Qısa cavab:
Ətraflı cavab:
Sözsüz ki, bizim hamımız bu dünyada dinlər və ideologiyalar arasında olan fikir ayrılıqlarından əziyyət çəkirik. Hamımız bir gün bu ixtilafların kökünün kəsilməsini arzulayırıq. Halbuki əlimizdə olan fakt və sübutlar bu fikir ayrılığının bu dünya həyatının təbiətinə çökdüyünü göstərir. Hətta bir çox dəlillərdən belə başa düşmək olur ki, dünyanın vahid hökumətini quracaq Həzrət Məhdinin (əleyhis-salam) inqilabından sonra belə ixtilafların çoxuna son qoyulsa da ideologiyalar arasındakı fikir ayrılığı tamamilə öz həlli yolunu tapmayacaq. Qurani-kərimin dediyi kimi yəhudi və xristianların ixtilafı qiyamət gününə kimi yerində qalacaq.
فَأَغْرَیْنا بَیْنَهُمُ الْعَداوَةَ وَ الْبَغْضاءَ إلى یَوْمِ الْقِیامَةِ (1)
Lakin hər şeyi vəhdətə sarı yönəldən Allah ,sonda ixtilaflara son qoyacaq. Maddi aləmin qalın pərdələrinə görə bu məsələnin bu dünyada tam şəkildə yoluna qoyulması mümkün deyil. Amma bilirik ki, hər şeyin özünü aşkar şəkildə büruzə verəcəyi digər dünyada, bu məsələ mümkün olacaq. Həqiqətlər günəş tək aydınlaşacaq, əqidələr və fikirlər arasındakı ixtilaflar köklü şəkildə öz həllini tapacaq. (2)

Şərh qeydə alınmayıb