Qısa cavab:
Ətraflı cavab:
Ayə və hədislərdə sileyi-rəhm məsələsi və qohumlarla yaxşı əlaqələr yaratmaq İlahi və insani bir vəzifə kimi diqqət çəkir, onu ilahi stimullarla həyata keçirmək lazımdır. Şübhəsiz ki, bu ilahi və insani vəzifəni yerinə yetirmək eyni zamanda zahiri baxımdan da çoxlu xeyir-bərəkətə səbəb olur. "Nəhcül-bəlağənin" 23-cü xütbəsində son dərəcə mənalı və gözəl ifadələrlə ona işarə edilib.
Əhəmiyyətlisi odur ki, insan bu əlaqəni möhkəmləndirə bilsin və yol veridiyi səhvlər onun qırılmasına səbəb olmasın. İnsan nemət içində və asudə olan vaxt onlara yaxşılıq etməlidir ki, onun da çətin və böhranlı anlarında onlar da onu dəstəkləsinlər. Həqiqət bundan ibarətdir ki, həyat bütün çətinliklərinə qələbə çalmaq tək insanın işi deyil, qrup və ya qrupların himayəsini tələb olunur. Belə halda qohumdan daha yaxşısı ola bilməz. Onlar bir-birlərini yaxşı tanıyır, həm də qan bağlılığı və qohumluq hissləri onları bir-birinə bağlayır.
Təəssüf ki, insanların çoxu maddi vəziyyəti yaxşı olan kimi bütün bu məsələləri unudur və onlardan uzaqlaşırlar. Çarəsizlik gününün ehtiyatını itirir və çətin hadisələrdə sığınacaqları səngəri alt alt-üst edirlər. Bir çox hədislərdə bu məna zərifliklə təsvir olunub.
İmam Sadiqdən (əleyhis-salam) nəql olunan bir hədisdə oxuyuruq:
صِلَةُ الرَّحِمِ وَ حُسْنُ الْجِوارِ، یُعَمِّرانِ الدّیارَ وَ یَزیدانِ فِی الاَْعْمارِ
"Sileyi-rəhm, qohumluq əlaqəsi və qonşulara yaxşılıq, evləri, şəhərləri abad edər və ömürləri uzadar." (1)
Digər bir hədisdə İmam Sadiq (əleyhis-salam) buyurub:
صِلَةُ الاَْرحامِ وَ حُسنُ الْجِوارِ، زیادَةً فِی الاَْموالِ
"Sileyi-rəhm və qonşulara yaxşılıq sərmayəni çoxaldar." (2)
Başqa bir hədisdə İmam Baqir (əleyhis-salam) buyurur:
صِلَةُ الأَرْحامِ تُزَکَّی الاَْعمالُ و تُنْجِى الأَموالُ و تُرْفَعُ الْبَلْوى وَ تُیَسَّرُ الْحِسابُ وَ تُنْسى فِی الاْجَلِ
"Sileyi-rəhm insanın əməllərini təmizləyir, əmlakını çoxaldır, bəlaları aradan qaldırır, qiyamət haqq-hesabını asanlaşdırır və ölümü təxirə salır." (3)
Onun əksinə olaraq, qohumluq əlaqələrini kəsmək, dünya həyatında ağrılı nəticələrə axirətdə, isə ağır cəzaya səbəb ola bilər. Bu mövzunu Allahın Rəsulundan nəql (səlləllahu əleyhi və alih) olan bir hədislə yekunlaşdırıq:
أَخْبَرَنی جبْرئیلُ إنَّ ریحَ الْجَنَّةَ تُوجَدُ مِنْ مَسیرةِ أَلْفِ عام ما یَجِدُها عاقٌّ وَ لاقاطِعُ رَحِم وَلاشَیْخُ زان
"Cəbrayıl mənə xəbər verdi ki, cənnətin ətri min illik yoldan hiss olunur. Amma üç dəstə insan onu duymaycaq; ağvalideyn, qohumlarla əlaqələrini kəsən və zinakar qoca." (4)
Bu hədisin dərin mənası var. Hədisdən təkcə bu üç qrupun cənnətə daxil olmayacağı deyil, hətta ona yaxınlaşmayacaqları da məlum olur.
Sual oluna bilər ki, sileyi-rəhm nə deməkdir? Sileyi-rəhm məhəbbət telləridir. Çətinliklərdə bir-birinin köməyinə tələsmək, bir-birindən xəbərsiz olmamaq və müxtəlif vəziyyətlərdə tələb olunan şəkildə addım atmaqdır. Hətta bəzən bir salamla və ya telefon açamqla belə sileyi-rəhm vəzifəsinin bir hissəsini yerinə yetirmək olar.
Əmirəl-möminin Əli (əleyhis-salam) buyurur:
صِلُوا أرحامَکُمْ وَ لَو بِالتَّسلیمِ
"Bir salamla da olsa sileyi-rəhm edin." (5) (6)

Şərh qeydə alınmayıb