BEHİŞT VƏ CƏHƏNNƏM ƏMƏLLƏRİMİZLƏ FORMALAŞIR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Əvvəldə qeyd etdiyimiz kimi, Quran ayələrinə əsasən, behişt və cəhənnəm yaranıb hal-hazırda mövcud olsa da, çoxlu sayda rəvayətlərdə onlardakı proseslərin əməllərimizlə işə düşəcəyi bildirilir. Biz burada behişt və cəhənnəmdən söz açan bir neçə hədisi qeyd etməklə kifayətlənirik:
1. İmam Əli (ə) “cihad”la bağlı məşhur xütbədə belə buyurmuşdur: “Şübhəsiz, cihad Allah-Taalanın həqiqi bəndələrinin üzünə açılan behişt qapılarından biridir.”
Bu hədisə əsasən, behişt hal-hazırda mövcuddur və onun qapılarından biri Allah yolunda mübarizədir.
2. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Cəhənnəmin bir qapısı var ki, oradan yalnız Allah-Taalaya qarşı çıxaraq öz qəzəbini günahla söndürənlər daxil olar.”
Bəziləri əsəbiləşdikdə, özlərini sakitləşdirmək üçün günaha əl atır. Məsələn, söyüş söyürlər, nankorluq edirlər, küfr danışırlar, başqalarını incidirlər, yaxud möhtərəm insanları təhqir edirlər və s. Cəhənnəmin qapılarından biri belə şəxslərə ayrılıb. Hərdən insanların səviyyəsi qəzəbli və əsəbi halda üzə çıxır. Qəzəbli halda yoldan çıxan, dilini qorumağı bacarmayan, necə deyərlər, gözünü bağlayıb danışığını bilməyən insan tez də qiymətdən düşürsə, Allahın razılığı yolunda qəzəbini boğanlar isə yüksəlirlər.
3. Bəzi rəvayətlərə əsasən, behiştin qapılarından birinin adı “rəyyan”dır.  “Rəyyan” susuzluğu aradan qaldıran mənasındadır. Bu qapı orucluğun susuzluğuna dözənlərə məxsusdur.
4. Behiştin bir qapısının adı “babul-məruf”dur (yaxşılıqlar qapısı). Oradan yaxşı və xeyirxah işlər görənlər behiştə girəcəklər.
5. Behiştin başqa bir qapısının adı “səbir qapısı”dır.  Bu qapıdan çətinliklərdə, ibadətdə, günahın tərkində və tüğyanedici nəfsi müqabilində səbir edib dözənlər behiştə daxil olacaqlar.
6. Behiştin növbəti qapısının adı “şükür qapısı”dır. Bu qapı həm dildə, həm də əməldə Allahın saysız-hesabsız nemətləri müqabilində şükür edənlərə aiddir.
7. Behiştin digər bir qapısının adı “bəla qapısı”dır.  “Bəla”nın nə olduğu barədə iki ehtimal verilir:
a) “Bəla” dedikdə, onun ilkin mənası nəzərdə tutulur. Demək, sel, zəlzələ, şimşək, fırtına, tufan, yaxınlarının ölümü, əlacsız xəstəliklər və bu kimi bəlalara düçar olub səbir edənlər o qapıdan behiştə gedəcəklər. Hər halda, bütün insanlar dünyada bir sıra bəla və çətinliklərlə üzləşirlər. Hətta gözəl həyat tərzi keçirənlər də müxtəlif çətinliklərə məruz qalırlar. Bu isə dünya həyatının xasiyyətidir. Elə buna görə də, dünyanı yaxşı tanıyan imam Əli (ə) onu belə vəsf edir: “Dünya sıxıntılar və çətinliklərlə yoğrulmuş bir evdir.”
b) “Bəla”nın başqa bir mənası sınaq və imtahandır. Bu mənaya əsasən, o qapıdan ilahi sınaqların öhdəsindən gələn möminlər behiştə daxil olacaqlar.
8. Behiştin digər bir qapısının adı da “babul-əzəm”dir (ən böyük qapı). Oradan Allahın əməlisaleh və həqiqi bəndələri, zöhd və təqva əhli behiştə gedəcəklər.
Peyğəmbəri-Əkrəm (s) dolğunmənalı “şəbaniyyə” xütbəsində behiştin qapıları haqda belə buyurur: “Bu ayda behiştin qapıları açıqdır.”
Bu ibarədən məlum olur ki, behişt hal-hazırda mövcuddur və Allahın əməlisaleh bəndələrinin üzünə mübarək Ramazan ayına məxsus qapılar açılır. Məsələn, həmin ayda tutduğumuz oruc, tilavət etdiyimiz Quran, möhtaclara verdiyimiz yemək, bir sözlə, həmin ayda yerinə yetirdiyimiz yaxşı işlər bütünlüklə behiştin qapıları sayılırlar.
O həzrət söhbətinin davamında cəhənnəmin qapıları barədə isə belə buyurur: “Ramazan ayında cəhənnəmin qapıları bağlıdır.”
Cəhənnəmin qapıları olan günahlar, ehtiraslar, nəfsi istəklər və şeytanın vəsvəsələri oruc və nəfslə mübarizə sayəsində bağlanır. Bilməliyik ki, saf niyyət və pak qəlblə həmin qapıların həmişə bağlı qalacağına ümid var!
Bəli, hətta bizim naqis oruclarımız belə cəhənnəmin qapılarını bağlamağa qadirdir və şeytanların, nəfsin istəklərin zəncirlənməsinə imkan yaradır.

 . “Nəhcül-bəlağə”, xütbə: 27.
 . “Mizanul-hikmət”, bölmə: 621, hədis: 3065.
 . “Mizanul-hikmət”, bölmə: 562, hədis: 2753.
 . “Mizanul-hikmət”, bölmə: 562, hədis: 2754.
 . “Mizanul-hikmət”, bölmə: 562, hədis: 2757.
 . Yenə orada.
 . Yenə orada.
 . “Nəhcül-bəlağə”, xütbə: 226.
 . “Mizanul-hikmət”, bölmə: 562, hədis: 2757.
 . “Vəsailüş-şiə”, 7-ci cild, səh.228.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma