Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

İranda yaşayan bəhailər [Bəhailər]

Sual : İran İslam Respublikasında yaşayan bəhailər izhar edirlər ki, biz İranın ümumi qanunlarına tabeyik və heç bir qanunsuz iş görmürük. Lakin burada hüquqlarımızın tapdanmasına dözməli oluruq. Sual budur ki, ümumiyyətlə bəhailər, xüsusilə də İranda yaşayan bəhailər əhli-zimmə sayılırlarmı?
Cavab: Hazırkı şəraitdə bəhailiyin təkcə dini bir məsələ olmadığını, həm də siyasi məqsəd daşıdığını bilirik. Onların yadellilərin mənfəəti üçün fəaliyyət göstərdiklərinə dair çoxlu faktlar var. Bəzi qərb dövlətlərinin qanunverici orqanlarının onları ciddi şəkildə müdafiə etməsi buna əyani sübut ola bilər. Buna görə də belə bir şəraitdə onlara bu məmləkətdə dinc formada yaşamaq istəyən bir qrup kimi baxmaq olmaz. Onlar həqiqətdə muharibdən sayılır.

Qeyri-müsəlman ölkələri vətən seçmək [Ətraf mühit]

Sual : Müsəlmanların qeyri-islam ölkələrini özlərinə vətən seçmələri caizdirmi? Bu, “təərrub bədəl-hicrə” (İslamdan küfrə qayıtmaq) deyildirmi?
Cavab: Əgər küfr və fəsaddan amandadırlarsa, eybi yoxdur. Xüsusilə də tədricən öz sözləri və əməlləri ilə orada İslam təbliğatçısı ola bilsələr, bu iş “təərrub bədəl-hicrə”– nin nümunələrindən deyil.

Livatda evlilik [Livat]

Sual : Livat edən şəxsin (cəzalandırılmasında) evli (cinsi yaxınlıq üçün imkanlı) olmasını şərt bilirsinizmi?
Cavab: Livatda evli və subay arasında fərq yoxdur.

Zinanın haramlığının zati və yaxud ərəzi olması [Zina]

Sual : Zinanın haramlığı zatidir yoxsa ərəzi?
Cavab: Əgər “zati” dedikdə məqsədiniz zinanın haramlığının onun ziyanlı nəticələri ilə heç bir əlaqəsi olmamağıdırsa, (yəni zina ziyanlı nəticə versə də, verməsə də haramdır) cavab budur ki, bəli, zinanın haramlığı zatidir.

Kafir ölkələrə səfər etmək və orada qalmaq [Ətraf mühit]

Sual : Əgər özünün, həyat yoldaşının və ya övladlarından birinin dininin zəifləyəcəyi, yaxud dində olan bəzi vacib əməllərə laqeydlikləri, yaxud da onların əxlaq və mədəniyyətlərinin təsiri altına düşəcəyi ehtimalı varsa, təhsili davam etdirmək üçün küfr və fəsad ölkələrinə səfər etmək caizdirmi?
Cavab: Sualda fərz olunanları nəzərə alsaq, bu səfər işkalsız deyil.

Küfr ölkələrindən sığınacaq almaq [Ətraf mühit]

Sual : Öz ölkəsində iş tapmadığına görə küfr ölkələrindən sığınacaq istəmək caizdirmi?
Cavab: Əgər zərurət bunu tələb edərsə və onların haram adət-ənənələrinin təsiri altına düşməzsə, eybi yoxdur.

Qəzf halları [Əxlaqsızlıq böhtanı]

Sual : Bir şəxs digərini irtidad (mürtəd olma) və küfrdə ittiham edir, amma bu ittihamı şəri hakimə sübut edə bilmirsə, hökmü nədir? 1) Belə halları qəzfin nümunələrindən saymaq olarmı? 2) Cavabın mənfi olduğu təqdirdə onunla necə rəftar etmək lazımdır? 3) İttihama məruz qalmış şəxs öz haqqından keçərsə (hakimə şikayət etməzsə) belə bir şəxsin cəzası ləğv olunurmu?
Cavab: 1) və 2) Qəzf yalnız iki halda: zina və ya livat etməkdə təqsirləndirmədə olur. Qalan iftira növlərinin cəzası isə təzirdir. 3) Zahirən haqq sahibinin güzəştə getməsi ilə təzir hökmü götürülür. Lakin şəri hakim belə hallarda təzirin ləğv olunmasının ictimai fəsadlarla nəticələnəcəyini mülahizə etsə, ikinci dərəcəli ünvana müvafiq olaraq təzir edə bilər.

Edamın növünü dəyişdirmək [Zinanın cəzası]

Sual : Livat ittihamı ilə fiqhdə mövcud məşhur cəzalardan birinə məhkum olunmuş şəxsi dar ağacından asmaqla və ya odlu silahla vurmaqla edam etmək olarmı?
Cavab: Məsləhət tələb edən yerlərdə edam növünün dəyişdirilməsinin maneəsi yoxdur.

Küfr ölkələrində işləmək [Ətraf mühit]

Sual : Müsəlman bir şəxsin küfr və fəsad ölkələrinə mühacirət edib orada işləməsi, öz ixtisasını və fənnini kafirlərin ixtiyarında qoyması caizdirmi?
Cavab: Müsəlmanların düşünən beyinləri və mütəxəssis insanları İslam ölkələrinə xidmət etməlidirlər. Lakin zəruri hallarda, kafirlərin güclənməsinə və müsəlmanların zəifləməsinə səbəb olmamaq, onların haram adət-ənənələrinin təsiri altına düşməmək şərtilə, bunun eybi yoxdur. Əgər öz sözləri və əməlləri ilə o məntəqələrdə İslam təbliğatçısı ola bilsələr, yaxşı bir iş görmüş olarlar.

Küfr ölkələrinə mühacirətlə bağlı ərlə arvadın ixtilafı [Ətraf mühit]

Sual : Qadın öz ərinin kafir ölkələrə getməklə bağlı sözünə baxmaya bilərmi?
Cavab: Əgər ora getmək dininə, etiqadına və əxlaqına ziyan vuracaqsa, onun sözünə baxmamaq (onunla müxalifət etmək) caizdir.

Cəzanın böhtan atan şəxin həyatı üçün təhlükəli olması [Böhtan atmağın cəzası]

Sual : 75 yaşlı qadın qəzf cəzasına məhkum edilmişdir. Lakin ekspert həkimin qənaətinə görə qadın xəstədir və ona şallaq vurmaq (sağlamlığı üçün) təhlükəlidir. Ziğs (80 çubuğu dəstə şəklində vurmaq) və yaxud xəstə sağalana qədər gözləmək qəzf cəzasında da mövcuddurmu? Əgər xəstə heç vaxt sağalmasa, vəzifə nədir?
Cavab: Əgər cəzanın tətbiq edilməsində təhlükə yaranarsa, cəza icra olunmamalı və təhlükə aradan qalxana qədər təxirə salınmalıdır. Əgər xəstənin sağalmasına ümid yoxdursa, ziğsdən istifadə olunmalıdır.

Küfr və mürtədlik ittihamı [Təzirlər]

Sual : Bir şəxs digərini irtidad (mürtəd olma) və küfrdə ittiham edir, amma bu ittihamı şəri hakimə sübut edə bilmirsə, hökmü nədir? 1) Belə halları qəzfin nümunələrindən saymaq olarmı? 2) Cavabın mənfi olduğu təqdirdə onunla necə rəftar etmək lazımdır? 3) İttihama məruz qalmış şəxs öz haqqından keçərsə (hakimə şikayət etməzsə) belə bir şəxsin cəzası ləğv olunurmu?
Cavab: 1) və 2) Qəzf yalnız iki halda: zina və ya livat etməkdə təqsirləndirmədə olur. Qalan iftira növlərinin cəzası isə təzirdir. 3) Zahirən haqq sahibinin güzəştə getməsi ilə təzir hökmü götürülür. Lakin şəri hakim belə hallarda təzirin ləğv olunmasının ictimai fəsadlarla nəticələnəcəyini mülahizə etsə, ikinci dərəcəli ünvana müvafiq olaraq təzir edə bilər.

Dini təbliğatçının küfr ölkələrinə səfəri [Ətraf mühit]

Sual : Din təbliğatçısı öz həyat yoldaşı və övladlarının dininin zəifləyəcəyinə ehtimal edirsə, təbliğ üçün küfr ölkələrinə səfər edə bilərmi?
Cavab: Sadəcə ehtimal etmək kifayət deyil, ehtimal güclü olmalıdır. İslam təbliğinə aid olan belə məsələlərdə vasvasılığa yol verilməməlidir.

Kəbin oxunmadan nişanlı ilə cinsi əlaqə [Zinanın cəzası]

Sual : Şərət yolu ilə nikah (kəbin) oxunmazdan öncə nişanlı ilə arxadan yaxınlıq etməyin hökmü nədir?
Cavab: Əgər düxul (dəllək kəsən yerə qədər daxil olma) gerçəkləşərsə, onun haqqında zina cəsazı tətbiq olunmalıdır.

Başqalarına söyməyin cəzası [Böhtan atmağın cəzası]

Sual : Arvadına ana-bacı söyüşü söyən və dili daim başqalarının qeybətinə adət etmiş şəxsin hökmü nədir?
Cavab: Başqalarını söymək və nalayiq sözlər deməyin cəzası bəzi hallarda təzir cəzasıdır. Bəzi hallarda isə qəzf cəzasıdır (80 şallaq) ki, şəri hakimin hökmü ilə yerinə yetirilir.

Peyğəmbərə həqarət edən müsəlman [Mürtəd]

Sual : Müsəlman bir şəxs əsəbiləşərkən dəfələrlə peyğəmbər-əkrəmə (səlləllahu ələyhi və alihi və səlləm) və məsum imamlara (əleyhimus-səlam) təhqiramiz sözlər demişdir. Halbuki, öz gümanına görə Həzrət Əbülfəzə (səlamullah əleyh) etiqad və məhəbbət bəsləyir. Onun həyat yoldaşının, övladlarının və qohumlarının vəzifələrini bəyan edin.
Cavab: Əgər onun halı adi haldırsa (anormal adam deyilsə), İslamdan çıxmışdır. Həyat yoldaşı ondan ayrılmalıdır. Amma əgər təbii haldan çıxmışdırsa və yaxud təbii haldan çıxıb-çıxmamağı şübhəlidirsə, İslam dinində qalır. Birinci surətdə tövbə etsə və keçmiş arvadı yenidən onun əqdinə keçsə, nikahları səhihdir.

Zina baş verdiyini düşünərək zina edəni qətlə yetirmək

Sual : Bir şəxs kürəkəninin (qızının ərinin) onun arvadı ilə zina etməsini güman edib, qəsdən onu qətlə yetirir. Zina baş verdiyini bilmək qətlə əsas verirmi? Qatilin bu barədə qənaətinin qətlin növündə təsiri varmı? Bu mövzu qətlə yetirilənin qanının hədər olması etiqadına daxildirmi?
Cavab: Zinadan baxəbər olmaq öz-özlüyündə qətlə əsas vermir. Yalnız onu öz arvadı ilə zina edən halda görərsə, bu halda onun qətli caizdir. Lakin məhkəmədə sübuta yetməyincə, “qəsdən adam öldürmə” sayılır. Bir şəxsin başqa birinin qanının hədər olmasını düşünərək onu öldürdüyü sübuta yetən hallarda, qəsdən adam öldürməyə bənzər cinayət sayılır.

