Qısa cavab:
Ətraflı cavab:
İslam fiqhi baxımından şəraitdən asılı olaraq onun müxtəlif hökmləri var. Başqa sözlə desək onun hökmü beş qismə bölünür. Bir müsəlmanın şərəf və heysiyyətinə toxunan və onun inciməsinə səbəb olan halda haramdır. Beləsi, şeytani pıçıldaşma adlanır. Orada məqsəd möminləri incitməkdir.
Onun əksinə olaraq bəzən vacib də ola bilər. Yəni, bəzən məxfi qalması zəruri olan məsələlər ola bilər ki, onun faş oluması təhlükəlidir. O, yerinə yetirilməyəciyi təqdirdə kiminsə haqqının aradan qalxmasına səbəb ola, yaxud da islam və müsəlmanlar üçün təhlükə yarada bilər. Belə hallarda onu gizli şəkildə demək vacibdir.
Bəzən onu müstəhəb hal kimi qeyd etmək olar. Bu bir haldadır ki, insan yaxşı və xeyir işlər üçün ona əl atsın.
Habelə gizlicə söhbətlər "məkruh" və "mübah" da ola bilər.
Əsasən zərurət olmadığı təqdirdiə pıçıldamaq bəyənilən bir hal deyil və məclis qaydalarının ziddinədir. Çünki, başqalarına qarşı bir növ diqqətsizlik və ya etimadsızlıq sayılır. Məhz bu səbəbdən Peyğəmbərdən (səlləllahu əleyhi və alih) nəql olunan bir hədisdə oxuyuruq:
إِذَا کُنْتُمْ ثَلاثَةً فَلایَتَنَاجَ اثْنَانِ دُونَ صاحِبِهُما، فَإِنَّ ذَلِکَ یَحْزُنُهُ
"Üç nəfər olduğunuz halda ikiniz pıçıltı ilə danışmayın. Bu, onu kədərləndirər. "
Əbu Səid Xudridən nəql olunan digər bir hədisdə qeyd olunur:
Biz Peyğəmbərin (səlləllahu əleyhi və alih) göstərişlərinin yerinə yetirmək üçün gecələr – vacib bir məsələ ortaya çıxanda – həzrətin iqamətgahının yanında növbə ilə keşik çəkərdik. Bir gecə orada sayımız artdı. Biz dairəvi şəkildə oturub pıçıldaşırdıq. Peyğəmbər (səlləllahu əleyhi və alih) çölə çıxıb:
ما هذِهِ النَّجْوى؟ أَ لَمْ تُنْهَوا عَنِ النَّجْوی؟
– Bu qulağa pıçıldaşmalar nədir? Sizə pıçıldaşmaq qadağan olunmayıbmı? – deyə buyurdu.
Müxtəlif hədislərdən başa düşmək olar ki, şeytan, möminləri kədərləndirmək üçün yalnız pıçıltıdan deyil hər bir vasitədən istifadə edir. Məsələn, onu kədərləndirmək üçün yuxuda ikən onun gözləri önündə müxtəlif səhnələr təcəssüm etdirir. Möminlərə tapşırılmışdır ki, Allahın Pak Zatına pənah aparmaqla və ona təvəkkül etməklə şeytanın belə vəsvəsələrindən qorunsun. (1)

Şərh qeydə alınmayıb