Əhli-sünnə alimlərinin İmam Rzanın (ə) şəxsiyyəti barəsində söylədikləri
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Əhli-sünnə alimlərinin İmam Rzanın (ə) şəxsiyyəti barəsində söylədikləri

Sual : Əhli-sünnə alimləri İmam Rzanın (ə) şəxsiyyəti ilə bağlı hansı sözləri söyləmişlər?
Qısa cavab:
Ətraflı cavab:
Əhli-sünnə alimlərindən İmam Rzanın (ə) şəxsiyyətinə dair çoxlu fəzilət və insani səciyyələr nəql olunmuşdur və biz yalnız onlardan bəzilərinin sözlərinə işarə edirik:
1. İbn Həcər Hiytəmi
»وکان اولاد موسى بن جعفر حین وفاته سبعه وثلاثین ذکراً وانثى، منهم علىّ الرضا وهو انبههم ذکراً واجلّهم قدراً» (1)
"Musa ibn Cəfər vəfat etdiyində, o həzrətin 37 övladı var idi ki, Əli ər-Rza onların arasında camaatın diqqətini özünə cəlb edən və ən fəzilətlisi idi."
2. Səmhudi
»على الرضا بن موسى الکاظم، کان اوحد زمانه، جلیل القدر، اسلم على یده ابومحفوظ معروف الکرخى(2) .«
"Musa Kazimin oğlu Əliyyir-Rza öz zəmanəsində ən üstün şəxsiyyət və fəzilət sahibi olan bir şəxs idi və Məruf Kərxi (o dövrün böyük arifi) onun sayəsində İslamı qəbul etdi."
3. İbn Həcər Əsqəlani
«کان الرضا من اهل العلم والفضل مع شرف النسب». (3)
"Rza şərafətli bir nəsildən olan elm və fəzilət sahibi idi."
4. Zəhəbi
»الامام السید ابوالحسن الرضا... وکان من اهل العلم والدین والسودد بمکان». (4)
"İmam Əbulhəsənir-Rza... elm, din və böyüklükdə ən ali mərtəbəyə sahib olan biri idi."
Həmçinin, o yazır:
«وقد کان على الرضا کبیر الشان، اهلا للخلافه». (5)
"Əli ər-Rza nəcabətli və xəlifəlik üçün layiqli şəxs idi."
5. Xəyruddin Zerkeli
»على بن موسى الکاظم بن جعفر الصادق، ابوالحسن الملقب بالرضا، ثامن الایمه الاثنى عشر عند الامامیه ومن اجلاء الساده اهل البیت وفضلایهم...». (6)
"Rza ləqəbli Əbulhəsən ibn Musa Kazim ibn Cəfər Sadiq imamiyyə (şiə) məzhəbinə mənsub olanların 8-ci imamıdır. O, Əhli-beytin böyüklərindən və onların fəzilətlilərindəndir."
6. Şeyx Adullah Şəbravi Şafei
«على الرضا ـ (رضی الله عنه) ـ کانت مناقبه علیّه وصفاته سنیّه... وکراماته اکثر من ان تحصى واشهر من ان تذکر». (7)
"Əli ər-Rza (Allah ondan razı olsun) üstün nəcabət və dəyərli xüsusiyyətlərə malik idi... Onun kəramətləri saya gəlməyəcək qədər çox və xatırlatmaga ehtiyac duyulmayacaq həddə məşhurdur."
7. Abdullah ibn Əsəd Yafei
«الامام الجلیل المعظم، سلاله الساده الاکارم، ابوالحسن على بن موسى الکاظم بن جعفر الصادق بن محمّد الباقر(علیهم السلام)... احد الایمه الاثنى عشر، اولى المناقب الذین انتسبت الامامیه الیهم وقصّروا بناء مذهبهم علیهم». (9)
"Əzəmətli imam, seyyidlərin müqəddəs sülaləsi, Əbulhəsən Əli ibn Musa Kazim ibn Cəfər Sadiq ibn Məhəmməd Baqir (Salam olsun onlara!)... fəzilətlər sahibi və imamiyyə məzhəbinin onlara mənsub olduğu və öz məzhəblərinin əsasını o həzrətin kəlamları ilə qoyan 12 imamdan birididir."
8. Əhməd ibn Yusif Əbulabbas Qurmani
O, İmam Rza (ə) barəsində demişdir:
«و کانت مناقبه علیّه وصفاته سنیّه، وکراماته کثیره ومناقبه شهیره، وکان قلیل النوم، کثیر الصوم. وکان جلوسه فی الصیف على حصیر وفی الشتاء على جلد شاه». (9)
"Onun fəzilətləri ali və məşhur, xüsusiyyət və insani keyfiyyətləri tərifəlayiq və kəramətləri isə saysızdır. O, gecələrin çox az miqdarını yatan və günlərinin çoxunu oruc tutmaqla keçirən bir kişi idi. Yay fəslində həsir, qışda isə qoyun dərisi üzərində əyləşərdi.
9. Yusif ibn İsmail Nohbani
«على الرضا بن موسى الکاظم بن جعفر الصادق، احد اکابر الایمه ومصابیح الامه من اهل بیت النبوه ومعادن العلم والعرفان والکرم والفتوه، کان عظیم القدر، مشهور الذکر، وله کرامات کثیره منها انّه قال لرجل صحیح سلیم: استعدّ لما لابدّ منه، فمات بعد ثلاثه ایّام». (10)
"Əli Rza ibn Musa Kazim ibn Cəfər Sadiq (ə) Peyğəmbər (s) ailəsinin böyük imamlarından və ümmətin (yolunu aydınladan) çıraqlardan biri idi. Onlar elm, irfan, kərəm və mərdlik mənbəyi idilər. O qüdrətli və məşhur, çoxlu kəramətlər sahibi idi, buna misal olaraq, sağlam bir kişiyə "Çarəsi olmayan bir şeyə hazır ol!" – söylədiyini və üç gündən sonra həmin şəxsin dünyadan köçdüyünü qeyd etmək olar."
10. İbn Əbilhədid Mötəzili
O deyir:
«و من رجالنا موسى بن جعفر بن محمّد وهو العبد الصالح، جمع من الفقه والدین والنسک والحلم والصبر. وابنه على بن موسى المرشّح للخلافه والمخطوب له بالعهد. کان اعلم الناس واسخى الناس واکرم الناس اخلاقاً». (11)
"Bizim tanınmış şəxlərimizdın olan Məhəmmədin oğlu və "saleh bəndə" ləqəbiylə məşhur olan Musa ibn Cəfər fiqh, din, saleh əməl, helm və səbri özündə toplamışdır. Onun oğlu Əli ibn Musa, ona canişin olmaq və xütbəsi oxunan xilafətə daha layiqli biridir. O, ən elmli, ən səxavətli və insanlar arasında üstün əxlaqa sahib olan ən hörmətli biri idi."
11. Məhəmməd Əmin Suvəydi
«کانت اخلاقه علیّه وصفاته سنیّه... کراماته کثیره ومناقبه شهیره لا یسعها مثل هذا الموضع». (12)
"Əxlaqı üstün, xüsusiyyət və insani keyfiyyətləri bu kitaba sığmayacaq qədər tərifəlayiq idi... onun kəramətləri saysız və fəzilətləri məşhurdur.
12. Məhəmməd ibn Vuhəyb
»و کراماته کثیره ـ (رضی الله عنه) ـ اذ هو فرید زمانه». (13)
"Onun kəramətləri çox idi – (Allah ondan razı olsun) – buna görə də, o, öz zəmanəsinin yeganə şəxsiyyəti hesab olunurdu." (14)

Peinevesht:
1. "əs-Səvaiqul-muhriqə", səh. 122.
2. "Cəvahirul-əqdəyn", səh. 353.
3. "Təhzibut-təhzib".
4. "Siyəru əlamin-nubəla", c. 9, səh. 387-388.
5. "Siyəru əlamin-nubəla", c. 9, səh. 392.
6. "əl-Əlam", c. 5, səh. 26.
7. "Camiu kəramatil-əvliya", c. 2, səh. 312.
8. "Miratul-cinan", c. 2, səh. 11.
9. "Əxbarud-duvəl", səh. 114.
10. "Camiu kəramatil-əvliya", səh. 311.
11. "Şərhi-Nəhcul-bəlağə", c. 15, səh. 278.
12. "Səbaikuz-zəhəb", səh. 75.
13. "Cəvhərətul-kəlam", səh. 143.
14. Əliəsğər Rizvani, "Əhli-beyt əhli-sünnə nəzərində" kitabından seçmələr, səh. 138, müqəddəs Cəmkəran məscidi, Qum şəhəri, 1385. h.ş.

    
Nəşr tarixi: « 1394/04/05 »

Əlaqəli materiallar

Əhli-sünnə alimlərinin İmam Rzanın (ə) şəxsiyyəti barəsində söylədikləri

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 727