Zina baş verdiyini düşünərək zina edəni qətlə yetirmək [İnsanın zövcəsi ilə zina edəni öldürmək]

Sual : Bir şəxs kürəkəninin (qızının ərinin) onun arvadı ilə zina etməsini güman edib, qəsdən onu qətlə yetirir. Zina baş verdiyini bilmək qətlə əsas verirmi? Qatilin bu barədə qənaətinin qətlin növündə təsiri varmı? Bu mövzu qətlə yetirilənin qanının hədər olması etiqadına daxildirmi?
Cavab: Zinadan baxəbər olmaq öz-özlüyündə qətlə əsas vermir. Yalnız onu öz arvadı ilə zina edən halda görərsə, bu halda onun qətli caizdir. Lakin məhkəmədə sübuta yetməyincə, “qəsdən adam öldürmə” sayılır. Bir şəxsin başqa birinin qanının hədər olmasını düşünərək onu öldürdüyü sübuta yetən hallarda, qəsdən adam öldürməyə bənzər cinayət sayılır.

Oğrunun kəsilmiş əlini yerinə tikmək [Oğurluğun cəzası]

Sual : Oğrunun əli kəsiləndən sonra əlini əvvəlki yerinə bilərmi?
Cavab: Fiqhin qisas bölümündə bu məsələ məşhurdur ki, cani kəsilmiş qulağı öz əvvəlki yerinə tiksə (peyvənd etsə) və bu peyvənd tutsa, zərərçəkən özü kimi olsun deyə, onu kəsə bilər. İmam Baqirdən (əleyhis-səlam) buna aid sənədi mötəbər olan, yaxud ən azından səhabələrin əməl etdikləri bir hədis nəql olunmuşdur. Bu hədisin xüsusiyyətlərini kənara qoymaqla (ümumiləşdirməklə) məzmununu cəzalar fəslinə aid etmək çətin olsa da oğrunun əlinin kəsilməsini çatdıran dəlil və sübutların zahiri bunu göstərir ki, onu peyvənd etmək caiz deyil. Xüsusilə də “İləl” və ”Uyun”-da İmam Rizadan (əleyhis-səlam) nəql olunan hədisdə deyilir: وعلّة قطع اليمين من السارق لانه تباشر الاشياء (غالباً) بيمينه و هى افضل اعضائه و انفعهاله فجعل قطعها نكالا و عبرة للخلق لئلا يبتغوا اخذ الاموال من غير حلّها و لانّه اكثر ما يباشر السرقه بيمينه Bu məna peyvənd etməklə uyğun deyil. Digər bir hədisdə deyilir: عن النّبى(صلى الله عليه وآله) انّه اتى بسارق فامر به فقطعت يده ثم علقت فى رقبته (“Cəvahir”, 41-ci cild, səh. 543, “Sünəni-Beyhəqi”, 8-ci cild, səh. 275)

Şərab içənin cəzası [Spirtli içkilər (nəcislər)]

Sual : Şərab içən adamı lənətləmək caizdirmi? Onun cəzası nədir?
Cavab: Aşkarda şərab içən şəxsi lənətləmək caizdir. Onun cəzası 80 şallaqdır.

Daimi nikahdan sonra qızın zinası [Zina]

Sual : Bir qız bir oğlanla ailə həyatı qurub. Onların arasında daimi nikah siğəsi oxunsa da toy mərasimləri hələ təşkil olunmayıb. Əgər qız atasının evində zina etsə, bu zina möhsinədir, yoxsa qeyri-möhsinə?
Cavab: Möhsinə zina deyil.

Zinanı sübut etmək üçün tibbi ekspertizanın rəyi [Zina]

Sual : Şəriət hakimi zinanı və yaxud livatı sübuta yetirmək üçün ekspert həkimin verdiyi qərara əsaslana bilərmi? Yəni, dəqiq elmi analiz üçün müttəhimləri ekspert həkimin müayinəsinə göndərə bilər, yoxsa belə hallarda cəzanı tətbiq etmək üçün dəlilləri şəxsən özünün görməsi lazımdır?
Cavab: Ekspertizanın qərarı təklikdə kifayət deyil.

Əli kəsərkən hissizləşdirici dərmandan istifadə [Oğurluğun cəzası]

Sual : Oğurluq cəzasını icra edərkən hissizləşdirici dərmanlardan istifadə etməyin hökmü nədir?
Cavab: Eybi yoxdur.

Oğrunun kəsilmiş əlinin başqasına transplantasiyası [Oğurluğun cəzası]

Sual : Oğrunun kəsilmiş barmaqlarını başqasının əlinə məsələn, kombinatda əli kəsilmiş şəxsin əlinə tikməyin (peyvənd) hökmü nədir? Bunun caiz olduğu təqdirdə üzvün sahibinin buna icazə verməsi lazımdırmı?
Cavab: Üzvün sahibinin icazəsi ilə caizdir.

Daimi nikahdan sonra zina [Zina]

Sual : Bir qızla bir oğlan zina etmişlər. Oğlan bu əməldən sonra başqa bir qızla evlənmişdir. Amma evləndikdən sonra da bu əməli (zinanı) həmin qızla təkrar etmişdir. Oğlanın ikinci qızla evlənəndən sonra etdiyi bu zina, möhsinə zina sayılırmı?
Cavab: Evlənəndən sonra əlaqədə olmuşdursa və bu əməli birinci qızla davam edirsə, möhsinə zina sayılır.

Möhsünə zinasının cəzası [Zinanın cəzası]

Sual : Möhsinə zinanın cəzası nədir?
Cavab: Möhsinə zinanın cəzası daşqalaqdır. Lakin bu iş böyük fəsadlara gətirib çıxararsa, edamı başqa metodla da həyata keçirmək olar. İqrar halında hufeyrədən (daşqalaq çalasından) qaçmaq hökmünə oxşar hökm burada da icra olunur.

İnsan cəsədinin oğurlanması üçün cəza [Oğurluğun cəzası]

Sual : İnsan cəsədi mal-əmlak sayılırmı? Şəriət baxımından qanuni məqsədlər üçün onun alveri caizdirmi? Cəsəd oğurluq halı üçün cinayət faktı ola bilərmi? Xüsusilə də onun ölüm tarixindən əsrlər keçdiyi bir halda cəsəd tarixi və arxeoloji baxımdan qiymətli sayılarsa?
Cavab: Müsəlmanın cəsədinin alğı-satqısı caiz deyil və mal (əmlak) sayılmır. Amma qeyri-müsəlmanın bədəni anatomiya kimi şəri-qanuni məqsədlər üçün icazəli olan hallarda belə (alğı-satqısı) eyibsiz deyil. Hər iki halda oğurluq cəzasını icra etmək işkallıdır.

Oğurlanmış malın qaytarılmasının cəzanın icrasında təsiri [Oğurluğun cəzası]

Sual : İslam cinayət məcəlləsində və bəzi fiqhi mənbələrdə oğurluq halları üçün təyin olunan cəzanın həyata keçirilməsində mütləq (qeydsiz-şərtsiz) şəkildə bəyan olunan şərtlərdən biri də budur ki, oğru oğurluqdan sonra malı sahibinə qaytarmamış olsun. Sual budur ki, sözü gedən bu şərt istintaqın bütün mərhələlərində – hətta cinayət sübut olunandan və qərar çıxarılandan sonra da qüvvədədir, yoxsa hakimə şikayət olunmazdan öncəyə aiddir?
Cavab: Cinayət sübuta yetəndən və qərar çıxarılandan sonra malı sahibinə qaytarmağın heç bir faydası yoxdur və cəzanın ləğv olunmasına səbəb olmur.

Malını uduzan şəxs tərəfindən cəza tələbi [Oğurluğun cəzası]

Sual : Oğrunu cəzalandırmaq üçün bütün şərtlərdən başqa oğrunun əlinin kəsilməsinə dair zərərçəkənin tələbi də lazımdır, yoxsa başqa şərtlərin mövcud olduğu təqdirdə sadəcə qazıya şikayət etməklə, cəzanın icrası vacib olacaqdır?
Cavab: Onun şikayəti kifayətdir, cəzanın icra olunmasına dair tələbə ehtiyac yoxdur.
Səhifə sayı : 52