Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qəhrəmanlıq salnaməsində bəndəlik mədəniyyətinin təzahürü
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qəhrəmanlıq salnaməsində bəndəlik mədəniyyətinin təzahürü

İmam Hüseyn (ə) Aşura gününün zöhründə camaat namazı qıldı və o, bu hərəkəti ilə ən çətin şəraitdə belə namazın bərpa olunması və tərk edilməməsi mesajını verdi, ona görə də dövrümüzdə də Aşura gününün zöhründə camaat namazının təşkili çox önəmli bir işdir.

makarem news


Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qəhrəmanlıq salnaməsində bəndəlik mədəniyyətinin təzahürü
İmam Hüseyn (ə) Aşura gününün zöhründə camaat namazı qıldı və o, bu hərəkəti ilə ən çətin şəraitdə belə namazın bərpa olunması və tərk edilməməsi mesajını verdi, ona görə də dövrümüzdə də Aşura gününün zöhründə camaat namazının təşkili çox önəmli bir işdir.
Şübhəsiz, İmam Hüseynin (ə) Aşura gününün zöhründəki vəcdə gətirən və mənəvi ibadəti Pərvərdigarın dərgahına yalvarışın ən gözəl təzahürlərindən biridir. Bu, elə bir əzəmətli namazdır ki, Kərbəlanın tarix yazan döyüşü ərəfəsində, maneə və məhdudiyyətlərə rəğmən, gerçəkləşdi; o həzrətin məbudla münacata şiddətli bağlılığının əlamətidir; bu parlaq həqiqətə şahiddir ki, həzrət Seyyiduş-şühəda (ə) bəndəlikdə namaza aşiqlər üçün iqtida edilməsi həmişə vacib olan kamil ülgüdür. Buna əsasən, Ayətullah əl-üzma Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə edərək, bu yazıda “Aşura qəhrəmanlıq dastanında übudiyyyət və bəndəliyin yeri” mövzusunu möhtərəm oxuculara təqdim edilir:
Bəndəlik məfhumunun həqiqətində seyr
Ayətullah Məkarim Şirazinin ideya və düşüncələrində bəndəlik məfhumu ruhun təkamül zirvəsinin sonu və onun Allaha yaxınlaşması və Pərvərdigarın pak zatı qarşısında mütləq təslimçiliyi kimi bəyan olunmuşdur. İbadət təkcə ruku və səcdəyə getmək, durmaq və oturmaq deyil, əksinə mütləq kamal və bənzərsiz zat bərabərində qeydsiz-şərtsiz təslim olaraq, ibadət ruhunu aşkar etməkdir. Elə bir bəndəlik ki, hər eyib və nöqsandan xalisdir (1), daxilində ilahilik yatan bir gövhərdir (2).
Aşura qəhrəmanlıq salnaməsi – Haqqa bəndəçiliyin ən ali dərəcəsi
Şiə aləminin mərcəyi-təqlidi Məkarim Şirazi Kərbəla hadisəsindəki bəndəlik mədəniyyətini açıqlayarkən buyurdu: Bəşər tarixi, hicri tarixlə 61-ci ildə gerçəkləşən Aşura hadisəsi (geniş nəticələri ilə birgə) kimi hadisələri az görmüş, Kərbəla tarix yazarları kimi tarix yazarları az xatırlamışdır.
Bu hadisə, iki tam fərqli və bir-birindən ayrı üzə malik sikkə misalındadır: bir üzündə xəyanət, vəfasızlıq, namərdlik, zülm, alçaqlıq, vəhşilik, rəhimsizlik və qonaq qətli kimi mənfi xüsusiyyətlər, digər üzündə isə vəfadarlıq, canfəşanlıq, qorxmazlıq, zülmü inkar, səbir, ilahi təqdir qarşısında təslimçilk və ən ali səviyyədə Haqqa bəndəçilik kimi ali keyfiyyətlər vardır (3).
İbadət sevgisi bəndəlik rəmzinin təzahürü kimi
Şiə dünyasının mərcəyi-təqlidi Kərbəla hadisəsinin misilsiz və müstəsna təzahürlərindən biri kimi Yaradana ibadət və münacata eşq və xas sevgini tanıtdıraraq, buyurdu: Tasua gününün axşam saatlarında, Ömər ibn Sədin məcburi beyət almaq, yaxud İmam (ə) və tərəfdarlarını öldürmək məqsədilə verdiyi hücum qərarından sonra İmam Hüseyn (ə) qardaşı Abbasa (ə) müraciətlə buyurdu: “Ey Abbas! Canım sənə fəda olsun, get! Əgər bacarsan, onlardan döyüşü sabah səhərə kimi təxirə salmalarını istə və bir günlük möhlət al ki, bu gecəni Allaha dərgahına namaz qılaq, münacat edək, bağışlanmaq diləyək. Allah şahiddir ki, mən Ona xatir namazı, Kitabının (Quran) tilavətini, uzun-uzadı münacatı və Ondan əfv diləməyi çox sevirəm!” (4).
Bəndəlik – haqqı batildən ayıran əsas meyar
Ayətullah Məkarim Şirazi Aşura gecəsindəki misilsiz ibadi maarifə aydınlıq gətirərkən, buyurur: Bəli, Kərbəlada iki qoşun bir-birinin müqabilində durmuşdu; biri Adəmin ən pak və xalis sülaləsi və digəri Şeytanın ən xəbis və çirkin tərəfdaşları. Qoşunun biri bir gecəlik möhlət istəyir ki, həyatının qalan saatlarını öz Allahı ilə xəlvətə çəkilsin, Onun münacatı ilə özünü ən gözəl halda Allahın görüşünə hazırlasın və digəri gedirdi ki, rəzillik, alçaqlıq və süqutun son nümunələrini Allahın ən əzəmətli peyğəmbərinin (s) yadigarı olan şəxsin müqabilində nümayiş etdirsin (5).
İndi belə bir təfsirlə Kərbəla səhnəsinin bu baxımdan müstəsna olduğu deyilməlidir. Qəribə gecə idi! Öz rəhbərlərini təmsil etməyə boyun qoyan İmam (ə) dostlarının münacatlarından doğan zümzümə sədası Kərbəla fəzasını bürümüşdü. Sanki mələklərin ilahi ərşdəki avazı, yaxud cənnət sakinlərinin təsbih sədasıydı. O misilsiz mənəvi mühitdə, ürəklər şəhidlik eşqilə döyünürdü; havanın aydınlaşmasının intizarı ilə anları sayırdılar (6).
Aşura gününün zöhr namazı – bəndəliyin həqiqi mənası
Şiə aləminin mərcəyi-təqlidi Kərbəla hadisəsində bəndəliyin ən gözəl və ən mənalı nişanəsini bəyan edərkən, belə buyurdu: Əbu Səmamə Saidi Aşura zöhründə İmamın (ə) hüzuruna gəldi və dedi: Ey Əba Əbdillah! Canım sənə fəda olsun, Allahla görüşəcəyimdən dolayı, bu son namazı səninlə qılmaq istəyirəm! (7).
İmam (ə) üzünü səmaya tutub buyurdu:
“ذَكَّرْتَ الصَّلاةَ، جَعَلَكَ اللَّهُ مِنَ الْمُصَلِّينَ الذَّاكِرينَ! نَعَمْ، هذا أَوَّلُ وَقْتِها”
“Namazı xatırlatdın, Allah səni namaz qılanlardan qərar versin. Bəli, indi namazın fəzilətli vaxtıdır”(8).
Tərəfdarlarından bəziləri İmamın (ə) önündə durub, sinələrini düşmən oxlarına sipər etdilər. İmam (ə) son namazını düşmən oxlarının yağışı altında qıldı (9 və 10).
Ayətullah Məkarim Şirazi, Aşura gününün zöhr namazında bəndəliyin təzahürlərini təsvir edərkən, buyurdu: Bu tarixi və misilsiz namaz, namaz ruhunu diriltdi, namaz məfhumunu haqqın yolçuları üçün aşkara çıxardı və məbud yolunda bəndəliyin həqiqi mənasını göstərdi; xəyali məbudların, dünyapərəstlərin şeytani bütlərinin və var-dövlət düşkünü olan insanların üzərindən qırmızı xətt çəkdi.
Əgər bu gün şəhərlərin minarələrində təkbir və azan sədası ucalırsa, həmin azan və namazın bərəkətinə görədir. Nə gözəl olar ki, bu illər ərzində əzadarlıq dəstələri Aşura gününün zöhründə, harda olmalarından asılı olmayaraq, fəaliyyətlərini dayandırıb, namazlarını qılsınlar (11).
Son münacat
Ayətullah Məkarim Şirazi, həmçinin İmam Hüseynin (ə) ibadi cəhətini və bütün hallarda, hətta şərəfli ömrünün son anlarında sonsuz cəhdlə bəndəliyini davam etdirməsinə aydınlıq gətirərkən, buyurdu: İmam (ə) öz dəyərli ömrünün son anlarında Allahı ilə belə münacat edir: “İlahi! Ey məqamı uca! Əzəməti böyük! Çox güclü (cəza və intiqamda)! Məxluqdan ehtiyacsız! Geniş qüdrət sahibi! Hər istədiyinə qadir! Rəhmətin yaxındır! Mesajın düzdür! Sonsuz nemət sahibisən! Bəlan xeyirdir! Hərgah səni çağırsalar, yaxınsan! Yaranmışlara əhatəlisən! Tövbə edənlərin tövbəsin qəbul edənsən! İradə etdiyin hər şeyə qadirsən! Hər nəyi istəsən, ona yetərsən!... Möhtac halda səni çağırıram, ehtiyaclı olaraq sənə həvəsliyəm, qorxduğum halda sənə sığınıram, kədərli halda dərgahına göz yaşı tökürəm, aciz şəkildə Səndən kömək diləyirəm və yalnız Sənə təvəkkül edirəm!...” (12)
Ayətullah Məkarim Şirazi bəndəlik kamalının gerçəkləşməsi istiqamətində bu misilsiz Aşura maarifini tərif edərkən, dedi: Doğrudan da, bu münacat necə gözəl, geniş məzmunlu və nə qədər də dərslə doludur! Hansı ki, İmamın (ə) ömrünün qalan anlarında, bədəni qanlı və yaralı olduğu halda, əzizləri və dostlarını itirməsinin dərin qüssəsi, eləcə də həyat yoldaşı, qızların və digər qalanların gələcəyinin nigaranlığı altında o həzrətin mübarək dilindən çıxdı.
İlahi maarif, razılıq və təslimçiliyin ən ali dərəcəsi o həzrətin (ə) kəlmələrində dolub daşır; nə bir qorxu, nə bir taqətsizlik, nə acizlik izharı, nə məyusluq və bədbinlik ifadəsi əsla onda gözə dəymir. Hər yerdə söz səbirdən, dözüm, razılıq və qüdrətli, mütəal, əbədi bir Allah qarşısında təslimçilikdəndir. Afərin! Allah tərəfindən sənə min afərin olsun, ey azadələrin öndəri! (13)
Son söz
Ayətullah Məkarim Şirazi sonda namazla bəndəliyin gerçəkləşməsi arasında ayrılmaz bağ olduğunu xatırladaraq, buyurdu: Namaz, Allahla rabitə üçün ən yaxşı vasitə, bəndəliyin ən ali simvolu və məbud qarşısında bəndəliyin ən aydın nişanəsidir, çünki təvazökarlıq və bəndəliyin ən bariz nişanələri Pərvərdigarın dərgahında aşkar olur (14). İmam Hüseyn (ə) Aşura gününün zöhründə camaat namazı qıldı, o, bu hərəkətilə ən çətin şəraitdə belə namazın bərpa olunması və tərk edilməməsi mesajını verdi (15). Ona görə də Aşura gününün zöhründə camaat namazının təşkili çox önəmli bir işdir və sözsüz ki, İmam Hüseyn (ə) belə əzadarlığı bəyənəcəkdir. Beləliklə, möhtərəm vaiz və məddahlar namazın vaxtına riayət etməli, namaz vaxtı, namazdan başqa bir proqramları olmamalıdır (16).
Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

1-    “Quranda əxlaq”, c. 1, səh. 335
2-    “Misbahuş-şəriət”, səh. 536 (“Mizanul-hikmət”in nəqlinə əsasən, “əbd” kəlməsi)
3-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 29
4-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 390
5-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 391
6-    Yenə orada
7-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 472
8-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 472
9-    “Əyanuş-şiə”, c. 1, səh. 606
10-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 473
11-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 473
12-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 529
13-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 530
14-    “Şiə cavab verir”, səh. 143
15-    Ayətullah əl-üzma Məkarim Şirazinin çıxışı, “İmam Xomeyni” şəbistanı, xanım Fatimə Məsumənin (s) hərəmi, 4/11/2014
16-    “Əzadarlıq hökmləri”, səh. 141
Yayım tarixi: 20/10/2015

 


Nəşr tarixi: « 10/7/2016 8:48:37 PM »

Əlaqəli materiallar

Ali-Xəlifəyə xəbərdarlıq; Sizi də Qəzzafi və İran şahı Pəhləvinin aqibəti gözləyir.

“Terrorizmin beşiyi” kitabı uzun araşdırmadan sonra 80-dan çox aşkar və inkarolunmaz sənəd və lazımi təhlillərlə nəşr olundu.

Qərbin Hələb körpələri üçün yalançı göz yaşları axıtmasına Ayətullah Məkarim Şirazinin sərt reaksiyası

İran terrorizmlə mübarizədə ən qabaqcıl ölkədir

Şiə təkfirçi qruplarla mübarizənin bayraqdarıdır

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 286