Zəkatın vacib olma şərtləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Qızıl və gümüşün nisabıMal zəkatının hökmləri


Məsələ 1587: Zəkat bir neçə şərtlə vacib olur:
1. Mal sonradan qeyd ediləcək nisab həddinə çatsın.
2. Sahibi həddi-büluğa çatmış və ağıllı olmalıdır.
3. O maldan təsərrüf etmə qüdrətinə malik olmalıdır.
4. İnək, qoyun, dəvə, qızıl və gümüş məsələsində 12 ay keçməlidir. Lakin, vacib ehtiyata əsasən, on ikinci ayın əvvəllərindən zəkat (qeyd edilənlərə) aid olur (vacib olur). Əgər bəzi şərtlər 12-ci ay əsnasında aradan getsə, zəkat ödənilməlidir.
Məsələ 1588: İnək, qoyun, dəvə, qızıl, gümüş sahibi il əsnasında həddi-büluğa çatarsa, ona zəkat vermək vacib deyil.


Məsələ 1589: Buğda və arpanın zəkatı dənin bərkidiyi-ona buğda və arpa deyildiyi halda vacib olur. Üzüm və kişmişin zəkatı meyvənin yetişdiyi- ona üzüm deyildiyi haldadır. Xurmanın hökmü isə yetişib, yeməli olduğu zamandadır. Lakin, buğda və arpanın zəkatının verilmə zamanı xırman edilib, samandan ayırdıqlarından sonradır. Xurma və kişmişdə quruyan zamanıdır. Əgər onu tər (qurumamış) halında istifadə etmək istəsələr, qurumuşu nisab həddinə çatdığı halda, zəkatını verməlidirlər.


Məsələ 1590: Buğda, arpa, kişmiş, xurma məsələlərində zəkat o vaxt vacib olur ki, zəkat vacib olan vaxtda onların sahibi həddi-büluğa çatmış olsun.


Məsələ 1591: İnsanın qəsb edilmiş və ondan istifadə edə bilmədiyi malın zəkatı yoxdur. Həmçinin, qəsb edilmiş və zəkatı vacib olan vaxtda qəsb edənin öhdəsində olan, lakin sonradan sahibinə qaytarılan əkin sahəsinin zəkatı yoxdur.


Məsələ 1592: Əgər bir nəfər zəkatı olan qızıl, gümüş və s. bir şeyi borc alsa və (bu şeylər) bir il onun yanında qaldığı halda, gərək zəkatını versin. Borc verən şəxsə isə heç nə vacib olmur.


Məsələ 1593: Buğda, arpa, xurma və kişmiş nisab həddinə çatdıqda zəkatı vacib olur. Onların nisabı 288 Təbriz “mən”indən 45 misqal azdır ki, təqribən 847 kq-miqdarındadır.


Məsələ 1594: Zəkatı verilməmişdən qabaq istifadə edilən və yaxud birinə verilən üzüm, xurma, arpa və buğdanın zəkatı verilməlidir.


Məsələ 1595: Əgər (malın) sahibi zəkat vacib olandan sonra ölsə, zəkat onun malından verilməlidir. Lakin, zəkat vacib olmamışdan qabaq ölərsə, zəkat varislərin öhdəsindədir. Yənin hər birinin payı nisab həddinə çatarsa, zəkatını verməlidirlər.


Məsələ 1596:
Şəriət hakimi buğda, arpa samandan ayırdıqdan, üzüm, xurma quruduqdan sonra zəkatlarının toplanılması üçün mə’mur təyin edə bilər. Əgər məhrumların payı olan zəkatın ödənilməsindən boyun qaçırarlarsa, zor gücü ilə onlardan ala bilər.


Məsələ 1597: Əgər bir şəxs əkin sahəsini və yaxud bağı zəkat vacib olmazdan qabaq satın alsa, onun zəkatı yeni sahibə vacibdir. Lakin, zəkat vacib olandan sonra alsa, zəkat satıcının- köhnə sahibin öhdəsinə düşür.


Məsələ 1598: Əgər insan buğda, arpa, xurma, yaxud üzüm alsa və satıcının onun zəkatını verdiyini bilsə, zəkat ona vacib deyil. Şəkk etdiyi halda da heç nə ona vacib deyil. Lakin, onun zakətını vermədiyini bilsə (həmin) zəkat daxilində olan alver batildir, lakin, şəriət hakimi icazə versə, istisnadır. Belə olan halda zəkat miqdarının qiymətini satıcıdan alırlar. İcazə vermədikdə zəkatı alıcıdan alacaqlar. Əgər alıcı onun miqdarını satıcıya veribsə, onu geri ala bilər.


Məsələ 1599: Əgər buğda, arpa, xurma və ya üzümün çəkisi tər vaxtında nisab həddinə çatsa və quruduqdan sonra nisab həddinə çatmasa, onun zəkatı vacib deyil.


Məsələ 1600: Əgər xurma və üzümü qurumazdan qabaq istifadə edib və yaxud satsalar, onların zəkatı, quru vaxtlarında nisab həddinə çatdığı halda, vacib olur.


Məsələ 1601:
Zəkatı verilmiş taxıllar bir neçə il də onun yanında qalsa, zəkatı yoxdur.


Məsələ 1602:
Yağış suyu, yeraltı suvarma kanalı, çay, bənd və ya yerin rütubəti ilə suvarılan buğda, arpa, xurma və üzümün zəkatının miqdarı onda biri qədərdir. Əgər, dərin, yarı dərin və ya dayaz quyuların suyu, nasos, əl və yaxud heyvanın quyu və çaydan su çəkməsi ilə suvarılarsa, zəkatı iyirmidə biri qədərdir.


Məsələ 1603: Əgər bir əkin sahəsi yağış və yaxud quyu suyu ilə suvarılsa və onlardan birinin çox az təsiri olduğu üçün hesaba alınmasa, zəkat ən çox suvarılan vasitəyə əsasən verilməlidir. Lakin, əgər hər ikisi ilə diqqət yetiriləcək qədər suvarılıbsa, məsələn, yarısı və ya üçdə biri yağış suyu və qalanı quyu suyu ilə suvarılıbsa, onun zəkatının bir hissəsi onda biri və digər hissəsini iyirmidə biri hesabı ilə verməlidir.


Məsələ 1604: Əgər suvarmanın yağış və yaxud quyu suyu və bu kimi vasitələrlə olmasını bilməsə, yalnız iyirmidə biri ona vacibdir.


Məsələ 1605: Əgər tarla yağış və yaxud çay suyu ilə suvarılıb quyu suyuna ehtiyac olmasa və bununla belə yenə də quyu suyu ilə suvarılsa və bu işin məhsulda heç bir təsiri olmasa, zəkatı onda biri qədərdir. Yaxud əksinə, quyu suyu ilə suvarılsa və yağış ona yağsa və məhsulunda heç bir təsir qoymasa, zəkatı iyirmidə biri qədərdir.


Məsələ 1606: Əgər bir tarlanı quyu suyu ilə suvarsalar və onunla yanaşı olan tarla onun rütubətindən istifadə edib, yenidən suvarılmasına ehtiyacı olmasa, quyu suyu ilə suvarılan tarlanın zəkatı iyirmidə bir və onunla yanaşı olan tarlanın zəkatı onda biri qədərdir.


Məsələ 1607: Ehtiyat vacibə əsasən, əkin üçün xərclədiklərini və həmçinin toxumun qiymətini məhsuldan azaltmasın.


Məsələ 1608: Hər vaxt üzüm və yaxud xurma ağacı alsa onun qiyməti şübhəsiz xərclərindən sayılmır. Əgər üzüm və xurmanı yetişməzdən qabaq alsa, vacib ehtiyata əsasən, onun da pulunu məhsuldan azaltmamalıdır. Həmçinin, torpaq almaq üçün verdiyi pul da xərclərdən sayılmır.


Məsələ 1609: Əgər insan fəsilləri bir-biri ilə fərqlənən, yəni əkinçilik məhsulları və meyvəsi bir vaxtda yetişməyən bir neçə şəhərdə buğda, arpa, xurma, yaxud üzümü olsa, onların hamısı bir ilin məhsulu hesab olunur. Bu halda birinci yetişən şey nisab həddinə çatdığı halda, zəkatı verilməlidir. Qalanlarının zəkatını isə onların yetişdikləri vaxt verməlidir. Əgər əvvəldə yetişən nisab həddinə çatmasa, səbr etməli, digər məhsullarda yetişməli və bu məhsullar üst-üstə nisab həddinə çatarsa, onun zəkatı vacibdir.


Məsələ 1610: Əgər xurma və üzüm ağacları bir ildə iki dəfə meyvə versə və üst-üstə yığıldıqda nisab həddinə çatsa, vacib ehtiyata əsasən, zəkatı vacibdir.


Məsələ 1611: Əgər xurma və üzümün zəkatı ona vacib olsa zəkatı təzə xurma və üzümdən verə bilməz (Lakin, təzə xurma və üzümü müstəhəqqə sata və onun borcunu zəkatdan hesablaya bilər). Əgər xurma və üzümü qurumamışdan qabaq satmaq istəsə, onun zəkatını özündən verə bilər.


Məsələ 1612: Əgər bir nəfər dünyasını dəyişsə və öhdəsində vacib zəkat və həm də camaata borcu olsa, ilk olaraq vacib olan bütün zəkatı zəkatı vacib olan maldan verməli və sonra borclarını ödəməlidirlər. Bu bir halda ola bilər ki, [ölən şəxsin] zəkatı vacib olan malı olsun.


Məsələ 1613:
Həm əkini və həm də borcu olan bir şəxs ölsə və varisləri əkinə zəkat vacib olmazdan qabaq onun borcunu başqa maldan ödəsələr, varislərdən hansının payı zəkat həddinə çatsa, zəkatını verməlidir. Yox, əgər borcunu zəkat vacib olmamışdan qabaq ödəməsələr və ölən şəxsin malı yalnız borcu qədər olarsa, zəkat vacib olmaz.


Məsələ 1614: Əgər əkin sahəsinin məhsullarının yaxşı-pisi varsa hər birinin zəkatı o maldan verilməli və yaxud qiymətini hesablamalıdır. Hamısının zəkatını pis məhsuldan verə bilməz, lakin hamısını yaxşı məhsuldan verməsi yaxşıdır.

Qızıl və gümüşün nisabıMal zəkatının hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma