Ayətullah Məkarim Şirazinin görüşündə Aşura qiyamındakı anti-imperializm faktorlarının təhlili
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura qiyamındakı anti-imperializm faktorlarının təhlili

Bəşəriyyət üçün əsrimizin ən böyük bəlası imperializmdir. İmam Hüseynin (ə) hədəfi zülmə qarşı çıxmaq və zalımla mübarizə aparmaqdan başqa bir şey deyildi.

makarem news


Ayətullah Məkarim Şirazinin görüşündə Aşura qiyamındakı anti-imperializm faktorlarının təhlili
Bəşəriyyət üçün əsrimizin ən böyük bəlası imperializmdir. İmam Hüseynin (ə) hədəfi zülmə qarşı çıxmaq və zalımla mübarizə aparmaqdan başqa bir şey deyildi.
İlk növbədə qeyd etmək lazımdır ki, Aşura təkcə sıradan bir hadisə deyil, həm də tarixi cərəyan idi; haqq və nahaqqın, ədalət və zülmün mübarizəsi. Bu mübarizə əsrlər boyu davam edir və bundan sonra da davam edəcək (1). Tarixə əsasən, İmamın (ə) qəti qərarı Yezid hökumətinə qarşı mübarizəni davam etdirməkdi, baxmayaraq ki, bu yolda şəhid oldular və şəhadətləri öz təsirini qoydu (2), amma məzlumlar ağası, şəhidləri sərvəri İmam Hüseynin (ə) hədəfi – hansı ki, camaatı oyatmaq, Quran hökmlərini yaymaq, izzət, şərəf və azadlıq qazanmaq, yaxşılıqlara dəvət etmək, zülüm və fəsadla mübarizə aparmaqdan ibarət idi – cəmiyyətdə ən ali tərzdə rəvac tapdı (3).
Bu izahdan sonra Ayətullah Məkarim Şirazinin yüksək görüşlərindən istifadə edərək, Aşura qiyamındakı anti-imperializm faktorlarını bir daha təhlil etmək zərurəti yaranır. Bu araşdırma hər şeydən əvvəl, İmam Hüseyn (ə) hərəkatının ən mühüm elementini, yəni zalım rəhbərlərin zülmünə qarşı çıxmaq məsələsini aşkar edə bilər.
Müaviəyə diktatoruluğuna qarşı mübarizə – İmam Hüseyn (ə) məktəbinin başlıca amalı
Zalım rəhbərlərin, xüsusilə Müaviyə diktatorluğuna qarşı mübarizə zərurətini bəyan edərkən, İmam Hüseynin (ə) Müaviyənin fironsayağı hökumətinə yazdığı kəskin məktubuna işarə etmək olar, belə ki, Həzrət (ə) buyurur:
 “ما أَرَدْتُ حَرْباً وَ لا خِلافاً، وَ إِنّي لَاخْشَى اللَّهَ فِي تَرْكِ ذلِكَ مِنْكَ وَ مِنْ حِزْبِكَ الْقاسِطيِنَ الُمحِلِّينَ، حِزْبِ الظَّالِمِ، وَ أَعْوانِ الشَّيْطانِ الرَّجِيمِ....وَ إِنّي وَاللَّهِ ما أَعْرِفُ افْضَلَ مِنْ جِهادِكَ، فَإِنْ أَفْعَلْ فَإِنَّهُ قُرْبَةٌ إِلى رَبِّي، وَ إِنْ لَمْ أَفْعَلْهُ فَأَسْتَغْفِرُ اللَّهَ لِدينى‏، وَ أَسْأَلُهُ التَّوْفيقَ لِما يُحِبُّ وَ يَرْضى” (4).
“Mən hal-hazırda (qardaşım İmam Həsənlə (ə) sənin aranda imzalanan sülhnaməyə xatir) səninlə döyüşmək əzmində deyiləm, səninlə və zülmkar dəstənlə - hansı ki, Allahın haramını halal edib, qovulmuş Şeytanın dostları və zülm edəndirlər - mübarizəni tərk etdiyim üçün Allahdan qorxuram! ...Allaha and olsun! Səninlə cihaddan üstün bir vəzifə tanımıram. Deməli, belə bir iş görsəm, bu Allaha yaxınlaşmağıma səbəb olacaq. Yox, əgər bir iş görməsəm, (cihadı tərk etdiyim üçün) Allahdan əfv diləyərəm və ondan – sevdiyi və razı qaldığı işlərdə – müvəffəqiyyət diləyərəm!” (5).
