Müvəqqəti kəbin həvəsbazlıq üçün deyil, zərurətə görədir.

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah əl-uzma Məkarim Şirazinin “Əl-Əzhər” universitetinin Şeyxinə açıq məktubu

Müvəqqəti kəbin həvəsbazlıq üçün deyil, zərurətə görədir.

Dəyərli qardaşım! Müvəqqəti kəbinlə bağlı çıxışınız televiziya xəbər proqramlarında yayımlanıb. Birbaşa qeyd edirəm ki, deyilən bu sözlər məndə təəccüb doğurmaqla yanaşı narahatlıq və narazılığıma da səbəb oldu. Ona görə ki, siz alicənabda belə dil və danışıq ədəbiyyatına rast gəlməmişdim. Sözləriniz kəskin və hiddətləndirici idi. Halbuki siz, ta keçmişdən indiyədək mötədillik tərəfdarı, insaflı və ali məntiqə söykənən biri olmusunuz!

makarem news

Xəbərlərdə qeyd edilir ki, Əl-Əzhərin möhtərəm Şeyxi həmişəkindən fərqli olaraq – hansı ki, məzhəbləri yaxınlaşdırmaq bəhsləri edirdi – Misir mediyasında bəzi yanlışlıqları özündə birləşdirən sərt və xoşagəlməz sözlər danışaraq müvəqqəti kəbinlə əlaqədar şiələrə kəskin hücumlar etmişdir. Aşağıdakı mətn Şeyxin sözlərinə cavabdır:

Böyük mərcə təqlidi Ayətullah Məkarim Şirazinin Əl-Əzhər universitetinin Şeyxi Əhməd ət-Təyyibin müvəqqəti izdivac xüsusunda Əhli-beyt (ə) məktəbinə kəskin həmləsinə cavabı
Bağışlayan və mehriban Allahın adı ilə
Dəyərli alim, Əl-Əzhərin Şeyxi Dr. Əhməd ət-Təyyib qardaşa
Salamun ələykum və rahmətullahi və bərakətuh.
Ümidvaram ki, sağ-salamatsınız. Müqəddəs vacibləri yerinə yetirməkdə, eləcə də İslam dini və ümmətinə xidmət etməkdə Allah dayağınız olsun; Allah eşidən və duaları qəbul edəndir!
Biz həmişə sizin İslam ümmətinin müxtəlif təbəqələri arasında qardaşlıq bağlarının gücləndirilməsi uğrundakı qurucu səylərinizi daima təqdir etmişik; ona görə ki, göstərdiyiniz bu səylər İslam ümmətinin strukturunda yaranan çatları aradan qaldırmağa xidmət edir və bu addımlarınız İslama qarşı pis niyyəti olanlara macal vermir!
Tarix, məğlubiyyətə uğramış vəhhabi məzhəbinin Əl-Əzhərə yiyələnmək və ondan öz nəhs hədəflərini həyata keçirmək məqsədilə yararlanmaq istiqamətindəki səyləri qarşısında müdrik və cəsur mövqeyinizi unutmayacaq.
Sizin bu mövqeyiniz parlaq sənəd kimi Əl-Əzhərin şərəfli tarixində baqi qalacaq.
Dəyərli qardaşım! Müvəqqəti kəbinlə bağlı çıxışınız televiziya xəbər proqramlarında yayımlanıb. Birbaşa vurğulayıram ki, deyilən bu sözlər məni təəccübləndirməklə yanaşı, narahatlıq və narazılığıma səbəb oldu. Ona görə ki, indiyədək siz alicənabda belə dil və danışıq ədəbiyyatına rast gəlməmişəm. Sözləriniz olduqca kəskin və hiddətləndirici idi. Halbuki siz bugünədək ədalətsevər, insaflı və yüksək məntiqli biri olmusunuz!
Misir televiziyasında müvəqqəti izdivac mövzusunda çıxışınız Əhli-beyt (ə) məktəbinə sərt və ağır hücum kimi hesab olunur. Dahası sözügedən çıxışınızda mövzu ilə bağlı fitva vermək istəyən bütün Əhli-sünnə müftilərinə də həmlə etmiş oldunuz, çünki bu qəbildən olan fitvaları xəyanət saymısınız və bu, birmənalı olaraq İslam fiqhi tarixində misli görülməyən qəribə yanaşmadır! Məlum olduğu kimi – İbn Abbas onun (müvəqqəti izdivac) icazəli olduğuna dair fitva verirdi. Ona xəyanət damğası vurmağınız düzgündürmü? Bu sözlərdən töhmət vurmaq və həqiqəti danmaq qoxusu gəlmirmi?!
Mövzu ilə əlaqədar nəzərinizi aşağıdakı məqamlara yönəltməyi lazım bilirəm:
1. Müvəqqəti kəbin həvəsbaz və şəhvətbazların sui-istifadə aləti deyil! Elə buna görə də bizə ünvanlanan sualların cavabında yalnız zərurət qarşıya gəldiyi təqdirdə müvəqqəti kəbinin icazəli olmasına fitva vermişik. Məsələn, ailəsindən kənarda olan bir şəxsin bu hökmdən dəstək almasa, günaha düşəcəyi qorxusu varsa, yaxud subay bir gəncin cinsi tələbatı olmasına rəğmən daimi izdivaca imkanı yoxdursa... Bu əsasla müvəqqəti kəbinə “zərurət izdivac”ı desək, yanılmarıq. Əhli-beytdən (ə) nəql olunan hədislər bu məsələni təsdiqləyir.
2. Aşağıda İbn Abbasın nəzərləri ilə bağlı Əhli-sünnənin parlaq simalarından şahidlər gətiririk. Bu şahidlər önəmli işarələri ehtiva edir, hansı ki əksər fəqihlərin müvəqqəti izdivac haqdakı şablon təsvirləri sındıra bilər:
Osman ibn Əli Hənəfi “Təbyinul-həqaiq” kitabında “و بطل نکاح المتعه” (Müvəqqəti izdivac batil elan edilib) cümləsinin şərhində açıq-aşkar yazır: Malik ibn Ənəs deyir: Müvəqqəti kəbin icazəlidir, çünki şəriət hökmüdür, deməli ona nasix tapılmayınca bir hökm kimi qalmalıdır. İbn Abbasın halallığına fitva verməsi məşhurdur və bir çox Yəmən və Məkkə səhabələri bu məsələdə ona itaət ediblər. Bu zəmində Quranın bu ayəsinə istinad edilib: “فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ” (“Mütə etdiyiniz (bəhrələndiyiniz) qadınların mehriyyəsini ödəməyiniz vacibdir”). Əta, Cabirdən nəql edir ki, biz Peyğəmbər (s) və Əbu Bəkrin zamanında, eləcə də Ömərin xilafəti dövrünün yarısında müvəqqəti kəbini yerinə yetirirdik. Sonra Əbu Səid Xudrinin sözünə görə Ömər ümməti bu işdən çəkindirdi, amma şiələr hələ də hökmü dəstəkləyir” (1).
İbn Rüşd “Bidayətul-muctəhid” kitabında yazır:
“Bütün ölkələrin əksər səhabə və fəqihləri bu hökmü haram bilib. İbn Abbasın bu xüsusda halallıq hökmü hər kəsə məlumdur. Məkkə və Yəmən səhabələri də bu hökmdə ona tabe olmuş və nəql edirlər ki, İbn Abbas öz sözlərində bu ayəyə “فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِیضَةً وَلَا جُنَاحَ عَلَیْکُمْ” və bu ifadəyə “إلی أجل مسمی” (müəyyən vaxta qədər) istinad edirdi. İbn Abbasdan belə dediyi nəql edilir: Müvəqqəti kəbin Allahın rəhmət və mərhəmətindən başqa bir şey deyil. Belə ki, bu hökmlə Məhəmməd (s) ümmətinə rəhm etmişdir. Əgər Ömər insanları bu hökmdən daşındırmasaydı, bədbəxtdən başqa heç kim zina etməyə məcbur olmazdı” (2).
Sələbi “Əl-Kəşfu vəl-bəyan” kitabında yazır:
“... Dedim: İmran ibn əl-Həsin, Abdullah ibn Abbas və bəzi şagirdləri və eləcə də Əhli-beytdən bir dəstədən başqa heç kim müvəqqəti kəbini icazəli bilmir”.
Ardınca müvəqqəti kəbin haqda yazır:
“Bu ayənin möhkəm və ya mənsux olması haqqında fikir ayrılığı var. İbn Abbas dedi: Bu ayə möhkəmdir və müvəqqəti kəbinin caiz (icazəli) olması fitvasını verdi”. (3)
Zərqani “Əl-Muvətta” kitabına şərhində yazır:
“Sözünün ardınca (rafizilərdən başqa hamı müxalifdir) deyir ki, Cabir, İbn Məsud, Əbu Səid, Müaviyə, Əsma bint Əbu Bəkr, İbn Abbas, Əmr ibn Huvəyris, Sələmə kimi səhabələr və bir qrup tabeindən olanlar müvəqqəti kəbinin hökmünü icazəli biliblər. İbn Abbasın nəzərini dəyişib bu işi haram bilib-bilməməsi xüsusunda fikir ayrılığı vardı. İbn Əbdul-Birr dedi: Onun məkkəli və yəmənli şagirdləri bu məsələni halal bilirlər”. (4)
İbn Həzm “Əl-Muhəlla” kitabında yazır:
“Allahın Rəsulundan (s) sonra bəzi sələflərin (Allah onlardan razı olsun) bu hökmü halal saydığı isbatını tapıb. Bəziləri hətta səhabə olan həmin şəxslər Əsma bint Əbu Bəkr Siddiq, Cabir ibn Abdullah, İbn Məsud, İbn Abbas, Müaviyə ibn Əbu Süfyan, Əmr ibn Hureys, Əbu Səid Xudri, Sələmə, Mubəd ibna Uməyyə ibn Xələf və başqalarından ibarətdir” (5).
İbn Teymiyyə “Məcməul-fətava” kitabında gətirir: “Daimi kəbinlə müqayisədə müvəqqəti kəbin üç cəhətdən yaxşıdır... İkinci dəlil budur ki, İbn Abbas və bir qrup sələf bu işi icazəli bilmişlər” (6).
Sərəxsi “Əl-Məbsut” kitabında yazır:
“Müvəqqəti kəbin məsələsi... Biz bu məsələni batil bilirik, amma Malik ibn Ənəs, İbn Abbasın (Allah ondan razı olsun) rəyinə əsasən onu caiz bilir” (7).
Bütün bu şahid və məzmunlar İbn Abbasın, bəzi səhabə və tabeinlərin, eləcə də Əhli-sünnə fəqihlərinin nəzərlərini ortaya qoyur.
Qeyd edilənlərə nəzər saldıqdan sonra müvəqqəti izdivacın caizliyinə hökm verənlərə həmin çirkin və xoşagəlməz sifətlər yapışdırmağımız doğrudurmu?!!!
3. Çıxışınızda deyirsiniz: “... Bu, müvəqqəti izdivac məsələsidir və Əhli-sünnə alimlərinin icmasına – yekdil rəyinə əsasən, həmin niyyətlə oxunan kəbin (əqd) batildir...”.
Siz yuxarıdakı ifadənizdə “icma” iddiası etmisiniz, halbuki bu metod və kontekslə, habelə yuxarıdakı dəlilləri təqdim etdikdən sonra icma iddiası şəxsi nəzərlərin izharından və xətadan başqa bir şey deyil. Alimlərinizdən biri də buna işarə edərək demişdir:
“Əhli-sünnə alimlərinin bu məsələni haram bilməsi “şibhi-icma”dır, yəni icma halına bənzəyir. İcma kimidir – deyirik, çünki İbn Abbasın bu hökmü icazəli bildiyi nəql edilir. Həmçinin bir çox şagirdləri Əta, Tavus və İbn Cureyh də caizliyinə fitva veriblər...”
Əbu Bəkrin özü də bu məsələdə (sizin rəyinizdən) fərqli nəzərə sahibdir. O demişdir: Müvəqqəti kəbin haram yox, məkruhdur; İbn Mənsur, Əhməddən məsələ barəsində soruşdu və o da cavabında dedi: Mənə görə ondan çəkinmək daha yaxşıdır və dedi: Bu sözün zahiri müvəqqəti kəbinin haramlığına deyil, məkruhluğuna dəlalət edir...” (8).
İddia edilən icmanın durumu bax budur! Fiqhin metodologiyası və konteksi bu cür deyilməsini tələb edir: Əhli-sünnə alimləri yanında (yekdil nəzər yox) məşhur nəzər bu məsələnin haram olmasıdır!
Sonra etiraf edirsiniz: (On iki imam şiəsi əhli-sünnəyə zidd gedib və müvəqqəti izdivacı mübah sayıb. Belə ki, əllərində olan hədislər və Quranın bəzi ayələrindən şəxsi çıxarışları əsasında bu etiqada əməl ediblər, əhli-sünnə alimləri isə onları inkar və təkzib ediblər. Bu xüsusda Dr. Əli Həsbullah onlara (şiələrə) cavab verir: “Hərgah əqidənizə bəraət qazandırmaq istəsəniz, Qurana istinad etməyin, çünki Quranda bu izdivacı mübah sayacaq bir kəlmə belə yoxdur...”).
Burada diqqət çəkən məqam müvəqqəti kəbinin batil olmasında əhli-sünnənin yekdil rəyi və icmasına təkid etməyinizdir. Və bunu özünüzə arqument seçmisiniz, halbuki bir məqamı gözdən qaçırırsınız. Bütün Əhli-beyt (ə) müvəqqəti kəbinin icazəli olmasına fitva veriblər, fəqihləri də birmənalı olaraq bu məsələni caiz bilib. Bu əsasla, ikinci icmanı nəzərə almadan birinci icmanı meyar qərar vermək doğrudurmu? Hərçənd, Ən-Nil kanalına müsahibənizdə etiraf etmisiniz ki, mərhum Şeyx Mahmud Şəltutun nəzərinə uyğun olaraq şiə məzhəbi beşinci məzhəb ünvanında tanınır və digər məzhəblərdən bu məzhəbə yönəlmənin bir iradı yoxdur, bu yönəlmə maliki məzhəbindən şafei məzhəbinə yönəlmək kimi doğrudur!
İkinci icmanı gözardına vurmaq və inkar etmənin səbəbi nədir?!
Daha da pisi sizin bu sözünüzdür: “Əhli-sünnə alimləri onların (şiə) sözlərini inkar və təkzib ediblər” və ardınca Dr. Əli Həsbullahın fikirlərini səsləndirirsiniz!
Bu söz, çox qəribə sözdür! Quru iddiadan başqa bir şey deyil! Müsəlman alimləri nə vaxtdan bir iddianı müzakirələrində dəlil kimi qəbul ediblər? Bu çıxış heç bir arqumenti və istinadı olmayan sözlərdir. Nəticə etibarı ilə nə bir faydası var, nə də bir dərdə məlhəm qoyur!
Deyilənlərdən əlavə, Ömər ibn Xəttabdan məşhur bir söz var ki, deyir: “... Peyğəmbərin (s) zamanında mövcud olan iki mütəni mən qadağan etdim və hər kim onları icra etsə cəzalandıraram; biri qadınların mütəsi və digəri həcc mütəsi...” (9).
Biz burada Abdullah ibn Ömərin həcc mütəsi barədə sözünü “Sünəni-Tirmizi” də gəldiyi kimi nəql edirik:
“... İbn Şəhab, Salim ibn Abdullah və o da şamlı bir şəxdən nəql edir ki, dedi: Şamlı bir şəxsin Abdullah ibn Ömərdən həcc mütəsi haqqında soruşduğunu eşitdim. Abdullah cavabında dedi: Halaldır.
Şamlı kişi: Atan onu qadağan etmişdi.
Abdullah cavabında: Əgər atam onu haram edibsə, Allahın Peyğəmbəri (s) isə bu hökmün qərarını veribsə, səncə mən atamın əmrinə tabe olmalıyam, yoxsa Allahın Rəsulunun?
Şamlı şəxs: Allahın Rəsulunun (s).
Abdullah dedi: Bu hökmün qərarını Allahın Rəsulu vermişdir”.
Əl-Əlbani bu hədisin mənbəyini səhih bilir.
Biz də qadınlar mütəsində Allah Rəsulunun (s) əmrinə tabe olur və Ömərin göstərişini – oğlu Abdullah kimi – bir kənara qoyuruq!
Qeyd etməliyəm ki, Abdullah ibn Ömərin atasının göstərişi qarşısında mövqeyində aşkar dəlil yatıb, çünki təkidlə bildirir ki, iki mütənin qadağan olunması qərarı Ömərin şəxsi qərarına söykənir və bu məsələdə Peyğəmbərin (s) nəzərinin göstəricisi deyil. Necə ki, Ömər özü - Fəxri Razi və onun kimilərin bu xüsusdakı iddialarının əksinə olaraq - daha öncə bu mətləbə təkid edir. Sonda Fəxr Razi və həmtaylarının Ömərin bu işinə bəraət qazandırmaq cəhdi nəticəsiz qalmışdır! (10).
Məlum olduğu kimi Abdullah ibn Ömər bu etirafı ilə məsələyə aydınlıq gətirmişdir; son dərəcə əhəmiyyətli mövzunu şəffaflaşdırmışdır. Onlar isə iki mütəni haram saymaq məsələsində ayənin nəsxini bəhanə gətiriblər. Əslində isə onlar şəxsi əsas tutaraq, İslam sünnəsini ikinci dərəcəli və haşiyə qəbul ediblər. Hətta bu mirasdan xəlifə Ömərin şəxsiyyətini müdafiə etmək üçün istifadə etmişlər.
Nəzərə çarpan budur ki, sözügedən metod çox təhlükəli bir yanaşma olaraq bu dəstənin ədəbiyyatında əbədilik yer tutmuşdur!
4. Şiə əhkamındakı müvəqqəti kəbin barəsində təqdim etdiyiniz təsvir qüsurlu, təhrifedilmiş və uyğunsuzdur. Belə ki, fərdlərin nəzərlərin nəql edilməsində tələb olunan elmi əmanətə riayətin vacibliyinə müvafiq deyil! İcazə verin, şəffaf danışım, siz bu xüsusda siyasətçilərin mövqeyindən çıxış etmisiniz!
Halbuki Vaşinqtonda dinlərin dialoqu konfransında Əl-Əzhərin rəhbərliyini öhdənizə götürərkən vədə verdiniz ki: “Bizimlə şiələr arasındakı ixtilaf sünni maliki kimi mənimlə sünni hənəfi arasındakı ixtilaf mislidir... və biz buna təkid edir və bağlılığımızı dilə gətiririk. Bu məsələlərin siyasi oyunlara çevrilməsinə qarşı çıxırıq”. Belə isə sözünüzdən niyə boyun qaçırırsınız?
Vəziyyətin öz təbii məcrasına dönəcəyinə, alimlərin məqbul saydığı dildə danışacağımıza və  ümmətin mühüm, köklü məsələlərində adekvat dialoq prinsiplərinə uyacağımıza ümidvarıq!
Siz müvəqqəti kəbin haqqında demisiniz:
“Müvəqqəti izdivac sadəcə cinsi ehtiyacı təmin etmək məqsədilə kişi və qadın arasında müvəqqəti görüşdən ibarətdir...”.
Müvəqqəti kəbinin hədəfi təkcə cinsi istəyi təmin etmək deyil, həm də şəfqət ehtiyacını ödəməkdir, bəlkə də onun əhəmiyyəti şəhvət atəşini söndürməkdən az deyil! Yuxarıda qeyd etdik ki, bu izdivac zəruri şərait üçündür; cinsi istəyin ciddi və kəskin təzyiqi altında olanlara aiddir – belə ki, bu işdən çəkinsələr hətta dəli olmaq ehtimalları var! Deməli, müvəqqəti kəbindən məqsəd milyonlarla qadın və kişinin cinsi problemini həll etməkdirsə, həmin hədəfin şəri olmasına kifayət edir!
5. Çıxışınızda deyilir: “... Hansı azad qadın bu xarlığı qəbul edər? Bu iş bədənini pula satmaqdan başqa bir şeydirmi? Fahişəlikdən fərqi nədir?!...”.
Çox təəssüf edirəm. İslamın əvvəlində Peyğəmbər (s) müvəqqəti kəbin hökmünü sadir etdiyi zaman bu, azad qadın üçün xarlıq hesab olunur, bədənini satmaq kimi dəyərləndirilir və azad qadın fahişə deyilirdimi?! Bu məsələ hal-hazırda da belə deyil. Deməli, müvəqqəti izdivac kəbin tərəflərinin qarşılıqlı ehtiyacı üzündəndir və onlara icazə verir ki, məhz iradə çərçivəsində kəbin oxuyub hər biri digərindən müəyyən müddətə bəhrələnə bilsinlər. Daimi kəbində də şərait eynidir! Mənə toxunan Allah hökmünün bu cür dəyərləndirilməsinin çox və sonsuz olmasıdır, bu hökmün mənsux olduğunu fərz etsək belə!
Müvəqqəti izdivac bəzi şərtləri müstəsna edilən daimi kəbindir. Bu məsələ qəribə iş sayıla bilməz. Əhli-sünnənin bəzi fəqihləri “misyar” kəbinini (səfərdə izdivac) şəri bilirlər. Həmin izdivacda qadının nəfəqəsini vermək, məskənlə təmin etmək istisna edilib. Əhli-sünnə fəqihləri tam ixtiyarla bu zəmində fitva veriblər və heç kim bu fitvaya görə onları xəyanətkar adlandırmır! Müvəqqəti kəbinlə “misyar” kəbini arasında nə fərq var?
Çıxışınızda izdivacdakı aramlıq, məhəbbət və mehribançılıqdan bəhs edirsiniz. Bu hallar izdivacın hikmətinə aiddir. İzdivac hökmü onları əhatə etmir. Ona görə ki, daimi kəbində bu halların olmaması kəbinin batil olmasına gətirib çıxarmır. Bundan əlavə, bəzən bütün bu hallar müvəqqəti kəbində gerçəkləşə bilir, çünki müvəqqəti kəbin bir gün, iki gün üçün deyil. Bəzən kəbin bir neçə ay, bir neçə il üçün cari olunur. Bu əsasla, müvəqqəti kəbində də aramlıq, məhəbbət və mehribanlıq vardır. Deməli, sözügedən hallar müvəqqəti kəbinin şəri olmasını təkzib etmək üçün yetərli deyil.
6. Çıxışınızda bunları da qeyd etmisiniz:
Əl-Əzhərin etiqadı budur: “Müvəqqəti kəbin haram və fahişəlik mislidir”.
Əl-Əzhərin rəsmi tanıdığı beş məzhəbdən birinin fitvasını fahişəliyə sürükləyən fitva kimi vəsf etməsi doğrudurmu?!
“Səhihi-Muslim” də gəlib ki, Allahın Rəsulu üç dəfə Am Əvtas adlı şəxsə müvəqqəti izdivac icazəsi vermişdir...” (11).
Görəsən, Peyğəmbər (s) - Allaha pənah aparıram – fahişəlik icazəsi sadir etmişdirmi?!
Cabir ibn Abdullah “Səhihi-Muslim”də də gələn bir hədisdə deyir: “Biz Peyğəmbər, Əbu Bəkr və Ömərin zamanında mütə (müvəqqəti) izdivaca əməl edirdik” (12).
Həmçinin, “Səhihi-Muslim”də ondan (Cabir) nəql edilir:
“Biz Peyğəmbər və Əbu Bəkrin zamanında mütə izdivacı hökmünü yerinə yetirirdik, sonunda Ömər “Əmr ibn Hureys” hadisəsində insanları bu hökmün icrasından çəkindirdi...” (13).
Görəsən, Cabir ibn Abdullah və digər səhabələr günaha mürtəkib olublar?!
Maraqlıdır ki, bütün bu şişirtmələrdən və müvəqqəti izdivacı haram bilmələrdən sonra əhli-sünnə fəqihləri deyirlər:
“Bu məsələnin batil olmasına rəğmən, ona aid hökmlər bunlardır:
a) Müvəqqəti kəbində qadına təlaq vermək yoxdur, eləcə də “zihar”, “ila” və “lian” da yoxdur. Bu kəbində tərəflər bir-birindən irs aparmır və heç biri üçün “ihsan” hökmu sabit olunmur. Həmçinin qadınına üç dəfə təlaq verən kişi həmin qadınla müvəqqəti kəbin bağlaya bilməz.
b) Müvəqqəti kəbində kişi cinsi yaxınlıq etmədiyi müddətcə mehriyyə, mütə və nəfəqə kimi hüquqları öhdələnmir. Cinsi yaxınlıq olduğu təqdirdə isə “mehrul-misl” haqqı cari olur. Şafei məzhəbində, Əhməd ibn Hənbələ aid sözdə və maliki məzhəbinin nəqlində “müsəmma mehri”ndən söz açılmasının səbəbi budur ki, mehriyyə dəyərinin təyinində zaman qeydi təsirlidir. Əbu Hənifəyə görə qadınla cinsi yaxınlıq edilərsə, müsəmma mehri olduğu təqdirdə, müsəmma mehri ilə mehrul-misl arasından az olanı götürülür. Müsəmma mehri olmadığı halda, miqdarından asılı olmayaraq, mehrul-misl ona aid edilir. Hənbəli və maliki məzhəbinə görə isə cinsi yaxınlıqdan sonra müsəmma mehri ona sabit olur və bu nəzər Əlxəmi Malikinindir.
c) Müvəqqəti kəbin dövründə qadın uşaq dünyaya gətirərsə, həmin övlad yaxınlıq edən kişinin sayılır, istər o şəxs bu kəbini düz bilsin, istərsə də yox. Çünki o kəbinə bənzər şəraitdədir və qadınla yatağa girib. Nəsəbi təyin etmək üçün mötəbər zaman müddəti cinsi yaxınlıq vaxtından hesablanır. Hənəfilərin fitvası da bu əsas üzərindədir.
d) Müvəqqəti kəbində də cinsi yaxınlıqdan sonra - daimi kəbində olduğu kimi - qadın və kişi, valideyn və övlad arasında məhrəmlik yaranır.
e) Kişi və qadın olmasından asılı olmayaraq müvəqqəti kəbini yerinə yetirən şəxsə şəri hədd vurulmur, çünki şübhənin olması həddi aradan qaldırır (الحدود تُدرأ بالشبهات). Burada mövcud olan şübhə bu növ izdivacın ixtilaflı məsələ olmasıdır. Hər kim bu işin haramlığını bildiyi halda ona mürtəkib olarsa, günaha düşdüyü üçün tənbeh edilməlidir, amma hədd və kəffarəsi sabit deyil (14).
Sonda bir daha bu mövzunu təkrar edir və təkidlə bildirirəm ki, müvəqqəti kəbin cinsi dəliliyi dindirmək və avara meyillərin təminindən ötrü deyil, əksinə Əhli-beyt (ə) məktəbinə əsasən bəşər ictimaiyyiətində mövcud problemlərin həlli üçün Allahın göstərişidir. Bu həll yolu Peyğəmbərin (s) Əhli-beytinin (ə) hədislərində gəlmişdir. Bu məsələ çıxılmaz hallarda keçərlidir, günah və pozğunluğa bulaşıq təxəyyülat üçün deyil.
Növbəti mətləb budur ki, siz qız və oğlanlarınızdan istəmisiniz ki, müvəqqəti kəbinin mübah olmasına fitva verənlərin kim olduğunu araşdırsınlar:
“Soruşun, müvəqqəti kəbinin mübah olması hökmünü kim sadir edib? Ondan soruşun bu hökmü öz qızına rəva bilirsənmi? Qəbul etməsə, ona deyin: Müsəlman qızları barəsində də ilahi təqvaya riayət edin...”.
Birincisi: Allahın Rəsulu bu hökmün əsasını qoyduğu üçün bu sual və bu məzəmmətə daha layiqdir!
İkincisi: Qeyd etdiyimiz kimi müvəqqəti kəbin hökmü zəruri hallar üçün nəzərdə tutulub. O demək deyil ki, hər kim bu xüsusda fitva verirsə, həmin məsələyə mübtəladır. Çünki elə mövqedə deyil ki, belə suallarla mühakimə edək! Əlbəttə, əgər bu sualların məqsədi problem yaratmaq və fitva verəni çətinliyə salmaq deyilsə!
Əlavə olaraq, mövcud fiqhi məsələlərin araşdırılmasında təhrikedici metoddan istifadənin münasib və səmərəli olduğunu güman etmirəm!
Bu üzdən yaxşı olar ki, bu qəbildən olan ciddi və mühüm məsələlər elmi-tədqiqati mərkəzlərdə, elmi-məntiqi müzakirələr yolu ilə, hər növ məzhəb təəssübkeşliyindən uzaq şəkildə araşdırılsın. Bundan sonra hökmün doğru və yanlışlığına dair qənaət əldə edilsin. Nəinki, təhrikedici və hiddətləndirici sözlər qalibində mediyalarda ortaya atılsın və nəticədə İslam və müsəlmanların heç bir xeyrini görməyə gözü olmayanların sui-istifadəsinə gətirib çıxarsın!
Ümidvarıq ki, hamılıqla – İslam ümmətinin düşdüyü bu ağır şəraitdə - məzhəb fitnəsini qızışdıran və nifrət yayan tribunaların susdurulmasında səy göstərəcəyik. Sizdən yaxşı və adınız kimi (Təyyib) pak xəbərlər eşidəcəyik, hansı ki ittifaq və birliyə xidmət edir, ixtilaf və qarşıdurmanı kənara qoyur, Allahı, Peyğəmbərini (s) və müsəlmanları sevindirir. Necə ki, daha öncələr dilinizdən belə sözlər eşitmişik. Allahdan siz alicənaba xeyirli aqibət, uzun ömür və sağlamlıq diləyirəm!
Allahın pənahında olun!
Vəssalamu ələykum və rahmətullah!
Qardaşınız Nasir Məkarim Şirazi
20 şəvval 1438 h.q. / 15 iyul 2017


İstifadə olunmuş ədəbiyyat:
(1)    “Təbyinul-həqaiq fi şərhi Kənzud-dəqaiq”, 2/115.
(2)    “Bidayətul-muctəhid və nəhayətul-muqtəsid”, 2/47.
(3)    “Əl-Kəşfu vəl-bəyan”, 3/286 – 287.
(4)    “Şərhul-Zərqani ələl-Muvəttə”, 3/199.
(5)    “Əl-Muhəlla”, 9/519-520.
(6)    “Məcmuul-fətava” – İbn Teymiyyə, 32/93.
(7)    “Əl-Məbsut”, 5/152.
(8)    “Zəvacul-mütə vəz-zəvacul-müvəqqət vəz-zəvacu bunyətut-təlaq” tədqiqatı, mənbə: “قسم الأبحاث الشرعیة بدار الإفتاء المصریة”.
http://www.dar-alifta.org/viewbayan...d=296&langld=1
(9)     “Sunənu-Beyhəqi”, 7/206.
(10)    Müraciət edin: “Ət-Təfsirul-kəbir, 10/50 (“Darul-kutubil-ilmiyyə, Tehran, “فما استمتعتم...” ayəsinin şərhində).
(11)    “Səhihi-Muslim”, 2/1033, hədis 18 (“Darul ihyait-turasil-ərəbi).
(12)    Eyni mənbə, hədis 15.
(13)    Eyni mənbə, hədis 16.
(14)    “Zəvacul-mütə vəz-zəvacul-müvəqqət vəz-zəvacu bunyətut-təlaq” tədqiqatı, mənbə: “قسم الأبحاث الشرعیة بدار الإفتاء المصریة”.
http://www.dar-alifta.org/viewbayan...d=296&langld=1

Yayım tarixi: 17/07/2017

 


Nəşr tarixi: « 2017/7/19 »

Əlaqəli materiallar

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib

Ayətullah əl-uzma Məkarim Şirazinin Şiə Araşdırmaları Elmi Dərnəyinə mesajı (min illik şiə mədrəsəsi, Alman – Berlin)

Fədakarlıq davam edir…

İslam dünyasının Myanmar cinayətlərinə etinasız qalması ilə bağlı Ayətullah Məkarim Şirazinin kəskin tənqidi

Ayətullah Məkarim Şirazinin müqəddəs Mədinə və Məkkə şəhərlərində ofisinin açılışı

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2155