Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
Ayətullah Məkarim Şirazinin görüşündə Fitr bayramının təsir və bərəkətlərinə dərin baxış

Ayətullah Məkarim Şirazinin görüşündə Fitr bayramının təsir və bərəkətlərinə dərin baxış

Müəllif:

Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış

Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış

Müəllif:

Ayətullah Məkarim Şirazinin görüşündə ümumdünya Qüds günü yürüşünün funsionalizmi

Ayətullah Məkarim Şirazinin görüşündə ümumdünya Qüds günü yürüşünün funsionalizmi

Müəllif:

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əlinin (ə) şəhadətinin təhlili

Ayətullah Məkarim Şirazinin görüşündə həzrət Əlinin (ə) şəhadətinin təhlili

Müəllif:

Ayətullah Məkarim Şirazinin görüşündə Əhli-beytin (ə) səxavətlisi İmam Həsənin (ə) yaşam tərzində yardım və xeyirxahlığın əlamətləri

Ayətullah Məkarim Şirazinin görüşündə Əhli-beytin (ə) səxavətlisi İmam Həsənin (ə) yaşam tərzində yardım və xeyirxahlığın əlamətləri

Müəllif:

“Mübahilə” hadisəsinin həqiqəti Ayətullah Məkarim Şirazinin dərin baxışında

“Mübahilə” hadisəsinin həqiqəti Ayətullah Məkarim Şirazinin dərin baxışında

Müəllif:

 Ayətullah Məkarim Şirazinin baxışında Qurban bayramının fəlsəfəsi

Ayətullah Məkarim Şirazinin baxışında Qurban bayramının fəlsəfəsi

Müəllif:

Ayətullah Məkarim Şirazinin baxışında Qədir-Xum hadisəsində həzrət Əlinin (ə) vilayət nişanələri

Ayətullah Məkarim Şirazinin baxışında Qədir-Xum hadisəsində həzrət Əlinin (ə) vilayət nişanələri

Müəllif:

Ayətullah Məkarim Şirazinin baxışında Ərəfə duasındakı incə məqamlar

Ayətullah Məkarim Şirazinin baxışında Ərəfə duasındakı incə məqamlar

Müəllif:

 Ayətullah Məkarim Şirazinin baxışında həcc əməlinin mühüm xüsusiyyət və nişanələri

Ayətullah Məkarim Şirazinin baxışında həcc əməlinin mühüm xüsusiyyət və nişanələri

Müəllif:

Ayətullah Məkarim Şirazinin baxışında İmam Hadinin (ə) istiqamətləndirici təlimləri

Ayətullah Məkarim Şirazinin baxışında İmam Hadinin (ə) istiqamətləndirici təlimləri

Müəllif:

Ayətullah Məkarim Şirazinin görüşündə İmam Baqir (ə) elmi məktəbinin təlimlərinin öyrənilməsi

Ayətullah Məkarim Şirazinin görüşündə İmam Baqir (ə) elmi məktəbinin təlimlərinin öyrənilməsi

Müəllif:

Ayətullah Məkarim Şirazinin görüşündə Səud sülaləsinin “iki müqəddəs hərəm”in idarəsində bacarıqsızlığı

Ayətullah Məkarim Şirazinin görüşündə Səud sülaləsinin “iki müqəddəs hərəm”in idarəsində bacarıqsızlığı

Müxtəlif İslam ölkələrindən olan minlərlə hacıların, xüsusilə 130 nəfərdən çox Allah evinin iranlı ziyarətçilərinin ölümünə səbəb olan Mina faciəsi hər şeydən öncə Həcc mövsümünün idarəçiliyində vəhhabi Ali-Səud rejiminin son dərəcə tədbirsizlik və yetərsizliyini və iki müqəddəs hərəmin – “Məscidul-həram” və “Məscidun-Nəbi” – idarəsində dəyişikliyin qaçılmazlığını aşkar etdi.

Müəllif: Ayətullah Məkarim Şirazinin dəftərxanasının rəsmi saytının xəbər bürosu yazıçılar heyəti

Müsafirin orucunun hökm və fəlsəfəsi barədə araşdırma

Müsafirin orucunun hökm və fəlsəfəsi barədə araşdırma

Müəllif: Höccətil islam Hüseyn Əlladiri

 Təvəssül tövhiddir, yoxsa, şirk?

Təvəssül tövhiddir, yoxsa, şirk?

Müəllif: Höccətül-İslam Səid Davudi

Uşaqlar üçün namazın cazibədarlığı

Uşaqlar üçün namazın cazibədarlığı

Müəllif: Höccətul-İslam Hüseyn əl-Ədri

Allahın hüzurunda dua etməyin qaydası

Allahın hüzurunda dua etməyin qaydası

Müəllif: Hüccət əl-islam Hüseyn Əlladiri

“Qədir” hədisi - Vilayətin canlı sənədi

“Qədir” hədisi - Vilayətin canlı sənədi

Müəllif: İslami tədqiqat və maarif qrupu. Qum

Şəhadətin fəlsəfəsi

Şəhadətin fəlsəfəsi

Müəllif: Ayətullah Məkarim Şirazi

Məcburi hicab?

Məcburi hicab?

Müəllif: Seyid Məhəmməd Cavad Bəni Səid

Vəhy evinə yürüş

Vəhy evinə yürüş

Vəhy evinə yürüş Tədqiq edən: İslami maarif və təhqiqat qrupu Əfsanə, yoxsa həqiqət? Son zamanlar Sistan-Bəluçistan əyalətində islam tarixindən kifayət qədər məlumatı olmayan bir şəxs Peyğəmbəri-əkrəmin (səlləllahu əleyhi və alih) əziz qızı barəsində &ldquoFatimeyi-Zəhranın şəhadət əfsanəsi&rdquo adlı bir məqalə yazmışdır. O, həzrət Fatimənin (əleyha-salam) fəzilət və üstünlüklərini zikr etdikdən sonra ona qarşı göstərilən hörmətsizliyi və onun şəhadətini inkar etmişdir. Digərləri də öz çıxışlarında bu məsələni vurğulamışlar. Məqalədə islamın aydın və inkar olunmaz tarixi təhrif olunduğundan biz bu təhrifin bəzi guşələrini aydınlaşdırmaq, bu həqiqətləri bir qədər bəyan etmək məcburiyyətində qalmışıq ki, islamın böyük xanımı həzrət Fatimeyi-Zəhranın (əleyha salam) şəhadətinin tarixdə inkar olunmaz bir həqiqət olması hamıya məlum olsun. Əgər onlar belə bir bəhsi başlamasaydılar, biz də hazırkı şəraitdə onu irəli çəkməzdik. Bu yazıda aşağıdakı məsələləri aydınlaşdırırıq: 1. Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözlərində 2. Quran və hədislərdə həzrət Fatimənin (əleyha salam) evinin hörməti 3. Həzrətin evinə hörmətsizlik. Ümidvarıq ki, qeyd olunan bu üç məsələni ətraflı şərh edəndən sonra məqalənin müəllifi həqiqətə tabe olub öz yazdıqlarından peşman olacaq, nəticədə öz səhvlərini düzəltmək qərarına gələcəkdir. Diqqət etmək lazımdır ki, qarşınızdakı yazı bütünlükdə əhli-sünnətin ən məşhur və ən mötəbər mənbələrinə istinadən qələmə alınmışdır. 1. Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözlərində Həzrət Fatimə çox yüksək məqama malik idi. Peyğəmbərin öz qızı haqqında söylədikləri onun hər növ günahlardan, zahiri və batini aludəlikdən pak-pakizə olduğundan hekayət edir. Həzrət onun barəsində buyurmuşdur: فٰاطِمَةُ بَضْعَةٌ مِنّی فَمَنْ أَغْضَبَهٰا أَغْضَبَنی &ldquoFatimə mənim canımın parçasıdır hər kəs onu (narahat edib) qəzəbləndirsə, məni qəzəbləndirmişdir.&rdquo (1) Məlum məsələdir ki, peyğəmbəri-əkrəmin (səlləllahu əleyhi və alih) qəzəblənməsi onun ruhən inciməsinə, narahat olmasına səbəb olur. Qurani-kərimdə o həzrəti narahat edən bir şəxsin cəzası aşağıdakı formada bəyan edilir: وَالَّذِینَ یُؤْذُونَ رَسُولَ اللهِ لَهُمْ عَذَابٌ أَلِیمٌ &ldquoAllahın Peyğəmbərini incidənləri ağır əzab gözləyir.&rdquo (2) Həzrət Fatimənin ismət və yüksək fəzilətinə bundan da möhkəm və tutarlı dəlil olarmı ki, Peyğəmbərin başqa bir bəyanında Fatimənin razılığı Allahın razılığı, onun qəzəbi Allahın qəzəbi kimi təqdim olunur: یٰا فٰاطِمَةُ إِنَّ اللهَ یَغْضِبُ لِغَضَبِکِ وَ یَرْضٰى لِرِضٰاکِ &ldquoFatimə! Allah sənin qəzəbinlə qəzəblənir, razılığınla razı olur.&rdquo (3) Məhz belə yüksək məqama malik olduğuna görə dünya qadınlarının xanımıdır. Peyğəmbər onun barəsində belə buyurmuşdur: یٰا فٰاطِمَةُ! أَلا تَرْضینَ أنْ تَکُونَ سَیِّدَةَ نِسٰاءِ الْعٰالَمینَ، وَ سَیِّدَةَ نِسٰاءِ هٰذِهِ الاُمَّةِ وَ سَیِّدَةَ نِسٰاءِ الْمُوْمِنینَ &ldquoQızım, Fatimə! Allahın sənə bəxş etdiyi bu kəramət və əzizliklə razı olmazsanmı ki, sən dünya qadınlarının, bu ümmətin qadınlarının və bütün imanlı qadınların xanımısan!.&rdquo (4) 2. Quran və hədislərdə həzrət Fatimənin (əleyha salam) evinin hörməti Hədis alimləri qeyd edirlər ki, فِى بُیُوتٍ أَذِنَ اللهُ أَنْ تُرْفَعَ وَیُذْکَرَ فِیهَا اسْمُهُ &ndash ayəsi (5) nazil olanda Peyğəmbər onu məsciddə tilavət etdi. Bu zaman bir nəfər ayağa qalxaraq: &ndash Ey Allahın Rəsulu! Belə bir əhəmiyyətə malik evlər dedikdə hansı evlər nəzərdə tutulur? &ndash deyə soruşdu. Həzrət : &ndash Peyğəmbərlərin evləri, &ndash deyə cavab verdi. Əbubəkr ayağa qalxıb Əli və Fatimənin evinə işarə edərək: &ndash Bu ev də həmin evlərdəndirmi? &ndash deyə soruşdu. Peyğəmbər cavabında buyurdu: &ndash Bəli, onların içində ən seçilənlərdəndir! (6) Həzrət Fatimənın (əleyha salam) evinə qarşı hörmətsizlik. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) doqquz ay müddətində öz qızının qapısına gəlir, ona və əziz həyat yoldaşına salam verir, (7) sonra isə bu ayəni tilavət edirdi: إِنَّمَا یُرِیدُ اللهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیراً &ldquoAllah istəyir ki, siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparıb sizi pak pakizə qərar versin.&rdquo (8) Bu ev ilahi nurun mərkəzidir, Allah onu uca tutmağa əmr edib. O çox yüksək məqama malikdir. Bəli! &ldquoƏshabi-kisa&rdquonı özündə yerləşdirən, Allah tərəfindən belə bir yüksək əzəmətlə yad edilən bu evə bütün müsəlmanlar ehtiramla yanaşmalı idi! İndi isə nəzər salaq, peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra bu evin ehtiramını necə saxladılar?! O evin hörmətini necə tapdaladılar?! Özləri də buna aşkar şəkildə necə etiraf etdilər?! Evin hörmətini pozanlar kimlər idi? Onların məqsədləri nə idi? 3. Həzrətin evinə hörmətsizlik Bu qədər təkidli tövsiyələrə baxmayaraq təəssüf ki, bəziləri ona əhəmiyyət verməyib, hörmətini pozdular. Bu məsələ gizlədilməsi qeyri-mümkün olan məsələlərdəndir. Bununla bağlı əhli-sünnətin kitablarından bir neçə fakt qeyd edirik ki, peyğəmbərin əziz qızının evinə hörmətsizliyin və daha sonra baş verənlərin əfsanə yox, danılmaz tarixi hadisə olması aydınlaşsın! Xəlifələrin dövründə əhli-beytin fəzilət və yüksək məqamlarının qələmə alınmasına qarşı ciddi nəzarət və şiddətli təzyiq olduğuna baxmayaraq, &ldquohəqiqət bir şeydir ki, Allah onun keşiyindədir&rdquo qanununun hökmünə əsasən, bu həqiqət hədis və tarix kitablarında canlı şəkildə qorunub saxlanmışdır. Mənbələri nəql edərkən zaman ardıcıllığını əvvəlki əsrlərdən nəzərə alaraq əsrimizin yazıçılarına qədər qeyd edirik. a) Məşhur əhli-sünnət mühəddisi Əbubəkr ibn Əbuşeybə özünün &ldquoƏl-müsənnəf&rdquo kitabında &ldquoƏl-müsənnəf&rdquo kitabının müəllifi Əbubəkr ibn Əbuşeybə (159-235) səhih sənədlərlə belə nəql edir: إِنَّهُ حِینَ بُویِعَ لاَِبِی بَکْرٍ بَعْدَ رَسُولَ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ) کانَ عَلیٌّ وَ الزُّبَیْرُ یَدْخُلانِ عَلىٰ فٰاطِمَةَ بِنْتِ رَسُولِ الله، فَیُشٰاوِرُونَهٰا وَ یَرْتَجِعُونَ فِی أَمْرِهِمْ. فَلَمّٰا بَلَغَ ذٰلِکَ عُمَرَ بْنَ الْخَطّاٰبِ خَرَجَ وَ دَخَلَ عَلىٰ فاطِمَةَ، فَقٰالَ: یٰا بِنْتَ رَسُولِ الله وَ اللهِ مٰا أَحَدٌ أَحَبُّ إِلَیْنٰا مِنْ أَبِیکِ وَ مٰا مِنْ أَحَدٍ أَحَبُّ إِلَیْنٰا بَعْدَ أَبِیکِ مِنْکِ، وَ أَیْمُ اللهِ مٰا ذٰاکَ بِمٰانِعی إِنِ اجْتَمَعَ هٰؤلاءِ النَّفَرُ عِنْدَکِ أَنْ أَمرْتُهُمْ أَنْ یُحْرَقَ عَلَیْهِمُ الْبَیْتَ.قٰالَ: فَلَمّٰا خَرَجَ عُمَرُ جٰاؤُوهٰا، فَقٰالَتْ: تَعْلَمُونَ أنَّ عَمَرَ قَدْ جٰاءَنِی، وَ قَدْ حَلَفَ بِاللهِ لَئِنْ عُدْتُمْ لَیُحرِقَنَّ عَلَیْکُمُ الْبَیْتَ، وَ أَیْمُ اللهِ لَیْمِضَیَّنَ لِمٰا حَلَفَ عَلَیْهِ. &ldquoCamaat Əbubəkrə beyət edən zaman Əli və Zübeyr Fatimənin evində müşavirə edirdilər. Bu məsələ Ömər ibn Xəttaba çatanda o, Fatimənin evinə gəlib dedi: &ldquoEy Allahın Rəsulunun qızı! Bizə görə ən sevimli şəxs sənin atan və atandan sonra sənsən. Lakin Allaha and olsun! Bu məhəbbət bu şəxslərin sənin evində bir yerə yığışdığı halda mənim o evi yandırmağa dair fərman verməyinə mane ola bilməz!&rdquo Bu sözləri deyib qayıtdı. Əli və Zübeyr evə qayıdanda Peyğəmbərin qızı onlara dedi: &ldquoÖmər bura gəldi. O, and içib dedi ki, siz bura təkrar yığışsanız, evi içindəkilərlə birlikdə yandıracağam. And olsun Allaha! O, and içdiyi işi görəcəkdir!&rdquo (9) Bir daha təkrar edirik ki, bu hadisə &ldquoƏl-müsənnəf&rdquo kitabında səhih sənədlərlə nəql olunmuşdur. b) Digər məşhur əhli-sünnət mühəddisi Bilazəri &ldquoƏsnabul-əşraf&rdquo kitabında. Məşhur yazıçı və böyük &ldquoTarix&rdquo kitabının müəllifi olan Əhməd ibn Yəhya ibn Cabir Bəlazuri (270 ildə vəfad edib) bu tarixi hadisəni özünün &ldquoƏnsubul-əşraf&rdquo kitabında belə nəql edir: إِنَّ أَبابَکر أَرْسَلَ إلَى عَلیٍّ یُریدُ الْبَیْعَةَ فَلَمْ یُبایِعْ، فَجٰاءَ عُمَرُ وَ مَعَهُ فَتیلةٌ! فَلَقیَِتْهُ فاطِمَةُ عَلَى الْبٰابِ فَقٰالَتْ فاطِمَةُ: یَابْنَ الْخَطّابِ، أَتَرٰاکَ مُحْرِقاً عَلیَّ بٰابِی؟ قالَ: نَعَمْ، وَذلِکَ أَقْوىٰ فیمٰا جٰاءَ بِهِ اَبُوکِ.... Əbubəkr, Əlinin ardınca adam göndərdi ki, ondan beyət alsın, lakin Əli beyətdən imtina etdi. Sonra Ömər məşəl ilə (od vurmaq üçün) gəlib evin qarşında dayandı. Fatimə ona dedi: &ldquoEy Xəttabın oğlu! Görürəm ki, evimi yandırmaq fikrindəsən?!&rdquo Ömər dedi: &ldquoBəli! Bu iş atanın dininə kömək edəcəkdir!&rdquo (10) v) İbn Qüteybə &ldquoƏl-imamətu vəs-siyasət&rdquo kitabında Məşhur tarixçi, islam aləminin şöhrətli ədibi, yazıçısı, islam tarixində tanımış şəxsiyyət, &ldquoTəvilu muxtələfil-hədis&rdquo, &ldquoƏdəbul-katib&rdquo və s. kitabların müəllifi Əbdullah ibn Müslim ibn Qüteybə Deynəvəri (212-276) (11) &ldquoƏl-imamətu vəs-siyasət&rdquo kitabında belə yazır: إنّ أبابَکْر(ض) تَفَقَّدَ قَوْماً تَخَلَّفُوا عَنْ بَیْعَتِهِ عِنْدَ عَلیّ کَرَّمَ اللهُ وَجْهَهُ فَبَعَثَ إِلَیْهِمْ عُمَرُ فَجٰاءَ فَنٰادٰاهُمْ وَ هُمْ فی دٰارِ عَلیٍّ، فَأَبَوْا أَنْ یَخْرُجُوا فَدَعٰا بِالْحَطَبِ وَ قٰالَ: وَالَّذی نَفْسُ عُمَرَ بِیَدِهِ لَتَخْرُجَنَّ أَوْ لأَحْرَقَنَّهٰا عَلىٰ مَنْ فِیهٰا، فَقِیلَ لَهُ: یٰا أَبٰا حَفْصٍ إِنَّ فِیهٰا فٰاطِمَةَ فَقٰالَ، وَإِنْ! Əbubəkr Öməri, beyətdən imtina edərək Əlinin evinə yığılanların ardınca göndərdi. O, Əlinin evinə çatanda &ldquoçölə çıxın!&rdquo &ndash deyə səsləndi. Onlar bu işdən imtina etdikdə Ömər odun yığdı və dedi: &ldquoO Allaha and olsun ki, Ömərin canı onun əlindədir! Evdən çıxmasanız, hamınızla bir yerdə evi yandıracağam!&rdquo Bir kişi Ömərə dedi: &ldquoEy Əbuhəfs! (Ömərin künyəsidir) Peyğəmbərin qızı Fatimə bu evdədir!&rdquo. O dedi: &ldquoHətta o da orada olsa (yandıracağam)! (12) İbn Qüteybə bu ürək yandıran və kədərli hadisənin ardını belə nəql edir: ثُمَّ قٰامَ عَمُرُ فَمَشٰى مَعَهُ جَمٰاعَةٌ حَتّٰى أَتَوْا فٰاطِمَةَ فَدقُّوا الْبٰابَ فَلَمّٰا سَمِعَتْ أَصْوٰاتَهُم نٰادَتْ بِأَعْلىٰ صَوْتِهٰا یٰا أَبَتٰاهُ یٰا رَسُولَ الله مٰاذٰا لَقینٰا بَعْدَکَ مِنْ ابْنِ الْخَطّاٰبِ وَ ابْنِ أَبِی الْقُحٰافَةِ فَلَمّٰا سَمِعَ الْقَوْمُ صَوْتَهٰا وَ بُکٰائَهٰا انْصَرَفُوا وَ بَقِیَ عُمَرُ وَ مَعَهُ قَوْمٌ فَأَخْرَجُوا عَلَیّاً فَمَضَوْا بِهِ إِلىٰ أَبِی بَکْرٍ فَقٰالُوا لَهُ بٰایِعْ، فَقٰالَ: إنْ أَنَا لَمْ أَفْعَلْ فَمَهْ؟ فَقٰالُوا: إِذاً وَاللهِ الَّذی لا إلـٰهَ إِلاّ هُوَ نَضْرِبُ عُنُقَکَ...! &ldquoÖmər bir qrup adamla Fatimənin qapısına gəldi. Qapını döydülər. Fatimə onların səsini eşidən zaman uca səslə dedi: &ldquoEy Allahın Rəsulu! Səndən sonra Xəttabın və Əbu Quhafənin övladları tərəfindən bizə nələr (müsibətlər) çatmadı!&rdquo Ömərlə gələnlər onun ağlamaq səslərini eşidən zaman qayıtdılar, lakin Ömər bir neçə adamla qaldı və Əlini evdən çıxardıb Əbubəkrin yanına gətirdi. Əbubəkr dedi: &ldquoBeyət et!&rdquo Əli dedi: &ldquoBeyət etməsəm, nə olacaq?!&rdquo Dedilər: &ldquoVahid Allaha and olsun ki, sənin boynunu vuracağıq!&rdquo (13) Tarixin bu hissəsi Şeyxləri (Əbubəkrlə Öməri) sevənlər üçün olduqca xoşagəlməz və ağır olduğuna görə bəziləri ibn Qüteybənin bu kitabının kim tərəfindən yazılması barəsində şəkk-şübhə yaratmağı qərara almışlar. Halbuki, tarix elminin ustadı ibn Əbil-Hədid bu kitabı onun əsərlərindən hesab edərək daim ondan sitatlar gətirir. Təəssüflər olsun ki, bu kitabda təhrifə yol verilmiş, mətləblərinin bir qismi son çaplarda ixtisara salınmışdır. Halbuki, həmin məsələ ibn Əbil-Hədidin Nəhcul-bəlağəyə yazdığı şərhdə qeyd olunmuşdur. Zərkuli &ldquoƏlam&rdquo kitabında bu kitabı ibn Qüteybənin əsərlərindən hesab edərək əlavə edir: &ldquoAlimlərdən bəzisi kitabın ona aid olması ilə bağlı nəzər vermişlər, yəni şəkk-şübhəni özlərinə deyil, başqalarına aid etmişlər. (14) İlyas Sərkis də bu kitabı ibn Qüteybənin əsərlərindən hesab edir. (15) ğ) Təbəri və onun &ldquoTarix&rdquo kitabı Məşhur tarixçi Məhəmməd ibn Cərir Təbəri (310-cu qəməri ilində vəfat edib) öz kitabında vəhy evinə hörmətsizlik olunmasını belə bəyan edir: أتى عُمَرُ بنُ الْخَطّابِ مَنْزِلَ عَلیٍّ وَ فیهِ طَلْحَةٌ وَ الزُّبَیْرُ وَ رِجالٌ مِنَ الْمُهاجِرِینَ، فَقالَ وَاللهِ لاََحْرِقَنَّ عَلَیْکُمْ أَوْ لَتَخْرُجَنَّ إلى الْبَیْعَةِ، فَخَرَج عَلَیْهِ الزُّبیرُ مُصْلِتاً بِالسَّیْفِ فَعَثَرَ فَسَقَطَ السَّیْفُ مِنْ یَدِهِ، فَوَثَبُوا عَلَیْهِ فَأَخَذُوهُ &ldquoÖmər ibn Xəttab Əlinin evinə gəldi. Təlhə, Zübeyr və mühacirlərdən bir qrup adam orada toplaşmışdı. Ömər onlara xitab edərək dedi: &ldquoAllaha and olsun! Beyət üçün evdən çıxmasanız evi yandıracağam!&rdquo Zübeyr qılıncını siyirmiş halda evdən çıxdı, birdən ayağı sürüşdü və qılınc əlindən düşdü. Başqaları hücum edərək qılıncı götürdülər.&rdquo (16) Tarixin bu hissəsi göstərir ki, xəlifə üçün beyət alınması tam irtica və zorakılıq şəraitində, təhdidlə baş vermişdi. Amma görəsən belə bir beyətin nə qədər dəyəri vardı? Belə bir məsələ barəsində insaflı mühakiməni oxucuların özünə həvalə edirik. d) İbn Əbdi Rəbbih və &ldquoƏqdul-fərid&rdquo kitabı İbn Əbdi Rəbbih Əndolosi adı ilə məşhur olan Şəhabuddin Əhməd (463-cü ildə vəfat edib) &ldquoƏqdul-fərid&rdquo kitabında &ldquoSəqifə tarixi&rdquo barəsində ətraflı bir bəhs irəli çəkmişdir. O, &ldquoƏbubəkrə beyətdən imtina edənlər&rdquo ünvanı ilə yazır: فَأمّا عَلیٌّ وَ الْعَبّاسُ وَ الزُّبَیرُ فَقَعَدُوا فِی بَیْتِ فاطِمَةَ حَتّى بَعَثَ إِلَیْهِمْ أَبُوبَکْرُ، عُمَرَ بْنَ الْخَطّابِ لِیُخْرِجَهُمْ مِنْ بَیْتِ فاطِمَةَ وَ قالَ لَهُ: إنْ أَبَوْا فَقاتِلْهُمْ، فَأَقْبَلَ بِقَبَس مِنْ نار أَنْ یُضرِمَ عَلَیْهِمُ الدّارَ، فَلَقِیَتْهُ فاطِمَةُ فَقالَ: یا ابْنَ الْخَطّابِ أَجِئْتَ لِتَحْرِقَ دارَنا؟! قالَ: نِعَمْ، أوْ تَدْخُلُوا فیما دَخَلَتْ فیهِ الأُمَّةُ! Əli, Abbas və Zübeyr Fatimənin evində oturmuşdur. Əbubəkr Ömər ibn Xəttabı göndərdi ki, onları Fatimənin evindən çıxartsın. Ömərə göstəriş vermişdi ki, &ldquoəgər evdən çıxmasalar, onlara güc tətbiq et!&rdquo Ömər ibn Xəttab əlində məşəl Fatimənin evinə yola düşdü. O, evi yandırmaq niyyətində idi. Bu zaman Fatimə ilə qarşılaşdı. Peyğəmbərin qızı dedi: &ldquoEy Xəttabın oğlu! Bizim evimizi yandırmağa gəlmisən?!&rdquo O, cavab verərək: &ldquoBəli! Yalnız o zaman bu fikirdən dönərəm ki, ümmətin daxil olduğuna siz də daxil olasınız!&rdquo &ndash dedi (17) Burada Ömərin evi yandırmaqla bağlı qəti qərarını aşkar göstərən hissə sona çatdı. İndi ikinci hissəni araşdırır və bu nəhs fikrin əməli olaraq həyata keçdiyini bəyan edən faktları qeyd edirik. Onların məqsədlərinin Əli və onun köməkçilərini beyətə məcbur etmək üçün yalnız hədə-qorxudan ibarət olması və belə bir təhdidi əməli olaraq həyata keçirmək fikrində olmamaları əsla təsəvvür olunmamalıdır. Yürüş baş verdi! Bura qədər xəlifə və onun ətrafındakıların bəd niyyətini göstərən tarixi sitatlar sona çatdı. Bəziləri bu faciənin davamını aydın əks etdirmək istəməmiş, yaxud əks etdirə bilməmişlər. Halbuki, başqaları faciənin məzmununa, yəni vəhy evinə yürüşə və s. işarə etmişlər. İndi həzrət Fatimeyi-Zəhra (əleyha salam)-ın evinə olan hücum və ona qarşı göstərilən hörmətsizliyə dair hadisələrin mənbələrini qeyd edirik. (Burada da mənbələri nəql edərkən əksər hallarda zaman ardıcıllığı nəzərə alırıq.) e) Əbu Ubeyd və &ldquoƏl-əmval&rdquo kitabı Əbu Ubeyd Qasim ibn Salam (224-cü qəməri ilində vəfat edib) əhli-sünnət fəqihlərinin etimad göstərdiyi &ldquoƏl-əmval&rdquo kitabında yazır: &ldquoƏbdurrəhman ibn Ovf deyir: Əbubəkr ölüm ayağında ikən onun evinə getdim. Uzun söhbətdən sonra dedi: وَدَدْتُ أنّی لَمْ أکْشِفْ بَیْتَ فاطِمَةَ وَ تَرَکْتُهُ وَ إنْ أُغْلِقَ عَلَى الْحَرْبِ &ldquoKaş gördüyüm üç işi görməzdim: Kaş görmədiyim üç işi görəydim! Kaş Peyğəmbərdən üç şeyi soruşardım! Görməməyi arzu etdiyim birinci iş budur ki, kaş Fatimənin evinə hörmətsizlik etməyəydim, onu rahat buraxaydım, hətta müharibə niyyəti ilə qapını bağlamış olsaydı belə!&rdquo (18) Əbu Ubeyd bura çatanda &ldquoləm əkşif beytə Fatimətə və tərəktuhu&rdquo (yəni kaş Fatimənin evinə hörmətsizlik etməyəydim, onu rahat buraxaydım) cümləsinin yerinə yazır: və kəza və kəza (və sair və sair). Sonra əlavə edir ki, onu qeyd etməyə marağım yoxdur.&rdquo Əbu Ubeyd özünün məzhəbi təəssübkeşliyi üzündən, yaxud başqa (naməlum) səbəblərə görə həqiqəti nəql etmək fikrindən dönsə də, &ldquoƏl-əmval&rdquo kitabını tədqiq edənlər onun haşiyəsində yazmışlar ki, ixtisara salınan cümlələr &ldquoMizanul-etidal&rdquo kitabında qeyd olunmuşdur. Bundan əlavə Təbərani özünün &ldquoMöcəm&rdquo kitabında, İbn Əbdi Rəbbih isə &ldquoƏqdul-fərid&rdquo kitabında və başqaları ixtisara salınmış cümlələri qeyd etmişlər. (Diqqət edin!) ə) Təbərani və &ldquoƏl-möcəmul-kəbir&rdquo kitabı Əbulqasım Süleyman ibn Əhməd Təbərani (260-360 h.q.) (Zəhəbi &ldquoMizanul-etidal&rdquo kitabında (19) onu mötəbər adam sayır) &ldquoƏl-mucəmul-kəbir&rdquo kitabında (bu kitab təkrar çap olunmuşdur) Əbubəkr, onun xütbələri və vəfatı ilə əlaqədar belə xatırladır: أَمّٰا الثَّلاثُ اللاَّئِی وَدَدْتُ أَنِّى لَمْ أَفْعَلْهُنَّ، فَوَدَدْتُ أَنِّی لَمْ أَکُنْ أَکْشِِفُ بَیْتَ فٰاطِمَةَ وَ تَرَکْتُهُ... Əbubəkr ölüm ayağında müəyyən şeyləri təmənna edir və deyirdi: &ldquoKaş üç işi görməzdim, uç işi görərdim və üç şeyi də Peyğəmbərdən soruşaydım! Görməməyi arzu etdiyim şeylərdən biri budur: Kaş Fatimənin evinə sayğısızlıq etməyəydim və onu rahat buraxaydım!&rdquo (20) Bu təbirlər gözəl şəkildə göstərir ki, onun etdiyi təhdidlər (evə od vurmaq) Ömərin vasitəsi ilə həyata keçmişdi. f) Yenə də İbn Əbdi Rəbbih və &ldquoƏqdul-fərid&rdquo kitabı &ldquoƏl-əqdul-fərid kitabının müəllifi İbn Əbdi Rəbbih Andolosi (463-ci ildə vəfat edib) öz kitabında Əbdurrəhman ibn Ovfdan belə nəql edir: Əbubəkr xəstə olanda onu ziyarət etməyə getdim. O, dedi: &ldquoKaş üç şeyi yerinə yetirməzdim. O üç şey bundan ibarətdir: وَدَدْتُ أنّی لَمْ أکْشِفُ بَیْتَ فٰاطِمَةَ عَنْ شَیْءٍ وَإنْ کٰانُوا أَغْلَقُوهُ عَلَى الْحَرْبِ &ldquoKaş Fatimənin evinin qapısını açmazdım, hətta düşmənçilik məqsədilə evin qapısını bağlamış olsaydılar belə!&rdquo (21) Gələn bəhslərdə də xəlifənin bu sözlərini nəql edən digər şəxsiyyətlərin adlarını və bu barədə dediyi sözləri qeyd edəcəyik. i) Nəzzamın &ldquoƏl-vafi bil-vəfəyat&rdquo kitabındakı sözü İbrahim ibn Səyyad Nəzzam Mötəzili (160-231 h.q.) nəzm və nəsrdə kəlamının gözəlliyinə görə &ldquoNəzzam&rdquo adı ilə məşhur olmuşdur. O, bir çox kitablarda Fatimənin evinə yürüş məsələsini qeyd edərək deyir: إِنَّ عُمَرَ ضَرَبَ بَطْنَ فٰاطِمَةَ یَوْمَ الْبَیْعَةِ حَتّٰى ألْقَتِ الْمُحْسِنَ مِنْ بَطْنِهٰا &ldquoÖmər Əbubəkr üçün beyət alınan gündə Fatimənin qarnına (zərbə) vurdu və bətnindəki Möhsin siqt oldu.&rdquo (22) j) Mübərrəd və &ldquoKamil&rdquo kitabı İbn Əbil-Hədid yazır: Məşhur ədib, yazıçı və bir çox məşhur əsərlərin sahibi olan Məhəmməd ibn Yəzid ibn Əbdul-Əkbər Bağdadi (210-285 h.q.) özünün &ldquoƏl-kamil&rdquo kitabında Əbdurrəhman ibn Ovfdan xəlifənin arzuları hadisəsini qeyd edərək yazır: وَدَدْتُ أنّی لَمْ أکُنْ کَشَفْتُ عَنْ بَیْتِ فاطِمَةَ وَ تَرَکْتُهُ وَ لَوْ أُغْلِقَ عَلَى الْحَرْبِ (23) y) Məsudi və &ldquoMurucuz-zəhəb&rdquo kitabı Məsudi (vəfat 325-ci h.q.) &ldquoMurucuz-zəhəb&rdquo kitabında yazır: Əbubəkr can verərkən deyirdi: &ldquoMən üç iş görmüşəm və arzu edirəm ki, kaş onları görməyəydim. Onlardan biri bu idi: فَوَدَدْتُ أنّی لَمْ أَکُنْ فَتَّشْتُ بَیْتَ فٰاطِمَةَ وَ ذَکَرَ فِی ذٰلِکَ کَلاماً کَثِیراً! &ldquoKaş Fatimənin evinin hörmətsizlik etməyəydim!&rdquo O bu barədə çox sözlər demişdir. (24) Məsudi əhli-beyt (əleyhimus-salam) ilə əlaqədar müvafiq nəzəriyyələrə malik olsa da, burada sanki xəlifənin sözünü qeyd etməkdən çəkinmiş və kinayə ilə (üstü örtülü şəkildə) keçmişdir. Əlbəttə, səbəbini Allah bilir və söz yox ki, Allahın bəndələri də bəzi şeyləri bilir. k) Zəhəbi və &ldquoMizanul-etidal&rdquo kitabı Zəhəbi &ldquoMizanul-etidal&rdquo kitabında Məhəmməd ibn Əhməd Kufi Hafizdən nəql edir ki, Əhməd ibn Məhəmmədin &ndash İbn Əbi Darəmin adı ilə şöhrət tapmış mühəddis Kufinin hüzurunda (vəfat 357-ci h.q.) bu hədis oxundu: إِنَّ عُمَرَ رَفَسَ فٰاطِمَةَ حَتّٰى أسْقَطَتْ بِمُحْسِنٍ &ldquoÖmər Fatiməyə bir təpik vurdu və onun bətnində olan Möhsün aldı uşaq siqt oldu.&rdquo (25) g) Əbdul-Fəttah Əbdul-Məqsud və &ldquoƏl-imam Əli&rdquo kitabı O, kitabının iki yerində vəhy evinə hücum ilə bağlı bəhs etmişdir. Biz onlardan birini qeyd etməklə kifayətlənirik: وَالَّذِی نَفْسُ عُمَرَ بِیَدِهِ، لَیَخْرُجَنَّ أَوْ لاَحْرَقَنَّهٰا عَلىٰ مَنْ فِیهٰا...! قٰالَتْ لَهُ طاٰئِفَةٌ خٰافَتِ اللهََ وَرَعَتِ الرَّسُولَ فِی عَقَبِهِ: یٰا أَبٰاحَفْصٍ، إِنَّ فِیهٰا فَاطِمَةَ... ! فَصٰاحَ: لا یُبٰالِی وَ إِنْ...! وَ اقْتَرَبَ وَ قَرَعَ الْبٰابَ، ثُمَّ ضَرَبَهُ وَ اقْتَحَمَهُ... وَ بَدٰا لَهُ عَلِیٌّ... وَ رَنَّ حِینَذٰاکَ صَوْتُ الزَّهْرٰاءِ عِنْدَ مَدْخَلِ الدّٰارِ... فَإنْ هِیَ إلاّ طَنینُ اسْتِغاثَةٍ... &ldquoÖmər dedi: &ldquoAllaha and olsun ki, Ömərin canı onun əlindədir! Ya evdən çıxmalısınız, ya da sakinləri ilə birlikdə onu odlayacağam!&rdquo Allahdan qorxan və peyğəmbərin vəfatından sonra onun ailəsinin məqam və məzilətinə ehtiram qoyanlardan bir dəstəsi dedi: &ldquoEy Əba Həfs! (Axı) Fatimə bu evdədir?!&rdquo O, qorxub-çəkinmədən bağırdı: &ldquoOlsun!&rdquo Sonra yaxınlaşdı, qapını döydü və evə soxuldu. Əli (əleyhis-salam) irəli çıxdı.... evin girəcəyində Fatimənin səsi ucaldı... O, köməyə çağırırdı...&rdquo * * * Bu bəhsi Məqatil ibn Ətiyyənin &ldquoƏl-imamətu vəl-xilafət&rdquo kitabındakı digər bir rəvayətlə sona çatdırırıq (baxmayaraq ki, bu barədə deyilməmiş sözlər daha çoxdur). O, öz kitabında belə yazır: إِنَّ أَبٰابَکْرٍ بَعْدَ مٰا أَخَذَ الْبَیْعَةَ لِنَفْسِهِ مِنَ النّٰاسِ بِِالْإِرْهٰابِ وَ السَّیْفِ وَ الْقُوَّةِ أَرْسَلَ عُمَرَ وَ قُنْفُذاً وَ جَمٰاعَةً إِلىٰ دٰارِ عَلِىٍّ وَ فٰاطِمَةَ (عَلَیْهِمَا السَّلامُ) وَ جَمَعَ عُمَرُ الْحَطَبَ عَلَىٰ دٰارِ فٰاطِمَةَ وَ أَحْرَقَ بٰابَ الدّٰارِ!... &ldquoƏbubəkrin camaatdan təhdid və qılınc gücü ilə beyət aldığı zaman Öməri, Qonfozu və bir qrup adamı Əli və Fatimənin evinə göndərdi. Ömər odun yığdı və evin qapısını yandırdı...&rdquo (27) Bu rəvayətin izahında digər ifadələr vardır ki, qələm onları bəyan etməkdən həya edir. Nəticə Ümumiyyətlə əhli-sünnət mənbələrində nəql olunan bu qədər aydın sənədlərlə baxmayaraq, ə onların bəziləri &ldquoşəhadət əfsanəsi&rdquo ifadəsindən istifadə edərək bu acı və danılmaz tarixi hadisəni saxta hesab edirlər! Əgər onlar bu həqiqətin inkarına israr etməsəydilər, biz də bəhsi bu qədər genişləndirməzdik. Ümidvarıq ki, bu həqiqətlərin bəyan edilməsi qəflət yuxusunda olan insanları ayıldacaq ki, tarixi həqiqətləri təəssüb layları arasında gizlətməsinlər və onları inkar etməsinlər. Və ma ələyna illəl-bəlağ. (&ldquoBizim vəzifəmiz yalnız təbliğ etməkdir!&rdquo) Ədəbiyyat: 1. &ldquoFəthul-Bari fi şərhi Səhihi-Buxari&rdquo, 7-ci cild, səh. 84 həmçinin Buxari bu hədisi &ldquoƏlamatun-nübüvvət&rdquo bölməsində: 6-cı cild, səh. 491-də &ldquoMəğazi&rdquo kitabının axırlarında: 8-ci cild, səh. 110-da qeyd etmişdir. 2. &ldquoTövbə&rdquo surəsi, ayə 61. 3. &ldquoMüstədrək&rdquo, Hakim Nişapuri, 3-cü cild, səh. 154 &ldquoMəcməuz-zəvaid&rdquo, 9-cu cild, səh. 203. Hakim &ldquoMüstədrək&rdquo kitabında elə hədisləri qeyd etmişdir ki, Buxari və Müslimin hədisin səhihliyində lazım bildiyi şərtlərə malikdir. 4. &ldquoMüstədrək&rdquo, Hakim, 3-cü cild, səh. 156. 5 &ldquoNur&rdquo surəsi, ayə 36: &ldquo(Allahın nuru) elə evlərdədir ki, Allah onlara icazə vermişdir ki, onların məqam və mənzilətləri yüksəlsin və adı onlarda yad olunsun.&rdquo 6. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) فی بُیُوتِ أَذِنَ اللهُ أَنْ تُرْفَعَ وَ یُذْکَرَ فِیهَا اِسْمُهُ ayəsini oxuduqda bir nəfər ayağa qalxıb dedi: &ldquoYa Rəsuləllah! Bu evlər hansılardır?&rdquo Həzrət buyurdu: &ldquoPeyğəmbərlərin evi.&rdquo Əbubəkr ayağa qalxıb Əli və Fatimənin evinə işarə edərək dedi: &ldquoYa rəsuləllah! Bu ev onlardandırmı?&rdquo Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: &ldquoBəli! (Həm də) onların ən fəzilətlisidir.&rdquo &ldquoƏd-durrul-mənsur&rdquo, 6-cı cild, səh. 203, &ldquoNur&rdquo surəsinin təfsiri. &ldquoRuhul-məani&rdquo, 18-ci cild, səh. 174. 7. &ldquoƏd-durrul-mənsur&rdquo, 6-cı cild, səh. 606. 8. &ldquoƏhzab&rdquo surəsi, ayə 33. 9 .&ldquoƏl-müsənnəf&rdquo, İbn Əbi Şeybə, 8-ci cild, səh. 572, &ldquoMəğazi&rdquo kitabı. 10. &ldquoƏnsabul-əşraf&rdquo, 1-ci cild, səh. 586, &ldquoDarul-məarif&rdquo çapı, Qahirə. 11. &ldquoƏl-əlam&rdquo, Zərkuli, 4-cü cild, səh. 137. 12. &ldquoƏl-imamətu vəs-siyasət&rdquo, İbn Qüteybə, səh.12, &ldquoMisirin &ldquoMəktəbətut-ticariyyətil-Kübra&rdquo çapxanası. 13. Yenə orada, səh. 13. 14. &ldquoMocəmul-mətbuat əl-ərəbiyyə&rdquo, 1-ci cild, səh. 212. 15 .&ldquoƏl-əlam&rdquo, Zərkuli, 4-cü cild, səh. 137, Beyrut, &ldquoDarul-elm&rdquo çapı. 16. &ldquoTarixi Təbəri&rdquo, 2-ci cild, səh. 443, Beyrut çapı. 17. &ldquoƏqdul-fərid&rdquo, 4-cü cild, səh. 93, &ldquoHilal&rdquo çapxanası. 18. &ldquoƏl-əmval&rdquo, 4-cü vərəqaltı haşiyəsi, &ldquoNəşri kulliyatil-Əzhəriyyə&rdquo çapı, səh. 144, Beyrut İbn Əbdi Rəbbih də &ldquoƏqdul-fərid&rdquo, 4-cü cild, səh. 93-də onu nəql etmişdir. Bu, sonradan qeyd olunacaqdır. 19. &ldquoMizanul-etidal&rdquo, 2-ci cild, səh. 195. 20. &ldquoƏl-möcəm əl-kəbir&rdquo, Təbərani, 1-ci cild, səh. 62, hədis 34, Həmdi Əbdul-Məcid Sələfinin təhqiqi. 21. &ldquoƏqdul-fərid&rdquo, 4-cü cild, səh. 93, &ldquoHilal&rdquo çapxanası. 22. &ldquoƏl-vafi bil-vəfəyat&rdquo, 6-cı cild, səh. 17, nömrə 2444 &ldquoƏl-miləlu vən-nihəl&rdquo, Şəhristani, 1-ci cild, səh. 57, &ldquoDarul-mərifət&rdquo çapı, Beyrut. Nəzzamın tərcümeyi-halında &ldquoBuhusun fil-miləli vən-nihəl&rdquo kitabına baxın: 3-cü cild, səh. 248-255. 23. Nəhcul-bəlağə&rdquonin şərhi, İbn Əbil-Hədid, 2-ci cild, səh. 46-47, Misir çapı. 24. &ldquoMurucuz-zəhəb&rdquo, 2-ci cild, səh. 301, &ldquoDarul-Əndolos&rdquo çapı, Beyrut. 25. &ldquoMizanul-etidal&rdquo, 1-ci cild, səh. 139, nömrə 552. 26. Əbdul-Fəttah Əbdul-Məqsud, &ldquoƏli ibn Əbu Talib&rdquo, 4-cü cild, səh. 276-277. 27. &ldquoƏl-İmamətu vəl-xilafət&rdquo, səh. 160-161. Bu, Müqatil ibn Ətiyyənin kitabıdır ki, Doktor Hamid Davudun müqəddiməsi ilə çap olunmuşdur. O, Qahirənin &ldquoEynuş-şəms&rdquo universitetinin müəllimidir (Beyrut çapı, &ldquoƏl-bəlağ&rdquo muəssisəsi).

Müəllif:

Səhifə sayı : 2