İmamın (ə) zahiri gücə malik olmadığı bir vaxtda Müaviyə kimi zalım, qəddar, əlində hər bir imkanı olan sultana qarşı bu şücaətli və dəqiq məktubu öz növbəsində Bəni-Üməyyənin alçaq tarixini ifşa və tənqid edir. İmam Hüseyn (ə) öz məktubunda Müaviyənin fironsayağı hakimiyyəti ilə cihadı özünün ən böyük arzularından sayır və onun hədələrinə qarşı heç bir qorxaqlıq nümayiş etdirmir (6).
Yaxşılığa dəvət və pislikdən çəkindirmək – anti-imperializmdə fundamental element
İmam Hüseyn (ə) sözləri ilə Bəni-Üməyyə cinayətlərini ifşa etməklə yanaşı qılıncla onlara qarşı mübarizəyə qalxdı, son nəfəsinədək müqavimət göstərdi və bu hərəkatını yaxşılığa dəvət, pislikdən çəkindirmək və ictimai işlərdə islahat adlandırdı. Öz ifadə və sözlərində dəfələrlə bu böyük vacib əməli xatırlatdı, tam şəffaflıqla hərəkatının hədəflərindən biri kimi bu önəmli işi göstərdi (7).
İmam Hüseyn (ə) qiyamının əsas hədəfini ortaya qoyan, onun ən aydın və anlaşılan ifadəsi kimi qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətnaməsində yer alan bir cümləni saymaq olar. O həzrət (ə) nəfsi istəklərə çatma, vəzifə qazanma kimi maraqları öz qiyamının məqsədlərinə yad bildikdən sonra belə yazır:
وَ إِنَّما خَرَجْتُ لِطَلَبِ الاْصْلاحِ فِي أُمَّةِ جَدِّي، اُرِيدُ أَنْ آمُرَ بِالْمَعْرُوفِ وَ أَنْهى عَنِ الْمُنْكَرِ، وَ اَسِيرَ بِسِيرَةِ جَدِّي وَ أَبِي عَلِىِّ بْنِ أَبِي طالِب
“Qiyamdan yeganə məqsədim babamın ümmətini islah etməkdir. Yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək və bu yolda babam Məhəmməd (s) və atam Əli ibn Əbutalibin (ə) üslubundan istifadə etmək fikrindəyəm” (8).
İmam (ə) bu qısa kəlamında, elə yolun başındaca, ilahi hərəkatının hədəfini açıqlayır və bildirir ki, məqsədi heç də ölkələri fəth etmək, dünya sərvəti və məqam qazanmaq deyil, əksinə yeganə hədəfi İslam cəmiyyətinin islahı, yaxşılığa dəvət və pislikdən çəkindirmə prinsipini dirçəltməkdir (9).
Allah dininin dirçəldilməsi – anti-imperializmlə mübarizədə həyati faktor
Etiraf etmək lazımdır ki, İmam Hüseyn (ə) Allah dinini dirçəltmək məqsədilə ilə qiyam və hərəkatını başlatdı. İlk mərhələdə – mümkün olduğu təqdirdə – İslam hökuməti təşkil edəcəkdi, əks təqdirdə özü və dostlarının şəhadətilə öz ali hədəfinə çatacaqdı. Hər halda, Allah Rəsulunun itirilmiş dini, unudulmuş sünnəsini diriltməli idi və belə bir işə Allah Rəsulunun övladından daha layiqli kim olardı?
İmam Hüseyn (ə) ilk olaraq “İslam ümməti Yezid kimi bir rəhbərə mübtəla (rəiyyət) olduğu zaman İslamın fatihəsi oxunmalıdır!” (10) –  وَ عَلَى الاْسْلامِ اَلسَّلامُ اِذْ قَدْ بُلِيَتِ الاْمَّةُ بِراع مِثْلَ يَزِيد– cümləsi ilə göstərdi ki, Yezid kimi xəlifənin varlığı ilə İslamın fatihəsi artıq oxunmuşdur və Yezid hakimiyyətində Allah dininin yaşamasına ümid yoxdur (11).
Anti-imperializm – Azadlıq tablosu
Zülmlə mübarizə, əslində insanın üstün səciyyələrini üzə çıxaran bir məktəbdir (12). Diktatorluqla mübarizədə başlıca amillərdən biri kimi həmin səciyyələrdən birinə, yəni azadlığa işarə etmək olar. Bu xüsusda İmam Hüseyn (ə) buyurur:
 “وَيْحَكُمْ يا شيعَةَ آلِ أَبي سُفْيانَ! إِنْ لَمْ يَكُنْ لَكُمْ دينٌ، وَ كُنْتُمْ لا تَخافُونَ الْمَعادَ، فَكُونُوا أَحْراراً في دُنْياكُمْ هذِهِ، وَارْجِعُوا إِلى‏ أَحْسابِكُمْ إِنْ كُنْتُمْ عَرَبَاً كَما تَزْعُمُونَ”;
