SƏBRİN ƏHƏMİYYƏTİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Səbirdən söz açan ayə və hədislərdə bu xislət və səciyyəyə verilən əhəmiyyət barədə söz çoxdur. Məsələn, “Rəd” surəsinin 22-24-cü ayələrində səbrin nəticəsi və mükafatı haqda belə buyurulur:
وَالَّذِينَ صَبَرُواْ ابْتِغَاء وَجْهِ رَبِّهِمْ وَأَقَامُواْ الصَّلاَةَ وَأَنفَقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلاَنِيَةً وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُوْلَئِكَ لَهُمْ عُقْبَى الدَّارِ. جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ وَالمَلاَئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ. سَلاَمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ
“Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbir edib, namaz qılan, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərcləyən və yaxşı əməlləri vasitəsilə pis işlərini aradan qaldıranları daimi diyar gözləyir. (Yəni) əbədi cənnətlərə daxil olarlar və onlara ataları, zövcələri və övladlarından (əqidə baxımından) layiq olanları da qatılar. Bu zaman mələklər hər bir qapıdan onların yanına daxil olaraq deyərlər: “Səbir və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olan bura) nə gözəldir!”
Göründüyü kimi, mələklər behişt əhlini səbir və dözümlülüklərinə görə salamlayırlar. Demək, səbirsiz həmin behişt də yoxdur.
İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 82-ci qısa kəlamında belə buyurur: “Sizə beş şey tövsiyə edirəm ki, onları əldə etmək üçün (dabanlarınızla) dəvələrin qarnının altına vurmağınıza (sürətlə gedərək əzab-əziyyəti özünüzə rəva bilməyinizə) dəyər: (Birinci:) Rəbbinizdən qeyrisinə ümid bağlayın, (ikinci:) günahınızdan başqa şeydən qorxmayın, (üçüncü:) soruşulan bilmədiyiniz şeyi “bilmirəm” deməkdən utanmayın, (dördüncü:) bilmədiyiniz şeyi öyrənməkdən utanmayın. (beşinci:) səbirli və təmkinli olun ki, səbrin imana nisbəti, başın bədənə nisbəti kimidir və başsız bədəndə və səbirsiz imanda xeyir yoxdur.” Səbrin imana nisbəti başın bədənə nisbəti kimidir və onsuz imanın davamı mümkünsüzdür.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma