Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi

Həzrət Zeynəb (ə): Gələcəkdə bu torpaqlarda, atan Hüseynin (ə) türbəsi üzərində heç vaxt köhnəlməyən bir bayraq dalğalanacaq, zamanın ötməsi ona bir zərər vurmayacaq və küfür başçıları bacardıqca onun məhvinə çalışacaqlar, lakin bunun əksinə olaraq günbəgün onun əzəməti artacaq.


Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsi
Həzrət Zeynəb (ə): Gələcəkdə bu torpaqlarda, atan Hüseynin (ə) türbəsi üzərində heç vaxt köhnəlməyən bir bayraq dalğalanacaq, zamanın ötməsi ona bir zərər vurmayacaq və küfür başçıları bacardıqca onun məhvinə çalışacaqlar, lakin bunun əksinə olaraq günbəgün onun əzəməti artacaq.

Kərbəla hərəkatının mahiyyəti, davamlılıq və əbədilik səbəbi barəsində düşünüb-daşınmağın lüzumu, müxtəlif zamanlarda İslam ictimaiyyəti elitalarının diqqət mərkəzində olan məsələlərdəndir. Lakin qeyd etmək lazımdır ki, bu önəmli hasil Aşura günündə gerçəkləşən və ondan sonrakı günlər əsirlər karvanı ilə təqib edilən qəhrəmanlığın nəticəsi idi; iş o yerə çatdı ki, Aşura gecəsi qardaşının şəhid olacağı xəbərini eşitməyə taqəti olmayan Zeynəbi-Kubra (ə) 11-ci gün əllərini qardaşının qanlı bədəninin altına salıb onu bir qədər yerdən qaldırıb dedi: “İlahi! Bu qurbanı öz Peyğəmbərinin (s) ailəsindən qəbul et!” (1).
Odur ki, Ayətullah Məkarim Şirazinin yüksək düşüncə və nəzərlərindən istifadə edərək, xanım Zeynəbin (ə) Kufə və Şamdakı mesaj və xütbələrinin, Yezid zülmü ilə qarşıdurma üslubunun təhlili, hər şeydən öncə bizi İmam Hüseynin (ə) misilsiz qiyamının yaşam və dinamikliyinin keyfiyyəti, ikinci halda isə həzrət Zeynəbin (ə) Aşura qiyamınının çatdırılmasında misilsiz risalətinin artan şanının sirlərinin kəşfi ilə tanış edə bilər ki, qarşıda möhtərəm oxuculara və istifadəçilərə təqdim olunacaq:
Əsirlər karvanının qətlgahdan izzətlə keçməsində həzrət Zeynəbin (ə) vəzifəsinin şövkəti
Öz əzəməti ilə bütün yer və göylərə bərabər olan Kərbəla tarixinin ən çətin anları əsirlər karvanının şəhidlərin parça-parça olmuş cənazələri ilə ürək dağlayan vidalaşmaları idi (2). Qeyd etmək lazımdır ki, Kərbəla torpağını həmin qəmli və dəhşətli vəziyyətdə tərk etmək, hansı ki, Peyğəmbər (s) övladlarının cənazəsi, xüsusilə cənnət gənclərinin ağasının bədəni qüsülsüz və kəfənsiz səhrada tərk edilmişdi və o ürək parçalayan səhnələri, o parçalanan və atların ayaqları altında leh olan, əksəri tanınmaz hala düşən bədənlərlə birgə müşahidə etmək hər görəni əldən salardı, lakin İmam Əlinin (ə) səbir və əzəmətinin yadigarı həzrət Zeynəbdəki (ə) aramlıq və arxayınlıq, qəti və kəskin sözlərində fırtına qoparan mətinlik o ağır atmosferi müəyyən miqdarda yüngülləşdirdi və Peyğəmbər (s) ailəsinə dözüləsi etdi (3).

Odur ki, Xanım Zeynəb (ə) düşmənin Peyğəmbər (s) xanədanında cüzi bir zəiflik və peşmançılıq nişanəsini gördüyü zaman məstlik qəhqəhəsi çəkmək intizarda olduğunu bildiyindən, qardaşının qana boyanmış cənazəsini gördüyü zaman, asimana üz tutub dedi: “İlahi, bu qurbanı qəbul et!” (4). Bu cümlə düşmənə ağır bir zərbə oldu və onların rüsvayçılığını üzə çıxardı (5).
Həzrət Zeynəb (ə) maarifçiliyi – Aşura qiyamının çatdırılmasında vacib strategiya
Aydındır ki, əsirlər karvanını Şam və Kufəyə apardıqdan sonra İmam Zeynəlabidin (ə) və Zeynəbi-Kübranın (ə) ifşaedici xütbələri ilə Şam şəhərinin vəziyyəti dəyişdi. Bəni-Üməyyə hakimiyyətinin əleyhinə yaranan bu vəziyyət nəticəsində Yezid məcbur oldu ki, zahirdə peşmanlıq və narahatlıq ifa etsin. Belə bir şəraitdə Hüseyn (ə) ailəsinin qadınları Şamda əzadarlıq və matəm məclisi təşkil etdi, hətta iş o yerə çatdı ki, Bəni-Üməyyə xanədanının qadınları da həmin məclisdə iştirak etdilər. Bu məclislər üç gün boyunca davam etdi (6), (7).

Beləliklə, Zeynəbi-Kübranın (ə) xütbələrinin təsiri nəticəsində Şam tamamilə “alt-üst” oldu, elə həmin yerdən Bəni-Üməyyəyə qarşı inqilab toxumu səpildi. Həmin xütbələrin nəticəsində Bəni-Üməyyə bütün İslam dünyasında rüsvay oldu. Şəhidlərin qanının, habelə Aşura xütbələrinin təsiri nəticəsində onlardan gözlənilən, eyni zamanda İslam və Quranı hədələyən təhlükə kənarlaşdırıldı (8).
Kufədəki möhtəşəm xütbə – həzrət Zeynəbin (ə) vəzifəsindəki Hüseyn (ə) izzətinin böyüklüyü
Kərbəla hadisəsinin heyrətamiz mövzularından biri həzrət Zeynəbi-Kübranın (ə) təkanverici xütbəsidir (9).
Hizyəm ibn Şüreyk Əsədi (10) deyir: “Həmin gün həzrət Əlinin (ə) qızı Zeynəbin (ə) bir xütbə söylədiyini gördüm. Mən onun kimi natiq və fəsahətli bir qadını əsla görməmişdim. Sanki (onun ağzındakı həzrət Əlinin (ə) dili idi və) onun dili ilə danışırdı (11). Bu üzdən dünən altı qardaşı, iki övladı və yaxınları və atasının vəfalı səhabələrindən onlarcasının dağını görmüş və hazırda əsir olaraq Şama tərəf gedən bir qadın, əslində elə pərişan, halsız və gücsüz olmalıdır ki, hətta adi sözləri danışmağı bacarmamalıdır (12), lakin həzrət Zeynəbin (ə) Kufə əhlinə nidası belədir: “Allaha həmd-səna və Peyğəmbərə (s) salamdan sonra! Ey kufəlilər! Ey hiyləgərlər, əhdi pozanlar, vəfasızlar və məkri özünə peşə edənlər! Gözlərinizin yaşı əsla qurumasın və nalələriniz dayanmasın (13). Sizin aranızda boş-boş danışmaq, lovğalıq, düşmənçilik, yalan, kənizlərin yaltaqlığından və düşmənlərə ədavətdən başqa, heç bir şey yoxdur!” (14) Odur ki, həzrət Zeynəbin (ə) şir kimi nərə çəkdiyini, fırtına kimi coşaraq məzəmmət selini Kufə vəfasızlarının üzərinə tökdüyünü və belə xitab etdiyini görürük (15): “Allahın qəzəbi sizi bürüyəcək və həmişəlik olaraq cəhənnəm əzabında qalacaqsınız… Məhv olun, məhv! Viran olsun (bayrağınız), viran! Təlaşınız puç olsun, əlləriniz kəsilsin!...” (16).

