Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
“Pakistan şiələrini qətlə yetirənlər tez bir zamanda müəyyən edilib cəzalandırılmalıdır!”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Pakistanda şiələrin qətliamını pislədi:

Heç bir məntiq, ağıl və qanunu tanımayan vəhhabilər, qəddarlıqla insanları qətlə yetirirlər. Bir daha baş verməsin deyə Pakistan hökuməti tez bir zamanda o ağır cinayəti törədənləri müyyən etməli və onda əli olanları tapıb cəzalandırmalıdır!

1004 İstifadəçilərin sayı: 3/5/2012 12:00:00 AM Nəşr tarixi:
Qurana qarşı hörmətsizliyi kəskin şəkildə pisləyirik
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi ali fiqh mühazirəsinə başlamazdan öncə

“Qurana həqarət olunmasını kəskin şəkildə pisləyirik! Dəstəkləndikləri güclərdən çəkindiklərinə görə susub, bu hadisəyə laqeyd qalan İslam ölkələrinin başçıları ilə də barışmırıq!”

943 İstifadəçilərin sayı: 2/28/2012 12:00:00 AM Nəşr tarixi:
Demokratiyadan xəbəri olmayan hakimlərin Suriyadan demokratiya tələbi
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi ali fiqh mühazirəsinə başlamazdan öncə

Müsəlmanların yuxudan oyanıb İslam mədəniyyətini dirçəltmələrinə ümid edirəm. Qərb, humanizm və insanlıq adı altında özünün çirkin mənafeyini güdür. İslam aləmi onları dəstəkləməməlidir.

924 İstifadəçilərin sayı: 2/21/2012 12:00:00 AM Nəşr tarixi:
Bu gün insan hüquqları siyasətçilərin əlində məzhəkəyə çevrilib
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Cenevrə universitetinin beynəlxalq hüquq departamentinin rəhbəri ilə görüşdü:


“İnsan hüquqları ilə bağlı İrana çoxlu etirazlar olunur. Halbuki seçkinin, demokratiyanın olmadığı, insan hüquqlarının pozulduğu və onların mənafeini təmin edən bəzi Ərəb dövlətlərinə heç bir etiraz olunmur.”

1005 İstifadəçilərin sayı: 1/13/2012 12:00:00 AM Nəşr tarixi:
"Əl-fahişə vəchun axər li Ayişə" kitabının müəllifinə cavab
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin şagirlərindən birinin müraciəti:

Şübhəsiz ki, biz də, Ayişənin davranışlarında səhvlər müşahidə edirik. Onun, həzrət Əlinin (ə) əleyhinə - 20 min nəfərin ölümü ilə nəticələn qiyamını pisləyirik. Sizin Ayişəyə aid etdiyniz iftiralar isə, müqəddəs Peyğəmbərimizə (s) hörmətsizlikdir.

1502 İstifadəçilərin sayı: 1/11/2012 12:00:00 AM Nəşr tarixi:
Qərblilər, dünyanın ən rəhmsizləridir.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi ali fiqh mühazirəsinə başlamazdan öncə deyib:

“Tarixdə analoqu görünməyən bu müdhiş və anti-bəşər cinayətlərin əsas amili Amerika, İsrail və onların əlaltıları olan bəzi Ərəb dövlətləridir. Onlar öz murdar, maddi mənafelərini təmin etmək üçün qan gölü düzəltməyə və günahsızları tikə-tikə etməyə hazırdır.”

906 İstifadəçilərin sayı: 1/8/2012 12:00:00 AM Nəşr tarixi:
İslama qarşı düşmənçilik siyasəti yeridənlər dünya müsəlmanlarının cavabını gözləsinlər
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi ali fiqh mühazirəsinə başlamazdan əvvəl deyib:

Hazırda Bəhreyn, Əhsa, Qətif və Azərbaycan müsəlmanlarının bir qrupu nəhs ücbucağın təzyiqi altındadır. Bu yolu davam etmək xoşagəlməz sonluqla nəticələnəcək. Azərbaycan, Bəhreyn və Hicaz şiələri sükut etməyəcəklər. Bütün dünya şiələri onların səsinə səs verəcək.

894 İstifadəçilərin sayı: 1/7/2012 12:00:00 AM Nəşr tarixi:
“İrana qarşı yeridilən embarqo siyasəti və təhdidlərin heç bir təsiri olmayacaq!”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi (müddə zilluhul-ali) fiqhin xaric dərsinə başlamazdan əvvəl deyib:

Hazırda qərb dövlətləri öz puç gümanlarına əsasən, dünyanın diqqətini bizim əleyhimizə səfərbər edib. Embarqo və hədələrlə  bizim üçün məhdudiyyətlər qoymuşlar. Bəzi şəxslər bu hay-küydən təsirlənib. Halbuki bu hədələrə və embarqolara əsla etina etməməliyik.

1001 İstifadəçilərin sayı: 1/2/2012 12:00:00 AM Nəşr tarixi:
“Qərbin elm sahəsində monopoliyasını sındırmaq lazımdır.”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Atom Enerjisi Təşkilatının üzvlərindən bir qrupu ilə görüşüb

Biz qərblilərin elmi inkişafda olan monopoliya səylərini sındırmalıyıq. Bizim gənclər öz yüksək istedadları ilə elmin bu paxıllarını utandırmalıdırlar

916 İstifadəçilərin sayı: 12/22/2011 12:00:00 AM Nəşr tarixi:
Aşura İslamı və İslam dövlət quruluşunu dünyada sığortalayır
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi (müddə zilluhul-ali) fiqhin xaric dərsinə başlamazdan əvvəl:

İran xalqı Aşura ilə özünü sığortalayır və heç vaxt məğlub olmayacaq. Düşmənlərin etirafına görə nə qədər ki, Aşura var, onlar sanksiyalar vasitəsilə İrana təzyiq göstərə bilməzlər.

933 İstifadəçilərin sayı: 12/13/2011 12:00:00 AM Nəşr tarixi:
İnqilab övladlarına bir ata nəsihəti
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (muddə zilluhul-ali) müraciəti

Bütün əziz gənclərə bir ata kimi nəsihət edirəm ki, belə hallarda qanundankənar addım atmasınlar. Böyük inqilab Rəhbərinin və məsul qurumların icazəsi olmadan hərəkət etməsinlər. Biz çox diqqətli olmalı və onların əlinə bəhanə verməməliyik.

1059 İstifadəçilərin sayı: 12/11/2011 12:00:00 AM Nəşr tarixi:
Həzrət ustadın Kərbəla şəhidlərinin ağası İmam Hüseynin (əleyhis-salam) əzadarlarına tövsiyələri
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (muddə zilluhul-ali) dəftərxanasının mətbuat xidməti:

1433-cü ilin Aşurası böyük əzəmət və təntənə ilə yetişməkdədir. Kərbəla şəhidlərinin pak qanları yenidən qaynayır və Hüseyn məktəbinin aşiqləri bu əzəmətli tarixi mərasimləri keçirmək üçün lazımi hazırlıqları görürlər.

1078 İstifadəçilərin sayı: 11/27/2011 12:00:00 AM Nəşr tarixi:
Biz bütün qonşu ölkələrdə ictimai asayiş və sabitliyin bərqərar olmasını istəyirik
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi (müddə zilluhul-ali) fiqhin xaric dərsinə başlamazdan əvvəl:
Bizim yeganə hədəfimiz Azərbaycan xalqının xoşbəxtliyi və İslam hökmlərinin himayəsi olub. Mərcəyi-təqlidin işi dünyanın hər yerində müqəddəs  İslam hökmlərini himayə etməkdir. Bəzilərinin təsəvvürünün əksinə olaraq bunu digər ölkələrin daxili işlərinə müdaxilə etmək kimi qələmə vermək düzgün deyil. Çünki onların müqəllidləri və ardıcılları dünyanın hər yerində vardır.
950 İstifadəçilərin sayı: 11/17/2011 12:00:00 AM Nəşr tarixi:
Ali məqamlı ustadın “Bəqi” qəbiristanlığında Əhli-beyt imamlarının (əleyhimus-salam) məqbərələrinin dağıdılmasının ildönümü münasibəti ilə müraciəti
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (muddə zilluhul-ali) dəftərxanasının mətbuat xidmətinin məlumatı:

  Onlar təkcə “Bəqi”də dəfn olunan imamların (əleyhimus-salam) qəbirlərini deyil, üstəlik Məkkə və Mədinə şəhərlərində hər biri islamın əzəmətini əks etdirən, dünya müsəlmanlarının canlı tarixi olan bütün tarixi mirasını məntiqsiz fikirlər və puç etiqadlar əsasında dağıtmışlar.

1047 İstifadəçilərin sayı: 9/7/2011 12:00:00 AM Nəşr tarixi:
Ali məqamlı ustadın Səudiyyə Ərəbistanı müftilərinin sədri Əbdül-Əziz Alil-Şeyx cənablarına açıq məktubu
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazının (müddə zilluhul-ali) dəftərxanası tərəfindən yayımlandı:

Bu həqiqəti unutmayın ki, şiələrə qarşı bu nalayiq və əsassız töhmətlər, onların təkfir edilməsi İslam düşmənlərinə, xüsusilə də Amerika və İsrailə böyük xidmətdir. Çünki bu kimi tədbirlər dünya şiələrində vəhhabilərə qarşı böyük nifrət hissi oyadır.

1384 İstifadəçilərin sayı: 5/6/2011 12:00:00 AM Nəşr tarixi:
Cənab Qərzavi yersiz təəssübkeşliyi kənara qoysun və həqiqətlərə diqqət yetirsin!
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi fiqhin xaric dərsinin başlanğıcında:



Cənab Qərzavi Misirdə qiyama dəstək verir, Liviyada müharibə tərəfdarıdır. Amma növbə Bəhreynə çatanda diktatorluğu himayə edir! Belə ikili standartlar dini bir alim üçün düzdürmü?!

1532 İstifadəçilərin sayı: 4/4/2011 12:00:00 AM Nəşr tarixi:
Liviyada baş verən son faciələrlə bağlı ali məqamlı ustad Məkarim Şirazinin bəyanatı
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazının (müddə zilluhul-ali) dəftərxanası tərəfindən yayımlandı:

İslam dünyası niyə susur?
İslam rəhbərləri, alimləri və siyasətçiləri nə üçün sükut edir? İslam konfransı niyə susur? Niyə ərəb ölkələri liqası heç nə etmir? Nə üçün onlara ölüm saçan sükut hakim kəsilib?

1611 İstifadəçilərin sayı: 3/21/2011 12:00:00 AM Nəşr tarixi:
Həzrət ustadın bir qrup Hicaz və Misir müftilərinə MÜRACİƏTİ
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası tərəfindən yayılan xəbərə görə:

Zülmkar hakimiyyətə qarşı xalq qiyamlarını və milli-azadlıq hərəkatlarını məhkum edən bir qrup müfti təcili olaraq öz rəylərinə yenidən nəzər salmalı, islam ümmətinin sıralarına qoşulmalı, bu kimi hərəkatlarda təşəbbüsü ələ almalıdırlar ki, islam düşmənləri onu öz xeyirlərinə müsadirə edə bilməsinlər.

1656 İstifadəçilərin sayı: 3/7/2011 12:00:00 AM Nəşr tarixi:
Ali məqamlı ustadın qeyrətli Misir xalqına və “əl-Əzhər” universitetinin alimlərinə MÜRACİƏTİ
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası tərəfindən verilən məlumata görə:

Ədalət, məntiqi azadlıq, yoxsulluqla mübarizə və yadellilərin müsəlmanların müqəddəratına müdaxilə etməməsi İslamın və Qurani-kərimin əsas və danılmaz prinsiplərindəndir.

2785 İstifadəçilərin sayı: 2/4/2011 12:00:00 AM Nəşr tarixi:
Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili
Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:
İslam ölkələrinin rəhbərləri bilməlidirlər ki, xarici qüvvələrə və əcnəbilərə güvənmək dövrü arxada qalıb. Onlar öz xalqlarına güvənməli, onlara xidmət etməli və başa düşməlidirlər ki, əcnəbilər onları xilas edə bilməzlər.
2838 İstifadəçilərin sayı: 1/20/2011 12:00:00 AM Nəşr tarixi:
Ali məqamlı ustadın  Məhərrəm ayının başlanması və Aşura günləri münasibətilə bəyanatı
Şəhidlər ağası İmam Hüseynin (əleyhis-salam) matəm günləri münasibətilə həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (muddə zilluhul-ali) dəftərxanası tərəfindən yayılan xəbərdə deyilir:

Allahın köməyi ilə, bu il İmam Hüseyn (əleyhis-salam) üçün qurulan məclislər və təşkil olunan dini heyətlər həmişəkindən daha fəal olsunlar və bu ayinlərə ehtiram göstərməklə düşmənin müxtəlif fitnələrini dəf etsinlər... İnşallah!

1927 İstifadəçilərin sayı: 12/9/2010 12:00:00 AM Nəşr tarixi:
Ayətullah əl-uzma Məkarım Şirazinin (m.a) nümayəndə heyəti Mədinə şəhərində yerləşdi
Ayətullah əl-uzma Məkarım Şirazinin (m.a) həcc işləri üzrə nümayəndəliyi məlumat verir:

Beytullahil-haramın hacılarına aid şəri məsələləri həll etmək və şəri suallara cavab vermək üçün bu gün səhər müqəddəs Mədinə şəhərində Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (muddə zilluhul-ali) dəftərxanası öz işinə başladı.

1929 İstifadəçilərin sayı: 10/30/2010 12:00:00 AM Nəşr tarixi:
Ali məqamlı mərcəi-təqlidin Amerikada Qurani-kərimə qarşı hörmətsizlik olunmasına dair bəyanatı
Ayətullah əl-uzma Məkarım Şirazinin (m.a) dəftərxanası məlumat verir:

Quranın düşmənləri bilsinlər ki, öz bu çirkin əməlləri ilə Qurani-kərimin əzəmətindən nəyisə azalda bilməzlər, əksinə bu əməllə öz vəhşiliklərini sübut etmiş olurlar.

1789 İstifadəçilərin sayı: Nəşr tarixi:
Bütün dünya müsəlmanları sel fəlakətindən zərər çəkmiş Pakistan xalqına yardım göstərsinlər.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Pakistanın İİR-dəki səlahiyyətli səfiri ilə görüşündə:

Təbii fəlakətdən zərər çəkmiş Pakistan xalqının köməyinə tələsmək və bu ölkədə olan qardaş və bacılara yardım göstərmək bütün dünya müsəlmanlarının və azad fikirli insanların borcudur.

1646 İstifadəçilərin sayı: Nəşr tarixi:
Həzrət ustadın Şəban ayının 15-i və mübarək Ramazan ayının yetişməsi münasibəti ilə müraciəti
Ayətullah əl-uzma Məkarım Şirazinin (m.a) dəftərxanası məlumat verir:

İlahi ziyafət olan bu ayın yetişməsi səbəb olur ki, hamı tövbə suyu ilə ürək və canlarını yusun, təqva və pəhrizkarlıq libası geysin və özlərini gözəl davranış və əxlaqla bəzəsinlər.

 

1556 İstifadəçilərin sayı: Nəşr tarixi:
Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı Azərbaycan dilində öz işinə başladı
Həzrət Höccət ibnil-Həsən İmam Zamanın (ə.c) mübarək miladı ilə eyni zamanda

Əhli-beyt (əleyhimus-səlam) məzhəbinin və haqq maarifin yayılması istiqamətində və müxtəlif ölkələrdən böyük ehtiyac duyulduğunu göstərən çoxsaylı xahişlərə cavab olaraq, həzrət  ustadın dəftərxanasının rəsmi saytı Azərbaycan dilində öz işinə start verdi.

 

1758 İstifadəçilərin sayı: Nəşr tarixi:
Səhifə sayı : 7