Qısa cavab:
Ətraflı cavab:
“Zuxruf” surəsinin 67-ci ayəsi ətrafında bir qədər düşünsək, bu sualın cavabı aydın olar. Allah-taala bu ayədə günah, fitnə-fəsad, dünyanın bər-bəzəyi yolunda bir-birlərinə dostluq əlini uzadan insanların vəziyyətindən söz açaraq buyurur:
ألْأَخِلاّءُ یَوْمَئِذ بَعْضُهُمْ لِبَعْض عَدُوٌّ إِلاَّ الْمُتَّقِینَ
"Həmin gün təqvalılardan başqa, bütün dostlar bir-birlərinə düşmən olacaqlar."
Həmin gün dostluqların ədavətə çevrilməsi təbiidir, çünki onlardan hər biri digərini öz bədbəxtlik və biçarəliyinin səbəbkarı hesab edir: “Sən mənə bu yolu göstərdin, məni bu yola sən dəvət etdin!” “Mənin gözlərimdə dünyanı gözəl qələmə verən və ona rəğbətləndirən sən idin! Sən idin ki, məni qəflət və xudpəsəndliyə qərq etdin və mənə aqibətimi unutdurdun!” Onlardan hər biri digərinə belə sözlər deyir.
Yalnız təqvalı insanların dostluq münasibətləri əbədidir, çünki bu dostluq əbədi dəyərlər əsasında qurulur və qiymətli nəticələri Qiyamət günü aşkara çıxır və onu daha da möhkəmləndirir. Təbii ki, dostlar həyatda bir-birlərinə arxa-dayaqdırlar. Əgər dostluqları şər işlər və fitnə-fəsad üzərində qurulsa, onlar bir-birlərinin günahlarında şərikdirlər. Dostluq xeyir işlər və məsləhətlər əsasında qurulduğu təqdirdə isə dostlar bir-birlərinin mükafatında şərikdirlər. Nəticədə, birinci qisimdən olan dostluğun orada düşmənçiliyə çevrilməsi və ikinci qisimdən olan dostluğun daha da möhkəmlənməsi təəccüblü deyil.
İmam Sadiq (ə) buyurur:
أَلا کُلُّ خِلَّة کانَتْ فِى الدُّنْیا فِی غَیْرِ اللّهِ عَزَّوَجَلَّ فَاِنَّها تَصِیْرُ عَداوَةً یَوْمَ الْقِیامَةِ
“Ayıq olun! Bu dünyada Allaha xatir olmayan dostluqlar Qiyamət günü ədavət və düşmənçiliyə çevriləcək.” (1)

Şərh qeydə alınmayıb