Qısa cavab:
Ətraflı cavab:
"İsra" surəsinin 36-cı ayəsini nəzərə almaqla bu suala cavab vermək olar. Ayədə deyilir:
وَ لاتَقْفُ ما لَیْسَ لَکَ بِهِ عِلْمٌ
«Bilmədiyin (elmin olmadığı) şeyin arxasınca getmə.»
Həm şəxsi, həm də başqalarını işləri məsələləri barasində məlumatsız halda mühakimə yürütmə! Elm və yəqin olmadan nə başqalarının mühakiməsi zamanı ifadə vermə, elmdən başqa bir şeyə etiqad bəslmə! "Elmdən qeyrisinə söykənmək” sözünün geniş mənası var. O, əqidəyə, danışmağa, ifadəyə, mühakiməyə, əmələ şamil olur. Bəzi təfsirçilərin onu məhz yuxarıda sayılanlarla məhdudlaşdırmasının aydın bir dəlili yoxdur. Çünki "la təqif" (لاتَقْفُ) sözünün kökünü "qəfv" (قَفْو) təşkil edir ki, onun da mənası hər hansı bir şeyin “arxasınca düşmək, təqib etmək" mənasında işlənir. Bilirik ki, “elmdən qeyrsinə” söykənmək, sadaladığımız bütün hallara şamil ola biləcək qədər geniş mənanı ifadə edir. Bu üzdən hər yerdə həqiqət elm və yəqin vasitəsilə ayırd edilir. Bundan qeyrisinə – zənn və gümana, təxminə, şəkk və ehtimala etimad etmək olmaz.
Bu yollarla əqidəsini formalaşdıran, hakimlik kürsüsünə əyləşən, ifadə verən və hətta öz şəxsi əməlində onun əsasında addım atan şəxslər İslamın bu aşkar qanununa zidd hərəkət edirlər.
Başqa sözlə etibarlı mənbədən bizə çatan qeyri-dəqiq xəbərlər, güman və təxmindən doğan faktlar və şayiələrin heç biri mühakimə, ifadə və əməl müstəvisində meyar ola bilməz.
Yuxarıdakı ayədə ictimai həyatın ən əsas prinsiplərindən birinə işarə olunub. Belə ki, bu barədə səhlənkarlığa yol vermək cəmiyyətdə hərc-mərcliyin yaranması, insani münasibətlərin və mənəvi tellərin qırılmaı ilə nəticələnir.
Bu Quran proqramları, bütün cəmiyyətlərdə dəqiq şəkildə tətbiq olunsaydı şayiələr, yaradılmış süni atmosfer, tələsik qərarlar, əsassız gümanlar, şübhəli xəbərlər və yalandan törəyən hərc-mərcliklərin çoxu aradan qalxar.
Əks təqdirdə ictimai münasibətlərdə hər yeri hərc-mərclik bürüyəcək, hər kəs hamıya bədgüman olacaq, heç kəs bir başqasını inandıra bilməyəcək, insanların şərəf və heysiyyətləri daim təhlükə qarşısında qalacaq.
Bir çox digər ayə və hədislərdə bu məsələyə işarə olunub. Məsələn:
1) İmansız şəxsləri zənn və güman əsasında ölçü götürməklə bağlı kəskin şəkildə tənqid edən ayələrdən bir nümunə:
وَ ما یَتَّبِعُ أَکْثَرُهُمْ إِلاّ ظَنّاً إِنَّ الظَّنَّ لایُغْنِی مِنَ الْحَقِّ شَیْئاً
«Onların çoxu (mühakimə yürüdərkən) yalnız zənnə və gümana tabe olurlar. Halbuki zənn və güman heç vaxt haqqı ifadə etməz. » (1)
2) Başqa bir ayədə gümana tabe olmaq nəfsi istəklərə tabe olmaq kimi qələmə verilir:
إِنْ یَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَ ما تَهْوَى الاْ َنْفُسُ
«Onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar.» (2)
3) Hədislərin birində İmam Sadiq (əleyhis-salam) buyurub:
إِنَّ مِنْ حَقِیقَةِ الاِْیمانِ أَنْ لایَجُوزَ مَنْطِقُکَ عِلْمَکَ
İmanın həqiqətlərindən biri də odur ki, bildiyindən artıq danışmayasan, (dəqiq bildiyindən artıq deməyəsən).