"Vay olsun sizə, ey Ali-Əbu Süfyanın tərəfdarları! Əgər dininiz yoxdursa və qiyamət gününün sorğu-sualından qorxmursunuzsa, heç olmasa, öz dünyanızda azad olun, əgər özünüzü ərəb hesab edirsinizsə, özünüzün ərəb xüsusiyyətinizə bağlı olun!".
Şübhəsiz ki, Allahın iradə və istəyi onun hikmətindən qaynaqlanır, Onun dərk olunmaz hikmət sahibi olması bunu tələb edir ki, bir tərəfdən İmam (ə) özünün, tərəfdarlarının şəhadətə çatması, ailəsinin, istəkli bacısı və qızlarının əsir düşməsi ilə, Bəni-Üməyyənin zalım və dinsiz hakimlərinin iç üzləri aşkara çıxarmalı (13), bununla da İslam dünyasını onlara qarşı qaldırmalı idi.
Digər tərəfdən, İmam Hüseyn (ə) və silahdaşları, tarixdə elə iz qoymalıydı ki, gələcək millətlərə və xalqlara, xüsusilə də zülmə məruz qalan hər kəsə nümunə olsun və tarix boyu insanlar onların yaratdığı məktəbdən azadlıq dərsi alsınlar (14). Nəticə etibarı ilə azadlıq, şücaət, dini müdafiə və İslami dəyərlər İmam Hüseyn (ə) adı ilə yoğrulmuşdur (15).
Ədalətin reallaşması – anti-imperializmdə başlıca faktor
Həzrət Seyyidüş-şühəda (ə) kufəlilərə məktubunda qiyamının hədəflərindən biri kimi zalımların zülmünə son qoymağı və ədalətin icrasını göstərir və buyurur: Şübhəsiz ki, Allah Peyğəmbərinin (s) sağlığında belə buyurduğunu bilirsiniz: Hər kim (zülm sayəsində) ilahi haramları halal sayan, ilahi əhd-peymanı pozan, Allah Rəsulunun (s) sünnəsinə qarşı olan, Allah bəndələri arasında günah və düşmənçilik edən zalım hakimi görüb, belə bir hakimə qarşı dildə və əməldə heç bir reaksiya verməsə, Allah həmin kəsi zalımın yerinə daxil edər (və ikisinin taleyi bir olar!)” (17).
İmam Hüseyn (ə) zahirdə kufəlilərə yazılan, əslində isə mesajı bütün dünya azadlıqsevərlərinə ünvanlanan məktubunda Allah Rəsulunun (s) zülm, qəddarlıq və ədalətsizliklə mübarizə ilə bağlı mesajını bəyan edir və öz qiyamının hədəfini elan etməklə yanaşı, hər kəsi bu mübarizədə şərik olmağa çağırır (18).
O həzrət (ə) Aşura günü kufəlilərə xitabən hakimin cəmiyyətdə yaymalı olduğu ədalətdən söz açır:
“وَ يَداً عَلَيْهِمْ لِأَعْدائِكُمْ، بِغَيْرِ عَدْلٍ‏ أَفْشَوهُ فيكُمْ” (19);
“Onlar sizin aranızda ədalətli olmamalarına rəğmən, siz düşmənlərinizin köməyinə qalxmısınız”.
Anti-imperializm – Bəşəriyyətin diktatorluqdan qurtulmasında həlledici amil
İmam Hüseyn (ə) məktəbində yer alan diktatorluqla mübarizə amillərindən biri də, “Ərbəin” ziyarətnaməsində də işarə olunan cəhalətlə mübarizə və xalqın azğınlıqdan xilasıdır (20). Belə ki, məsumların (ə) dilindən o həzrətə müraciətlə deyilir:
“وَبَذَلَ مُهْجَتَهُ‏ فيكَ لِيَسْتَنْقِذَ عِبادَكَ مِنَ الْجَهالَةِ، وَحَيْرَةِ الضَّلالَةِ”
“İmam Hüseyn (ə) qəlbini yolunda qurban verdi (və son dərəcə fədakarlıq göstərdi) ki, bəndələrini nadanlıq, heyrət və avaralıqdan xilas etsin” (21).
Son söz
Bu gün insan cəmiyyətlərindəki diktatorluq – imperializm məsələsi dünya problemləri, bəşər ictimaiyyətinin nizamsızlığında başlıca rol oynayır. Müasir dövrümüzdə də bəşəriyyətin ən böyük bəlası imperializmdir (22). Odur ki, İmam Hüseynin (ə) məqsədi zülm və zalımla mübarizə aparmaqdan başqa bir şey deyildi (23). Lakin qeyd etmək lazımdır ki, zülmlə mübarizə sırf İslama dair məsələ deyil, İmam Hüseynin (ə) Kərbəlada bəşər nəslinə verdiyi təlimlər bütün xalqların qurtuluş amili ola bilər (24).
Bu üzdən iddia etmək olar ki, qəhrəmanlıq salnaməsi olan Hüseyn aşurasının tarixi haqqında dəqiq bir araşdırma aparmaqla, Aşura və Kərbəlanın zaman keçdikcə tarixi hadisə olmaqdan çıxaraq bir məktəbə çevrildiyi qənaətinə gəlirik. İnsan yetişdirən və iftixarverici bir məktəbə! (25).
Təkcə dünya müsəlmanları üçün deyil, İslam hüdudlarını aşaraq (və mövcud sənədlərə əsasən) bir çox dünya mütəfəkkirlərinin alqışına səbəb olmuş, məzlum xalqların qurtuluşu və azadlığı üçün ülgü, örnək göstərilmiş və məktəbini zülümlə mübarizə aparan, izzətli, şərəfli və azad həyatı tərənnüm edən bir məktəb saymışlar (26).
Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    “Əzadarlığın hökmləri”, səh. 32
2-    “Əzadarlığın hökmləri”, səh. 131
3-    “Əzadarlığın hökmləri”, səh. 146
4-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 280
5-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 283
6-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 284
7-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 241
8-    “Futuh İbn Əsəm”, c. 5, səh. 33; “Biharul-ənvar”, c. 44, səh. 329
9-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 243
10-    “Məlhuf” (Lühuf), səh. 99; “Biharul-ənvar”, c. 44, səh. 326 və “Futuh”, İbn Əsəm”, c. 5, səh. 24
11-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 232
12-    “Əzadarlığın hökmləri”, səh. 30
13-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 351
14-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 352
15-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 56
16-    “İmam Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 97
17-    “Biharul-ənvar”, c. 44, səh. 382
18-    “İmam Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 98
19-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 421
20-    “İmam Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 73
21-    “İmam Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 73
22-    “Quranda əxlaq”, c. 2, səh. 73
23-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 81
24-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 89
25-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 691
26-    “Aşura; əsaslar, maraqlar, hadisələr, nəticələr”, səh. 692

 


Nəşr tarixi: « 2016/10/7 »

Əlaqəli materiallar

Mübarək Ramazan ayı hilalının görülməsi ilə bağlı məlumat

Ayətullah Məkarim Şirazi Almaniya İslam Elmləri Akademiyasının fəaliyyətlərini təqdir etdi

Mən böyük Misir xalqının dərdinə şərik olmaqla yanaşı Allahdan bu acı hadisədə həyatını itirənlərin yaxınlarına səbir, xəsarət alanlarına isə şəfa diləyirəm.

Terrorizm probleminin həlli yolu

Ölkə xaricindən şəri ödəmələr etmək (xums, zəkat və sair dini vergilər) üçün ödəniş portalının tanıtdırılması

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 387