Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi adlı beynəlxalq konfransı işinə başladı. +Şəkil

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu tərəfindən bildirilir:

Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi adlı beynəlxalq konfransı işinə başladı. +Şəkil

 Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi  adlı II beynəlxalq konfransının dəqiqələr öncə Ayətullah Məkarim Şirazi və Doktor Əli Əkbər Vilayətinin iştirakı ilə işinə başladı. Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi  adlı II beynəlxalq konfransının dəqiqələr öncə Ayətullah Məkarim Şirazi və Doktor Əli Əkbər Vilayətinin iştirakı ilə işinə başladı.

“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi” adlı II beynəlxalq konfransının dəqiqələr öncə Ayətullah Məkarim Şirazi, islami oyanış dünya assambleyasının baş katibi Dr. Əli Əkbər Vilayəti və bir qrup şiə və əhli-sünnə dünyasının görkəmli alimlərinin iştirakı ilə “İmam Kazim (ə)” mədrəsəsində start götürdü.

Konfransda Ayətullah Məkarim Şirazinin çıxış edəcəyi, davamında isə konfrans katibliyinin əsərlərinin nümayişi gözlənilir.

Tanınmış elmi şəxsiyyətlərin iştirakı ilə dəyirimi masanın təşkili və ən yaxşı yazıçılara hədiyyələrin təqdimatı “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi” adlı II beynəlxalq konfransın növbəti proqramlarındandır.

Konfransın Quran qiraəti ilə başlanması 9:00

Konfrans Allah kəlamından ayələrin qiraəti ilə start götürdü.

Ayətullah Məkarim Şirazinin gəlişi 9:10

Ayətullah Məkarim Şirazi konfrans zalına daxil oldu.

İran İslam Respublikasının dövlət himni səslənir 9:15

İran İslam Respublikasının dövlət himni səsləndi.

Yayım tarixi: 28/01/2016

Xoş gəlmisiniz (Qonaqları qarşılama) və ötən ilki konfransın hesabatı 9:20

Proqram aparıcısının qonaqlara “xoş gəlmisiniz” çıxışı

Höccətül-İslam vəl-müslimin Həkim İlahi ötən ilin konfransının iş hesabatını verir.

Konfrans katibliyi sədrinin ekstremist və təkfirçi cərəyanlarla mübarizə hesabatının şərhi

Təkfirçi təfəkkürlə elmi mübarizənin əsası qoyulmalıdır.

Konfrans katibliyinin sədri ekstremist və təkfirçi cərəyanlarla mübarizə barədə dedi: Azğın cərəyanların düşüncə-tərzi ilə elmi mübarizənin bünövrəsi qoyulmalıdır.

“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi – İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq kofransın xəbər bürosunun məlumatına görə, höccətül-İslam vəl-müslimin Həkim İlahi bugün səhər, “İmam Kazim (ə)” adına mədrəsənin “Rəsulullah (s)” zalında təşkil edilən konfransın açılışında dedi:

İslam dünyası alimlərinin ötən konfransı müsbət qarşılaması və təkfirçi cərəyan təhlükələrini aradan qaldırmaq üçün müsəlman alimləri arasında tolerantlığın lüzumu Ayətullah Məkarim Şirazini konfransın daimi katibliyini yaratmaqla, təkfirçi düşüncələrlə elmi mübarizənin təməlini atmağa vadar edir.

O, əlavə etdi: Mötədil İslam təfəkkürünün təqdimi və rəvacı, eləcə də dinc şəraitdə yaşama mədəniyyətinin yayılması, təkfirçi, ekstremist və zorakı təfəkkürlərin müəyyən edilməsi, araşdırılması və elmi tənqidi, təkfirçi təfəkkürdən, zorakı və ekstremist addımlardan doğan təhlükələrə aydınlıq gətirilməsi, İslam alimlərinin yaxınlaşması və birliyinin güclənməsi, ekstremist və təkfirçi cərəyanlara qarşı qlobal mövqe sərgiləmə, təkfir və terror böhranından çıxışı yollarının araşdırılması və ideal cəmiyyət bu konfransın hədəflərinin tərkib hissəsidir.

Konfrans katibliyinin sədri ekstremist və təkfirçi cərəyanlarla mübarizə barədə bunları xatırlatdı: Bu konfransın elmi-tədqiqat bölməsi indiyədək, İrandan xaricdə elmi şəxsiyyətlərin iştirakı ilə təkfirçi təfəkkürləri ilə elmi mübarizə məqsədilə beş elmi toplantı keçirmişdir. Həmçinin, ölkə daxilində təkfirçi cərəyanların köklərinin müəyyənləşdirilməsi mövzusunda elmi toplantı təşkil etmişdir.

O, davamında dedi: Ölkə daxilində və xaricində 830 məqalənin yazılması, beş cilddə seçilmiş məqalələrin çapı və yayımı, fars, urdu və ərəb dillərində 40 dan çox ünvandan kitabın təlifi və nəşri, “Nur” komputer mərkəzinin birgə əməkdaşlığı ilə konfrans katibliyinin bütün əsərlərini özündə ehtiva edən elektron proqramın hazırlanması, “Cərəyanların tanıtdırılması”, “Sələfiliyin tanıtdırılması” və “Təkfirçiliklə əlaqədar suallara cavab” mövzularında əyani və qiyabi dərslərin təşkili konfransın elmi-tədqiqat bölməsinin fəaliyyətlərinin bir hissəsidir.

Cənab Həkim İlahi konfrans katibliyinin mediya sektorunda atılan addımlara da toxundu və əlavə etdi: 30-dan çox klip və infografiyanın hazırlanması, beş dildə 1300 dəqiqət televiziya proqramının efirə getməsi, 300 dəqiqədən çox sənədli film çəkilişi, beş dildə ekstremist və təkfirçi cərəyanlar mövzusunda 78 televiziya proqramının ərsəyə gətirilməsi, daxili və xarici mediyalarla əlaqələrin genişləndirilməsi, konfrans katibliyinin elmi-informasiya veb-saytının yaradılması, sosial və virtual şəbəkələrdə geniş nüfuz fəaliyyətlərimiz sırasına daxildir.

Konfrans katibliyinin baş katibi təkfirçi və ekstremist cərəyanlarla mübarizə mövzusunda sözünə davam etdi: Əlaqələr sahəsində də, geniş addımlar atılmışdır, o cümlədən iki mindən çox müxtəlif ölkələrin seçilmiş alimləri ilə yaxınlaşma, həmkarlıq və tolerantlığa, nəşrlərin dünya alimlərinə, elmi-tədqiqat mərkəzlərinə yayımı, beynəlxaql elmi-mədəni mərkəzlərlə və təşkilatlarla rabitə, İslam dünyasının böyük elmi və siyasi şəxsiyyətləri ilə görüş və onlara ev sahibliyinə işarə etmək olar.

O, əlavə etdi: Dünya miqyasında konfrans katibliyi ekstremist və təkfirçi cərəyanlarla mübarizə mövzusunda ekstremist və təkfirçi cərəyanlarla mübarizədə mühüm elmi-tədqiqat mərkəzi kimi bütün elmi-tədqiqat mərkəzləri və elmi şəxsiyyətlərlə həmkarlığını elan edir və bu cərəyanlarla elmi mübarizə üzrə hər növ təklifi dəyərləndirməyə hazırdır.

Ayətullah əl-uzma Məkarim Şirazinin çıxışının tam mətni

Ayətullah Məkarim Şirazinin çıxışı:

Təkfir fitnəsi dünyanı yandırıb yaxan bəladır/ Vəhhabi müftilərinə tövsiyə

Şiə dünyasının mərcəyi-təqlidi dedi: Bütün dünyanın siyasi liderlərindən istəyirik ki, təkfirçi qruplaşmalarına maddi, siyasi və mediya dəstəyi verən ölkələri boykot edib, onlara təzyiq göstərsinlər. Ona görə ki, dünyanı yandırıb yaxan təkfir fitnəsinin tezliklə, onları da haqlayacağına əmin olsunlar.

“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi – İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransın xəbər bürosunun hesabatına əsasən, Ayətullah Nasir Məkarim Şirazi bu gün səhər, “İmam Kazim (ə)” adına mədrəsədə təşkil olunan konfransda çıxışında dedi: Bu konfrans siyasi deyil, sırf elmi toplantıdır.

O, əlavə etdi: İslam dünyası alimlərinin bir araya gəlməsi və dünyanı təkfirçi cərəyanlardan təmizləməsi lazımdır. İslamı zorakı, qatil dini kimi tanıtdıranların bizdən olmadığını isbat etməliyik.

Şiə dünyasının mərcəyi-təqlidi təkfirçi cərəyanların İslam düşmənlərinin əlinə ən pis bəhanələr verdiyini bəyan edərək, bunları xatırlatdı: İslam peyğəmbəri (s) “aləmlərə dəhşət” nümunəsi olan təkfirçilərin tam əksinə olaraq, aləmlərə rəhmət idi.

O, sözünə davam etdi: “Bəqərə” surəsinin 84-cü ayəsində Allah-taala buyurur ki, bütün dünya əhalisi ilə xoş danışaq, onlarla xoş rəftar edək, bizə düşmənçilik edənlər istisnadır.

Ayətullah Məkarim Şirazi bəyan etdi ki, Məhəmməd Mustafanın (s) gətirdiyi İslamın azğın, qafil təkfirçilərin dediyi “İslam”la tam ziddiyyətli olduğunu və bu ikisi arasında heç bir əlaqənin olmadığını bütün dünya əhlinə elan etmək olar.

Mərcəyi-təqlid təkfirçi cərəyanlara işarə edərək, dedi: Baş kəsmək, qəfəsə salıb yandırmaq və bu işləri görərkən “Allahu Əkbər” şüarı demək, milyonlarla məzlum insanı pərən-pərən salmaq, onları əcnəbi dövlətlərə sığınmağa məcbur etmək, məscidləri partlatmaq, İslam şəxsiyyətlərinin qəbirlərini və tarixi əsərləri dağıtmaq, iqtisadi strukturları çökdürmək, İslam ölkələrini məhv etmək üçün yadlardan dəstək almaq, müsəlmanlarla heç bir qarşıdurması, problemi olmayan qeyri-müsəlman qrupların İraqda, Suriyada və Nigeriyada qətli təkfirçi cərəyanların üzə çıxmasının bəzi acı nəticələridir.

O, əlavə etdi: Qurani-Kərim dəfələrlə təkid edir ki, sizinlə vuruşmayan kəslərlə siz də vuruşmayın, onlara qarşı ədalətlə davranın, çünki Allah ədalət və mərhəməti sevir.

Ayətullah Məkarim Şirazi qeyri-müsəlmanlara təcavüzün yolverilməz olduğunu bəyan etməklə yanaşı dedi: Hətta, müsəlmanlarla vuruşmayan kəslərlə də, sülh müqaviləsi bağlamaq olar. Lakin təkfirçi qruplaşmalar bütün dünyaya bir növ təhlükə hissi aşılayıblar. Ona görə ki, heç bir qanuna, etik və humanist proqrama bağlı deyillər, kiçiyə-böyüyə rəhm göstərmirlər.

Qum elmiyyə hövzəsinin dəyərli ustadı bunları xatırlatdı: Bəziləri təkfirçiləri İslamın əvvəllərindəki Xəvariclərə bənzədirlər, halbuki keçmiş Xəvariclər belə cinayətlərə əl atmırdılar. Onlar bütün bu qətilləri, viran qoymaları və vəhşilikləri həyata keçirmədilər. Qeyri-müsəlman qadınları bazara aparıb satmadılar, “Cihad nigahı” kimi çirkin pozğunluğu ortaya atmadılar, müqəddəs məscid və qəbirləri xaraba qoymadılar.

O, müasir xəvaricin İslamın əvvəlindəki Xəvaricdən qat-qat daha təhlükəli və ziyanlı olduğunu bəyan edərək, təki etdi: İslam alimlərinin vəzifələri əl-ələ verib bu azğın fikirlərin kökünü məntiq və sübut əsasında qurutmaq istiqamətində bir iş görməkdir.

Ayətullah Məkarim Şirazi təkfirçilərin ədavətinin təkcə Əhli-beyt (ə) məktəbinin ardıcılları ilə olmadığını bəyan edərək, aydınlıq gətirdi: Onlar azğın əqidələrini qəbul etməyən bütün İslam təriqətləri ilə müxalifdirlər və onları kafir sayır, qanlarını halal bilirlər.

Şiə dünyasının mərcəyi-təqlidi əlavə etdi: Vəhhabilərin etiqadına görə müxtəlif bölgələrdəki müsəlmanların hamısı kafir, müşrikdirlər. Elə bir həddə ki, küfürləri qan və mallarının mübah olmasına səbəb olmuşdur. Bu qəbildən olan sözlər Məkkə və Mədinə alimlərinin vasitəsilə canlarını qorumaqdan ötrü qılınc sayəsində imzalandı.

Məkarim Şirazi cənabları bütün müsəlmanları təkfir etməyin vəhabbilərin işi olduğunu bildirərək, sözünə davam etdi: Məhəmməd ibn Əbdülvəhhab vəhhabilik təriqətinə daxil olmayan şəxsi kafir və müşrik bilərək, müsəlman və qeyri-müsəlman da daxil olmaqla bütün dünya əhlinə müharibə elan etdi.

O, aydınlıq gətirdi: İslam dünyasında təkfir məsələsi o qədər irəli gedib ki, hətta vəziyyəti Avropada inkvizisiyadan da pis edərək, İslam və müsəlmanların heysiyyətinə böyük zərbələr varid etmişdir. Ayələrin təfsirində yanlışlıq, elmi bazanın olmaması, dünya reallıqlarından və Quran ayələrinin mənalarından xəbərsizlik vəhhabi müftiləri tərəfindən qorxunc fətvaların verilməsinə səbəb olan amillərdəndir.

Ayətullah Məkarim Şirazi təkfirin qaynağına, tövhid və şirk məsələsində vəhhabilərin böyük səhvinə işarə etdi və dedi: Quran və sünnə baxımından vəhhabilərin bariz səhvləri onları bütün müsəlmanları təkfir etməyə sürüklədi; onların təsəvvürünə görə peyğəmbərlərə, din böyüklərinə hər növ təvəssül, onlardan hacət diləmək Allah yanında şəfaət diləmək qəsdilə olsa belə, küfr və şirkdir. Hətta küfrün bir neçə mənası olmasından belə qafildirlər.

Ayətullah Məkarim Şirazi əlavə etdi: Təkfirçilər İslamın bu təlimlərindən xəbərsizdilər; şirk, yəni kimisə Allaha tay bilmək, ilahi sifətləri başqaları üçün təsəvvür etmək, amma Allah dostunu Allah dərgahında şəfaətçi qərar vermək və onlardan bir işin həyata keçməsi üçün Allah dərgahında hacətinin dilə gətirilməsini istəmək elə tövhidin özü, dahası tövhidə təkiddir. Ona görə ki, hər şey Pərvərdigarın pak zatına qayıdır.

O dedi: 1400 ildir ki, əksər müsəlmanlar peyğəmbərlərin, məsum imamların (ə) pak qəbirlərinin ziyarətinə gedir və onlardan şəfaət diləyirlər. Görəsən, tarix boyu bütün bu müsəlmanlar kafir, qanları da mübahdır?!

Ayətullah Məkarim Şirazi İslam alimlərinin təkfirçi və vəhhabi xurafatları ilə mübarizəsinin vacibliyini bəyan edərək, bildirdi: Bütün müsəlman və qeyri-müsəlmanları İslamın nurani təlimləri ilə tanış etməli, təkfirçilərin cinayət və qantökmələrinin qarşısını almalıyıq.

Mərcəyi-təqlid davamında dedi: Bugün təkfirçilər İslam və bəşəriyyətin mühüm bəlasıdır və hamı onlara qarşı siyasi və hərbi yolun yetərsizliyinə inanır. Odur ki, təkfirçilərin kökünün kəsilməsi üçün elmi, mədəni və mediya fəaliyyətləri həyata keçirilməlidir.

O, bu istiqamətdə İslam alimlərinin üzərinə düşən vəzifələrinə işarə etdi və dedi: Bilmək lazımdır ki, əgər siyasi və hərbi təşəbbüslər müsəlman alimlərinin səyi ilə yanaşı olmadıqca, təkbaşına nəticə verməyəcək və hər keçən gün bu qruplaşmalara qafil şəxslər qoşulacaq. Buna əsasən, Qumda təşkil olunan ilk “Təkfirçi cərəyanların təhlükəsi ilə mübarizə” konfransın uğurlu təşkilindən sonra konfransın daimi katibliyini təsis etmək qərarına gəldik.

Ayətullah Məkarim Şirazi əlavə etdi: Bu katiblik təkfirçi cərəyanların təhlükəsi ilə mübarizə yönündə İslam dünyası alimləri ilə daimi əlaqələrin qurulması məqsədilə təşkil edilmişdir.

Bütün alimlərin, siyasətçilərin bu katibliyin elmi-mədəni məhsullarından daha çox yararlanacağına ümid edirik.

Şiə dünyasının mərcəyi-təqlidi bunları xatırlatdı: Ərəbistanın vəhhabi müftilərinə dostluq çərçivəsində tövsiyə edirəm ki, müsəlmanların təkfiri ilə nəticələnən təkfir tipli fikirləri öz dərslik kitablarından silsinlər, ümumiyyətlə, “qiblə əhli”ni təkfir etməkdən çəkinsinlər. Onlara tövsiyəm, hazırda da, elm ocaqlarında mövcud olan təkfirçi təlimləri tez bir zamanda toplayıb, bəyanatlarla təkfiri qınasınlar.

O, ən şücaətli şəxsin öz səhvini anlayıb ona etiraf edən, səhvini düzəldən kəs olduğunu bildirərək, dedi:

Bütün dünyanın siyasi liderlərindən istəyirik ki, təkfirçi qruplaşmaları maddi, siyasi və mediya dəstəyi verən ölkələri boykot edib, onlara təzyiq göstərsinlər. Ona görə ki, dünyanı yandırıb yaxan təkfir fitnəsinin tezliklə onları da haqlayacağına əmin olsunlar, çünki təkfirçilər heç bir hədd-hüdud tanımırlar.

Ayətullah Məkarim Şirazi əlavə etdi: Xarici ölkə səfirlərindən və mediyalarından konfrans mesajını bütün İslam ölkələrinə, dünyanın bütün nöqtələrinə çatdırmalarını umuram ki, beynəlxalq müstəvidə bundan artıq qətillərin, amansızlıqların və təhlükənin şahidi olmayaq.

Mərcəyi-təqlid bütün bəşəriyyətin təkfirçi cərəyanların təhlükəsindən qurtuluşu üçün İran İslam Respublikasının səy göstərdiyini bildirərək, dedi: Bu tip cərəyanlarla elmi-mədəni mübarizənin dairəsi genişləndirilməlidir.

O, sonda dedi: Bizim təklifimiz, bu təhlükəli fenomenlə elmi-mədəni mübarizə məqsədilə müxtəlif dillərdə televiziya kanalının yaradılmasıdır və İslam ölkələrinin bunda payı olmalıdır. Biz də öz növbəmizdə dəstək verəcəyik ki, təkfirçilərin zahiri aldadıcı və cəlbedici şüarlarının həqiqi mahiyyəti bəlli olsun.

O, əlavə etdi: Hazırkı şəraitdə müsəlman təriqətləri arasında hər növ ixtilafa əl atmağı böyük günah bilirəm.

Hədiyyələrin təqdimatı

“Təkfirçi cərəyanların təhlükəsi” adlı beynəlxalq konfransın ən yaxşı tədqiqatçılarının əsərlərinin nümayışı sırasında Ayətullah Məkarim Şirazinin iştirakı ilə ötən il təşkil olunan “Təkfirçi cərəyanların təhlükəsi” adlı konfransa aid seçilmiş məqalələrin sahiblərinə hədiyyələr təqdim olundu:

Ayətullah Məkarim Şirazinin iştirakı ilə “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi” I beynəlxalq konfransın 10 tədqiqatçısının əsərinin təqdimatı və dəyərləndirilməsi keçirildi.

Sözügedən əsərlər müxtəlif hövzələrin tədqiqatçıları tərəfindən qələmə alınmışdı.

Məcid Fatiminijad, Kamyar Sədaqət Səmər Hüseyni, Höccətül-İslam vəl-müslimin Yədullah Hacızadə, Əbdul-Məhəmməd Şərifat, Məhəmməd İsmail Nəbatiyan, Hüseyn Əli Ramazani, Əbdulvəhhab Fərati və digərləri üstün tədqiqatçılar ünvanında seçilərək, onlara hədiyyələr təqdim olundu.

İdarə heyətinin yerini alması

Konfransın idarə heyəti öz yerində qərarlaşdı.

Dəyirmi masada tanınmış elmi şəxsiyyətlərin hüzurunda seçilmiş qonaqların çıxışı

Pakistan alimlər birliyi partiyasının sədri: “Müasir dünyada təkfirçi cərəyanlarla mübarizə” beynəlxalq konfransının təşkili İslam təriqətləri alimlərinin yaxınlaşması istiqamətində həyati bir faktordur.

O, İslam dünyasındakı mövcud vəziyyəti, xüsusilə təkfirçi terrorçuların yaratdığı böhrandan sonrakı duruma aydınlıq gətirdi və bildirdi: Yeni imperializmin reallaşmasında imperialist güclərin təxribatları sionist mediyaları tərəfindən pul və mediya vasitəsilə qarşıdurma yaratmaq, ixtilaf salmaq, müharibəni alovlandırmaq, qan tökməkdən ibarətdir. Belə bir təhdidin varlığı İslam təriqətləri arasında vəhdətin gücləndirilməsinin vacibliyini qat-qat artırır.

Sahibzadə Əbulxeyir Məhəmməd Zübeyr əlavə etdi: Hazırkı vəziyyətdə təkfirçi terrorist cərəyanların çirkin mahiyyətinin bütün müsəlmanlara, xüsusilə də Hindistan yarmadasının İslam alimlərinə aşkar olduğunu bilmək lazımdır. Sonda o, anti-İslam və anti-humanist təkfirçi qruplamalarına qarşı konfrans və toplantıların təşkilini zəruri saydı. Həmçinin, o, konfrans iştirakçılarına, qonaqlara üz tutub dedi: Ölkələrinizə döndükdən sonra müsəlman birliyin daha da möhkəmlənməsi üçün belə konfranslar təşkil edin.

Xaf rayonu, “Təlimul-Quran” elm mərkəzinin müdiri:

Təkfirçi qruplaşmalar İsraillə əlbir olub insanları qətlə yetirirlər

Xaf rayonu, “Təlimul-Quran” elm mərkəzinin müdiri dedi: Bəzi İslam ölkələri və təkfirçi qruplaşmalar Quranın göstərişlərinin əleyhinə olaraq, sionistlərdən güc alırlar və insan öldürməklə məşğuldular.

Mövləvi Əbdülğəfur Müsəlman Qurani-kərimin sonuncu Peyğəmbərin (s) qəlbinə nazil olan Allahın kəlamı olmasına işarə edərək, bildirdi: Allahın Rəsulunun (s) buyurduğu bir çox hədislərə istinadən, dünya müsəlmanları arasında ixtilaf yarandığı vaxt Quran və sünnəyə qayıtmalıdırlar.

O, bugünkü müsəlmanların da ixtilaf zamanı Quran və sünnəyə müraciətini zəruri sayaraq, bildirdi: Dünyanın hazırkı durumunda müsəlmanlar elə bir dəstə ilə üz-üzədirlər ki, aranı qatır, özlərini İslamın dərdini çəkən hesab edirlər və bir halda ki, söz və rəftarlarında İslam və İslam təlimlərindən bir əsər-əlamət yoxdur. Onlar İslam ölkələrində və digər bölgələrdə müxtəlif bəhanələrlə adam öldürür, qarət edirlər; kiçiyə, böyüyə, qadına və kişiyə mərhəmət və şəfqət göstərmirlər, öz vəhşilikləri ilə İslamın simasına ləkə salıblar.

Amerika və İsrailin silahı ilə silahlanmış bu qruplaşma başqalarını təkfir edir, dünyada insan qətlinə rəvac verir, müsəlmanların mal və namusunu satışa çıxarırlar.

O davamında dedi: Biz əhli-sünnə və elmiyyə hövzələrinin müdirləri olaraq, bu qruplaşmaları mühakimə edirik, bu şəxsləri zalım və Allahdan xəbərsiz bilirik; bunlar İslam düşmənlərinin dəyirmanına su tökməklə məşğuldurlar. Belə ki, İslam adı altında anti-İslam və anti-humanist addımlar atırlar. Biz əhli-sünnə nümayəndələri bütün bu addımları pisləyir, onlara mübarizəyə hazır olduğumuzu elan edirik. O, sonda konfransın təşkilini təqdirəlayiq sayaraq, dedi: Şiə və sünni olmasından asılı olmayaraq, İslam alimləri bir-birinə dəstək olub təkfirçi cərəyanların önünü kəsməlidirlər, həqiqi İslamı dünyaya, haqq ardıcıllarına göstərmə borcludurlar.

Misir alimi Kamal əl-Həlbavi: Təkfirçilərlə mübarizə üçün hikmət və məntiqə möhtacıq.

Misir alimlərindən biri dedi: Təkfirçilər müqabilində hikmət və məntiqdən daha çox yararlanmaq lazımdır. Ekstremistlərlə nəzəri mübarizədən ötrü müsəlman alim və ziyalıları bir araya gəlməlidirlər.

İslam dünyasının böyük mərcəyi-təqlidi Ayətullah Məkarim Şirazinin konfransın əvvəlindəki çıxışı bir çox mehvərləri dəyişdirdiyi və çox mühüm məqamları diqqət mərkəzinə çəkdiyi üçün ona öz minnətdarlığımı bildirirəm.

Misirli alim bugün təkfirçilərin İslam dünyası və bəşəriyyət üçün real təhlükə olduğuna təkid edərək, dedi: Daha çox dəstəyə möhtacıq, təkfirçi cərəyanlarla mübarizə üçün hikmət və məntiqi işə salmalıyıq. Həmçinin, bu istiqamətdə aktiv komitələr təşkil etməliyik. Bütün İslam ölkələrində, eləcə də məscid və müsəlmanı olan qərb ölkələrində fəaliyyət mərkəzləri yaratmalıyıq.

Bu İslam alimlərindən ibarət fəaliyyət mərkəzləri çox vacib vəzifələri, o cümlədən Ayətullah Məkarim Şirazinin təkliflərini diqqət mərkəzinə ala bilərlər. Ona görə ki, İslam dünyasını bir çox təhlükələr təhdid etməkdədir.

Bu gün İslam alimləri tərəfindən bir çox önəmli kitablar qələmə alınmışdır, hansı ki, təkfirçi cərəyanlarla elmi mübarizədə bizə yol göstərə bilər.

O, müsəlman kişi və qadınları təkfirçi düşüncələrlə tanış etməyin zərurətinə toxunaraq dedi: Təkfirçilər elmi tutumu olmayan nadanlardır. Bu üzdən geniş miqyasda cinayətlərə əl atırlar. Odur ki, onların təhlükələrini və təhlükəli fikirləri ilə mübarizə keyfiyyətini araşdıran elmi dəstələr yaradılmalıdır.

əl-Həbavi İslam dünyası alim və ziyalılarının informasiya paylaşacağı televiziya kanallarının yaradılmasını vacib bildi və dedi: Təkfirçi şəbəkələr fitnə yaratmaqla, müxtəlif İslam təriqətləri arasında ixtilafı artırmaqla məşğuldurlar.

Misirli alim müxtəlif İslam ölkələrində təkfirçilərin fəallaşmasına diqqət çəkərək, belə dedi: Hər ölkənin yalnız xalq kütləsi və qüvvələri təkfirçi terroristlərlə mübarizə apara və viranedici təsirlərini neytrallaşdıra bilər.

Vilayəti “Təkfirçi cərəyanların təhlükəsi” konfransında: Suriya sionistlə mübarizədə qızıl həlqədir. Saxta İslamın təqdimatı düşmən planıdır.

Ali dini liderin məsləhətçisi dedi: Sionistlə mübarizədə Suriya qızıl zəncir halqasıdır və bu üzdən təkfirçilərin, xaricilərin hücumlarına məruz qalmaqdadır.

Konfransda Əli Əkbər Vilayəti bir neçə il öncə islami oyanışı hədəfdən yayındırmaq üçün düşmənlərin həmləsinə işarə etdi və dedi: Boko Haramın təhlükəsinə düçar olan Nigeriyada yüz illik İslam hökuməti təşkil olunmuşdu.

Yeni islami oyanışın dalğalarına qarşılıq olaraq, düşmən batində isə dini prinsiplərə zidd saxta İslam təqdim etməyə çalışdılar. Hazırda İraqda və Suriyadakı aktiv təkfirçilər yeni nümunələr deyildir. Ona görə ki, bunlardan öncə Taliban və Əl-Qaidə də İslamı gözdən salan işlər görürdülər.

Suriya, İsrail qarşısında qızıl müqavimət zənciridir və günümüzdə təkfirçilər bu ölkədə at oynadırlar.

O, davamında dedi: Düşmənlər İran və Fələstin arasındakı əlaqələri kəsmək və İsrailin asayiş və təhlükəsizliyini təmin etmək üçün Suriyanı hədəfə aldılar.

Amerikanın xarici işlər naziri Klin ton öz kitabında iddia edirdi ki, İŞİD bizim tərəfimizdən yaradılmışdır.

Seneqallı alim Şeyx Salman: Vəhhabilik İslam dünyasını tənəzzülə aparır.

Seneqallı alim dedi: Ekstremist təkfirçilər və vəhhabilərin İslam ölkələrində ixtilaf yaratdığını bildirərək, dedi: Vəhhabilik İslam dünyasını tənəzzülə aparır.

Təkfirçi cərəyanlar adlı öldürücü virus İslam ölkələrinin canına düşmüş, saysız cinayətlərə səbəb olmuşdur.

Müasir dünyada təkfirçi cərəyanlar təhlükəsi adlı konfranslar kimi konfransların təşkili nəticəsində İranın və İslamın həqiqi üzünü dünyaya tanınır. Belə konfransların təşkili vəhhabi fəaliyyətlərinə qarşı elmi mübarizə aparmağa zəmin və fürsət yaradır.

Şeyx Salman təkfirçilər qarşısında müsəlmanların vəhdətini vacib sayaraq dedi: Vəhdətin müsəlmanlar arasındakı dialoqa əsas səbəb olacağı günə, bu əsasla həmkarlığımızı inkişaf etdirəcəyimizə ümidvarıq.

Xobreqan rəhbərlik məclisinin üzvü: İslam düşmənlərinin planı təriqət ixtilafını təriqət savaşına çevirməkdir.

Xobreqan rəhbərlik məclisinin üzvü çıxışında dedi: Təriqətlərarası ixtilafı, təriqətlər arası müharibəyə çevirmək İslama zərbə vurmaq məqsədi güdən düşmənlərin planı idi və təkfirçilər bu məşmum planı tamamlayan halqalardan biri sayılır.

Nəzir Əhməd Səlami konfransda təkfirçi cərəyanlarla mübarizənin vacibliyinə işarə etdi və dedi: İnanırıq ki, XI və XII əsrlərdə davam edən səlib döyüşlərindən sonra düşmənlər hərbi güclə müsəlmanlarla müharibəyə girə bilməyəcəklərini və İslamı unuduramayacaqlarını anladılar. Bu üzdən hərtərəfli mübarizəyə başladılar.

Qərb dünyasının səlib döyüşlərindəki məğlubiyyətindən sonra şərqşünaslar İslam dünyası ilə mübarizə yollarını axtarmağa başladılar. Nəhayət, qərara gəldilər ki, müsəlmanları Quran və haqq dindən ayrı salsınlar, qarşıdurma yaratsınlar və bir həddə buna nail olublar.

Təkfirçi cərəyanların formalaşması tarixçəsini mütaliə edərkən, bu cərəyanın bugünkü mərhələyə çatması üçün təxminən bir əsr keçmişdir. Əlbəttə, onları məhv etmək də ani və rahat olmayacaq, hərtərəfli, elmi-mədəni mübarizəyə möhtacıq.

Düşmənlər etiraf edirlər ki, müsəlmanlar arasında cüzi ixtilaf yaratmaqla hədəflərinə çata bilirlər. Bu səbəbdən bu etirafdan faydalanırlar.

Sənəndəcin imam cüməsi Mamosta Məhəmməd Əmin Rasti: Təkfirçi İslam və İslam vəhhabiliyi düşmənin diqqət mərkəzindədir.

Sənəndəcin imam cüməsi çıxışında dedi: İslam vəhhabiliyi və İŞİD düşmənin təbliğ etdiyi şeylərdir və Allahın dini İslamla heç bir aidiyyatı yoxdur.

Şafei təriqətinin alimi Mamosta Məhəmməd Əmin Rasti konfranda İslam təriqətləri arasında daima cüzi ixtilafların olduğuna işarə edərək, dedi: İslam peyğəmbəri (s) həmişə təkid edirdi ki, müsəlmanlar arası vəhdət amili Quran olmalıdır.

Düşmənlərin Quranı hədəf qərar verməkdə və müsəlmanlar arasında ixtilaf yaratmaqda səy göstərməsi İslam dininin hər cəhətdən güclü və bəşəriyyətin xilası üçün gəlməsindən ötrü idi.

Quran və ilahi qanunlardan savayı heç bir qanun bəşəriyyətin ehtiyaclarını kamil qarşılaya bilməz. Şübhəsiz, bir gün gələcək İslam dini dünyanı tutacaq, bütün bəşəriyyəti əhatəsinə alacaq. Bu səbəbdən düşmən indidən ona qarşı çıxıb.

O, İslam vəhhabiliyi və İŞİD-in düşmən tərəfindən təbliğ olunduğuna işarə edərək, xüsusi vurğuladı: Belə İslamın ilahi dinlə heç bir uyğunluğu yoxdur.

Mamosta Rasti İslam dünyası alimlərinin hələ də həqiqi İslamı insanlara göstərə bilmədiyini dilə gətirərək dedi: Əgər bu iş düzgün yerinə yetirilsəydi bu gün İŞİD İslamının izi-tozu olmazdı.

Çoxları güman edirdi ki, İslam hökumət təşkil edə bilməz. Lakin İslam Respublika quruluşunun təşkil olunduğunu gördük. İnqilabın qələbəsindən və islami oyanışdan sonra düşmənlər daha aktiv oldular və Məhəmmədin (s) saf dininə qarşı hərtərəfli hücumlara başladılar.

Vəzifəmiz, həqiqi İslamı dünyaya göstərməkdir. Hərçənd bu istiqamətdə səhlənkarlıqlar olmuşdur, yoxsa təkfirçi və İŞİD düşüncələrinə doğru heç kəs getməzdi.

Mamosta Rasti İslam dünyasında təkfirçi cərəyanların gələcəyi barəsində dedi: Təkfirin hər hansı formada aşkara çıxmasına icazə verməməliyik, bu isə həqiqi İslamı tanıtmaqla mümkündür.

 

Yayım tarixi: 28/01/2016

 

“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi” adlı II beynəlxalq konfransın son bəyanatı

Allahın adı ilə

“Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi” adlı II beynəlxalq konfransın son bəyanatı

 

و لا تقولوا لمن القی الیکم السلم لست مومنا تبتغون عرض الحیوه الدنیا

 

... və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) “sən mömin deyilsən” deməyin... (“Nisa” surəsi, ayə 94)

 

الحمد لله رب العالمین و صلی الله علی سیدنا محمد و علی آله الطاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدین

 

Hazırkı şəraitdə İslam dünyası özünün ən acı dövrlərindən birini arxada qoyur. Ekstremist və təkfirçi cərəyanlar öz sözləri, fətvaları və iktirəlik yaradan addımları ilə qətlə, zorakılığa, təriqət davasına, müsəlmanların İslam dünyasının əsas məsələrindən ayrı düşməsinə və İslam düşmənləri cəbhəsinin güclənməsinə bais olurlar. Belə bir şəraitdə İslam alimləri belə qruplaşmaları inkar və rədd edib, orijinal İslamı təqdim etməklə, öz tarixi vəzifələrini yerinə yetirməyə borcludurlar.

Bu əsasla, bugün 28 yanvar 2016-cı ilə tarixində şiə dünyasının aliməqamlı mərcəyi-təqlidinin dəvəti və yüzlərlə şiə və sünni alimlərinin iştirakı ilə Qum şəhərində “Təkfirçi və ekstremist cərəyanlar mövzusunda beynəlxalq konfrans təşkil olundu və hər məzhəb və təriqətin ekstemist davranışlarını pisləməklə yanaşı, aşağıdakı bəndləri elan edir:

1. İslam mərhəmət, sevgi dinidir, qətl və zorakılıqdan uzaqdır. Müsəlmanların ülgüsü Mustafa Rəsulullahdır (s), hansı ki, ləqəbi “İnnəkə lə əla xuluqin əzim”dir – “انک لعلی خلق عظیم” – (“Həqiqətən də, sən böyük əxlaqa sahibsən!”). Bu üzdən bütün müsəlmanlar digər din və təriqətlərlə dinc yaşayışı öz ictimai sərlövhəsi qərar verir, dinlərin, təriqətlərin ardıcılları arasındakı sabitliyi pozan hər növ radikallıq və əməldən çəkinirlər.

2. Allah Peyğəmbərinin (s) praktiki həyat tərzi və qəti sünnəsinə əsasən, “kəlmeyi-şəhadəti” dilinə gətirən kəs müsəlmandır və onun qanı, malı, namusu və heysiyyəti möhtərəmdir. Bu xüsusda şəxsi çıxarış, “nəss” (Quran və sünnə) müqabilində ictihaddır.

3. İslam alimlərinin yekdil rəyinə əsasən, dinin zəruri prinsipləri inkar edildiyi zaman küfr gerçəkləşir. Halbuki, İslam dünyasında mövcud ixtilafların heç biri dinin zəruri prinsiplərinə dəxil deyil, bu əsasla hər hansı şəxsin və ya qrupun əsassız bəhanələrlə digərlərinə təcavüz haqqı yoxdur.

4. Müxtəlif İslam ölkələrində təkfirçi qruplaşmaların cinayətlərini və sputnik kanallarında qarşıdurma yaradan kiçik dəstənin çıxış və addımlarını məhkum etməklə yanaşı İslamın bütün məzhəb və təriqətlərindən siyasi və dini mülahizələrsiz öz ekstremistlərinə qarşı çıxıb rəsmi fətva və bəyanatla müsəlmanları dini müharibələrə salmaqdan çəkinmələrini istəyirik.

5. Nəzərə alsaq ki, İslam düşmənləri bu radikallardan öz imperialist hədəflərinin irəliləyişi üçün istifadə edir və İslamafobiya layihəsini işə salmaqla İslamın dünyaya yayılmasının qarşısını alır, konfransda iştirak edən alimlər bütün ekstremist və təkfirçi cərəyanlara qarşı olduqlarını və bu qruplaşmaların İslam və müsəlmanlıqla heç bir əlaqəsinin olmadığını bildirir.

6. Biz, konfrans iştirakıçıları alimləri bütün bölgə siyasətçilərindən zorakılıq və təkfirin yayılmasına xidmət edən və təriqət savaşları istiqamətində praktiki addıma səbəb olan davranışlardan çəkinmələrini tələb edirik və bütün bölgə məsələlərində müzakirə ən gözəl yol, sülh ən yaxşı sonluqdur. Quranın birbaşa təbirincə: “الصلح خیر(“Sülh xeyirdir!”).

7. İslam ümmətinin uğur rəmzi İslam sivilizasiyasının vəhdəti və yenidən dirçəlişi və bir-birimizin həmkarlığı, dəstəyi ilə dünya miqyasında İslamın orijinal və həyatbəxş mədəniyyətinin yayılması sayəsindədir. Bu xüsusda, Allah kəlamının tərəqqisi və yeni sivilizasiyanın yaranması uğrunda bütün güc və qüvvəmizi səfərbər etməliyik. Bizi hədəfdən yayındıracaq hər tip danışıq və ya rəftardan çəkinməliyik.

8. Ayətullah Məkarim Şirazi tərəfindən ekstremist və təkfirçi cərəyanlara qarşı dünya miqyasında daimi konfrans katibliyinin təşkil olunması ilə bütün İslam alimlərinə vəhdət əli uzadaraq, bu enişli-yoxuşlu yolda bütün alilmlərin bizə dəstək olmalarını umuruq. Bu katiblik öz növbəsində bilir ki, vəhdət yolunda, İslam dünyasının tərəqqisi uğrunda çalışan kəslərlə yanaşı olmağı, ekstremistlik və təkfirçilik qarşısında qardaşyanə şəfqət və nəsihətlə bütün müsəlman gənclərdən İslam və müsəlmanların zərərinə başa gələn rəftarlardan çəkinmələrini istəyir.

Ümid edirik ki, Allah Rəsulunun (s) gözəl həyat yolu bütün müsəlmanların ülgüsü, bütün dünya elm adamları və alimlərinin iradə mənbəyi olacaq.

 


Nəşr tarixi: « 2016/1/28 »
Ayətullah Məkarim Şirazinin təbrik mesajı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Ayətullah Məkarim Şirazinin təbrik mesajı

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

Mərcəyi-təqlidin dəftərxanası yayımladı:

Qarabağ hadisələri bağlı Həzrət Ayətullah Üzma Nasir Məkarim Şirazinin bəyanatı

Ayətullah əl-uzma Məkarim Şirazinin İraqın Mosul şəhərinin azad olunması haqqında bəyanatı

Böyük mərcə təqlidinin baş ofisi tərəfindən yayımlandı:

Ayətullah əl-uzma Məkarim Şirazinin İraqın Mosul şəhərinin azad olunması haqqında bəyanatı

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3894