Davamında qəlbləri, hissləri ələ alaraq buyurur: “Peyğəmbərlərin sonuncusunun övladını öldürmək! Hansı ki, peyğəmbərlik mədəni, cənnət cavanlarının ağası, namusunuzun pənahgahı, sizin (şiə) dəstələrinin pənahı və aramlıq yeri, yaralarınızın məlhəmi, dar gündə sığınacağınız, döyüş zamanı rəhbəriniz, sizə böyük höccət, yollarınızın parlaq çırağı olan kəsdir. (Onu öldürməyi bu qədər sadə hesab edirsiniz!?)”.
Həmçinin, xanım Zeynəb (ə) Bəni-Üməyyə əleyhinə inqilab toxumlarını qəlb torpaqlarında əkib (17) belə dedi: “Allahın sizə möhlət verməsi sizi aldatmasın, çünki Allah tələsik bir iş görməz (və zalımları lazımi vaxtda cəzalandırar) və məzlumun qanının intiqamı əsla ondan yayınmaz. Şübhəsiz, Allah bizim və sizin pusqunuzdadır.” (18)
Bizim əqidəmizə görə həzrət Zeynəb (ə) Kufənin dağınıq bazarından başlayıb Şamda Yezid hökumətinin sütünlarını oynatdı, Bəni-Üməyyənin süqutuna, eləcə də sonrakı inqilab və qiyamlara zəmin yaratdı (19).

Aşuranın gözəlliklərini açıqlamaq – Xanım Zeynəbin (ə) vəzifəsinin əsas nöqtəsi
Xatırlatmaq lazımdır ki, Kərbəla hadisəsində həzrət Zeynəb (ə) vəzifəsinin başlıca göstəricisi Aşuradakı gözəllikləri açıqlamaq və estetika prinsipinə əsaslanır. Belə ki, həzrət Zeynəb (ə) (tam gücü və mətinliyi ilə) İbn Ziyadın həyasızcasına dediyi “Allahın qardaşın və xanədanına qarşı etdiyi işləri necə gördün?” – sözünə cavab olaraq tam qətiyyətlə dedi:


ما رَأَيْتُ إِلّا جَميلًا

“Mən gözəllikdən başqa bir şey görmədim!” (20).

İnsan belə bir şücaət və qüdrətin qarşısında nə deyəcəyini bilmir!? Əli ibn Əbutalibin (ə) qızı, bu böyük xanımın əzəməti qarşısında diz çökməkdən və İbn Ziyad kimi qaniçən və rəhimsiz birinin müqabilində bu cümlədə gizlənən böyüklüyü bəyan etməkdə söz və cümlələrin acizliyini etiraf etməkdən başqa çarə yoxdur. İnsan “Həqiqətən, sən Əmirəl-möminin Əlinin (ə) qızı və Hüseynin (ə) bacısısan!” deməkdən başqa, nə deyəcəyini bilmir! (21).
Yezidin sarayında İslam tarixinin ən kəskin və təsirli xütbəsi
Şübhəsiz, Zeynəbi-Kübranın (ə) Yezidin sarayındakı atəşin xütbəsii İslam tarixinin ən fəsahətli və ən sarsıdıcı xütbələrindən biri kimi dəyərləndirilməlidir. Sanki onun tamamı Əli ibn Əbutalibin üstün ruhu və misilsiz şücaətindən hasilə gəlmiş və qızı Zeynəbi-Kübranın dilində cari olmuşdur. Sanki atasının həmin dil və həmin məntiqi danışır (22). Məsələnin şərhində bu tarixi və epik xütbənin yeddi vacib hədəfinə işarə etmək olar:

1. Əvvəlcə İslamın bu şücaətli qadını bir neçə sarsıdıcı cümlələrlə Yezidin qürurunu sındırır və Quran ayələri ilə Allah dərgahındakı mövqeyini aydınlaşdıraraq deyir: Əsla hökumət, sərvət və saraydan faydalanmağı ilahi üstünlüyünə dəlil hesab etmə, sən Allahın onların çiyinlərinin günah yükü ilə dolması üçün özbaşına buraxdığı, sonra hər şeydən məhrum olaraq cəhənnəmə göndərdiyi kəslərin nümunəsisən (23).
2. İkinci hissədə Peyğəmbərin (s) Yezidin əcdadı ilə rəftarı və Məkkənin fəthi zamanı hamını əfv etməsi Peyğəmbərin (s) övladını öldürmək və kəsilmiş başları və onların əsir olan xanədanını şəhərbəşəhər gəzdirmək kimi Yezidin pis əməli ilə müqayisə edilir və Yezidin alnına batillik möhrü vurulur (24).

3. Üçüncü hissədə Yezidin küfrlə qarışıq cümlələri xatırlanır və onun imansız olmasına təkid edilir və tezliklə əcdadlarının aqibətinə düçar olacağı və cəhənnəmə gedəcəyi bildirilir (25).
4. Sonra Kərbəladakı şəhidlərin, xüsusən də, Peyğəmbər (s) xanədanından olan şəhidlərin uca məqamına işarə edir və onların varlığı ilə iftixar etməyi bu xanədan üçün böyük imtiyaz sayır (26).

5. Sonra Yezidin hüzurunda qiyamətdəki hakimi Allah, tərəf müqabili Peyğəmbər (s) və şahidləri Allahın mələkləri olan ilahi ədalət məhkəməsinə işarə edir və belə bir məhkəmənin sonu bəllidir (27).
6. Sonra Yezidi qeyri-adi şəkildə təhqir etməyə başlayır və hətta bu həddə buyurur: Əgər ruzigar mənə zülm edərək məni bir əsir qadın ünvanında sənin taxtının ayağına gətirdisə, mənim sənə dəyər verdiyimi təsəvvür etmə! Sən mənim xitab etməyimə layiq deyilsən və əgər səninlə danışıramsa, bu çarəsizliyimdəndir (28).

7. Öz sözlərinin sonuncu hissəsində Allaha nübüvvət xanədanına rəhmət və kəramətlə başlayan sonsuz nemətlər verdiyi və şəhadət və kəramətlə başa çatdırdığı üçün həmd və səna deyir (29).
Dirəniş və müqavimət – Xanım Zeynəbin (ə) Aşura risalətinin rəmzi
Həzrət Zeynəbin (ə) dəyərli təlimlərinin, yəni zalım Yezid höküməti qarşısında dirəniş və müqavimətinin isbatında, təkcə bu yetərlidir ki, Aşuranın başıuca qadını Yezid müqabilində durduğu zaman deyir: “Ey Yezid! Düşünmə ki, mən bir əsir kimi qarşında durmuşam, əksinə sənin kimisi ilə həmsöhbət və üz-üzə gəlmək mənə ardır”. Bu minvalla o şücaətli İslam qadının risalət mesajı, heç bir şəraitdə zillətə boyun əyməməkdir və bu, Aşura dərslərindən biridir (30).

Son söz
Sonda həzrət Zeynəbin (ə) qardaşı oğlu İmam Səccadı (ə) təsəlli etdiyi heyrətləndirici cümləsinə işarə etmək lazımdır, o buyurur: Gələcəkdə bu torpaqlarda, atan Hüseynin (ə) türbəsi üzərində heç vaxt köhnəlməyən bir bayraq dalğalanacaq, zamanın ötməsi ona bir zərər vurmayacaq və küfür başçıları bacardıqca onun məhvinə çalışacaqlar, lakin bunun əksinə olaraq günbəgün onun əzəməti artacaq." (31), (32).
Bəli, həzrət Zeynəbin (ə) Kərbəlada həmişə dalğalanacaq bir bayraq barədə sözü, bu gün reallığa çevrilib. Sanki həzrət Zeynəb (ə) bugünkü şəraitə aydınlıq gətirirdi, çünki bu gün həcc mövsümündə Allah evinin ziyarətçilərinin bir neçə bərabəri Kərbəlada toplaşır və həmin toplumda şiə, sünni, xristian və s. yer alır. Elə bir mərasim ki, keyfiyyət və kəmiyyəti Əhli-beytin (ə) (34) haqq olmasının və Kərbəla şəhidlərinin zəfər sənədidir.

Doğrudan da, Əmirəl-möminin Əlinin (ə) şücaətli qızı həzrət Zeynəb (ə) bu ecazkar və heyrətamiz öngörmə ilə Kərbəla və Aşuranın gələcəyini, necə ki, biz bu gün XIV əsrdən sonra görürük, təsvir etdi. Bəli, Zeynəbin (ə) zərif qəlbi bilirdi ki, bu, işin başlanğıcıdır. Hərçənd, Bəni-Üməyyə və münafiqlərin qara qəlbləri bunu, işin sonu sanırdılar (35).
Araşdırma; hazırlanma və tərtibat; həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi

1-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 403
2-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 546
3-    Yenə orada
4-    Müqərrəm, “Məqtəlul-Huseyn”, səh. 307
5-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 547
6-    “... فَخَرَجْنَ حَتَّى دَخَلْنَ دارَ يَزِيدَ فَلَمْ تَبْقَ مِنْ آلِ مُعاوِيَةَ امْرَأَةً إِلَّا اسْتَقْبَلَهُنَّ تَبْكِي وَ تَنُوحُ عَلَى الْحُسَيْنِ عليه السلام فَأَقامُوا عَلَيْهِ الْمَناحَةَ ثَلاثاً” (Təbəri tarixi”, c. 4, səh. 353) həmin mətləb “Biharul-ənvar”ın c. 45, səh. 142-də də daha geniş şərhlə qeyd edilmişdir.
7-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 547
8-    “Yeni Məfatih”in külliyyatı, səh. 611
9-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 565
10-    “Məlhuf” (Lühuf) kitabında onun adı “Bəşir ibn Xüzeym Əsədi” kimi qeyd edilmişdir.
11-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 561
12-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 565
13-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 562
14-    Yenə orada
15-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 565
16-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 562
17-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 565
18-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 563
19-    “Quranın gözəl məsəlləri”, c. 1, səh. 373
20-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 576
21-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 577
22-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 602
23-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 603
24-    Yenə orada
25-    Yenə orada
26-    Yenə orada
27-    Yenə orada
28-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 604
29-    Yenə orada
30-    Ayətullah Məkarim Şirazinin, İmam Hüseyn (ə) Aşurasının zöhründə bir qrup namaz qılanın hüzurundakı çıxışı, Həzrət Məsumənin (ə) hərəmi, 4/11/2014
31-    “Kamiluz-ziyarat”, səh. 274-275; “Biharul-ənvar”, c. 28, səh. 57 və c. 45, səh. 179; “Nəfəsul-məhmum”, səh. 210 və Müqərrəm, “Məqtəlul-Huseyn”, səh. 308
32-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 550
33-    Ayətullah Məkarim Şirazinin çıxışı, İmam Hüseynin (ə) qırxı günü, İmam Xomeyni şəbistanı, həzrət Fatimə Məsumənin (s) pak hərəmi, 13/12/2014
34-    Yenə orada
35-    “Aşura, köklər, maraqlar, hadisələr, nəticələr”, səh. 550
Nəşr tarixi: 26/10/2015

 


Nəşr tarixi: « 2016/10/7 »
Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

İslam İnqilabının Ali Lideri Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Mərcəyi-təqlidin dəftərxanası tərəfindən elan olundu:

Çərşənbə günü 5 iyun 2019, Fitr bayramıdır

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin Ayətullah Məkarim Şirazi ilə səmimi görüşü

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3495