5. Hal dəyişməsi (“inqilab”)

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
6. Üçdə birin azalması 4. Əslin dəyişməsi (“istihalə”)

 


Məsələ 215:
Əgər şərab öz-özünə və ya ona bir şey tökməklə sirkəyə çevrilsə, pak olur və belə bir dəyişmə “inqilab” adlanır.


Məsələ 216:
Murdar üzümdən çəkilmiş şərab sirkəyə çevrilsə paklanmır. Hətta şərab xaricdən murdarlanarsa sirkəyə çevrildikdən sonra ondan çəkinmək lazımdır. Eyni zamanda, murdar üzüm, kişmiş və xurmadan hazırlanmış sirkə murdardır.


Məsələ 217: Üzümü çöpləri ilə sirkəyə töksələr, adətən, sirkə olmazdan qabaq şəraba çevrilir. Bu maye daha sonra sirkə halına düşür. Bu vaxt pak olur. Amma xiyar, badımcan və bu kimi şeyləri sirkəyə tökərlərsə vacib ehtiyata əsasən ondan çəkinmək lazımdır.


Məsələ 218: Yeməyə tökülmüş kişmiş və xurma qaynasa belə halaldır.

 

6. Üçdə birin azalması 4. Əslin dəyişməsi (“istihalə”)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma