Heyz qadının hökmləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Heyiz qadının növləri3. Heyiz (aybaşı)


Məsələ 427:
Heyz qanının nişanələri var. Bu qan çox vaxt qatı, isti, qaramtıl və ya qırmızıdır. Bu qan təzyiqlə xaric olur və yandırıcıdır.


Məsələ 428: Seyyidə və qeyri-seyyidə qadınlar qəməri təqvimlə 50 yaşı tamam olduqdan sonra aybaşıdan kəsilir və “yaisə” adlanırlar. Həmin yaşda özlərində qan görərlərsə, bu heyiz qanı sayılmır. Amma həmin qanda heyizin bütün əlamətləri olarsa, heyiz qadının hökmlərinə əməl etməlidirlər.


Məsələ 429: Qızın doqquz yaşdan öncə və qadının yaisə olduqdan sonra gördüyü qan heyiz hökmündə deyil. Əgər bu qan yara və ya cərrahi əməliyyat qanı deyilsə, istihazə qanıdır.


Məsələ 430: Hamilə qadınlar və ya körpəsinə süd verən qadınlar heyiz ola bilər.

 
Məsələ 431: Doqquz yaşının tamam olub-olmadığını bilməyən qız özündə qan görərsə və həmin qanda heyiz nişanələri olmazsa, bu qan heyiz qanı sayılmır. Əgər həmin qanda heyiz nişanələri olarsa və qız heyiz olduğuna əmin olarsa, demək, doqquz yaşı tamam olmuşdur və büluğ həddinə çatmışdır. Amma yaisə olub-olmadığına şübhə edən qadın özündə qan görüb bu qanın heyiz qanı olub-olmadığını bilməzsə, bunu heyiz qanı qəbul etməli və hələ ki, yaisə olmadığını bilməlidir.


Məsələ 432: Heyiz üç gündən az, on gündən çox olmur. Hətta azca əskik olarsa bu heyiz deyil.


Məsələ 433: Heyizin ilk üç günü ardıcıl olmalıdır. Əgər iki gün qan görüb, bir gün pak olarsa və yenidən qan görərsə, bu heyiz deyil. Üç gün ardıcıl dedikdə həmin üç gündə qanın kəsilməməsi nəzərdə tutulmur. Daxil hissədə qanın olması bəs edir.


Məsələ 434: Birinci gecə və dördüncü gecə qan görmək şərt deyil. Amma ikinci və üçüncü gecə qanın kəsilməməsi və davam etməsi şərtdir.


Məsələ 435: Əgər üç gün ardıcıl qan görünüb sonra pak olarsa və yenidən qan görünərsə, qan görünən günlər üst-üstə on gündən artıq olmamalıdır. Qanın göründüyü bütün günlər heyiz sayılır. Ortada pak olduğu günlər pak qadın hökmündədir.


Məsələ 436: Əgər üç gündən az qan görüb paklanarsa, sonradan üç gün və ya artıq deyilən nişanələrə malik qan görünərsə, yalnız ikinci qan heyiz qanıdır.


Məsələ 437: Qanaxma keçirən qadın həkimə müraciət etdikdə həkim bu qanın heyz və ya yara qanı olduğunu bildirərsə, həkimin sözlərindən əminlik yarandıqda deyilən hökmə əməl edə bilər.


Məsələ 438: Heyz qadına haram olan işlər bunlardır:
1. Namaz, oruc, Allah evinin təvafı kimi dəstəmaz, qüsl və ya təyəmmümlə icra olunan bütün ibadətlər. Amma meyyit namazı kimi paklıq tələb etməyən ibadətləri yerinə yetirə bilər.
2.Cənabətli insana haram olan bütün işlər.
3. Cinsi yaxınlıq etmək. Bu iş həm kişi, həm də qadın üçün haramdır.
4.Heyizli halda təlaq (boşanmaq) batildir.


Məsələ 439:
Kişi öz qadını ilə heyz halında yaxınlıq edərsə, müstəhəbdir ki, kəffarə versin. Kəffarə miqdarı heyiz günlərinin birinci üçdə birində bir misqal qızıl və ya onun qiyməti, ikinci üçdə birində yarım misqal qızıl, üçüncü üçdə birində dörddə bir misqal qızıldır. Əgər aybaşı altı gün çəkərsə, onun ilk iki günündə bir misqal, ikinci iki günündə yarım misqal, son iki günündə dörddə bir misqal kəffarə verilir.


Məsələ 440: Əgər qızılın dəyərini ödəmək istəsə, günün qiymətini əsas götürməlidir.


Məsələ 441: Heyiz halında olan zövcə ilə mazaqlaşmaq haram deyil və bu işin kəffarəsi yoxdur.


Məsələ 442: Əgər yaxınlığı təkrarlasa, müstəhəbdir ki, kəffarəni də təkrar ödəsin.


Məsələ 443: Əgər kişi yaxınlıq zamanı qadının haiz olduğunu başa düşsə, dərhal ondan ayrılmalıdır. Əgər ayrılmasa, günaha yol verib və müstəhəb ehtiyata əsasən, kəffarə ödəməlidir.


Məsələ 444: Əgər kişi heyizli qadınla zina etsə və ya heyizli qadını öz zövcəsi bilib onunla yaxınlaşsa, ehtiyata əsasən kəffarə verməlidir.


Məsələ 445:
Kəffarə ödəyə bilməyən şəxs yaxşı olar, sədəqə versin. Əgər sədəqə də verə bilməsə günahına görə tövbə qılmalıdır.


Məsələ 446:
Qadın heyizli olduğunu və ya heyizdən paklandığını desə, onun sözü qəbuldur. Amma şübhə yaransa onun sözü qəbul edilməyə bilər.


Məsələ 447: Əgər qadın namaz gedişində heyiz olsa namazı batildir. O namazını davam etdirməməlidir. Amma heyiz olub-olmadığına şübhələnsə, namazı düzgündür.


Məsələ 448: Qadın heyizdən paklansa, ibadətləri yerinə yetirmək üçün qüsül verməlidir. Əgər su əldə edə bilməsə təyəmmüm etsin. Heyiz qüslü də cənabət qüslü kimidir. Ondan sonra namaz üçün dəstəmaz almaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, dəstəmaz da alsın (qüsüldən öncə və ya sonra olmasının fərqi yoxdur.)


Məsələ 449: Qadın heyiz qanından paklandıqdan sonra onun boşanması mümkündür. Əri onunla yaxınlıq edə bilər. Qüsül verməmişdən öncə də yaxınlıq etmək mümkündür. Amma müstəhəb ehtiyat budur ki, qüsüldən öncə yaxınlıq olmasın. Amma məsciddə dayanmaq, Qur’an xəttinə toxunmaq kimi heyizə haram olan işlər qüsül verənədək vacib ehtiyata əsasən, halal olmur.


Məsələ 450: Qadının heyiz zamanı qılmadığı namazların qəzası yoxdur. Amma vacib orucların qəzası tutulmalıdır.


Məsələ 451: Namaz vaxtı daxil olduqdan sonra qadın güman etsə ki, namazı tə’xirə salsa heyiz olacaq, dərhal namazını qılmalıdır.


Məsələ 452: Əgər qadın namazın ilk vaxtında bir namazı qılmaq həddində pak olsa və həmin namazı qılmayıb heyiz olsa, həmin namazın sonradan qəzasını yerinə yetirməlidir. Bu işdə hər kəs öz vəziyyətini nəzərə almalıdır. Məsələn, müsafir şəxs iki rəkət həddində, müsafir sayılmayan şəxs dörd rəkət həddində, dəstəmazı olmayan şəxs həm də dəstəmaz üçün vaxt nəzərdə tutmalıdır. Yalnız namaz üçün vaxt qaldıqda libas və bədəni də paklamaq lazımdırsa həmin namazın qəzasını yerinə yetirmək ehtiyat sayılır.


Məsələ 453:
Əgər namazın son vaxtında paklanarsa, qüsl etməli və namaz qılmalıdır. Əgər bir rəkət namaz üçün vaxt qalarsa belə, vacib ehtiyata əsasən, namazı qılsın. Namazı qılmazsa onun qəzasını yerinə yetirməlidir.


Məsələ 454: Əgər namazın son vaxtında paklansa və qüsl üçün vaxt olmasa, yalnız təyəmmüm edib namazın bir rəkətini vaxtında qıla bilsə, namaz ona vacib deyil. Amma vaxt darlığından əlavə vəzifəsi təyəmmüm olsa, məsələn, su onun üçün zərərli olsa, təyəmmüm edib namazını qılmalıdır.


Məsələ 455: Qadın paklansa və şəkk etsə ki, namaz üçün yetərincə vaxt qalıb, yoxsa yox, namazını qılmalıdır.


Məsələ 456: Müstəhəbdir ki, heyz olmuş qadın namaz vaxtı özünü qandan paklayıb pambıq və ya parçanı dəyişsin və dəstəmaz alsın. Əgər bu işləri görə bilməzsə təyəmmüm etsin. Bundan sonra namaz yerində üzü qibləyə əyləşib zikr və duaya məşğul olsun. Amma Qur’an oxuması, özü ilə Qur’an gəzdirməsi, Qur’anın haşiyələrinə toxunması, həna qoyması yaxşı deyil.

 

Heyiz qadının növləri3. Heyiz (aybaşı)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma