1 TƏVAZÖKARLIQ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Allahın xas bəndələrinin səciyyələrindən biri təvazökarlıqdır. Qurani-Kərimdə onların həmin sifətə əks təkəbbür və xudbinlik kimi xasiyyətlərdən uzaq olduğu haqda belə buyurulur:
وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا...
“Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də təmkin və təvazökarlıqla yol gedənlərdir...”
Sual: Görəsən, təvazökarlıqla yerimək nə böyük əhəmiyyət daşıyır ki, rəhman Allahın əsl bəndələrinin xüsusiyyəti kimi qeyd edilir?
Cavab: Bəzən insanın daxili hissləri ixtiyarsız olaraq zahirdə özünü büruzə verir; ya danışığında, ya gedişində, ya rəftarında, ya da gülüb-ağlamasındakı kimi zahiri əməllərdə. İmam Əli (ə) buyurur: “Daxilində kini gizlətməyə çalışan elə bir şəxs yoxdur ki, dili topuq vuraraq, ya da çöhrəsi ağararaq (dəyişilərək) aşkar olmasın.”
Hərdən insanın dilindən çıxanlar batinindəki həqiqətləri aşkar edir. Psixoloqların fikirlərinə əsasən, bir sıra zarafatlar, nalayiq sözlər və hətta əsəbi halda deyilənlər insanın daxilini üzə çıxarır. Buna əsasən, təkəbbür və xudbinliyin də əlamətləri vardır ki, daha çox yol gedərkən məlum olur.
Əlbəttə, bu mətləblər ayədəki “məşy” sözünün sadəcə “yol getmək” kimi zahiri mənası nəzərə alındığı təqdirdədir. Amma onu daha geniş məna kəsb edən rəftar və şəxsiyyət meyarı da sanmaq olar. O vaxt ayənin mənası belə olacaq: Rəhman Allahın həqiqi bəndələri həyatda təmkinli və təvazökar olub təkəbbür və xudbinlikdən uzaqdırlar.
Qurani-Kərimin başqa iki ayəsində təvazökarlıq yol gedişi ilə əlaqələndirilir:
1. Rəhman Allah “Loğman” surəsinin 18-ci ayəsində Loğmanın öz oğluna tövsiyəsi haqda belə buyurur:
وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا
“(Oğlum!) Yer üzündə lovğa-lovğa yerimə.”
Ayədəki “mərəh” sözü fərəhin son həddi mənasını daşıyır. Loğman oğluna tövsiyə edir ki, insan qürrələnərək özündənrazı halda yol getməsin!
2. Allah-Taala “İsra” surəsinin 37-ci ayəsində belə buyurur:
وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً
“Yer üzündə təkəbbür və lovğalıqla yerimə. Şübhəsiz, sən nə yeri yara bilər, nə də ucalıqda dağlara çata bilərsən.”
Ayə və hədislərə əsasən, təkəbbürlü insanın lovğalığı həqiqətdə daxili həqarətdən irəli gəlir. Allah-Taala ona xatırladır ki, nə qədəmlərini möhkəm atmaqla yeri yara bilər, nə də qamətini çəkməklə göylərə ucalmış dağlara çata bilər!

 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 26.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma