Ayətullah Məkarim Şirazinin görüşündə İmam Həsənin (ə) yaşam tərzində yardım və xeyirxahlığın əlamətləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin görüşündə İmam Həsənin (ə) yaşam tərzində yardım və xeyirxahlığın əlamətləri

Məsum imamlara (ə) sevgi göstərmək yaxşı olsa da, yetərli deyil. Onların əməl və davranışlarından nümunələr götürmək lazımdır.

İmam Həsən Müctəbanın (ə) bərəkətli doğumunun il dönünümdə, hər şeydən öncə o həzrətin ən mühüm xüsusiyyətini, yəni onun həyatında “yardım və xeyirxahlığı” təhlil etmək zərurəti hiss olunur. Bu səbəbdən bu yazıda mərcəyi-təqlid Ayətullah Məkarim Şirazinin yüksək düşüncə və ideyalarından bəhrələnərək, “İmam Həsən Müctəbanın (ə) yaşam tərzində səxavət və xeyirxahlığın mahiyyəti” mövzusunda dəyərli mətləb və məqamlar siz oxuculara təqdim olunur:

İmam Həsənin (ə) həyat tərzinə dərin yanaşmaqla yardım və xeyirxahlıq yollarının öyrənilməsi

Ayətullah Məkarim Şirazinin düşüncələrində yardım və Allah yolunda xərcləmək ən böyük ibadətlərdəndir. Allahın ixtiyarlarında qoyduğu nemətlərdən istifadə etməyən, eyni zamanda Allah yolunda başqası üçün xərcləməyənlər məhrum və xəsis şəxslərdir, onlar bu əməlləri ilə Allahın ruzi verən olmadığını göstərirlər. (1). Bu səbəbdən xəsislər və Allahın ixtiyarında qoyduğu nemətlərlə möhtaclara yardım etməkdən çəkinən kəslər özünü yardım və infaqın böyük feyzindən məhrum edərək ilk növbədə özünə, ikinci növbədə isə bu nemətlərdən məhrum qoyduğu möhtaclara zülm etmişdir. Deməli, yardım, xeyriyyəçilik, səxavət və kərəmin mənasını Əhli-beytdən (ə) öyrənməliyik. Məsum imamlara (ə) sevgi göstərmək yaxşı olsa da, yetərli deyil. Onların əməl və davranışlarından nümunələr götürmək lazımdır. (2).

Ayətullah Məkarim Şirazinin sözlərinin bu hissəsinə diqqət etməklə, eləcə də İmam Həsən Müctəbanın (ə) yaşam tərzində yardım və xeyirxahlığın xüsusiyyətləri mövzusunda dərin düşünməklə, möhtac və yoxsullara əl tutub, onları himayə etməsində o həzrətin fasiləsiz fədakarlıqlarına etiraf etmək olar. Ayətullah Məkarim Şirazi çıxışlarının birində bu barədə deyir: “İmam Həsən Müctəba (ə) yoxsullara o qədər kömək edirdi ki, artıq o həzrətin evi yoxsul və kimsəsizlərin sığınacağına çevrilmişdi. Belə ki, Kufəyə gələn hər qərib, möhtac və çarəsiz şəxs Peyğəmbər (s) nəvəsinin ünvanını soruşurdu (3).

Quranda infaq və yardımın məfhumu

 “وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ– “Və dilənçini acıqla qovma!” ayəsi Peyğəmbərin (s) ikinci vəzifəsini müəyyən edir. Bu vəzifə yoxsul və möhtaclara yetişmək, onlarla düzgün və məntiqə uyğun davranmaqdır. Sanki Allah-taala buyurur: Ey Peyğəmbərim! Yoxsul və möhtacları kənarından qovma, yüksək səslə onlarla danışma, onların başına qışqırma, onlarla qaba davranma! (4). Necə ki, möhtac şəxslərlə düzgün davranmağın qaydası barədə “Bəqərə” surəsinin 263-cü ayəsində belə buyurulur:

 

قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّنْ صَدَقَةٍ يَتْبَعُهَا أَذًى وَاللَّهُ غَنِىٌّ حَلِيمٌ

 

“(Möhtac şəxslərə) xoş bir söz və (onların israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir”.

 

Deməli, əgər insanın köməyə gücü yetmirsə və ya hər hansı səbəbdən infaq etməyə meyilli deyilsə, möhtaclara xoş cavab verməlidir. Əgər onun maddi ehtiyaclarını qarşılamaq əzmində deyiliksə, onun şəxsiyyətini zədələyib və abrını aparmaq hüququna malik deyilik.

İmam Həsən Müctəbanın (ə) həyat yolunda infaq və yardımın nümunələri

 

Bu əxlaqi dəyərlərə riayət məsum imamların (ə) həyat yolunda aydın şəkildə gəlmişdir. O cümlədən, məşhur “İmam Həsən Müctəba (ə) və yoxsul” əhvalatına işarə etmək olar: O şəxs İmam Həsən Müctəbanın (ə) qapısı döydü və o həzrətə müraciətlə dedi:

 

لَمْ يَبْقَ لى‏ شَىْ‏ءٌ يُباعُ بِدِرْهَمٍ‏ يَكْفيكَ مَنْظَرُ حالَتى‏ عَنْ مُخْبِرى‏

الّا بَقايا ماءُ وَجْهى‏ صُنْتُهُ‏ الّا يُباعَ وَقَدْ وَجَدْتُكَ مُشْتَرى.

 

“(Ey Allah Rəsulunun övladı!) Bir şeyim qalmayıb ki, onu bir dirhəmə satım. Üzüm və zahiri görünüşüm sözümü təsdiq edir, sözümün doğruluğuna şahidlik edir. Əlbəttə, qoruyub saxladığım bir az abrım qalıb (və ona münasib müştəri axtarıram). Səni münasib müştəri gördüyüm üçün onu da, sənə təqdim etdim!”

İmam Həsən (ə) öz xəzinədarını çağırıb ondan soruşdu: Yanında nə qədər pul var?

Dedi: On iki min dirhəm.

İmam (ə) buyurdu: Hamısını bu yoxsula ver! Sonra yoxsul şəxsi çağırıb üzrxahlıq etdi və buyurdu: Biz sənin haqqını ödəmədik, lakin olanımızı sənə verdik.”

Sonra bu şeiri onun şeirinə cavab olaraq buyurdu:

 

خُذِ الْقَليلَ وَ كُنْ كَأَنَّكَ لَمْ تَبِعْ‏ ما صُنْتَهُ وَ كَأَنَّنا لَمْ نَشْتَرِ” (5)

 

“Bu az payı götür, sanki bir şey satmamısan, biz də bir şey almamışıq (yəni abrın qalsın deyə, üzünə baxmıram).

Bu davranış tərzi infaq və xeyriyyəçilik qaydalarına ən ali riayət, yoxsullara yardımın ən gözəl formasıdır. Deməli, ya insan yoxsula kömək etməyib, mülayim və xoş sözlə ondan üzr diləməli, ya da yardım edib savab qazandıqdan sonra bu yaxşılığı qoruyur, yəni əziyyət və minnətlə onu xarab etmir: “لَاتُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى”. (6), (7).

İmam Həsənin (ə) həyat yolunda kəramət nümunələri

Ayətullah Məkarim Şirazi, İmam Müctəbanın (ə) ictimai rəftarında əsl kəramətin mahiyyətini bəyan edərkən, buyurdu: Əhli-beytin kərimi kimi tanınan İmam Həsən Müctəba (ə) “kərim”in mənasını soruşan şəxsin cavabında buyurdu:

 

  1.  “الْابْتِداءُ بِالْعَطِيَّةِ قَبْلَ الْمَسْأَلَةِ” – “Tələbdən öncə yardım edəndir” (8). Kərəm sahibi bir şəxsdə ehtiyac əlamətlərini gördüyü zaman ağız açıb, kömək dilənməsinə fürsət vermir. Möhtac şəxs yardım tələb etməmişdən onun ehtiyacını ödəyir. Bu iş çox əhəmiyyətlidir, baxmayaraq ki, kömək istənildikdən sonra da yardım dəyərli bir işdir. Allahın, mələklərin və peyğəmbərlərin kərim olduğunu nəzərə alsaq, Kərim Allahın lütf və kərəminə layiq olmağımız üçün bizim də kərəm göstərməyimiz yaxşıdır.
  2. وَ اطْعامُ الطَّعامِ فِى الْمَحَلِ” – “Yerində yeməklə təmin edən kəsdir” (9). Bu cümlənin iki mənası var:

Birincisi, lazım olan yerdə, həqiqətən yeməyə ehtiyac duyulan məqamda bu işi görməlidir, yəni süfrəsinə yalnız sərvət sahiblərini dəvət etməməlidir. Necə ki, müsəlmanların rəhbəri həzrət Əli (ə) öz valisi Osman ibn Hüneyfə bu işinə görə etiraz etmişdi. Bu ehtimala əsasən, möhtaclara yemək vermək, acların qarnını doyurmaq kərim şəxsin xüsusiyyətlərindəndir (10).

İkincisi, bugün adət halını alan şeyin (camaat qonaqlığın tələblərindən irəli gələn yığışdırmaq, süfrə açmaq və yumaq kimi zəhmətlərə qatlaşmamaq üçün öz qonaqlıqlarını evdən kənarda, restoranlarda edirlər) əksinə olaraq, İmam (ə) buyurur: Kərim, öz mənzilində süfrə açandır və bu iş ehsan verən şəxsin evinin bərəkətinin artmasına, bəlaların, xoşagəlməz hadisələrin və xəstəliklərin evdən kənarlaşmasına səbəb olur (11). Əlbəttə, İmam Həsən Müctəbanın (ə) hədisində qeyd edilən, kərimin bir çox nümunələrindən yalnız ikisidir və kərimlik sifəti bu ikisində xülasə olunmur. Ona görə ki, kərimlik sifətinin gerçəkləşməsi üçün hədislərdə bir çox nümunələr gözə dəyir (12).

Ən kiçik xidmət – ən böyük nemət

Ən kiçik xidmətə ən böyük nemətlə cavab vermək böyük din rəhbərlərinin həyatlarında çox gözə dəyir. Bir neçə nümunəyə işarə edirik: Səfərlərin birində İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah ibn Cəfər qafilədən geri qaldıqları üçün səhrada susayırlar. Uzaqdan bir xeymə görürlər. Oraya çatdıqda, kimsəsiz qoca bir qarı ilə rastlaşırlar. Qarı onlara su verir, yemələri üçün qoyun bişirir. Onlar qarıya deyirlər ki, əgər Mədinəyə gəlsən bizə bir baş çək, bəlkə məhəbbətinin bir miqdarını qarşılaya bildik. Necə olursa, Mədinə ətrafı səhralarda quraqlıq yaranır və səhrada yaşayanlar şəhərə hücum çəkərək, onlardan yardım diləyir. Bir gün İmam Həsən (ə) həmin qoca qarını görür. Görür ki, o Mədinə küçələrində insanlardan yardım diləyir. Həzrət (ə) ondan soruşur: Yadındadırmı, mən, qardaşım və əmim oğlu səhrada sənə qonaq olduq və sən bizə ən üstün yardım etdin. Qarının yadına bir şey gəlmədi, amma İmam (ə) buyurdu: Sən utunsan da, bu mənim yadımdadır. Ona çoxlu pul və qoyun bağışladıqdan sonra qardaşı İmam Hüseynin (ə) yanına göndərdi. Öz növbəsində o həzrət də qarıya bəxşişlər verdi. Sonra Abdullah ibn Cəfərin yanına yola saldı. O da, qarıya yardım edəndən sonra həmin qadın ən varlı şəxslərdən birinə çevrildi (13), (14).

Son söz:

Din böyüklərinə qarşı ədəb nümayiş etdirmək, məsumların lütfünə təvəssül etmək yaxşı iş olsa da, yetərli deyil. Həm də onların işlərindən, rəftarından dərs almaq, möhtaclara, ətrafdakılara, qohumlara, dostlara, tanışlara və qonşulara yardım etmək lazımdır. İmkanı olanlar günahsız məhbusların, bilməyərəkdən avtomobil qəzası törədənlərin, müflislərin, xəstələrin, yaşlıların, ehtiyaclı tələbələrin, cehizə möhtac qızların və bunların timsalında bütün möhtacların əlindən tutsunlar. Allahın izni ilə, Allah-taala da, yaxşı əməldən başqa heç nə insanın dərdinə dəyməyəcəyi bir gündə bizim əlimizdən tutsun (15).

Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

  1. Ayətullah Məkarim Şirazinin təfsir dərsləri; mübarək ramazan ayının 15-ci günü, 2011
  2. Ayətullah Məkarim Şirazinin təfsir dərsləri; mübarək ramazan ayının 15-ci günü, 2011
  3. “Ən üstün bəndələr”, səh. 122
  4. “Quranın mənadolu andları”, səh. 417
  5. “Müntəhəl-amal”, c. 1, səh. 162
  6. “Bəqərə” surəsi, 264-cü ayə.
  7. “Quranın mənadolu andları”, səh. 417
  8. “Quranın mənadolu andları”, səh. 373
  9. “Mizanul-hikmə”, c. 9, “kaf” hərfi, 3470-ci fəsil, hədis: 17494
  10. “Quranın mənadolu andları”, səh. 373
  11. “Quranın mənadolu  andları”, səh. 374
  12. “Mizanul-hikmə”, c. 9, “kaf” hərfi, 3470-ci fəsil, hədis: 17494
  13. “Quranda əxlaq”, c. 3, səh. 94
  14. “Məsumların (ə) sözləri”, c. 2, səh. 202
  15. “Dostların hekayəsi”; Ayətullah Məkarim Şirazinin təfsir dərsləri, səh. 107-108

 


Nəşr tarixi: « 2016/6/25 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3085