Qısa cavab:
Ətraflı cavab:
Niyə də Qiyamət günü çətin gün olmasın?! Axı o gün günahkarları bütün qorxu və dəhşət amilləri əhatə edir.
Bir tərəfdən, əməl dəftərləri əllərinə veriləndə fəryadları göyə ucalır:
یا وَیْلَتَنا ما لِهذَا الْکِتابِ لا یُغادِرُ صَغِیرَةً وَ لا کَبِیرَةً إِلاّ أَحْصاها
"Onlar deyərlər: "Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyük (əməli) yerdə qoymadan, istisnasız hamısını saymışdır! (toplamışdır)"" (1)
Digər tərəfdən, zərrə qədər yaxşı və ya pis iş görmüş olsalar, onların hamısı son dərəcə diqqətlə nəzərdən keçiriləcəkdir:
إِنْ تَکُ مِثْقالَ حَبَّة مِنْ خَرْدَل فَتَکُنْ فِی صَخْرَة أَوْ فِی السَّماواتِ أَوْ فِی الْأَرْضِ یَأْتِ بِهَا اللّهُ إِنَّ اللّهَ لَطِیفٌ خَبِیرٌ
"(İnsanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeylərdən xəbərdardır." (2)
Eyni zamanda, orada əməlləri bərpa (təlafi) etmək üçün heç bir yol yoxdur. Heç bir üzr eşidilmir. Qayıtmaq üçün yol tamamilə bağlıdır. Quranda buyurulur:
وَ اتَّقُوا یَوْماً لاتَجْزِی نَفْسٌ عَنْ نَفْس شَیْئاً وَ لایُقْبَلُ مِنْها شَفاعَةٌ وَ لا یُؤْخَذُ مِنْها عَدْلٌ وَ لا هُمْ یُنْصَرُونَ
"O gündən qorxun ki, heç kəs başqasının yerinə cəza çəkməyəcək, heç kimin şəfaəti qəbul olunmayacaq, nə kimdənsə (əzabdan qurtulmaq üçün) bir əvəz alınacaq və nə də onlara bir kömək göstəriləcəkdir." (3)
Həmçinin, oxuyuruq:
وَ لَوْ تَرى إِذْ وُقِفُوا عَلَى النّارِ فَقالُوا یا لَیْتَنا نُرَدُّ وَ لانُکَذِّبَ بِآیاتِ رَبِّنا وَ نَکُونَ مِنَ الْمؤمنینَ
"Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsəydin, (onlar həmin vaxt) "kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!" deyərlər. (Amma bu sözlər onlardan qəbul edilməyəcək.)" (4)
Həqiqətən, ilahi əzab çox şiddətlidir:
یَوْمَ تَرَوْنَها تَذْهَلُ کُلُّ مُرْضِعَة عَمّا أَرْضَعَتْ وَ تَضَعُ کُلُّ ذاتِ حَمْل حَمْلَها وَ تَرَى النّاسَ سُکارى وَ ما هُمْ بِسُکارى وَ لکِنَّ عَذاب اللّهِ شَدِیْدٌ
"(O gün) hər bir süd verən qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü salacaqdır. (Həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir." (5)
Bu səbəbə görə, günahkarlar o qədər iztirab və qorxuya düçar olacaqlar ki, dünyadakı hər şeylərini verib əvəzində ilahi əzabdan xilas olmağı arzulayacaqlar:
یَوَدُّ الْمجْرِمُ لَوْ یَفْتَدِی مِنْ عَذابِ یَوْمِئِذ بِبَنِیهِ * وَ صاحِبَتِهِ وَ أَخِیهِ * وَ فَصِیلَتِهِ الَّتِی تُؤْوِیهِ * وَ مَنْ فِی الْأَرْضِ جَمِیعاً ثُمَّ یُنْجِیهِ * کَلاّ إِنَّها لَظى
"Günahkar arzu edər ki, kaş, o günün əzabından (qurtarmaq üçün) öz oğullarını, həm zövcəsini və qardaşını, həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (qəbiləsini) və yer üzündə olanların hamısını fəda edə biləydi - təki bu iş onu xilas etsin! Belə deyildir, cəhənnəmin alovlanan atəşi onu gözləyir." (6)
Bu və ya Quranın ayələrində öz əksini tapmış digər tükürpədici xüsusiyyətlərlə həmin gün çətin, ağrılı, əzablı və qəmli bir gün olmaya bilərmi?! (7)

Şərh qeydə alınmayıb