Ərbəin yürüşü təkfirçi vəhhabiliyin qəlbinə sancılan bir xəncərdir/ Zəvvarlar qayda-qanunlara riayət etsinlər
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Ərbəin yürüşü təkfirçi vəhhabiliyin qəlbinə sancılan bir xəncərdir/ Zəvvarlar qayda-qanunlara riayət etsinlər

“Ərbəin” ziyarətini ali təlim-tərbiyə məktəbinə çevirməliyik; bütün günahlar tövbə suyu ilə yuyulmalı, əxlaqi nöqsanlar kənara qoyulmalı və tərbiyə olunmalıdır.

makarem news

Ərbəin yürüşü təkfirçi vəhhabiliyin qəlbinə sancılan bir xəncərdir/ Zəvvarlar qayda-qanunlara riayət etsinlər
“Ərbəin” ziyarətini ali təlim-tərbiyə məktəbinə çevirməliyik; bütün günahlar tövbə suyu ilə yuyulmalı, əxlaqi nöqsanlar kənara qoyulmalı və tərbiyə olunmalıdır.
Ayətullah Məkarim Şirazi əzəmətli ərbəin yürüşünü təkfirçi vəhhabiliyin qəlbinə bir xəncər, müsəlman və Əhli-beyt (ə) məktəbi davamçılarının isə qiymətli sərmayəsi bilərək, zəvvarların qayda-qanunlara riayət etməsinin vacibliyini xüsusi vurğuladı.
Ayətullah Məkarim Şirazi Qum şəhərinin “Məscidul-Əzəm”ində, tələbə və ruhanilərin iştirakı ilə təşkil olunan fiqhin ali mühazirəsində bir hədisə istinad edərək buyurdu: Bəziləri həyatın ən böyük dəyərini malda, sərvətdə görür və ona nail olmaqdan ötrü hər yola əl atır.
O birbaşa qeyd etdi: Bəzi vaxtlar atanın mirasının bölünməsi üstündə qardaşlar arasında qarşıdurma yaranır; bəziləri “astronomik maaşlar” – fantastik məbləğdə maaş almaqla özünün, cəmiyyətinin və dövlətinin abrını aparır; bəzi vaxt da BMT-nin baş katibi Səudiyyə adlı rejimin pullarına xatir uşaq hüquqlarını pozanları siyahıdan silməklə, özünün və BMT-nin adına ləkə gətirir.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Amerikada da bu ölkənin bir qrup insanı “Ekiz qüllələr”in partladılması hadisəsində izi olan Səudiyyə Ərəbistanından şikayət etmək istədikdə, Ərəbistan hədələdi ki, pullarını bu ölkədən çıxaracaq. Onlar da məlum məsələni ört-basdır etdilər.
Ayətullah Məkarim Şirazi buyurdu: Şəxsiyyəti olan insan belə işlər görməz. Mövlamız İmam Əli (ə) buyurub: “Bütün dünyanı mənə versələr ki, qarışqanın ağzından arpa qabığını alım, mən bu işi görmərəm”.
O bunları da xatırlatdı: Əgər biz də Əmirəl-möminin Əlinin (ə) davamçılarıyıqsa, bilməliyik ki, cəmiyyətdə mövcud durum ələvi sayağı deyil. Əlbəttə, bir çoxları da sadiqdir, dəyərləri dünyəvi məsələlərə fəda etmir.
Ayətullah Məkarim Şirazi söhbətinin başqa bir hissəsində İmam Hüseynin (ə) qırxı ilə bağlı başsağlığı verdikdən sonra buyurdu: Həmd olsun Allaha, bu ilki ərbəin yürüşü hər ilkindən daha əzəmətli təşkil olunur. Ərbəin nuru təkcə şiələrə aid deyil, əhli-sünnə, hətta qeyri-müsəlman və xristianlar da ərbəində Kərbəlanın yol yolçularıdır.
Ayətullah Məkarim Şirazi bildirdi: Bu böyük sərmayə təkfirçi vəhhabiliyin qəlbinə sancılan bir xəncərdir. Kərbəlada milyonların iştirakı ilə onlar başa düşür ki, təlqinlərini faydası yoxdur, hər keçən gün insanların bu məktəbə, İmam Hüseynə (ə) eşqi daha da artır.
O əlavə etdi: Onlar axmaqlıq edir, terrorist fəaliyyətləri və intiharçı hücumları ilə insanların İmam Hüseyndən (ə) uzaqlaşacağını və xalqın eşqinə kölgə salacaqlarını xəyal edirlər.
Ayətullah Məkarim Şirazi ərbəin fürsətindən maksimum yararlanmağa təkid edirək bildirdi: Ərbəin ziyarətini ali tərbiyə məktəbinə çevirməliyik, bütün günahlar tövbə suyu ilə yuyulmalı, əxlaqi nöqsanlar kənara qoyulmalı və tərbiyə olunmalıdır.
O davamında buyurdu: Bizim bütün ziyarətnamələrimiz tərbiyəvi dərslərlə zəngindir. Aşura ziyarətinin son səcdəsində də Allahdan istəyirik ki, bizi İmam Hüseynin (ə) səhabələri ilə birgə sabitqədəm etsin ki, eyni yolda addımlaya bilək.
Ayətullah Məkarim Şirazi məşhur “Hər gün Aşura, hər yer Kərbəla!” şüarına işarə edərək bildirdi: Bu gün də İmam Hüseynin (ə) yar və yavəri ola bilərik. Həzrət (ə) və vəfalı tərəfdaşları hər şeylərini haqq və İslamın izzəti naminə qurban verdilər. Bu gün də biz vəzifəmizi tanımaqla, onlara düzgün riayət etməklə, Seyyiduş-şuhədanın (ə) və vəfalı dostlarının yolunu getməliyik.
O Seyyiduş-şuhəda (ə) məktəbinin özündə çoxlu dərslər ehtiva etdiyini dilə gətirdi və buyurdu: Ümidvaram, bütün ərbəin zəvvarları sağ-salamat gedib qayıtsınlar. Mühüm məqam budur ki, qanunlara zidd addım atılmasın, ziyarət xüsusunda qayda-qanunlara riayət etməyi hər kər özünə borc bilsin.
Ayətullah Məkarim Şirazi bunu da xatırlatdı: Pasport və vizasız səfərə çıxmamalarına dair təkid etməyimizə rəğmən, təəssüflər olsun ki, bir qrup insan pasport və vizasız bu işə əl atdılar, hansı ki heç bir halda doğru addım deyil.
Yayım tarixi: 17.11.2016

 


Nəşr tarixi: « 2016/11/17 »

Əlaqəli materiallar

Müvəqqəti kəbin həvəsbazlıq üçün deyil, zərurətə görədir.

Şəvval ayının hilalı 24 iyun 2017, şənbə günü görünmədi.

Bu yürüşlərin davamlı olması Fələstinin azadlığına və sionist rejiminin məhvinə səbəb olacaq

Fitrə zəkatının və mübarək Ramazan ayının oruc kəffarəsinin miqdarı

Ayətullah Məkarim Şirazinin beynəlxalq Qüds günü və Sepah raketlərinin terrorist mərkəzini darmadağın etməsi ilə bağlı mesajı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 953