Mina faciəsinə yenidən baxış və Ayətullah Məkarim Şirazinin görüşündə Həccin gələcəkdəki idarəçiliyi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı:

Mina faciəsinə yenidən baxış və Ayətullah Məkarim Şirazinin görüşündə Həccin gələcəkdəki idarəçiliyi

Bu faciə harada olmasından asılı olmayaraq, bütün İslam alimlərinə məsuliyyət gətirdi və bu problemi həll etmək lazımdır.


Mina faciəsinə yenidən baxış və Ayətullah Məkarim Şirazinin görüşündə Həccin gələcəkdəki idarəçiliyi
Bu faciə harada olmasından asılı olmayaraq, bütün İslam alimlərinə məsuliyyət gətirdi və bu problemi həll etmək lazımdır. Əfsuslar olsun ki, bu acı hadisədən həftələr keçməsinə rəğmən, İslam dünyasının alimləri lazımi reaksiya göstərməyiblər.
Ağrılı Mina faciəsi İslamda sabiqəsi olmayan və olduqca önəmli bir hadisədir. Həqiqətən də sarsıdıcı faciə idi (1).
İslam dünyasını matəmə boğmuş sözügedən hadisə bütün ölkələrin, o cümlədən ölkəmizin müsəlmanlarından ibarət böyük bir cəmiyyətin ölümü və yaralanması ilə nəticələndi (2). Odur ki, gözlər bu ayrılığa qan ağlayır, qəlblər böyük müsibətdən alışıb yanır (3). Minadakı təəssüf doğuran və narahatlıq yaradan bu qədər tələfat hər kəsi rahatsız etdi (4).
Mina faciəsi – Səudiyyəlilərin pis idarəçəliyinin “ərməğanı”
Bu faciənin baş verməsində səudiyyəlilərin pis idarəçiliyinin rolu danılmazdır, dünya birliyi də bunu təsdiq edir ki, faciənin qarşısı alına bilərdi (5). Əlbəttə, bu tədbirsiz davranmalar daha öncə də olmuşdu (6). Odur ki, Səudiyyə dövləti Mina hadisəsindən sonra münasib mövqe sərgiləsəydi, müsəlmanların dərdinə dərman kimi olardı, lakin Səud ailəsinin pis idarəçiliyi, tədbirsizliyi Mina hadisəsinin baş verməsinə səbəb oldu (7). Səudiyyəlilər Mina hadisəsini ya idarə etmək istəmədilər, ya da idarə edə bilmədilər (8).
Halbuki, ağıl, tədbir və doğru idarə tələb edirdi ki, belə az bənzəri və ya misilsiz olan hadisəni önləndirmək üçün çoxsaylı işlər görülməlidir (9).
Həmçinin, qeyd etmək lazımdır ki, həcc bütün İslam ümmətinə aiddir, bir halda ki, səudiyyəlilərin idarəçiliyi həccin müqəddəsliyinə böyük zərbə vurdu (10). Bu tələfatların yeri asanlıqıla və bu sadəliklə dolmayacaq (11).
Mina faciəsində Səud rejiminin pis idarəçiliyi
Məsələnin bəyanı üçün dörd məqama işarə etmək lazımdır:
1.    Bu hadisəyə yad münasibət Ali-Səud rejiminin pis idarəçiliyinin bariz nümunələrindəndir (12). Bu böyüklükdə, misli az və ya olmayan hadisədə həlak olanların ailələrinə həmdərdlik nümayiş etdirmək ibtidai işlərdəndir. Hansı ki, bu iş görülməli idi, amma baş vermədi (13).
2.    Səudiyyə dövləti tədqiqat qrupuna icazə verməli idi ki, sözügedən hadisənin səbəblərini araşdırıb səbəbkarları cəzalandırsınlar. Amma bu da baş vermədi (14).
3.    Üçüncü addımda dəyən xəsarəti ödəməyə hazır olduqlarını deməli idilər, lakin bugünədək belə bir şey olmayıb (15).
4.    Belə hadisələrin təkrar baş verməməsi üçün tədbirlər tökmək (hərçənd, başqalarının dəstəyi ilə olsun) vacib işlərdən biri olduğu halda, hələ də bir iş görməyiblər (16).
Şübhəsiz, onlar tədbirli olsaydılar və faciəyə yad münasibət göstərməsəydilər, məlum hadisə bu qədər geniş vüsət almazdı. Bu hadisə təəssüf və təəccüb doğurur (17).
Yuxarıdakı izahdan sonra qeyd etmək lazımdır ki, məlum hadisələrdə düzgün idarəçilik, aqilanə münasibət vacibdir və məsələnin daha da pisləşməsinə şərait yaradılmamalıdır (18).
Əlbəttə, səudiyyəlilərin tədbirsizlikləri keçən illə xülasələşmir, keçmişdə də belə acı hadisələrin təkrar-təkrar şahidi olmuşuq. Odur ki, hər hansı dəlilə əsasən, səudiyyəlilərin idarəçiliyi bu işi görməyə qadir deyil (19).
Deməli, həmdərd olmaq, tədqiqat qrupu yaratmaq, xəsarətləri ödəmək və gələcək üçün tədbirlər görmək hər hadisənin tələbi və məsuliyyətidir. Təəssüf ki, Səud ailəsi bunları etmədi (20).
Qəzavü-qədər – Mina faciəsi şəhidlərinə Ali-Səudun rüsvayçı bəraəti
Qəddar Səud rejiminin bu addımlardan heç birini atmaması, bundan əlavə Mina faciəsini ilahi qəzavü-qədər adlandırması təəssüf doğurur və onlar üçün xəcalətdən başqa bir şey deyil. Görünür, qəzavü-qədərin mənasını anlamayıblar (21).
Bu gülməli iddia buna bənzəyir ki, yol polisini, yol nişanlarını magistrallardan yığışdırıb, sonra da bunun ucbatından baş verən hadisələri qəzavü-qədərdən sayaq (22). Doğrudan da bu, pis idarəçiliyin son həddidir (23).
Heç şübhəsiz, bəzi Ərəbistan alimlərinin məlum hadisələri ilahi qəzavü-qədərlə əlaqələndirməsi (hansı ki məsuliyyət yükündən qaçmaq üçün ortaya atılıb) özü bir başqa faciədir. Ona görə ki, qəzavü-qədər məsələsində İslam təlimlərini sual altına aparır. Məsələn: əgər müsəlmanlar arasında təhlükəli xəstəlik yayılsa, əlacı üçün tədbir görülməməlidirmi? Yoxsa, minlərlə can almasını gözləyib ilahi təqdirlə əlaqələndirək? Halbuki, Qurani-kərimdə, Peyğəmbər (s) sünnəsində qəzavü-qədər əsla bu mənada deyil. Əksinə, Allah-taala insan əməyi sahəsində bizi düzgün tədbir görməyə, çarə düşünməyə çağırır, hansı ki onun tərki məsuliyyət gətirir (24).
Daha da pisi, Səudiyyənin baş müftisinin dediyidir: Bəziləri savabı çox olduğu üçün Minada öldürülməyi arzu edirdi. Bu çox pis əsaslandırmadır. Yaxud Ərəbistanın başqa məsul şəxsləri hadisənin baş verməsində hacıların nizamsızlığını əsas gətirirlər. Əgər belədirsə, bəs sizin işiniz nədir? (25).
Ən maraqlısı isə Ali-Xəlifənin Səud ailəsinə uğurlu həcclə bağlı təbrik deməsidir. Bu nadanlığın, axmaqlığın göstəricisi deyilmi? (26). Məgər, tədbirsizliklə, pis idarəçiliklə yerinə yetirilən həcc uğurlu idimi? (27).
Mina həqiqətlərini üzə çıxaracaq briqada yaradılmasının vacibliyi
Təkid edirik, bu faciənin səbəb və amilləri ciddi araşdırılmalıdır. Bundan əlavə, diqqət etmək lazımdır ki, miqyasından asılı olmayaraq belə hadisə gələcək illərdə təkrarlanmasın (28).
Bu faciənin səbəblərini araşdırmaq xalqın gözləntisidir (29). Odur ki, Ərəbistan dövləti bu və ya digər ölkələrin, eləcə də beynəlxalq mərkəzlərin nümayəndələrindən ibarət briqada təşkil olunmasına icazə verməli, nəticə etibarı ilə acı hadisəyə səbəb olna cinayətkarlar cəzalandırılmalıdır (30).
Həmçinin, Mina faicəsinin həqiqətlərini əks etdirən sənəd, xəbər və şəkillər toplanaraq, tez bir zamanda tam məcmuə yaradılmalı və xalqın istifadəsinə verilməlidir. Onlar da nə baş verdiyini bilməlidir. Bu məsələ Mina faciəsinin unudulmamasına şərait yaratmalıdır (31).
Ali-Səudun məğrur siyasətinin qara buludları İslam müqəddəsləri üzərində
Səudiyyəlilərin İslam müqəddəsləri ilə siyasi oyun oynamasına heç bir şübhə yoxdur (32). Halbuki, həcc siyasi oyunlardan kənardır. Quranın dediyinə əsasən, Allahın əmniyyətli hərəmi şəxsi mülk deyil və hamı bunda şərikdir. Odur ki, Səudiyyənin zalım hakimlərindən soruşmaq lazımdır: İki müqəddəs hərəm, Kəbə, Məkkə və Mədinə sizin şəxsi mülkünüzdürmü ki, belə rəftar edirsiniz? Sözügedən müqəddəs məkanlar ümumi müsəlmanlara aiddir (33).
Lakin səudiyyəlilər “İki hərəmi” – “Məscidul-həram” və “Məscidun-Nəbi”ni – şəxsi mülkünə çevirərək, İraq, Yəmən və Suriyadakı siyasi, hərbi məğlubiyyətlərinin qisasını almağa çalışır və İranı vadar edirdilər ki, zəvvarların izzətinə göz yumub onların həccə göndərsinlər (34).
Nümunə üçün, Məkkə və Mədinənin imam cüməsi, eləcə də Səudiyyə müftiləri son günlər cümə xütbələrində şiəliyə qarşı olmazın təbliğatlar aparır, onları nəcis və kafir sayırdılar. Səudiyyə dövləti ilə razılığa gəlsəydik belə, Məscidul-həram və Məscidun-Nəbiyə gələn hacılarımız, dinsiz müftilərin vasitəsilə qaza gələn gənclərlə üz-üzə gələcək və onlar xalqımıza əziyyət edəcəkdilər. Bu iş təhlükəli idi. Ərəbistanda güclü anti-şiə təbliğatı aparılırdı (35).
Həccə ezamiyyətin ləğvi – İlahi məsləhət; izzət və gücün təzahürü
Xatırlatmaq lazımdır ki, həcc mühüm məsələlərdən biri olmasına rəğmən, bu gün siyasi ibadətə çevrilib. Bizim kəramətimiz, dinimiz və təriqətimizlə bağlılığı var, odur ki, bütün bu cəhətləri nəzərə almalıyıq (36).
Digər tərəfdən səudiyyəlilərin həcc işindəki səhlənkarlıqları heç kəsdən gizli deyil. Bizlər digər azad müsəlmanlar kimi həcc mərasimini tam təhlükəsiz, izzət və layiqli ehtiramla yerinə yetirməkdən ötrü səy göstəririk. Halbuki, Səudiyyə Ərəbistanı – bizimlə aralarındakı ixtilafdan dolayı – hacıların hörmət və izzətini əlindən almaq istəyir. Göstərici şahidlər də buna işarə edir. Bir halda ki, həccə aid məsələləri siyasi məsələlərə qarışdırmaq onların ən böyük səhvidir. Bəllidir ki, dövlət rəsmilərimiz izzətli və təhlükəsiz həccdən başqasını qəbul etməyəcək (37).
Bir qrup Amerika muzdurları qarşısında zillətə boyun əymərik. Allahın Rəsulu (s) da bu məsələyə razı olmazdı (38).
Odur ki, aşkar göstəriciləri nəzərə alsaq, səudiyyəlilərin gördükləri iş təhqirdir. Digər şərtləri nəzərə alsaq, həcc barəsində təklif irəli sürəcəklərini gözləməməliyik. Təklif versələr belə, buna hazırlıq lazımdır (39). Camaatdan eşitdiklərimizə əsasən, onlar zillət altında həccə getmək istəmirlər (40). Bu üzdən cari ildəki həccdən imtina etməliyik. Çünki, biz izzətli, abırlı və hacıların hörmətini gözləyən həcc istəyirik (41). Bu izahdan sonra demək lazımdır ki, həccə ezamın ləğvi ilahi məsləhətlərdəndir (42).
Həccin gələcək idarəçiliyində İslam alimlərinin vəzifəsi
Bu faciə (siyasi məsələlər və İslam ölkələri arasındakı müxtəlif münasibətlər fövqündə) harda olmalarında asılı olmayaraq, bütün İslam alimləri üçün məsuliyyət gətirdi və bu problemi həll etmək lazımdır. Əfsuslar olsun ki, bu acı hadisədən həftələr keçməsinə rəğmən, İslam dünyasının alimləri lazımi reaksiya göstərməyiblər. Halbuki, İslam peyğəmbəri (s) buyurur:
“من لم یهتمّ بأمر المسلمین فلیس منهم” (43), (44).
Şübhəsiz, hər bir müsəlmanın canı möhtərəmdir. O ki qala böyük ilahi vacib və həcci yerinə yetirən minlərlə müsəlmanın canı.
“ومن أحیاها فکانما احیانا الناس جمیعا” (45)

Bu problemin özü, nəticələri, indi və gələcəkdə buna bağlı məsələlər barəsində bir şey düşünmək gərəkmirmi? (46).
Doğrusu, bəzən bir nəfərin ölməsi hər kəs tərəfindən əks-səda doğuran dünyada, bu qədər qurbanı (hansı ki məlumatlı mənbələrə əsasən, minlərlə şəxs həlak olub) olmasına rəğmən, İslam alimləri etinasız qalırsa, dünya əhalisi nə edəcək? Dünya əhalisi belə qənaətə gəlməyəcək ki, müsəlmanlar özlərinə qiymət vermirlər? (47).
Bu üzdən bütün dünya azadələrindən, xüsusilə İslam dünyasının alimləri və bölgə şiələrindən gözləntimiz, Səudiyyə rəsmilərinin ölçüsüz əməlləri qarşısında susmamalarıdır (48). Əksinə, siyasi məsələləri nəzərə almadan, realist baxış və xeyirxahlıqdan qaynaqlanan ləyaqətlə İslam alimlərindən bu məsələnin ciddi araşdırılmasını tələb etsinlər (49).
Bu mühüm məsələnin gerçəkləşməsi üçün iki müqəddəs hərəmin idarəçiliyi xüsusunda araşdırmalar aparılıb və əsasnamə tərtib edilməkdədir. Allahın izni ilə sonda İslam dünyasının alim və elm adamlarına təqdim olunacaq ki, bu qarışıq durumu sahmana salsınlar (50). Bu minvalla, iki müqəddəs hərəmin bütün İslam ölkələrindən təşkil olunmuş bir briqadanın nəzarətində olması, onlar tərəfindən idarə edilməsi təqdirəlayiq proqramdır (51).
Ola bilsin, bu proqramın gerçəkləşməsi illər alsın, amma toxumu səpilməlidir, İslam alimləri birləşərək, aşağıdakı dəlillərə əsasən, iki hərəmin idarəçiliyini təəssübkeş, bəzən də təkfirçi vəhhabilərin nəzarətindən çıxarmaq niyyəti güdməlidirlər (52):
1.    Quran məntiqinə əsasən, həcc hamıya aid olmalıdır, istər orada sakinləşmiş, istərsə də digər bölgələrdən, sair ölkələrdən ezam olunsunlar (53). Buna görə də, dəfələrlə demişik və təkid etmişik ki, iki müqəddəs hərəmin idarəçiliyi Səudiyyə Ərəbistanının öhdəsində olmamalıdır (54).
2.    Qanlı və acılı hadisələrin baş verməsi, səudiyyəlilərin iki müqəddəs hərəmin idarəsini bacarmadıqlarına ikinci dəlildir. Təcrübələr də bunu göstərir ki, onlar bu böyük ilahi vacibi olduğu kimi idarə edə bilmirlər. Ötən il Məscidul-həramda, sonra da Minada baş vermiş acı hadisələr bunun bariz nümunəsidir (55).
“Ərbəin” yürüşündə cəmiyyətin qat-qat çox olmasına baxmayaraq, düzgün idarəçilik səbəbilə – həmd olsun Allaha! – heç bir hadisə baş vermədiyi halda, həcc mərasimində cəmiyyətin az olmasına rəğmən, acı hadisələr baş verir (56).
Mən dini və insani vəzifəmə əsaslanaraq, İslam dünyası alimləri ilə bu xüsusda nəzər mübadiləsi aparmaq üçün öz hazırlığımı elan edirəm və təklif edirəm ki, Qum şəhərində, yaxud müxtəlif İslam dövlətlərinin hər hansı mərkəzində tam elmi və fiqhi (siyasi məsələlərdən uzaq) konfranslar təşkil edərək, bu məsələni təhlil edək (57). Sözsüz ki, bu xüsusda səhlankarlıq edilərsə, – Allah eləməsin – gələcəkdə təkrarlanması mümkün acı hadisələrə görə hamımız məsuliyyət daşıyacağıq (58).
İslam ölkələrinin möhtərəm alim və müftilərinin bu yolda mühüm addımlar atacağına, qiyamət günü Allah yanında cavabdeh olmamağımızdan ötrü bir iş görəcəklərinə ümidvaram!
 “فَبَشِّرْ عِبَادِ الَّذِینَ یَسْتَمِعُونَ الْقَوْلَ فَیَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِکَ الَّذِینَ هَدَاهُمُ اللهُ وَأُولَئِکَ هُمْ أُوْلُوا الاْلْبَابِ (59), ” (60).
“...Buna görə də müjdə ver Mənim bəndələrimə!* Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri!” (“Zumər” surəsi, 17-18-ci ayələr)

Gələcəkdə həccin idarəsini İslam həmkarlar təşkilatının öhdəsinə qoymağın zəruriliyi
Əfsuslar olsun ki, hal-hazırda həccdə inciklik müşahidə olunmaqdadır. Həccə zərbə dəyməsin deyə bu inciklik aradan qaldırılmalıdır (61). Mühüm məsələlərdən biri də iki müqəddəs hərəmə bağlı məsələlərin bir dəfəlik həllidir. Bu o vaxt baş verəcək ki, İslam həmkarlar təşkilatı tərəfindən iki müqəddəs hərəmin işlərinə nəzarət məqsədilə həcc məsələlərini yaxşı bilən bir qrup seçsinlər, Səudiyyə Ərəbistanı da buraya üzv ola bilər (62). Heç şübhəsiz bu layihə onların da xeyrinədir. Ölkədaxili hakimiyyətlərinə də heç bir xələl gətirmir. Quran tam şəffaflıqla buyurur:
“...Məscidul-hərama yaxın və uzaqlığından asılı olmayaraq bütün müsəlmanlar bərabərdir...”. (“Həcc” surəsi, ayə 25)
 “سَوَاءً الْعَاکِفُ فِیهِ وَالْبَادِ” (63), (64).
Fərzi olaraq, Ərəbistan həcci idarəçiliyini bacarsa belə, iki müqəddəs hərəmin şəxsi mülkləri olmasına dəlalət etmir. Həmçinin, İslam həmkarlar təşkilatı tərəfindən idarə olunmamasına dəlil deyil. Sevindirici haldır ki, həccin İslam ölkələrinin nümayəndələri tərəfindən idarəsi ilə bağlı təklifimizə bir neçə ölkə müsbət cavab verib. Amma Xarici İşlər Nazirliyimizin bu işə bir az səhlənkar yanaşması təəssüf doğurur. Halbuki, siyasi məsələlərdə təzyiq gücünə malik olanlar irəli gedə bilərlər (65).
Deməli, İslam cəmiyyətində bu təklif irəli sürülməlidir ki, xoşagəlməz halların qarşısını almaq üçün həcc və iki müqəddəs hərəmin idarəçiliyi bütün İslam cəmiyyətlərinin öhdəsində olmalıdır (66).
Son söz
Sonda demək lazımdır ki, Mina hadisəsini unutmaq, onu boşlamaq olmaz (67) və bu hadisə öz növbəsində müstəsna olduğu üçün tam ciddiyyətlə təqib edilməlidir (68).
Habelə, Ərəbistan ölkəsi həcci və iki müqəddəs hərəmi idarə etməyə layiq deyil (69). Bu əzəmətli faciə tələb edir ki, İslam alimləri bir tərəfdən, siyasətçilər də digər tərəfdən təxirəsalınmaz konfranslar təşkil edib iki müqəddəs hərəmin idarəçiliyinə aydınlıq gətirsinlər. Hazırda bunu öhdəsinə götürənlər bu işi bacarmadıqlarını isbat etdilər. Gələcək illərdə oxşar hadisənin təkrarı həccin ibadət simasını dəyişib qorxunc hala salar (70). Allahın İslam dünyasına dəyən bu tələfatın əvəzini verib təlafi edəcəyinə (71), eləcə də İslam müqəddəsləri ilə siyasi oyunlar oynayanları cəzalandıracağına ümidvaram! (72).
Bəndə bütün müsəlman dünyasına, xüsusilə əzizlərini əldən verən ailələrə səmimi başsağlığı verir, ölənlərin pak ruhlarının ilahi rəhmətin kənarında Kərbəla şəhidləri ilə birgə məhşur olacağına ümidvaram. Allahdan qalanlarına gözəl səbir, ağır mükafat və bütün bunları qiyamət gününə ehtiyat saxlayacağını diləyirəm! (73).
Araşdırma, hazırlama və tərtib: Ayətullah Məkarim Şirazinin ofisinin rəsmi informasiya bloqunun xəbərlərin redaksiyası şöbəsi
(makarem.ir).
1-    Ayətullah Məkarim Şirazinin çıxışı, Həcc və ziyarət işləri üzrə Vəliyyi-fəqihin nümayəndəsi ilə görüşündə, 22/10/2015
2-    Mina hadisəsi ilə bağlı Ayətullah Məkarim Şirazinin mesajının mətni, 25/09/2015
3-    Yenə orada
4-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 30/04/2016
5-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 27/09/2015
6-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 30/04/2016
7-    Yenə orada
8-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 27/09/2015
9-    Yenə orada
10-    Yenə orada
11-    Yenə orada
12-    Yenə orada
13-    Yenə orada
14-    Yenə orada
15-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 30/04/2016
16-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 27/09/2015
17-    Yenə orada
18-    Yenə orada
19-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 07/09/2016
20-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 30/04/2016
21-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 27/09/2015
22-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 30/04/2016
23-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 27/09/2015
24-    Ayətullah Məkarim Şirazinin İslam dünyası alimlərinə məktubunun mətni, 28/11/2015
25-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 30/04/2016
26-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 27/09/2015
27-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 30/04/2016
28-    Ayətullah Məkarim Şirazinin çıxışı, Həcc və ziyarət işləri üzrə Vəliyyi-fəqihin nümayəndəsi ilə görüşündə, 22/10/2015
29-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 11/10/2015
30-    Ayətullah Məkarim Şirazinin çıxışı, Həcc və ziyarət işləri üzrə Vəliyyi-fəqihin nümayəndəsi ilə görüşündə, 22/10/2015
31-    Yenə orada
32-    Yenə orada
33-    Yenə orada
34-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 01/06/2016
35-    Yenə orada
36-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 01/06/2016
37-    Yenə orada
38-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 12/05/2016
39-    Yenə orada
40-    Yenə orada
41-    Yenə orada
42-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 01/06/2016
43-    “Biharul-ənvar”, c. 2, səh. 339, hədis 120.
44-    Ayətullah Məkarim Şirazinin İslam dünyası alimlərinə məktubunun mətni, 28/11/2015
45-    “Maidə” surəsi, 32-ci ayə.
46-    Ayətullah Məkarim Şirazinin İslam dünyası alimlərinə məktubunun mətni, 28/11/2015
47-    Yenə orada
48-    Ayətullah Məkarim Şirazinin Şeyx Nimrin edam hökmünü məhkum edən bəyanatının mətni, 26/10/2015
49-    Ayətullah Məkarim Şirazinin çıxışı, Həcc və ziyarət işləri üzrə Vəliyyi-fəqihin nümayəndəsi ilə görüşündə, 22/10/2015
50-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 07/09/2016
51-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 01/06/2016
52-    Yenə orada
53-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 07/09/2016
54-    Yenə orada
55-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 07/09/2016
56-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 27/04/2016
57-    Ayətullah Məkarim Şirazinin İslam dünyası alimlərinə məktubunun mətni, 28/11/2015
58-    Mina hadisəsi ilə bağlı Ayətullah Məkarim Şirazinin mesajının mətni, 25/09/2015
59-    “Zumər” surəsi, 17 və 18-ci ayələr.
60-    Ayətullah Məkarim Şirazinin İslam dünyası alimlərinə məktubunun mətni, 28/11/2015
61-    Ayətullah Məkarim Şirazinin çıxışı, Səhiyyə naziri ilə görüşündə, 28/11/2015
62-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 07/09/2016
63-    “Həcc” surəsi, 25-ci ayə.
64-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 07/09/2016
65-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam mədəniyyəti və inkişafı naziri ilə görüşündə, 12/05/2016
66-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 07/09/2016
67-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam Şura Məclisinin spikeri ilə görüşündə, 01/11/2015
68-    Yenə orada
69-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 07/09/2016
70-    Mina hadisəsi ilə bağlı Ayətullah Məkarim Şirazinin mesajının mətni, 25/09/2015
71-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam mədəniyyəti və inkişafı naziri ilə görüşündə, 12/05/2016
72-    Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin ali mühazirəsi, Məscidul-Əzəm, Qum, 07/09/2016
73-    Mina hadisəsi ilə bağlı Ayətullah Məkarim Şirazinin mesajının mətni, 25/09/2015

Yayım tarixi: 08/09/2016
makarem.ir

 


Nəşr tarixi: « 2016/9/12 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2134