Həzrət ustadın bir qrup Hicaz və Misir müftilərinə MÜRACİƏTİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası tərəfindən yayılan xəbərə görə:

Həzrət ustadın bir qrup Hicaz və Misir müftilərinə MÜRACİƏTİ

Zülmkar hakimiyyətə qarşı xalq qiyamlarını və milli-azadlıq hərəkatlarını məhkum edən bir qrup müfti təcili olaraq öz rəylərinə yenidən nəzər salmalı, islam ümmətinin sıralarına qoşulmalı, bu kimi hərəkatlarda təşəbbüsü ələ almalıdırlar ki, islam düşmənləri onu öz xeyirlərinə müsadirə edə bilməsinlər.

Bismillahir-Rəhmanir-Rəhim
İslam ölkələrində zülmkar və qəddar hakimlərin əleyhinə geniş müsəlman kütlələrinin irimiqyaslı çıxışlarında diqqəti cəlb edən mühüm məsələlərdən biri də onların bir çox məşhur alimlərinin tutduqları əks mövqedir. Xəbərlərdə qeyd olunur ki, Hicazın və Misirin bəzi müftiləri bu qiyamları haram hesab etmişdir!  Təəccüblüsü burdadır ki, onların bəziləri bu milli-azadlıq hərəkatında iştirak edənləri "yer üzündə fəsad yayanlar" adlandırmışlar. Halbuki, onların hamısı yer üzündə fəsad və zülmün kökünü kəsmək üçün qiyam etmişlər.
Tutduqları bu yanlış və qərəzli mövqe həm onların islam ümmətindən uzaqlaşmasına, həm də cavanların onlardan ayrı düşməsinə gətirib çıxarmışdır. Onların belə bir mövqedən çıxış etməsinin əsas səbəbi isə tarix boyu verdikləri fitvadır. Fitvaya görə "əmr sahiblərinə" tabe olmaq ölkə rəhbərinə qeydsiz-şərtsiz tabe olmaqdır – istər zülmkar olsun, istərsə qeyri-zülmkar. Bəziləri isə hətta Yəzidi, monqol-tatar başçısı olan qəddar Çingizi də “əmr-sahibi” bilmişlər.
Hazırda onların həqiqətə uyğun olmayan fitvaları barədə yenidən düşünmələrinin vaxtı gəlib çatmışdır. Belə ki, onlar zülmkar hakimləri "əmr sahibləri" dairəsindən çıxarmalı, onların əleyhinə qiyamları vacib bilməli, zalım hakimləri və onların himayədarlarını “yer üzündə fəsad yayanlar”dan hesab etməlidirlər.
Qurani-Kərim aşkar şəkildə buyurur ki, müsəlmanlardan iki dəstə bir-biri ilə müharibə etsə, mümkün olan surətdə onların arasında sülh yaradın; mümkün deyilsə, Allahın fərmanına itaət edincəyə qədər zülmkar olan tərəflə müharibə edin. Görəsən Liviya, Misir və Bəhreynin rəhbərləri bu ayədə göstərilənlərdən deyildirlərmi?!
Əhli-sünnətin məşhur tarixlərindən olan "Tarixi-Təbəri"də də nəql olunur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurdu: "Hər kəs Allahın haramını halal bilən, Allahın peymanını pozan, Onun Peyğəmbərinin sünnətinə zidd hərəkət edən, Allah bəndələrinə zülm edən zülmkar rəhbər və ya soltanı görüb sözü və əməlləri ilə ona qarşı çıxmasa, Allah-tala qiyamət günü onu həmin zülmkarın taleyinə düçar edəcəkdir.” (“Tarixi-Təbəri”, 4-cü cild, səh. 304.)
Zülmkar hakimiyyətə qarşı xalq qiyamlarını və milli-azadlıq hərəkatlarını məhkum edən bir qrup müfti təcili olaraq öz rəylərinə yenidən nəzər salmalı, islam ümmətinin sıralarına qoşulmalı, bu kimi hərəkatlarda təşəbbüsü ələ almalıdırlar ki, islam düşmənləri onu öz xeyirlərinə müsadirə edə bilməsinlər. Əks halda bu böyük bir faciə ola bilər.


Nəşr tarixi: « 2011/3/7 »
 Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

Ayətullah əl-üzma Məkarim Şirazinin “Məscidul-Əqsa” faciəsi ilə bağlı bəyanatı

Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisinin mətbuat xidməti tərəfindən yayımlandı:

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

 Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisi tərəfindən bildirildi:

Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 3531