4) İmam Musa ibn Cəfərdən (əleyhiməs-salam) nəql olunan bir hədisdə oxuyuruq:
لَیْسَ لَکَ أَنْ تَتَکَلَّمَ بِما شِئْتَ لاِ َنَّ اللّهَ عَزَّوَجَلَّ یَقُولُ وَ لاتَقْفُ ما لَیْسَ لَکَ بِهِ عِلْمٌ
"Sən hər istədiyini deyə bilməzsən, çünki Allah-taala deyib ki, bilmədiyin şeyin arxasınca getmə!"
5) Digər bir hədisdə peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub:
إِیّاکُمْ وَ الظَّنَّ فَإِنَّ الظَّنَّ أَکْذَبُ الْکَذِبِ
"Gümandan çəkinin, çünki güman ən pis yalandır."
6) Bir nəfər İmam Sadiqin (əleyhis-salam) hüzuruna gəlib dedi: "Mənim bir qonşum var. Onun kənizi xanəndədir. Onlar oxuyub çalırlar. Mən bəzən ayaqyoluna gedərkən özümü yumağı yubadıram ki, onların nəğmələrini eşidim. Halbuki ayaqyoluna bu niyyətlə getməmişdim." İmam Sadiq (əleyhis-salam) buyurdu:
إِنَّ السَّمْعَ وَ الْبَصَرَ وَ الْفُؤادَ کُلُّ أُولئِکَ کانَ عَنْهُ مَسْؤُلاً
"Allahın bu sözünü eşitməsisən ki, qulaq, göz və ürəyin hamısından sorğu-sual olunacaq?"
O, dedi:
"Sanki heç vaxt bu ayəni heç kimdən (ərəb və ya əcəmdən) eşitməmişdim. Mən indi bu işi tərk edir və Allahın dərgahına tövbə edirəm.”
Bəzi hədis mənbələrində bu hədisin şərhində yazılıb:
İmam ona əmr etdi: "Qalx, tövbə qüslü et və sənin üçün mümkün olan qədər namaz qıl. Çünki çox pis iş tutmusan. Əgər həmin halda ölsəydin məsuliyyətin olduqca böyük olacaqdı!"
Yuxarıdakı ayələrdən, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) və imamlardan (əleyhimus-salam) nəql olunmuş hədislərdən məlum olur ki, islam dininə əsasən insanın göz-qulağı hansı dərəcədə məsuliyyət daşıyır. Bir şeyi görməsə danışmamalı, eşitməsə mühakimə yürütməməlidir. Araşdırma aparmadan, elm və yəqin olmadan nəyəsə etiqad bəsləməməli, əməl etməməli və hökm çıxarmamalıdır. Gümanın, təxminin, şayiənin və yəqin həddinə çatmayan hər bir şeyin arxasınca getmək fərd və cəmiyyət üçün çox böyük təhlükədir. Bunların hər biri öz-özlüyündə böyük fəsadlar törədir. O cümlədən:
1) Elmdən qeyrisinə əsaslanmaq insanların hüququnun tapdalamaq və ya haqsıza haqq verməkdir.
2) ) Elmdən qeyrisinin arxasınca getmək şərəf və heysiyyəti olan şəxslərin şərəfini təhlükəyə atır, xadimləri işdən soyudur.
3) Elmdən qeyrisinə etimad etmək şayiə və şayiə yaradanların işlərini irəli aparır.
4) Elmdən qeyrisinin arxasınca getmək insandan tədqiq və araşdırma ruhiyyəsini alır, onu tez inanan və sadə fikirli bir fərdə çevirir.
5) Elmdən qeyrisinin arxasınca getmək evdə, işdə, ictimai yerlərdə dostluq münasibətlərinə xələl gətirir, insanları bir-birlərinə qarşı bədbin edir.
6) Elmdən qeyrisinin arxasınca getmək insanın düşüncə azadlığını aradan qaldırır, onun ruhunu hər bir zəhərli təbliğatı qəbul etmək üçün hazırlayır.
7) Elmdən qeyrisinin arxasınca getmək hər kəs və hər şeylə əlaqədar tələsik qərarların və ani seçimlərin qaynaqlandığı mənbədir. Bu da öz növbəsində məğlubiyyət və peşmançılıqlara gətirib çıxarır.

Şərh qeydə alınmayıb