Qısa cavab:
Ətraflı cavab:
İslamın iki böyük ictimai əsası sayılan əmr bil-məruf və nəhy ənil-münkər insanları yaxşı, faydalı və xeyirxah işlərə səsləyir, onları çirkin işlərdən çəkindirir, ictimai və əxlaqi fəsadlara qarşı mübarizə etməkdir.
Hər şeydən əvvəl, diqqət etmək lazımdır ki, insanların adətən həmrəyliklə yaşadığı və hamının taleyini bir şey təşkil etdiyi cəmiyyətdə bu iki qanunu icra etmək cəmiyyətin xeyrinədirmi? Əgər belə bir qanunun icrası cəmiyyətin xeyrinədirsə, onun mühüm faydalarına görə fərdi azadlığı azaltmaq və insanların azadlıqlarını bu qanun çərçivəsində məhdudlaşdırmaq lazımdır.
Qədim dövrlərdə insanlar mağaralarda, dağların qoynunda və meşələrdə çox kiçik icma formasında yaşayırdı. Onların icmasında həmrəylik, ictimai əməkdaşlıq demək olar ki, hökm sürmürdü. İnsanların talelərinin bir-birinə o qədər də bağlı olmayan belə bir quruluşda bəlkə də fəsadla mübarizə və əxlaqsızlıqların qarşısını almaq o qədər də zəruri nəzərə çarpır.
Müştərək taleyi olan kollektivləşmiş qrumda fəsadla mübarizə etmək və insanları yaxşı işlərə dəvət etmək çox mühüm və qaçılmaz bir vəzifədir. Belə quruluşlarda cəmiyyətin bütün fərdləri ailənin bir üzvünə çevrilirlər. Onların arasındakı vəhdət və qarşılıqlı münasibətlər o qədər sıx və möhkəmdir ki, heç bir fərd yalnız özünü düşünə və həyatını digərlərinin yaxşı-pis əməllərinin nəticələrindən ayrı fərz edə bilməz.
Belə cəmiyyətlərdə bütün fərdlər bir-birlərinin əməllərinin xeyir-zərərində tamamilə şərikdir. Bir şəxsin əməllərinin nəticəsi hamıya aiddir. Belə bir yerdə bir fərd özünü cəmiyyətdən nə qədər ayrı təsəvvür etsə belə həyat səhnəsinə kənardan tamaşa edə və özünü insanların işlərinin xeyir və şərindən uzaq saxlaya bilməz. Həmin münasibətlər və bağlılıq səbəbindən bir nəfər qanunu pozduğuna görə cəmiyyətə iqtisadi və mədəni zərər dəysə, onun tüstüsü hamını kor edəcək və hamı zərərdə şərik olacaqdır. Əxlaq pozuntuları keçici xəstəliklər kimi istər istəməz digərlərini də sirayət edir. Nə zaman "Eltor" (vəba) mikrobu dünyanın bir nöqtəsində tapılsa, dərhal onunla mübarizəyə start verilir və digərlərinə həmin xəstə ilə görüşməyi qadağan edirlər. Əks halda bütün ölkəyə və ölkələrə yayılacaq. Habelə, əxlaqi və ictimai qanun pozuntuları - hər növ fikri və ruhu azğınlıqlar fiziki bir xəstəlik kimi böyük sürətlə cəmiyyətə təsir edir və onu əhatəyə alır.
Bir nəfər öz evini fəsad mənbəyinə çevirir və səhlənkar (əxlaqsız) adamları ora yığırsa, həmin məhəllədə hər gün azğın insanların gedib-gəldiyini görən qızlar və oğlanların pak və toxunulmaz qalacağını təsəvvür etmək olarmı? Onlar da ehtiraslarının tüğyanından həmin evə yol tapmazlarmı? Günü-gündən fəsad və əxlaqsızlığın dairəsi genişlənib böyüməzmi?
Belə yerdə demək olar ki, "əxlaq və ictimai qanun pozuntusu ilə mübarizə" qanununun icrası insanların kollektiv şəkildə yaşadıqları bir cəmiyyətin xoşbəxtliyini təmin edir. Günah və fəsad qarşısında sükut etməyin özü də böyük günah və səhvdir. Ayrı-ayrı fərdlərin hesabını cəmiyyətin hesabından ayırmaq olmaz. Əslində bir mübariz insan öz və yaşadığı cəmiyyətin hüququnu müdafiə edir. Heç vaxt insanların azadlığını bəhanə edib öz insani vəzifəmizdən boyun qaçırmamalıyıq. Bu məsələyə diqqət etməklə inanmalıyıq ki, fərdin azadlığı digərlərini azadlıqdan məhrum etməyənədək - cəmiyyəti təhlükə ilə üz-üzə qoymayanadəkdir.
Qurani-kərim özünə xas tərzdə həqiqət sezib bu məsələyə işarə edərək buyurur:
وَاتَّقُوا فِتْنَةً لا تُصِیبَنَّ الَّذِینَ ظَلَمُوا مِنْکُمْ خَاصَّةً
«Yalnız zalımlarınızın düçar olmayacağı (digərlərinin sükut etdiklərinə görə hamını bürüyəcəyi) fitnədən qorxun.» (1)
Səhabələrindən biri bu sualı həzrət Peyğəmbərdən (s) soruşdu. Peyğəmbər (səlləllahu əleyhi və alih) cavabında bir misal çəkdi. Misalın xülasəsini diqqətinizə çatdırırıq:
Bizim cəmiyyətimiz böyük bir gəmi kimidir. Onunla ticarət malları və sərnişinləri daşınır. Hər bir sərnişin səfər boyu azad olsa da öz "fərdi azadlığı"ndan istifadə edib gəmidə oturduğu yerdən deşik açmağa və cavabında "mən gəminin öz ayaqlarımın altında olan hissəsindən istifadə edirəm" deməyə haqqı yoxdur. Ondan belə bir cavabı qəbul etməyəcək. Çünki o, bu işi görməklə yalnız öz həyatını deyil, bütün sərnişinlərin həyatını və ticarət mallarını təhlükəyə salır və hamını məhvə aparır.
Bizim cəmiyyət də, eynilə bu gəmi kimidir. Cəmiyyətin sakinləri də bu gəminin sərnişinləri kimidir. Onlar bir-birinin zərər və xeyrində şərikdir. Bir fərdin hüququnu heç vaxt digərlərindən ayırmaq olmaz.
İslamın fərdi azadlıqlara münasibəti, müasir dünya ideologiyalarının münasibətindən köklü formada fərqlənir. Hazırda dünyada azadlıq bu şəkildə qəbul olunur: fərd özünə zərər yetirsə və onun səadətinə bir daha bərba olunmaz bir zərbə də vursa da, onun azadlığını, cəmiyyətə heç bir zərər vurmayana və başqalarının mənafeyinii təhlükəyə salamayan həddə toxunulmazdır.
Lakin İslam dinində fərdi azadlıq digərlərinə mane olmayan, cəmiyyətin çirklənməsinə və süqutuna gətirib çıxarmayan həddə toxunulmazdır. Eyni zamanda bu azadlıq prinsipi onun öz səadətinə də zərər yetirmir, bədbəxtliyinə səbəb olacaq bir işi də yerinə yetirmir.
Məsələn, hazırkı dünyada bütpərəstliyə və müxtəlif varlıqlara pərəstiş etmək azaddır və geniş yayılıb. Qərb dünyası fərdi azadlığı dəstəkləməklə bunu yanlış hesab etmir. Lakin İslam fərdi tənəzzülə və pərəstiş edənin süqutuna səbəb olan belə bir əməli tamamilə yanlış adlandırır, mümkün qədər təzyiq göstərməklə belə əməllərə mane olur.
“Əmr bil-məruf” (insanları yaxşı işlərə dəvət etmək) və pis işlərdən çəkindirməyin kateqoriyaları var. Onun xalq kütləsinə aid olan hissəsi yumşaq dillə, nəzakətli davranışla din qardaşlarına nəsihət verməkdən və onları günahdan çəkindirməkdən ibarətdir. Təsirli olacağına ehtimal edildiyi təqirdə, hətta dostluq münasibətlərini onlarla kəsə bilər.
Fəsada qarşı belə mübarizə üsulları və ümumi nəzarət heç vaxt hərc-mərcliyə səbəb olmur. Amma onun yuxarı kateqoriyaları (məsələn, məsuliyyətə cəlb etmək, günahkarlara qarşı cəza və ilahi şəriət həddini tətbiq etmək) Peyğəmbər (s) zamanında olduğu kimi islam hökumətinin nəzarəti altında həyata keçirilməlidir. Heç bir şəxsin haqqı yoxdur ki, ümumi nəzarətin həyata keçirilməsində öz başına hərəkət etsin.

Şərh qeydə alınmayıb