan məsələ «وَجاءَهُمُ الْبَیِّناتُ» (və caəhumul-bəyyinat) cümləsidir və "bəyyinat" sözü "bəyyinə" sözünün cəmidir, eyni zamanda, həqiqəti aydınlaşdıran dəlil və şahid mənasını verir.
Elə təsəvvür yarana bilər ki, “bəyyinat”da məqsəd Quran və ya asimani kitablarda Peyğəmbərin (s) nübüvvəti ilə bağlı verilən bəşarət və müjdələrdir, amma bu sözün istifadə edildiyi və möcüzə mənasını verən digər ayələrə nəzər saldıqda, məlum olur ki, bu ayədə məqsəd ya möcüzələrdir, yaxud möcüzələr mənasının da şamil olduğu geniş bir mənadır. Ayənin mənasını sadəcə səmavi kitablarda verilən müjdələrə həsr etməyə heç bir lüzum yoxdur.
Ayələr:
1. "İsa ibn Məryəmə möcüzələr verdik.".«...وَ آتَیْنا عِیسَى ابْنَ مَرْیَمَ الْبَیِّناتِ...» .(7)؛
2. "Gördükləri möcüzələrdən sonra (Bəni-İsrail) buzovu üzlərinə məbud seçdi.
".«...ثُمَّ اتَّخَذُوا العِجْلَ مِنْ بَعْدِ ما جاءَتْهُمُ الْبَیِّناتُ...» .(8)
3. "Sən onlara tərəf möcüzələrlə gəldin.".« ...اِذْ جِیْتَهُمْ بِالْبَیِّناتِ...»(9)
4. "Peyğəmbərləri onlara tərəf möcüzələrlə gəldilər." (10)
«...وَلَقَدْ جاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّناتِ...» (11)
Peyğəmbərin (s) digər bir möcüzəsi o həzrətin Məsih (ə) kimi qeybdən xəbər verməsi idi:
Quranda həzrət Məsihin (ə) möcüzələrindən biri onun qeybdən xəbər verməsi kimi göstərilmişdir:
«...وَ اُنَبِّیُکُمْ بِما تَاْکُلُونَ وَ ما تَدَّخِرُونَ فِی بُیُوتِکُمْ...» .(12)
"Sizin yedikləriniz və evlərinizdə zəxirə (ehtiyat) saxladıqlarınız barədə sizə xəbər verərəm."
Peyğəmbər (s) ilahi vəhy sayəsində bir sıra qeybi hadisələr barədə xəbər vermişdir və Qurandakı qeybi xəbərlərin sayı burada qeyd edilməkdən daha artıqdır. (13) Onların bəzini misal göstəririk:
Peyğəmbər (s) ilahi vəhy sayəsində rumluların məğlubiyyətdən sonra qələbəsi (14), Əbu Ləhəb və arvadı Ümmü Cəmilin küfr halında ölümü (15), eyni zamanda Vəlid ibn Müğeyrənin küfr və şirk halında ölümü (16), "Bədr", "Xeybər" və sair döyüşlərdə Qüreyşin məğlubiyyəti (17) barədə məlumat vermişdir. Görəsən, bu qeybi xəbərlər Peyğəmbərin (s) Qurandan başqa, digər möcüzələrinin olmasından xəbər vermirmi? (18).

Peinevesht:
1. "Qəmər" surəsi, ayə 1-2.
2. "Zuxruf" surəsi, ayə 66.
3. "İsra" surəsi, ayə 1.
4. "Nəcm" surəsi, ayə 13-18.
5. "Ali-İmran" surəsi, ayə 61.
6. "Ali-İmran" surəsi, ayə 86.
7. "Bəqərə" surəsi, ayə 87
8. "Nisa" surəsi, ayə 153.
9. "Maidə" surəsi, ayə 110.
10. "Bəyyinat" sözünün möcüzə mənasında işləndiyi ayələrə "Yunis" surəsi, ayə 13, 74, "Nəhl" surəsi, ayə 44, "Taha" surəsi, ayə 72, "Mumin" surəsi., ayə 28, "Hədid" surəsi, ayə 25, "Təğabun" surəsi, ayə 16-ya müraciət etməklə nəzər yetirə bilərsiniz.
"Bəyyinat" sözünün lüğəvi mənasının "möcüzə və qeyri-adi işlər" olmamasına baxmayaraq, bu söz geniş mənaya malikdir və onun nümunələrindən biri "möcüzə"dir. "Bəyyinə" "həqiqəti aydınlaşdıran" mənasındadır. Möcüzəyə bəyyinə deyilməsinin səbəbi, onun Peyğəmbərlə (s) Allah arasındakı rabitəni aydınlaşdırması və o həzrətin risalətinin doğruluğunu təsdiqləməsidir. Ayələrin əksəriyyətində bu söz möcüzə və xariquladə işlərlə bağlı istifadə edildiyindən, sadalanan ayələri "möcüzə" mənasına təfsir etmək daha münasibdir.
11. "Əraf" surəsi, ayə 101.
12. "Ali-İmran" surəsi, ayə 49.
13. "Məfahimul-Quran" kitabı, üçüncü cild, səh. 503-508-də Quranın qeybi xəbərləri geniş şəkildə bəyan edilmişdir. Həmin kitaba müraciət edə bilərsiniz.
14. "Rum" surəsi, ayə 2. (غُلِبَتِ الرُّومُ ...).
15. "Məsəd" surəsi, bütün ayələr. تَبَّتْ یَدا أَبی لَهَب...).)
16. "Muddəssir" surəsi, ayə 26-27. سَأُصْلیهِ سَقَرَ * وَ ما أَدْریکَ ما سَقَرَ
17. "Qəmər" surəsi, ayə 45. سَیُهْزَمُ الْجَمْعُ وَیُوَلُّونَ الدُّبُر
18. Ayətullah Cəfər Subhani, "Mənşur-Cavid"dən seçmələr, c.7, səh. 209-223.

    
Nəşr tarixi: « 1393/05/01 »

Əlaqəli materiallar

Quranda İslam peyğəmbərinin (s) möcüzələri

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2258