Səudiyyəlilərin Yəməndəki amansız cinayətləri dəlilikdən doğur/ Ali-Səud yolun sonuna çatıb

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Səudiyyəlilərin Yəməndəki amansız cinayətləri dəlilikdən doğur/ Ali-Səud yolun sonuna çatıb

Təzyiq artırdıqca xalqın İmam Hüseyn (ə) mərasimlərinə diqqəti də artır, onlar bunu görürlər. Altı milyon zəvvarın Kərbəlaya gəlişi misilsiz, yaxud nadir hadisədir.

makarem news

Səudiyyəlilərin Yəməndəki amansız cinayətləri dəlilikdən doğur/ Ali-Səud yolun sonuna çatıb
Təzyiq artırdıqca xalqın İmam Hüseyn (ə) mərasimlərinə diqqəti də artır, onlar bunu görürlər. Altı milyon zəvvarın Kərbəlaya gəlişi misilsiz, yaxud nadir hadisədir.
Ayətullah Məkarim Şirazi Qum şəhərinin Məscidi-Əzəmində təşkil olunan fiqhin ali mühazirələrinin başlanğıcında İmam Hüseyn (ə) əzadarlığını ali səviyyədə keçirən ayıq və zirək İran xalqına təşəkkür və minnətdarlığı bildirərək buyurdu: Proqramlar layiqincə və çox gözəl şəkildə icra edildi.
O əlavə etdi: Səlahiyyətli şəxslərin dediyinə görə Kərbəla ziyarətinə 6 milyon nəfər getmişdi. Həmd olsun Allaha ki, ölkə daxilində heç bir xoşagəlməz hadisə ilə üzləşmədik, amma Əfqanıstan, Pakistan kimi ölkələrdə qəlbiqara təkfirçilər məclislərə hücum edərək, bəzilərini şəhid etmiş, bəzilərini də yaralamışdır.
Ayətullah Məkarim Şirazi düşmənin axmaqlığından söz açan bir hədisə işarə edərək, bildirdi: Bunlar görür ki, təzyiqləri artırdıqca xalqın İmam Hüseyn (ə) mərasimlərinə diqqəti daha da artır. Altı milyon zəvvarın Kərbəlaya gəlişi misilsiz, yaxud nadir hadisədir.
O davam etdi: İki-üç həftədən sonra Ərbəin mərasiminə də baxıb görsünlər ki, nə xəbərdir! Hər yerdə bu mərasim var və ildən-ilə daha əzəmətli hal alır. “Hüseynçi südəmərlər” mərasimi qırx iki ölkədə təşkil olunub, habelə London kimi xarici şəhərlərdə əzəmətli əzadarlıqlar keçirilib.
Ayətullah Məkarim Şirazi İslam və şiə düşmənlərinin divanə sayağı hücumlarını, günahsızları qətlə yetirmələrini və öz yollarını davam etdirmələrini dilə gətirərək buyurdu: Bu, onların fəaliyyətləri tərs nəticə verdiyi halda baş verir. Mərasimlərdə tam böyüklük və xüsusi nəzm nümayiş etdirən iştirakçılara təşəkkürümüzü bildiririk.
O, Ali-Səudun Yəmənə amansız hücumunu qınayaraq ünvanlarına bildirdi: Bunlar bir əzadarlıq məclisini qanına qəltan etdilər, 700 nəfər şəhid və yaralı var idi. Bu görünməmiş hücum dünya təşkilatlarının gözü önündə baş verdiyi halda, bir çoxları susur. Məhkum edənlərin də qınağı söz həddində olub və üstündən keçiblər.
O xatırlatdı: Belə həmlələr divanəlikdən qaynaqlanır və “məyusluq dəliliyi” sayılır. Ali-Səud yolun sonuna çatdığı üçün öz gələcəyindən məyusdur. Məyusların düçar olduğu hallardan biri dəlilikdir və bir çox pis iş və cinayətlərə əl atmasına səbəb olur.
Ayətullah Məkarim Şirazi davamında buyurdu: Yəmən xalqı öz hökumətini qurmaqda keçmişdəkindən daha israrlı və bu yolda mübarizəyə hazırdı. Fərz etsək ki, Ali-Səud Yəməni işğal edib hökumət qurdu. Görəsən, bu qədər qətllər törətdiyi, xarabalar qoyduğu yerdə hökumət edə biləcəkmi? Heç bir divanə güman etməz ki, bütün bu cinayətlərdən sonra Ali-Səud hökuməti Yəmən xalqı tərəfindən məqbul sayılar. Belə isə, nə üçün təcavüz və cinayətlərini davam etdirirlər?!
Ayətullah Məkarim Şirazi bu cinayətlərin davamının məyusluq divanəliyindən başqa bir adı olmadığını dilə gətirərək buyurdu: Təkfirçi qrupları ölkədən qovub çıxarmaqla Yəmən, Bəhreyn, Suriya və İraq xalqının gözəl gələcəyi olacağına və terrorizm himayədarları, xüsusilə Amerika və İngiltərnin rüsvay olacağına ümidvarıq.
Allahdan diləyirik ki, tez bir zamanda bu şər qüvvələrin şərini İslam dünyasından, hətta bəşəriyyət aləmindən kəssin.
Yayım tarixi: 19.10.2016

 


Nəşr tarixi: « 2016/10/20 »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib

Ayətullah əl-uzma Məkarim Şirazinin Şiə Araşdırmaları Elmi Dərnəyinə mesajı (min illik şiə mədrəsəsi, Alman – Berlin)

Fədakarlıq davam edir…

İslam dünyasının Myanmar cinayətlərinə etinasız qalması ilə bağlı Ayətullah Məkarim Şirazinin kəskin tənqidi

Ayətullah Məkarim Şirazinin müqəddəs Mədinə və Məkkə şəhərlərində ofisinin açılışı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1055