Qızıl və gümüşün nisabı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Mal-qaranın zəkatıZəkatın vacib olma şərtləri

 


Məsələ 1615: Qızılın iki nisab həddi vardır:
Birincisi, 15 adi misqal çəkisində olan iyirmi şər’i misqaldır. Hər vaxt bu miqdara çatsa və digər şərtlər də onda olsa, onun qırxda birini (iki yarım faizini) zəkat ünvanı ilə ödəməlidir. Bu miqdara çatmadıqda, zəkatı yoxdur.
İkincisi, 3 adi misqal çəkisində olan 4 şər’i misqaldır . Yəni əgər 3 misqal 15 misqala əlavə edilsə bütün 18 misqalın zəkatını iki yarım faiz qərarı ilə verməlidir. Əgər 3 misqaldan az əlavə edilsə, yalnız 15 misqalın zəkatı vacibdir və artığının zəkatı yoxdur. Həmçinin, hər nə qədər yuxarıya getsə, yəni 3 misqal əlavə edilsə, gərək onun tam zəkatını versin. Əgər az əlavə edilsə, artıq əlavənin zəkatı yoxdur.


Məsələ 1616: Gümüşün də iki nisab həddi var:
Birincisi, 105 adi misqaldır; əgər bu miqdara çatsa və digər şərtlər də mövcud olsa, insan onun qırxda birini (iki yarım faizini) zəkat ünvanı ilə ödəməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil.
İkincisi, 21 misqaldır. Yə’ni 21 misqal 105 misqala əlavə olunsa, bütün 126 misqalın zəkatı verilməlidir. Əgər 21 misqaldan az əlavə olunsa, 105 misqalın zəkatı vacibdir. Artığının zəkatı yoxdur. Həmçinin, nə qədər yuxarı getsə, lakin hesabın asan olması üçün insan sahibi olduğu qızıl və gümüşün iki ayırım faizini ödəyərsə, ona vacib olan zəkatı vermişdir. Bəzən də, vacib miqdarından çox vermişdir.


Məsələ 1617: Hər il qızıl və gümüşə zəkat düşür. Belə ki, müəyyən olan qızıl və gümüşünün zəkatını versin və sonrakı ildə yenə də deyilən şərtlər onda mövcud olsa, ikinci dəfə də zəkatını verməlidir. Bu, ( qızıl və gümüş) nisab həddindən azalana qədər davam edir. Lakin, xüms belə deyil. Yəni bir dəfə xümsü verilən mala yenidən xüms düşmür və əgər çoxalsa, istisnadır. Habelə, buğda, arpa, xurma və üzümün bir dəfədən artıq xümsü yoxdur.


Məsələ 1618: Qızıl və gümüşün zəkatının vacib olması şərtlərindən biri də “sikkəli” və onunla alver etməyin adi hal almasıdır. Bu baxımdan, alver edilməsi adi hal almayan sikkələrə zəkat düşmür.


Məsələ 1619: Ehtiyat müstəhəbbə əsasən, əskinas kimi işlək pullarda digər şərtlər mövcud olduqda, zəkatı verilməlidir.


Məsələ 1620: İşlək sikkəli qızıl və gümüş qadınlar tərəfindən zinət əşyaları halına salınıb, ondan zinət əşyaları kimi istifadə etdikləri halda zəkatı yoxdur. Əgər bir nəfərin bir miqdar qızıl və gümüşü olsa və onların heç biri nisab həddində olmasa, zəkat onlara vacib olmur. Baxmayaraq ki, onların ümumilikdə qiyməti nisab həddinə çatmış olsun.


Məsələ 1621: Zəkatın vacib olma şərtlərindən biri də budur ki, insan bir il tamam nisab həddi miqdarının sahibi olsun və əgər on ikinci aya daxil olsa, ehtiyata əsasən, onun zəkatını verməlidir. Amma, on bir ay keçəndən sonra onu satsa və yaxud nisab həddindən azalsa və yaxud onun ixtiyarında olmasa, ona zəkat düşmür. Həmçinin, əgər onu başqa bir şeylə əvəz etsə və yaxud onları əridib sikkə halından xaric etsə (yuxarıda qeyd edilən hökmlə eynidir, yəni ona zəkat düşmür). Lakin, qızıl və gümüş sikkələrini başqa qızıl və gümüş sikkələri ilə əvəz etsə, vacib ehtiyata əsasən, onun zəkatını ödəməlidir.


Məsələ 1622: Zəkatdan qaçmaq məqsədi ilə qızıl və gümüş dəyişdirilsə və yaxud əridilsə ona zəkat düşməz. Lakin, xeyir və səadətdən məhrum olmuşdur. Ehtiyat müstəhəb odur ki, onun zəkatını versin.


Məsələ 1623: Əgər sahibi olduğu qızl və gümüşün yaxşı-pisi, faizi az-çoxluğu varsa hər birinin zəkatını ondan verəcəkdir. Lakin, yaxşıdır ki, hamısının zəkatını ən üstünündən versin.


Məsələ 1624: Əgər qızıl və gümüş həddindən artıq başqa filizlə qarışıq olduğundan ona qızıl və gümüş deyilmədiyi halda xalis (qızıl və gümüşü) nisab həddinə çatarsa zəkatını verməlidir. Əgər nisab hədinə çatıb-çatmamasında şəkk edərsə, zəkat vacib deyil. Əgər bacararsa onu imtahan etsin və ehtiyat vacib də imtahan etməkdir.

Mal-qaranın zəkatıZəkatın vacib olma şərtləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma