Bu gün insan hüquqları siyasətçilərin əlində məzhəkəyə çevrilib

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Cenevrə universitetinin beynəlxalq hüquq departamentinin rəhbəri ilə görüşdü:

Bu gün insan hüquqları siyasətçilərin əlində məzhəkəyə çevrilib


“İnsan hüquqları ilə bağlı İrana çoxlu etirazlar olunur. Halbuki seçkinin, demokratiyanın olmadığı, insan hüquqlarının pozulduğu və onların mənafeini təmin edən bəzi Ərəb dövlətlərinə heç bir etiraz olunmur.”

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Cenevrə universitetinin beynəlxalq hüquq departamentinin rəhbəri pr. Marco Sassoli ilə görüşündə deyib: “Təəssüf ki, insan hüquqları siyasətçilərin öz mənafelərini təmin etmək üçün vasitəyə çevrilib.”
O, əlavə edib: “Hazırda İnsan hüquqları ilə bağlı İrana çoxlu etirazlar olunur. Halbuki seçkinin, demokratiyanın olmadığı və insan hüquqlarının pozulduğu, onların mənafeini təmin edən bəzi Ərəb dövlətlərinə heç bir etiraz olunmur.”
Şirazi cənabları, İran İslam Respublikasında, həqiqi seçkilərin dəfələrlə təcrübədən keçirildiyinə toxunaraq deyib:
“Bizim konstitusiyamız yazılarkən xüsusi olaraq o sahəyə dolğun yanaşılıb və xalq da ona böyük etimadla səs verib. Siz əgər İranın konstitusiyasını nəzərdən keçirsəniz onun çox məntiqli və humanist olduğunu müşahidə etmiş olarsınız. Lakin, onları belə işlər maraqlandırmır. Onların meyar və miqyası öz mühakimələri və öz mənafeləridir.”
Məkarim Şirazi cənabları bir qərb ziyalısının İslam ölkələrinə səfərini alqışlayaraq dedi:
"İstərdim ki, bütün Qərb ziyalıları sizin kimi İslam cəmiyyət və şəxsiyyətləri ilə yaxından görüşüb onların düşüncə tərzini digərlərindən deyil, onların özlərindən öyrənsinlər.”
O, bir çoxlarının olayları tam əksinə qələmə verdiklərinə işarə edərək vurğuladı: “Bizim ölkəmizə gələn bəzi qərblilər, İran haqqında eşitdiklərini, gözlə gördükləri ilə müqayisə etmək mümkün olmadığını söyləyir. Sanki iki İran ölkəsi var; qərb informasiya vasitələrinin zehinlərdə təcəssüm etdirdiyi İran və həyatda təsdiqini tapmış İran! Bu təəssüfləndirici haldır."
"Şirazı cənabları, İslam təlimlərini yaymaq barəsində vurğuladı:
“Biz bütün dünya xalqları ilə sülh şəraitində yaşamaq istəyirik. Bizə qarşı münaqişə törətməyən heç bir qrupla münaqişəmiz yoxdur. Bu məsələ Qurani kərimin təlimlərindən biridir."
O, İslam dininin Həcc mövsümündə müsəlmanların bir cərgədə toplaşıb bir-birinin vəziyyətindən xəbər tutması ilə bağlı göstərişlərinə toxunaraq dedi:
"Əgər hər cəmiyyət yalnız özünü düşünsə, dünya məhv olar. Ona görə də hamımız bir-birimizin fikrində olmalıyıq."
O, əlavə etdi: "Dini təlimlər bizdən özünün və digərlərinin mənafeyinə eyni gözlə baxmağı tələb edir. Bu qaydaya əməl olunarsa, dünya sülh və sabitlik şəraitində yaşayacaq."
Şirazı cənabları, sözlərinin arasında siyasətçilərin müsəlmanlar arasında müharibə və qarşıdurma yaratmaq cəhdlərindən söz açaraq dedi: "Şiələr, əhli-sünnə qardaşları ilə 1000 ildir ki, İraqda birlikdə yaşayırdı. Onlar arasında heç münaqişədən də əsər-əlamət yox idi. Lakin indi, İraqda hər gün, hər iki tərəfdən bir qrup günahsız insan vəhşicəsinə qətlə yetirilir. Biz bilirik ki, onları tayfalararası daxili insident yaratmağa təhrik edən kimdir.”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi İslam ölkələrinin zəifləməsini və parçalanmasını daxili vətəndaş müharibələrinin nəticəsi sayaraq qeyd etdi:
"Bu nəticələrin hər biri imperialist dövlətlər üçün sevindirici haldır. Ona görə də İslam ölkələrində ixtilaf, hərc-mərclik və daxili çəkişmələr onların iş proqramında yer alır."
O, əlavə etdi: "Mühüm problemlərdən biri də budur ki, adətən dünyanın kütləvi informasiya vasitələri onların əlində olub. Onlar bizim səsimizin dünya xalqlarına çatmasına maneçilik törədirlər. Bu durum dəyişməsə nə insan hüquqlarından, nə də demokratiyadan söhbət gedə bilməz.
Cənab ustad xatırlatdı: "İslam dini bizə öyrətmişdir ki, bir məsələni həll edə bilmirsinizsə, imkan daxilində - gücünüz çatanı yerinə yetirin. Biz də bu qanunu həyata keçirir, onu bütün ictimai məsələlərdə tətbiq edərək ümidlə gələcəyə addımlayrıq. Ona görə də biz nə qədər sağıqsa, insan hüquqlarının hərtərəfli inkişafı üçün bütün səylərimizi göstərməliyik.”
Dialoqun sonunda professor Marko Sassoli, görüşün çox əhəmiyyətli və faydalı olduğunu qeyd etdi.


Nəşr tarixi: « 2012/1/13 »
 Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

Ayətullah əl-üzma Məkarim Şirazinin “Məscidul-Əqsa” faciəsi ilə bağlı bəyanatı

Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisinin mətbuat xidməti tərəfindən yayımlandı:

Halqa irfanını daha yaxşı tanıyaq (II FƏSİL)

 Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Ayətullah Məkarim Şirazi cənablarının rəsmi ofisi tərəfindən bildirildi:

Mədinə şəhərində həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisi açıldı

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2761