2. Hansı şəklərə əhəmiyyət verilməməlilir?

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
3. Düzgün şəklər1. Namazı batil edən şəklər:


Məsələ 1049:  Altı şəkkə əhəmiyyət verilməməlidir:
1. Vaxtı keçmiş şəkk;
2. Namazın salamından sonra şəkk;
3. Namazın vaxtı ötdükdən sonrakı şəkk;
4. Çox şəkk edən insanın (“kəsiruş-şəkk”) şəkki;
5. İmamın və ya mə’mumun (iqtida edənin) şəkki;
6. Müstəhəb namazlarda şəkk.


1.Vaxtı ötmüş şəkk


Məsələ 1050: Əgər namaz əsnasında bir hissəsinin vaxtı keçdikdən sonra şəkk yaransa ki, həmin hissə yerinə yetirilib, yoxsa yox, (məsələn, rükuya getdikdən sonra şəkk yaranır ki, Həmd-surə deyilib, yoxsa yox) həmin şəkkə əhəmiyyət verilməməlidir. Növbəti hissənin rükn olub-olmamasının fərqi yoxdur.


Məsələ 1051: Əgər Həmd və ya surədə şəkk yaransa, məsələn, ikinci ayəni deyərkən birinci ayəni deyib-demədiyinə şəkk etsə, (ya da ayənin bir sözünü deyən vaxt ondan əvvəlki sözünü deyib-demədiyinə şəkk etsə) ehtiyata əsasən, geri qayıdıb onu Allaha yaxınlıq məqsədi ilə deməlidir və ardını davam etdirməlidir.


Məsələ 1052: Rüku və ya səcdələrdən sonra zikri düzgün deyib-demədiyinə şəkk etsə, həmin şəkkə etina etməməlidir.


Məsələ 1053: Əgər qalxdığı vaxt təşəhhüdü deyib-demədiyinə şəkk etsə və ya səcdəyə getdiyi vaxt rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, vacib ehtiyat budur ki, geri qayıdıb yerinə yetirsin.


Məsələ 1054: Oturaq və ya uzanmış halda namaz qılan şəxs Həmd və təsbihatı deyərkən səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirmədiyinə şəkk etsə, buna əhəmiyyət verməməlidir. Amma Həmd və təsbehə başlamamış belə bir şəkk yaransa onları yerinə yetirməlidir.


Məsələ 1055: Əgər bir hissənin məqamı keçdikdən sonra şəkk edib geri qayıtsa və onu yerinə yetirsə, sonradan həmin hissəni yerinə yetirmiş olduğunu və ikinci dəfə yerinə yetirdiyini bildikdə, həmin hissə rükn olduqda, namaz batildir. Əgər rükn olmasa namaz düzgündür.


Məsələ 1056: Əgər bir hissənin yeri ötdükdən sonra şəkk etsə və göstəriş əsasında əhəmiyyət verməyib keçsə, sonradan həmin hissənin yerinə yetirilmədiyi mə’lum olduqda sonrakı rüknə başlamayıbsa geri dönməlidir. Əgər rüknə daxil olubsa namazı düzgündür. Bir şərtlə ki, şəkk etdiyi və buraxdığı hissə rükn olmasın.


Məsələ 1057: Əgər şəkk etsə ki, namazın salamını söyləyib, yoxsa yox, düzgün söyləyib, yoxsa səhv, başqa namaza başladıqda və ya namazı pozan bir iş gördükdə namaz halından çıxdığı üçün öz şəkkinə əhəmiyyət verməməlidir. Əgər bütün bunlardan qabaq olarsa geri qayıtmalı və salamı söyləməlidir.


2. Salamdan sonra şəkk


Məsələ 1058: Namazın salamını dedikdən sonra şəkk yaransa ki, namazı düzgün qılıb, yoxsa yox, rəkətlərin sayına, namazın şərtlərinə, qiblə və paklığa, rüku və səcdə kimi hissələrə aidliyindən asılı olmayaraq şəkkinə əhəmiyyət verməməlidir.


3. Vaxt keçdikdən sonra şəkk


Məsələ 1059: Namazın vaxtı keçdikdən sonra namazın qılınıb-qılınmaması ilə bağlı şəkkə əhəmiyyət verilmir. Hətta qılmadığını güman etsə də bu hökm gücündədir. Amma namazın vaxtı ötməmiş belə bir şəkk yaransa, hətta namazı qıldığını güman etsə belə onu yenidən yerinə yetirməlidir.


Məsələ 1060: Əgər günorta və ikindi namazlarının vaxtı ötdükdən sonra cəmi dörd rəkət qıldığını bilərsə və hansı niyyətlə qıldığını bilməzsə, istər günorta, istər ikindi namazı olsun, vacib namazın qəzası niyyəti ilə dörd rəkət namaz qılmalıdır. Amma şam və xiftən namazlarının vaxtı ötdükdən sonra onların hansı birini qıldığını bilməsə, həm şam, həm də xiftən namazlarının qəzasını yerinə yetirməlidir.
 
4. Çox şəkk edənin şəkki (“kəsirüş-şəkk”)


Məsələ 1061: Çox şəkk edən şəxs öz şəkkinə əhəmiyyət verməməlidir. Bu şəkkin rəkətin sayı, onun hissələri və ya şərtləri ilə bağlı olmasının fərqi yoxdur.


Məsələ 1062: Əgər bir şəxs bir namazda üç dəfə və ya üç ardıcıl namazda şəkk edərsə, “kəsirüş-şəkk”, yə’ni çox şəkk edən sayılır.


Məsələ 1063: Əgər bir insan xəstəlik, əsəb, müsibət səbəbindən bir müddət çox şəkk edərsə, şəkkinə əhəmiyyət verməməli və göstəriş əsasında hərəkət etməlidir.


Məsələ 1064:
Şəkkə əhəmiyyət verməmək dedikdə iki ehtimaldan öz faydasına olanı əsas götürmək nəzərdə tutulur. Məsələn, bir şəxs şəkk edirsə ki, səcdə və ya rükunu yerinə yetirib, onları yerinə yetirdiyini qəbul etməlidir. Bu hissələrin yerinin ötməsinin fərqi yoxdur. Sübh namazını iki və ya üç rəkət qılmasına şəkk etsə, onu iki rəkət qıldığını qəbul etməlidir.


Məsələ 1065: Əgər bir şəxs namazın bir hissəsi ilə bağlı çox şəkk edərsə, (məsələn, Həmd-surədə şəkk) başqa hissələrlə bağlı şəklərinə göstəriş əsasında əməl etməli, yalnız adətən üzləşdiyi şəkkə etina etməməlidir. Eləcə də, bir şəxs müəyyən bir namazda, məsələn, sübh namazında şəkk edərsə, yalnız həmin namazla bağlı şəkkinə əhəmiyyət vermir. Əgər bir şəxs yalnız müəyyən məkanda (məsələn, cəmiyyət arasında) namaz qıldıqda şəkk edərsə, yalnız həmin məkandakı şəklərinə etina etmir.


Məsələ 1066: İnsan şəkk etsə ki, “çox şəkk edən” hökmündədir, yoxsa yox, hələ ki, çox şəkk edən olmadığını qəbul etməlidir. Amma çox şəkk edən olduqdan sonra həmin haldan çıxdığına şəkk etsə, öz şəkkinə əhəmiyyət verməməlidir.


Məsələ 1067:
Çox şəkk edən şəxs bir rüknü (məsələn, rükunu) yerinə yetirib-yetirmədiyinə şəkk etsə və ona əhəmiyyət verməsə, sonradan yadına düşdükdə onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə daxil olmayıbsa onu yerinə yetirməsi lazımdır. Əgər sonrakı rüknə başlayıbsa, namazı batildir. Amma həmin hissə rükn olmadıqda və sonradan onu yerinə yetirmədiyini xatırladıqda, sonrakı rüknə keçənədək onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə keçsə geri qayıtmır və namazı düzgündür.


Məsələ 1068: Vasvası şəxslər öz əminliyinə və şəkkinə əməl etməməlidir. Onlar adi fərdlər kimi hərəkət etməli, əmin olub-olmadıqlarını əsas götürməməlidirlər. Əks təqdirdə bir çox hallarda namazları batil olasıdır.
5. İmam və ya mə’mumun şək

 


Məsələ 1069: Əgər imam-camaat rəkətlərin sayı ilə bağlı şəkk etsə, məsələn, bilməsə ki, üç rəkət qılıb, yoxsa dörd rəkət, mə’mumlar rəkətlərin sayını bildikdə bunu işarə ilə imama anladırlar və imam bu işarəyə əsasən hərəkət edir. İmam rəkətlərin sayını bildiyi vaxt mə’mum şəkk edərsə, imama tabe olmalı, öz şəkkinə əhəmiyyət verməməlidir.


Məsələ 1070:
İmama işarə üçün rəkətlərin sayı qədər əli dizə vurmaq və ya “Allahu əkbər” söyləmək olar. Ümumiyyətlə, artıq söz və ya namaza xilaf işə yol vermədən hər hansı şəkildə işarə etmək olar. Amma mə’mum imamdan qabaq durub namazını davam etdirməməlidir.


6. Müstəhəb namazlarda şəkk


Məsələ 1071: Əgər müstəhəb namazların rəkətlərinin sayında şəkk yaransa namaz qılan şəxs yuxarı və ya aşağı sayı götürməkdə azaddır. Yuxarı say namazı batil etdikdə, aşağı say əsas götürülür. Məsələn, bir və ya iki rəkət namaz qılındığına şəkk yarandıqda, həm bir, həm də iki rəkət əsas götürmək olar. Amma iki və ya üç rəkət namaz qılındığına şəkk yarandıqda, hökmən iki rəkəti əsas götürmək lazımdır.


Məsələ 1072: Rüknlərin artırılıb-azaldılmasının nafilə namazlarına da tə’siri var.


Məsələ 1073: Namazın hərəkətləri baxımından müstəhəb namazla vacib namaz arasında fərq yoxdur. Məsələn, Həmd və ya rüku ilə bağlı şəkk yarandıqda həmin hissənin yeri ötüb keçənədək yerinə yetirilir. Əgər yeri ötmüşsə, şəkkə etina olunmur.


Məsələ 1074: Müstəhəb namazlarda vacib ehtiyata əsasən, zənn-gümana namazı batil edənədək əhəmiyyət verilir. Məsələn, iki rəkət namaz qılınmasına şübhə yaranmışsa, iki rəkət qəbul edilir. Əgər üç rəkət qılındığına güman yaranmışsa, iki rəkət əsas götürülür.


Məsələ 1075: Müstəhəb namazlarda səcdeyi-səhv yoxdur. Yə’ni əgər müstəhəb namaz qılan şəxs, vacib namazlarda səcdeyi-səhvə səbəb olan işi yerinə yetirsə, səcdeyi-səhv lazım deyil. Həmçinin müstəhəb namazlarda yaddan çıxmış səcdə və təşəhhüdün qəzası yoxdur.


Məsələ 1076: Əgər nafilə namazının vaxtı keçdikdən sonra onun yerinə yetirilib-yetirilməməsi ilə bağlı şəkk yaranarsa, bu şəkkə əhəmiyyət verilmir. Əgər vaxt varsa, yerinə yetirilir.

3. Düzgün şəklər1. Namazı batil edən şəklər:
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma