ŞİRKDƏN UZAQLIQ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
“Furqan” surəsinin 68-ci ayəsində rəhman Allahın həqiqi bəndələrinin daha üç səciyyəsi vurğulanır və sonrakı ayələrdə (69, 70 və 71-ci ayələr) bu səciyyə ilə bağlı bəzi mətləblərə toxunulur:
وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَن يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا
“(Rəhman Allahın həqiqi bəndələri) Allahla birgə başqa məbud çağırmır, (qisas, şəri cəza və bu kimi) haqq (qətllər) istisna olmaqla Allahın möhtərəm və toxunulmaz etdiyi canı öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşacaqdır.”
يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا
“Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar”
Sual: Nə üçün belə insanların qiyamət günü əzabları ikiqat olacaqdır?
Cavab: Zahirən, ümumi və ictimai xarakter daşıyan bu sayaq günahlar başqalarını da günaha sövq etdiyindən cəzasına da şərik edilir. Haram işin təşviqi nəticəsində kimsə ona qurşanarsa, səbəbkarı da günahına şərikdir. İnsanlar eynilə halal işlərin təşviqi nəticəsində onların savabına şərik ola bilirlər. İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə buyurulur: “Kim özündən sonra gözəl bir adət-ənənə qoyarsa, öz mükafatı ilə bərabər ona əməl edənlərin savabına da şərik olar və kim özündən sonra pis adət-ənənə qoyarsa, öz günahı ilə bərabər ona əməl edənlərin də günahında şərik sanılar.”
إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
“Amma tövbə edib, iman gətirən və yaxşı işlər görənlər istisnadırlar. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah bağışlayan və mehribandır.”
Müşriklərin, qatillərin və zinakarların cəza və əzabları ağır və ikiqat olsa da, Allah-Taala onların qayıdışı üçün yolu açıq qoyur və tövbə edərək Allaha iman gətirən və yaxşı işlər yerinə yetirənləri istisna edir.
Bu ayə ilə bağlı bir neçə incə mətləb diqqəti cəlb edir:
1. İnsan nəfəs çəkdiyi və bu dünyaya göz yumduğu vaxta qədər tövbə edə bilər və hətta böyük günahları da olsa, Allaha qayıdış yolu açıqdır.
2. Günah insanın imanını azaldır və onu yenidən əldə etmək üçün təkcə tövbə bəs deyil.
3. Tövbə və imanla yanaşı, keçmiş günahlar barədə də düşünmək lazımdır. Başqa sözlə, dildə “istiğfar” etməklə tövbə hasil olmur. Haqq yola qayıdanın rəftarlarında tövbənin təsir və əlamətləri görünməlidir. Demək, tövbə edən şəxs yaxşı və saleh əməllərlə keçmiş günah və xətalarını ört-basdır etməli, həmin miqdarda yaxşı işlər yerinə yetirməlidir.
4. Allah-Taala tövbə edənlərin tövbəsini və keçmiş günahlarını bərpa edən yaxşı əməllərini qəbul etdiyi kimi, əzab və cəzalarını da aradan qaldırır, onları Öz lütf və mərhəmətilə qarşılayır:
وَمَن تَابَ وَعَمِلَ صَالِحًا فَإِنَّهُ يَتُوبُ إِلَى اللَّهِ مَتَابًا
“Tövbə edib, yaxşı işlər görənlər o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdarlar.”
Günahkar insan Allaha arxa çevirir və Ondan uzaqlaşırsa, tövbə ilə Allaha üz tutur və Ona yaxınlaşır. Allah da günahkar bəndədən üz çevirdiyi və onu bəzi nemətlərindən məhrum etdiyi kimi, peşman olub tövbə edən günahkar bəndəsinə də üz tutur, ondan aldığını geri qaytarır. Demək, tövbə bəndə ilə Allah arasında rabitədir, bəndə günahından tövbə edərək Allaha qayıdır, Allah da bəndəsinə rəhmət gözü ilə baxaraq aldığı nemətini geri qaytarır!

 . “Kənzul-ummal”, hədis 43079.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma