Qısa cavab:
Ətraflı cavab:
Allahın qismətinə, xüsusilə də maddi mənafe zəminində tabe və razı olmaq, insana arxayınlıq versə də, insanı tamahkarçasına mal-dövlət müsabiqəsinə və növbənöv haram işlərə batmaqdan xilas edib, kin və paxıllıq hisslərinin qarşısını alır. Lakin mümkünsüz deyil ki, cidd-cəhd ruhiyyəsini söndürmək kimi qələmə verilsin. Yəni, demək olar ki, maddi ruzi ilə bağlı belə bir qismətə etiqad bəsləmək insanlarda səy və çalışqanlıq ruhiyyəsini söndürə bilər. Belə bir halda hər kəs "bizim ruzimiz əvvəlcədən bölünüb və dəyişməz" bəhanəsi ilə artıq əmək və fəaliyyətlərdən əl çəkər. Bu da, iqtisadi, maddi inkişafdan geri qalmaq və insanı yoxsulluqla mübarizdən saxlamaqla nəticələnə bilər.
Lakin iki məsələyə diqqət etməklə bu etiraza cavab vermək mümkündür.
1) İslam dininin bu kimi təlim və əxlaqi tövsiyələri insanların maddi istəklərə doğru sürətlə irəliləməsinin qarşısında bir əyləcdir. Başqa sözlə desək insan vücudunun dərinliyində, onu mal-dövlətə, iqtisadiyyatını genişləndirməyə tərəf aparacaq çox sayda stimul var. Müəyyən amillər onları nəzarətdə saxlamasa, bütün etik və əxlaqi hüdudları adlayıb tamaha doğru yönələcək, mal-dövlət uğrunda yarışa atılacaq.
Əli ibn Hüseyn (əleyhis-salam) dəqiqliklə bu məsələyə toxunur:
مَعاشِرَ أَصْحابی! أُوصیکُمْ بِالاْخِرَةِ وَ لَسْتُ أُوْصَیْکُمْ بِالدُّنْیا! فَإِنَّکُمْ بِها مُستَوصُونَ وَ عَلَیْها حَریْصُونُ وَ بِها مُتَمَسِّکُونْ
“Mənim dostlarım! Sizə axirət dünyası ilə bağlı tövsiyələrim var. Dünya barəsində isə təklif etmirəm. Çünki sizə onunla bağlı təklif olunub, ona qarşı hərissiniz, ondan möhkəm yapışmısınız.” (1)
Digər tərəfdən İslam dininin təlimləri ilə bağlı tam nəticə almaq üçün müxtəlif ayə və hədisləri müqayisə etmək lazımdır. Çünki köklü məsələlər barəsində bir hədis və yaxud bir ayə ilə mühakimə yürütmək olmaz. Bir qisim hədislərdə, daha çox ruzi əldə etmək üçün cəhd etməkdən, digər qisim hədislərdə isə ilahi müqəddəratla razılaşmaq və tabe olmaqdan söz açılır. Digər tərəfdən də səy və çalışmaqla bağlı ayə və hədislərin məcmusundan başa düşmək olur ki, bu yolda nə süstlük - tənbəllik, nə də İlahi müqəddərata göz yumub, Onun Pak Zatına təvəkkül etmədən günah dolu tamahkarlıq doğru deyil.
Bir sözlə ruzi Allah tərəfindən bölünsə də onun müəyyən şərtləri var. Şərtləri təqva, etik normalar və mətanətlə bərabər səy və çalışqanlıqdır. Şair deyir:
Ruzi güman olunmayan yerdən gəlsə də,
Onun üçün qapıları döymək ağılın şərtidir.
Hər kəsin bir əcəli varsa da,
Özünü əjdahanın ağzına atma
Bu sətirləri peyğəmbərin (səlləllahu əleyhi və alih) “razılıq və təslim” məqamının əhəmiyyəti ilə əlaqədar sözləri ilə bitiririk. Həzrət buyurdu:
"Qiyamət günü Allah-taala mənim ümmətimdən bir dəstəsinə qanad verəcək. Onlar məzarlarından cənnətə doğru qanad çalacaq və cənnətin fəzasında azad olacaqlar. Cənnətin bütün nemətlərindən istədikləri kimi istifadə edəcəklər. Mələklər onlardan:
– Siz Allahın hesab çəkməsini gördünüzmü? – deyə soruşarlar.
Onlar:
– Görmədik, – deyə cavab verərlər.
– Sirat körpüsünü gördünüzmü?
– Sirat körpüsünü də görmədik.
Onlardan təkrar soruşular:
– Cəhənnəmi gördünüzmü?
Onlar cavab verər:
– Heç nə görmədik, – deyə cavab verərlər.
Soruşarlar:
– Siz hansı ümmətdənsiniz?
Onlar cavab verər:
– Məhəmməd (səlləllahu əleyhi və alih) ümmətindənik.
Mələklər soruşar:
– Sizi Allaha and veririk! Deyin görək sizin dünyadakı əməlləriniz nə olmuşdur (ki, belə bir məqama çatmısınız)?
Onlar cavab verər:
– Bizdə iki xüsusiyyət olduğu üçün Allah-taala öz fəzl və rəhməti ilə bizi bu dərəcəyə çatdırdı. Mələklər soruşar:
– O iki xüsusiyyət hansılardır?
Onlar deyərlər:
کُنّا إِذا خَلَوْنا نَسْتَحی أنْ نَعْصیه وَ نَرْضى بِالْیَسیرِ مِمّا قُسِّمَ لَنا
– Biz gizlində də günah etməkdən xəcalət çəkərdik və bizə qismət olan az (miqdar) ilə də razı idik.
Mələklər deyər:
حَقُّ لَکُمْ هذا
– Bu yüksək dərəcə sizin haqqınızdır. (3) (4)

Şərh qeydə alınmayıb