Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının hədəfləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının hədəfləri

İmam Hüseyn (ə) məktəbinin ardıcılları o vaxt eşq və həqiqi ardıcıllıq iddiası edə bilərlər

 Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatının hədəfləri
 İmam Hüseyn (ə) məktəbinin ardıcılları o vaxt eşq və həqiqi ardıcıllıq iddiası edə bilərlər ki, öz zamanındakı mövcud fəsadlar barədə düşünüb, onlarla bacardıqları qədər mübarizə aparsmış olsunlar. Sözsüz ki, o çoxsaylı əzadar kütləsi fəsadın aradan qaldırılması və cəmiyyətin islahı yolunda məntiqli, dəqiq və tədbirli davrandıqları zaman müvəffəq olacaqlar. İmam Hüseyn (ə) qiyamındakı hədəflərin mahiyyətini dərindən öyrənməyin və dəqiq araşdırmağın vacibliyi bizi Ayətullah Məkarim Şirazinin dəyərli düşüncələrindən yararlanaraq bu mühüm məsələnin ən mühüm strategiyalarını həyata keçirmək istiqamətində addım atmağa vadar edir. Nəzərə almalıyıq ki, bu mühüm hədəfə çatmaq üçün ən yaxşı qaynaq İmam Hüseynin (ə) Mədinədən Kərbəlaya qədər yol boyu dediyi sözlər və o həzrətə aid ziyarətnamələrdir (1). Odur ki, bu iki mühüm və strateji qaynaqdan istifadə edərək Məkarim Şirazi cənablarının düşüncə və kəlamlarında İmam Hüseyn (ə) qiyamının hədəflərindən alınan örnək çıxarışı prinsipli bu yazını oxuculara təqdim edirik:


Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək strategiyası ilə ümmətin islahı
Məsələyə aydınlıq gətirərkən qeyd etmək lazımdır ki, İmam Hüseynin (ə) Yezidə beyətə imtinasından sonra Məhəmməd ibn Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsinin bir hissəsində belə gəlmişdir:


“... إِنَّما خَرَجْتُ لِطَلَبِ الْإِصْلاحِ فِي أُمَّةِ جَدِّي”


“Babamın ümmətini islah etmək məqsədilə qiyam etdim!...” (2), (3).


Deməli, İmam Hüseynin (ə) aşura qiyamından ilk hədəfi islahat aparmaqdır. “İslah”, “fəsad”ın qarşısında durur, ona ziddir. Fəsad, bir varlığın, ya bir fərdin, ya bir ailənin, yaxud cəmiyyətin, ya da bir ölkənin nəzmini pozmaq, islah isə həmin nəzmi əvvəlki vəziyyətinə qaytarmaqdır (4). Bir ümmət də iqtisadi, əxlaqi, etiqadi, mədəniyyət və şəfqətə dair məsələlər baxımından fəsada düşə bilər. Bunun islahı qeyd edilən fəsad və pozğunluqları tək-tək aradan qaldırmaq, əvvəlki nəzminə qaytarmaqdır (5).
Bu səbəbdən İmam Hüseyn (ə), Müaviyə və Yezid hökuməti dönəmində cəmiyyətə yeridilmiş fəsadları islah etmək məqsədilə, Yezidə beyətdən imtina etdi, xalqın fərdi və ictimai həyatına keçmiş lazımi nəzmi qaytarmaqla, Allah Rəsulunun (s) dövründəki xatirə və sünnələri dirçəltmək qərarına gəldi (6).
Odur ki, İmam Hüseyn (ə) vəsiyyətnaməsində Məhəmməd Hənəfiyyəyə müraciətlə buyurur:


“أُريدُ أَنْ آمُرَ بِالْمَعرُوفِ وَ أَنْهى‏ عَنِ الْمُنْكَرِ”


“Mənim qiyamdan hədəfim yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməkdir” (7).


Bu yanaşma İmam Hüseynə (ə) aid ziyarətnamələrdə, o cümlədən “Varis” ziyarətində (8) də gözə dəyir.
Peyğəmbər (s) sünnəsini dirçəltmək
Aşura qiyamının digər hədəflərindən biri, İslamın ali məqamlı peyğəmbəri, həzrət Məhəmmədin (s) sünnəsini diriltməkdir (9). Bu xüsusda İmam Hüseyn (ə) buyurur:


“ادْعُوكُمْ الى‏ كِتابِ اللَّه وَسُنَّةِ نَبِيِّهِ صلى الله عليه و آله فَانَّ السُّنَّةَ قَدْ امِيتَتْ وَ انَّ الْبِدْعَةَ قَدْ احْيِيَتْ”


“Sizi Allahın kitabına, İslam peyğəmbərinin (s) sünnəsinə (əməl etməyə) dəvət edirəm, ona görə ki, Allah Rəsulunun (s) sünnəsi öldürüb, bidətlər dirildilib” (10).


Bu nurlu ifadənin şərhində demək lazımdır ki, Müaviyənin dinə gətirdiyi çoxlu bidətlər Peyğəmbər (s) sünnəsini öldürdüyü üçün (11), həmçinin sərvət mehvərlik əsasında dəyərlərin dəyişməsi, Müaviyə və Yezid hökuməti prinsiplərinin dünyəvi tamahkarlıq əsasında planlaşdırılması, qəbilə imtiyazları, (12) (əxlaqsız olsa belə) ərəbin əcəmdən (ərəb olmayan) üstünlüyü, eləcə də yersiz və zalimanə (13) ayrı-seçkiliklərin üzə çıxması İmam Hüseynin (ə) Yezidə qarşı qiyamına səbəb oldu. Bu məqsədlə ki, ayrı-seçkilikləri aradan qaldırıb, yerində ədaləti bərqərar etsin (14).


Haqqın dirçəlişi – nahaqqın məhvi
Tarixin şahidliyinə əsasən, Müaviyə müəyyən dəstələr yaratmışdı ki, Şamdan İraqa; İmam Əlinin (ə) hökumətinin mərkəzinə gedərək, məxfi şəkildə sərhədyanı sakinlərə hücum edib onları qarət etdikdən sonra geri dönsünlər. Nəticədə İraq xalqı Əli (ə) hökumətindən ümidini üzsün və eyni zamanda da o həzrətin nüfuzu altında olan ərazilərin əmniyyəti pozulsun (15). (16). Həmçinin İmam Əli (ə) qüdrətə çatdığı gündən etibarən Müaviyə o həzrətin (ə) hökumətini zəiflətmək qəsdi ilə, üçüncü xəlifə Osmanın qətlini ona qarşı qabardırdı (17). Lakin Müaviyə azğınlığının pik nöqtəsini Yezidi öz yerinə xəlifə təyin etməsində görmək lazımdır, hansı ki, Yezid günahkar, əxlaqsız, günahsız və pak insanların qatili, şərabxor, qumarbaz və nalayiq biri idi (18). Görəsən, bunlar nahaqqın dirçəldilməsi və haqqın məhv edilməsi nümunələri deyilmi? Bu cəhətdən İmam Hüseyn (ə) haqqı diriltmək, nahaqqı öldürmək, cəmiyyətdə mövcud azğınlığı ortadan qaldırmaq üçün qiyam etdi. Bu yolda və bu ali hədəfinə çatmaq üçün hər bir qiyməti ödəməyə hazır idi (19).


Cahilliklə mübarizə
“Ərbəin” ziyarətində (20) də işarə edildiyi kimi İmam Hüseyn (ə) qiyamının hədəfləri sırasına nadanlıqla mübarizə və xalqın azğınlıqdan nicatı da daxildir (21).


“وَبَذَلَ مُهْجَتَهُ فيكَ لِيَسْتَنْقِذَ عِبادَكَ مِنَ الْجَهالَةِ، وَحَيْرَةِ الضَّلالَةِ”


“(İmam Hüseyn (ə)) qəlbinin qanını sənin yolunda verdi (və son dərəcə fədakarlıq göstərdi) ki, bəndələrini nadanlıqdan, cəhalətdən, heyrət və azğınlıqdan xilas etsin”.


Ümumi mənada Bəni-Üməyyə, xüsusi mənada Müaviyə və Yezid hakimiyyəti dövründə müsəlmanlar düşməntanıma prinsipini itirdiklərinə görə Rəsulullahın (s) canişinin Bəni-Üməyyə olmadığını bilmirdilər. Onların nadanlığı nöqsan və səhlənkarlıqlarından qaynaqlandığı üçün müqəssir idilər (22). Halbuki İmam Hüseyn (ə) Mərvan ibn Həkəmlə danışığında buyurmuşdu: (Peyğəmbərin (s) sözünə əsasən) “Əbu Süfyan xanədanına xilafət haramdır. Əgər nə vaxtsa Müaviyəni minbərimdə görsəniz, onu öldürün!”. Mədinə xalqı onu Peyğəmbərin (s) minbərində görsələr də, öldürmədilər. Nəticədə Allah-taala fasiq Yezidi onlara hakim etdi” (23), (24).
Deməli, İmam Hüseyn (ə) xalqın oyanışı və agahlığından ötrü qiyam etdi, lakin onların yuxusu o qədər dərin, nadanlıqları köklü idi ki, İmam Hüseyn (ə) və vəfalı dostlarının qanından başqa bir şey bu bəla və afəti İslam tarlasından kənarlaşdıra bilmədi (25).


Sekulyar islamı rədd sayəsində İslam hökumətinin təşkili
Sözsüz ki, İmam Hüseyn (ə) qiyamının hədəflərindən biri də İslam hökuməti yaratmaq olmuşdur (26). Odur ki, dinin siyasətdən ayrı olduğunu iddia edənlər, nə siyasətin mənasını anlayıblar, nə də dinin. Onlar hətta dinin proqramlarını belə düzgün anlamayıblar, çünki İslam peyğəmbəri (s) Mədinəyə hicrət etdikdən, İslam düşmənlərinin şərindən xilas olduqdan sonra öz məqsədlərinə çatmaq üçün ilk növbədə İslam hökuməti təşkil etdi (27).


İmam Hüseynin (ə) nurlu ifadəsinə istinad etməklə, o həzrətin (ə) İslam hökuməti təşkil etmək istədiyini anlamaq olar:


“...وَلكِنْ لِنُرِىَ الْمَعالِمَ مِنْ دِينِكَ، وَنُظْهِرَ الْإِصْلاحَ فِي بِلادِكَ، وَيَأْمَنَ الْمَظْلُومُونَ مِنْ عِبادِكَ، وَيُعْمَلُ بِفَرَائِضِكَ وَسُنَّتِكَ وَأَحْكامِكَ‏”


“İlahi! Mənim hökumət qurmaqdan məqsədim dininin nişanələrini xalqa göstərmək, ölkə və şəhərləri abadlaşdırmaq, bəndələrin üçün asayiş yaratmaq və sənin vaciblərinə, sünnənə və hökmlərinə əməl etməkdir” (28).


Ancaq, müəyyən amillər bu müqəddəs hədəfin gerçəkləşməsinə mane oldu (29).


İmam Hüseyn (ə) və ədalətin icrası
İmam Hüseyn (ə) Kufə əhlinə məktubunda hədəflərindən birinin zalımların zülmünün qarşısını almaq və ədalətin icrası olduğunu bəyan edir və buyurur: “...Allah zalım hakimə və Rəsulullahın (s) sünnəsinə müxalif siyasətlərə etinasız insanı həmin zalım qəddarın yerinə daxil edər! (və ikisinin taleyi birdir!)” (30), (31). İmam Hüseyn (ə) bu məktubda zülm və ədalətsizliklə mübarizə xüsusunda Allah Rəsulunun (s) mesajını bəyan edir və qiyamının hədəfini bildirməklə, hər kəsi bu mübarizədə iştirak etməyə çağırır (32).
Odur ki, hər yerdə zülm və ədalətsizliklərlə mübarizə aparmalı, məzlumların yardımına tələsməli və onları zalım və qəddarların cəngindən xilas etmək lazımdır. Ona görə ki, əza və matəm məclisləri bu hədəflərin bəyanı, sonra da icrası üçün bir müqəddimədir (33).


İmam Hüseyn (ə) qiyamı – imtahan səhnəsi
Dünya azadlıqsevərlərinin sərvəri İmam Hüseynin (ə) qiyamı o dövrün müsəlmanları üçün bir imtahan idi (34). Çünki, özünü o həzrətə fəda etməyə hazır bilən bir çox iddialı, lakin az tutumlu şiələr imtahan olunmalı idilər. Peyğəmbərdən (s) dəfələrlə İmam Həsən (ə) və İmam Hüseynin (ə) tərifini eşitmiş səhabə və dostları, Bədr və Ühüd döyüşündə o həzrətlə (s) birgə olub, şəhadət şərbəti içməyi arzulayanlar və “Ey kaş, Əmirəl-möminin Əlinin (ə) kənarında olub “Cəməl”, “Siffeyn” və “Nəhrəvan” döyüşlərində vuruşaydıq!” – deyə təəssüflənənlər imtahandan keçməli idilər. İmam Hüseyn (ə) qiyamı da, onlar üçün bir imtahan idi, lakin bu imtahandan çox az dəstə üzüağ çıxdı. Gözlənilənin əksinə olaraq, bir çoxları iddialarını doğrultmadılar (35).


Böyük şəfaət məqamından faydalanmaq
İmam Hüseynin (ə) “Aşura” ziyarətinə istinadən, o həzrətin şəfaət məqamına etiraf edilməlidir:


“أَللَّهُمَّ ارْزُقْني شَفاعَةَ الْحُسَيْنِ يَومَ الْوُرُودِ”


“İlahi, məhşərə giriş günü Hüseynin (ə) şəfaətini mənim ruzim et!”


Lakin məsumlar (ə) və ilahi övliyaların şəfaəti “günaha yaşıl işıq” mənasında deyil, əksinə günah qarşısında qoruyucu amil kimi başa düşülməlidir (36). Ona görə ki, şəfaət dilədiyimiz zaman günaha batmışıqsa, ilahi övliyalarla əlaqəmizin kəsilməməsi üçün növbəti günahdan özümüzü gözləməliyik və elə etməliyik ki, İmam Hüseyndən (ə) bağışlayan və mehriban Allahın dərgahında bizə şəfaətçiliyini diləməyə üzümüz olsun (37).


Son söz
Əzadarlıqlar sayəsində yaxşılıqlara rəvac verib, pislikləri aradan qaldırmaq lazımdır. Birmənalı olaraq, hər keçən il əzadarlıqlar əzəmət və vüsət tapmalıdır. Amma əgər yaxşılıqlara dəvət unudular və pisliklər çoxalarsa, şübhəsiz, Seyyiduş-şühədanın hədəfinə çatmamışıq. Çünki, dövrümüzdə də, din tarlası “yaxşılıqlara dəvətlə” suvarılmağa, “pisliklərdən çəkindirməklə “alaq edilməyə” möhtacdır. Əgər bu iki prinsip yaddan çıxarsa, qərbin anti-din hücumu ilə təhlükə və afətlər İslam dünyasını təhdid edəcək (38).

Həmçinin, İmam Hüseyn (ə) məktəbinin ardıcılları o vaxt eşq və həqiqi ardıcıllıq iddiası edə bilərlər ki, öz zamanındakı mövcud fəsadlar barədə düşünüb, onlarla bacardıqları qədər mübarizə aparsmış olsunlar. Sözsüz ki, o çoxsaylı əzadar kütləsi fəsadın aradan qaldırılması və cəmiyyətin islahı yolunda məntiqli, dəqiq və tədbirli davrandıqları zaman müvəffəq olacaqlar (39).
Beləliklə, hal-hazırda da, dünyada, xüsusilə İslam ölkələrində yezidlərin, Bəni-Üməyyə ardıcıllarının mövcudluğunu və xalqı cəhalətdə saxlamaq istədiklərini nəzərə alsaq, onda müsəlmanları bu təhlükədən hali etmək hər birimizin vəzifəsidir. Xüsusilə də, zahirdə müsəlman olub, müsəlmanların bir nömrəli düşmənləri Amerika və İsraillə əməkdaşlıq edib onların sırasında yer tutan, Fələstin, Yəmən, Bəhreyn, İraq və Suriyanın... məzlum müsəlmanlarına qarşı mövqe tutanları (40).


Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 11
2-    “Futuh ibn Əsəm”, c. 5, səh. 33 və “Biharul-ənvar”, c. 44, səh. 329
3-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 22
4-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 27
5-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 27
6-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 32
7-    “Biharul-ənvar”, c. 44, səh. 329; “Məqtəl”, Xarəzmi, c. 1, səh. 188
8-    “اشْهَدُ انَّكَ قَدْ اقَمْتَ الصَّلاةَ، وَآتَيْتَ الزَّكاةَ، وَامَرْتَ بِالْمَعْرُوفِ، وَنَهَيْتَ عَنْ الْمُنْكَرِ” – “Şəhadət verirəm ki, sən (İmam Hüseyn (ə)) namazı bərpa etdin, zəkatı ödədin, yaxşılığa dəvəti və pislikdən çəkindirməyi yerinə yetirdin.”
9-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 47
10-    “Təbəri tarixi”, c. 3, səh. 28; “Biharul-ənvar”, c. 44, səh. 340; “Əyanuş-şiə”, c. 1, səh. 59
11-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 48
12-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 51
13-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 53
14-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 55
15-    Həzrət Əli (ə) “Nəhcül-bəlağənin” 27-ci xütbəsində bu mətləbə işarə etmişdir.
16-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 65
17-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 66
18-    “Hüseyn ibn Əlinin (ə) kəlamları”, səh. 11
19-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 68
20-    “Ərbəin” ziyarəti yalnız İmam Hüseyn (ə) haqqında gəlmişdir və digər məsumlar üçün ərbəin ziyarəti mövcud deyil. Bu ziyarət, məşhur ziyarətnamələrdəndir və nəql edəni mərhum Şeyx Tusidir. Hədisin əvvəli onu uzaqdan oxumağın, axırları isə yaxından oxumağın mümkünlüyünə dəlalət edir. Bəlkə də məqsəd, hər iki halda (uzaqdan və yaxından) oxumağın mümkünlüyüdür. Şeyx Tusinin “Təhzibul-əhkam” kitabında (c. 6, səh. 52, hədis 37) yazılana əsasən bu ziyarətnamə İmam Həsən Əskəridən (ə) nəql olunub.
21-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 73
22-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 75
23-    “Lühuf”, səh. 20; “Məsirul-əhzan”, səh. 10
24-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 76
25-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 79
26-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 83
27-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 86
28-    “Biharul-ənvar”, c. 100, səh. 80
29-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 89
30-    “Biharul-ənvar”, c. 44, səh. 382
31-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 97
32-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 98
33-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 102
34-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 111
35-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 112
36-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 118
37-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 118
38-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 44
39-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 33
40-    “Hüseyn (ə) qiyamının hədəfləri”, səh. 80

 


Nəşr tarixi: « 2016/10/6 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2419