Şiə təkfirçi qruplarla mübarizənin bayraqdarıdır
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazinin İndoneziya Məşvərət Şurasının sədri ilə görüşündən:

Şiə təkfirçi qruplarla mübarizənin bayraqdarıdır

Şiə, təkfirçi qruplarla mübarizənin bayraqdarıdır

makarem news

Şiə təkfirçi qruplarla mübarizənin bayraqdarıdır/ İndoneziya təkfirçi vəhhabilərin fitnəsindən özünü gözləsin
Dost və müsəlman ölkə olan İndoneziya ilə hər bir sahədə həmkarlığa hazırıq. Bizim İndoneziyadakı qardaşlarımız təkfirçi vəhhabilərin təsirindən özlərini gözləsinlər. İndoneziyada çox yaxşı asayiş hökm sürməkdədir.
Ayətullah əl-üzma Məkarim Şirazi İndoneziya Məşvərət Şurasının sədri və onunla birlikdə olan heyətlə İmam Səccad (ə) mədrəsəsində təşkil edilmiş görüşdə bunları vurğuladı: Sizin Qum şəhərində olmağınız danışıqlar üçün çox yaxşı fürsətdir. Biz İndoneziyanı ən böyük islami ölkə hesab edir və əhalisi barədə ehtiramla danışırıq.
Məkarim Şirazi cənabları sözlərinə əlavə etdi: İndoneziyada mötədillik yolunda addımlayan müsəlmanlar var, lakin təkfirçilik təhlükəsi bütün müsəlman və dindarları təhdid edən bir problemdir.
O, bunları da xatırlatdı: “Bu qrupun mənşəyi barədə çoxlu araşdırmalar aparmışıq. Onlar da vəhhabidirlər. Biz bu məsələ barədə səksən mötəbər sənəd əldə etmişik. Beləliklə, bütün müsəlmanların vəhdəti ilə bu təhlükəni aradan qaldırmaq lazımdır.
Sonra sözərinə əlavə etdi: “Çeçenistanda vəhhabilik barədə toplantı təşkil edildi və əhli-sünnə alimləri bir yerə toplaşaraq dedilər: “Vəhhabilik İslam məzhəblərindən deyil.”
Bəzi vəhhabilərin özlərini təkfirçi qruplardan ayırması mümkündür. Bizim onlarla işimiz yoxdur. Mən “Vəhhabilik iki yol ayrıcında” adlı bir kitab yazmış və təkfirçiləri onlardan ayırmışam. Amma hal-hazırda təbliğ olunan məsələ təkfirçi vəhhabilərdir.
Ayətullah Məkarim Şirazi buyurdu: Bizim İndoneziyadakı qardaşlarımız bu qrupun təsirindən özlərini gözləsinlər . İndoneziyada çox yaxşi əmin-amanlıq hökm sürməkdədir.
Məkarim Şirazi cənabları qeyd etdi ki, şiələrlə düşmənçilik proqramı bu qrupların fəaliyyətlərindən biridir. Onlar yalandan şiənin Quranı təhrif etdiyini deyirlər, lakin həqiqət isə bunun əksinədir. Siz bu məsələni İranda yaxından müşahidə eə bilərsiniz.
Ayətullah Məkarim Şirazi sözlərinə əlavə etdi: Şiə, təkfirçilərlə mübarizənin ilk sırasındadır. Bir neçə il öncə səksən İslam ölkəsindən çoxsaylı alimlər İranda keçirilən iki konqresdə iştirak üçün dəvət edilmişdi. Bu, şiənin təkfirçilərlə mübarizə bayrağını əlində daşıdığını nişan verir.
Məkarim Şirazi xatırlatdı: “Siz İran kimi bir dostu əldən verməyin. Dostcasına gileylənmək istərdim; gileyimiz budur ki, İndoneziya alimləri başçısına bir məktub yazmışam, lakin o, məktubumuzu cavablandırmamışdır. Eyni zamanda əl-Əzhərə və Roma Papasına məktub yazdım, onlar cavab verdilər.
Ayətullah Məkarim Şirazi buyurdu: Əlbəttə, bu cavab verməməyin düşmənlərin şeytançılığı səbəbindən və təbii olduğunu düşünürəm, lakin iki müsəlman ölkəsi bir-biri ilə nə qədər yaxın olsa, problemlər də bir o qədər tez aradan qalxar.
Ayətullah Məkarim sonda əlavə etdi: Fransa mediyasından bir qrupu bizim yanımıza gəlmişdi. Mən İranın vəziyyəti barədə soruşduqda, onlar dedilər ki, bizim gördüklərimizlə bizə deyilənlər arasında fərqlər var.
Nəticədə, gediş-gəlişlər problemləri aradan qaldıracaq və dostluqları daha da artıracaqdır. Biz dost və müsəlman ölkə olan İndoneziya ilə hər bir sahədə həmkarlığa hazırıq.
Yayım tarixi: 07/12/2016


Nəşr tarixi: « 2016/12/7 »

Əlaqəli materiallar

Mübarək Ramazan ayı hilalının görülməsi ilə bağlı məlumat

Ayətullah Məkarim Şirazi Almaniya İslam Elmləri Akademiyasının fəaliyyətlərini təqdir etdi

Mən böyük Misir xalqının dərdinə şərik olmaqla yanaşı Allahdan bu acı hadisədə həyatını itirənlərin yaxınlarına səbir, xəsarət alanlarına isə şəfa diləyirəm.

Terrorizm probleminin həlli yolu

Ölkə xaricindən şəri ödəmələr etmək (xums, zəkat və sair dini vergilər) üçün ödəniş portalının tanıtdırılması

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 730