TƏKƏBBÜRÜN İCTİMAİ FORMASI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Sonda qeyd edirik ki, təkəbbür və təvazökarlıq ictimai hal da ola bilir. Qövmlər, xalqlar və ölkələrdə baş qaldıran təkəbbür hissləri daha qorxuludur. Məsələn, həzrət Nuhun (ə) qövmü bu çirkin xislətə mübtəla olduqlarından kiçik bir qrupu Allaha iman gətirməklə qalanları tufan vasitəsilə məhv olur. Bu xəstəlik bizim zamanımızda da müşahidə olunur. Məsələn, birinci və ikinci dünya müharibəsinin amillərindən biri almanların qürur və təkəbbürləri imiş. Onlara təlqin edilir ki, siz bütün irq və millətlərdən üstünsünüz və mütləq dünyaya hakim olmalısınız. Bu çirkin təlqin və təkəbbür hissi bütün dünyada müharibə odunu qaladı.
İndinin özündə də bütün dünyaya hökmranlıq etmək istəyənlər son zamanlar Təhlükəsizlik Şurası və Birləşmiş Millətlər Təşkilatının qərar və qətnamələrinə qətiyyən əhəmiyyət vermir və deyirlər: “BMT hansı qərarı çıxarırsa çıxarsın, bizim mənafeyimiz təmin olunmalıdır. Yalnız bizim mövqeyimiz dünyada kimin və hansı təşkilatın terrorist olub-olmadığını ayırd edir...”
İlahi, bizi təkəbbürün şərindən uzaq et ki, biz yalnız Sənə pənah gətiririk!

 . “Müntəhəl-amal”, 2-ci cild, səh.85, “İmam Sadiqin (ə) həyatı”.
 . “Müntəhəl-amal”, 2-ci cild, səh.176, “İmam Rzanın (ə) həyatı”.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma